7 593
Subscribers
-1024 hours
-347 days
-16530 days
Posts Archive
7 593
⚠️ FHN: Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb
2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
18 Nov, 05:26
7 593
☄️Ağıllı saatlar mobil cihaz sayılacaq, hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.
18 Nov, 04:39
7 593
⚡️Ölkədə pensiyaçıların sayı azalıb, orta pensiya məbləği isə 10,3% artaraq 595,8 manata çatıb.
18 Nov, 02:50
7 593
🔴🔴23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar
Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.
2008-ci il təvəllüdlü Ayxan Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib. Ata bir, ana ayrı olan bacı-qardaş Binəqədi rayonunda yaşayıblar.
Hadisə noyabrın 16-da saat 14:30-da evin mətbəxində baş verib. 18 yaşlı oğlan bacısına bıçaqla üç ağır zərbə endirib. Qonşuların çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılan Gülarənin həyatını xilas etmək mümkün olmayıb.
©️ Qafqazinfo
18 Nov, 01:41
7 593
🚨Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
Dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
APA
17 Nov, 11:42
18 Nov, ~01:42
7 593
🚨 İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
Azərbaycanda noyabrın 17-dən etibarən internetin kəsiləcəyi, bank hesablarındakı vəsaitlərin sıfırlanacağı və əhalinin alış-veriş üçün nağd puldan istifadə etməli olacağı barədə şayiələr yayılır. Sosial şəbəkələrdə yayılan paylaşımlarda hətta qlobal internetin üç ay müddətinə dayandırılacağı iddia edilir. Sözügedən şayiələrin yayılmasına ABŞ-da noyabrın 17-də yəni bu gün keçirilməsi planlaşdırılan fövqəladə xəbərdarlıq sisteminin sınağı ilə bağlı məlumatlar səbəb olub. Həmin sınaq sosial şəbəkələrdə təhrif edilərək qlobal internetin dayandırılması, bank sistemlərinə kiberhücum və hesabların sıfırlanması kimi təqdim edilir. Halbuki ABŞ-ın rəsmi qurumlarının açıqlamalarında belə bir plan nəzərdə tutulmayıb. Yayılan paylaşımlarda iddia olunur ki, hakerlər internetə qoşulmuş sistemləri sıradan çıxaracaq, bank hesablarındakı balanslar sıfır görünəcək.
17 Nov, 04:40
7 593
❗️Bakıda "Wolt" sürücüsünü maşın vurub öldürdü
▪️20 Yanvar metro stansiyasının yaxınlığında avtomobillə motosiklet toqquşub.
▪️Hadisə nəticəsində motosikleti idarə edən Wolt kuryeri hadisə yerində həyatını itirib.(apa)
17 Nov, 02:41
7 593
🥀 Şəmkirin Varlı Həyat kəndində bir evdə 1 kişi və 1 qadının meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ölənlərin kimliyi və ölüm səbəbləri barədə hələlik məlumat yoxdur.
16 Nov, 14:01
7 593
💳 "Milliön" terminallarında 500 manat və daha yuxarı məbləğdə ödəniş və pul köçürmələri üçün yeni şəxsiyyət təsdiqi qaydası qüvvəyə minib. İndi istifadəçilər Bir ID, SİMA və ya "MyGov" platforması vasitəsilə özlərini identifikasiya etməlidirlər. Bunun üçün terminalda xidmət və məbləğ seçildikdən sonra ekranda çıxan QR-kodu telefonla oxutmaq tələb olunur. Şəxsiyyət təsdiqləndikdən sonra ödəniş və köçürmə əməliyyatı icra edilir.
16 Nov, 13:41
7 593
⚡️ Zeynəb Xanlarovanın uzun fasilədən sonra canlı ifası maraqla qarşılandı
16 Nov, 02:27
7 593
💬 Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.
16 Nov, 00:03
7 593
“Borani” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi
15 Nov, 12:17
7 593
❗️❗️”TikTok” platformasında “Elman57” adı ilə tanınan Elman Əhmədzadə Almaniyadan deportasiya edilərək Azərbaycana qayıdarkən hava limanında saxlanılıb.
✈️ Məlumata görə, Elman Əhmədzadə Almaniyada yaşadığı dövrdə Azərbaycanda müxtəlif şəxsləri hədə-qorxu və şantaj yolu ilə pul ödəməyə məcbur etməkdə ittiham edilir.
💰 İddialara əsasən, o, bəzi şəxslərdən pul, digərlərindən isə “TikTok” canlı yayımlarında bahalı virtual hədiyyələr – “Universal” və “Şir” tələb edib.
🚨 Əhmədzadə “Əhdi Pərdüm” kimi tanınan Əhdiman Osmanovun intim görüntülərini yaymaqla hədələyərək ondan 12 min dollar tələb edən dəstənin əsas üzvlərindən biri olmaqda da ittiham olunur.
⚖️ Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Elman Əhmədzadə istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
15 Nov, 09:15
7 593
❗️Bakıda 17 yaşlı tələbə yataqxanada ölü tapılıb
Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi, 17 yaşlı Elvira Eyyubova yataqxananın hamam otağında buxardan boğularaq həyatını itirib.
Tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb.
Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
14 Nov, 13:48
7 593
Lənkəranda fəaliyyət göstərən “Mandarin” hotelə basqın olub. Maska taxıb hotelə basqın edən, qadınların 5100₼ dəyərində qızılları quldurluq yolu ilə ələ keçirən kim olsa, yaxşıdır? Hoteli işlədən şəxs. Özü də Gürcüstana qaçmaq istəyib.
14 Nov, 12:45
7 593
⚡️Sabahdan Azərbaycanda istilik mövsümü başlayır
Noyabrın 15-dən Bakıda və digər ərazilərdə yaşayış binaları, məktəblər, bağçalar və xəstəxanaların istiliklə təminatına başlanılacaq.
14 Nov, 04:06
7 593
❗️MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
▪️ Məhdudiyyət respirator xəstəliklərin və qrip infeksiyasının qarşısının alınması məqsədi daşıyır.
▪️ Valideynlərdən hərbi hissələrə gəlməmək və qərarı anlayışla qarşılamaq xahiş olunub.
14 Nov, 02:11
