es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Ir al canal en Telegram

Gündəmi 1 mesajla izləyin!

Mostrar más
7 622
Suscriptores
-524 horas
-317 días
-18630 días
Archivo de publicaciones
❗️Nəvəsinin andiçməsindən qayıdanda itkin düşdü, günlər sonra meyiti tapıldı Günlərdir itkin kimi axtarışda olan Astara rayon
❗️Nəvəsinin andiçməsindən qayıdanda itkin düşdü, günlər sonra meyiti tapıldı Günlərdir itkin kimi axtarışda olan Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti bu gün axşam saatlarında Göygöl rayonunda, Şıxın Düzü adlanan ərazidə yaşayış evlərindən çox uzaq sahədə aşkarlanıb.
12 nov, 23:32

❗️Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi şəhid olub.
12 nov, 12:09

🚨 Bakıda “TikTok” sosial şəbəkəsində saxta səhifə yaradıb, “iPhone” telefonlarını ucuz və kreditlə satacağını deyərək 70-dən
🚨 Bakıda “TikTok” sosial şəbəkəsində saxta səhifə yaradıb, “iPhone” telefonlarını ucuz və kreditlə satacağını deyərək 70-dən çox vətəndaşı aldadan Nihad Qurbanov saxlanılıb. O, vətəndaşlardan pulu öz bank kartlarına köçürmələrini istəyib. Hazırda faktla bağlı araşdırma aparılır. carchinews
12 nov, 09:58

⚠️ Gəncədə iki dost dəm qazından boğularaq ölüb 🏠 H. Əliyev prospektində kirayədə yaşayan 54 yaşlı İsgəndər Hacıyev və 39 yaşlı Tural Məmmədov dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
12 nov, 07:43

SƏHM VƏ İSTİQRAZ GƏLİRLƏRİNƏ 50 FAİZ GÜZƏŞT
Kapital bazarının inkişafı istiqamətində də yeni mexanizm hazırlanıb. Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların alqı-satqısından əldə edilən gəlirlər üzrə verginin investisiya şirkətləri tərəfindən ödəmə mənbəyində tutulması təklif edilir. Eyni zamanda, həmin gəlirlərə 2027-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisi üzrə 50 faiz güzəştin tətbiqi nəzərdə tutulur.
12 nov, 05:41

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedovla UFC-nin sabiq çempionu Merab Dvalişvili arasında kütləvi dava baş verib.
12 nov, 01:57

⚡️ Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb.
⚡️ Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb.
12 nov, 00:58

Nikol Paşinyanın tədbirə gəlişi zamanı maraqlı məqam baş verib. Belə ki, Paşinyan içəri daxil olarkən Azərbaycan mahnısı səsləndirilib.
11 nov, 11:27

⚡️Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7,8% artaraq 1 173 manata çatıb.
11 nov, 04:21

📌 Şəhid ailələri və müharibə əlillərinə mənzil əvəzinə pul verilməsi təklif olunur • Deputat Qüdrət Həsənquliyev şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsini təklif edib. • Deputat bildirib ki, bu halda həmin şəxslər istədikləri ərazidə mənzil ala və ya torpaq alaraq ev tikə bilərlər. • O, həmçinin mənzil növbəsində olanların, son 6 ildə evlə təmin edilənlərin və 2027-ci ildə mənzil alacaq şəxslərin sayının açıqlanmasını istəyib.
11 nov, 04:07

⚠️Bakının Babək prospektində BMW markalı avtomobil körpüdən aşıb. Yağışlı hava səbəbindən sürüşən avtomobil maneəyə çırpılaraq aşağı düşüb. Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.
11 nov, 02:09

🇮🇷🤩İranda qadınlar üçün ilk hərbi hazırlıq mərkəzi açıldı
11 nov, 01:35

❗️Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. Qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək
10 nov, 12:44

🎥 Bu pul landromatları bir gün burada da, ələ keçəcəklər.
10 nov, 10:05

🏥 Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə
🏥 Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kimi əlamətlərin həftələrlə davam etdiyi müşahidə olunur. Bu isə xəstəliyin niyə uzun müddət sağalmaması ilə bağlı suallar yaradır.
10 nov, 09:54

🏦 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya
🏦 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəliri nəzərə ala bilməyəcəklər. Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.
10 nov, 07:04

🥀Aktyor Aslan Fətullayev vəfat etdi Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Yaxınları
🥀Aktyor Aslan Fətullayev vəfat etdi Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər.
10 nov, 06:27

❌ Sabunçuda qadın sürücü əks istiqamətdə hərəkət edib yolu iflic etdi
10 nov, 04:47

🍂 Məktəblərdə 7 gün dərs olmayacaq 📚 Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində payız tətili 16 noyabrda başlayacaq və 20 noyabradək davam edəcək. 🗓 21 və 22 noyabr şənbə və bazar günlərinə təsadüf etdiyindən şagirdlər dərslərə 23 noyabrda qayıdacaqlar. 🍁 Şagirdlərə xoş istirahətlər!
10 nov, 04:11

❄️Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Gecə saatlarında başlayan qar şəhəri ağ örpəyə bürüyüb.
10 nov, 00:29