en
Feedback
Farida.Fatali

Farida.Fatali

Closed channel

Instagramda mütləq izləyin ↙️ instagram.com/farida.fatali

Show more
1 140
Subscribers
No data24 hours
-47 days
-2430 days
Posts Archive
🎁 5 nəfər 50₼ hədiyyə 😍🎁 Əldə etmək üçün son postuma bax ⬇️⬇️⬇️⬇️⬇️ https://www.instagram.com/p/DJiq9JAohZR/?igsh=MW82aDg3a3hhbzZkOQ==

Yeni gündə, yeni həftədə hər kəsə salam🤓 Yürüyüşdən gəldin, 3 həftəlik həsrətdən sonra qəhvə və şokoladıma qovuşdum deyə sev
Yeni gündə, yeni həftədə hər kəsə salam🤓 Yürüyüşdən gəldin, 3 həftəlik həsrətdən sonra qəhvə və şokoladıma qovuşdum deyə sevinmişdim, bir az içimdə qaldı😂 Şəkildə gördüyünüz şokoladı o gün marketdən aldım, daha öncə yeməmişdim, dadını bilmirəm deyə 2-3 dənə götürdüm, ölçüsü də iridi. Elə az öncə dadına baxdım, çox xoşuma gəldi əslində. Kq qiyməti iyirmi neçə manat idi, amma dadlı idi. Üstündə tərkibi yazılmamışdı, normalda marketdən nə isə alanda çox vaxt tərkibinə baxıram ki, normal olsun, xüsusən spirt olmasın. Bunun tərkibi isə kağızın bükülən hissəsində yazılıb deyə fikir verməmişdim. Nə isə, az öncə 1-2 dişləkdən sonra dedim kağızını oxuyum, gördüm tərkibində spirt də varmış🥲 elə də qoydum, getdim başqa şey götürdüm. Bununla da bu şokoladla vidalaşdım. Xüsusən də, plitka şokoladların, ən çox da tünd şokoladların, özəlliklə Nestle firmasının şokoladlarının tərkibində spirt olur. Aranızda spirtdən uzaq olanlarınız varsa, diqqətli olsun❤

Sağlam qidalanma marafonumun sonuncu günündən hamıya salam🤓 3 həftə yaxşı gəldim, afərin😂👏 Evdə olan şeyləri ChatGPT-yə ya
Sağlam qidalanma marafonumun sonuncu günündən hamıya salam🤓 3 həftə yaxşı gəldim, afərin😂👏 Evdə olan şeyləri ChatGPT-yə yazdım, mənə verdiyi reseptlə şirniyyat bişirdim😂 mən üzüqoylu sürətli şəkildə şirniyyatçılığa doğru gedirəm, tutub saxlaya bilmirəm özümü xəbəriniz olsun adafsghsjs

▪︎Diqqət əskikliyini aradan qaldırmaq üçün tövsiyə etdiyim meditasiya 🤌 ▪︎Deməli, bu meditasiyanın əsas məqamları nələrdir: • Öncədən müəyyənləşdirirsiniz ki, mən 20 dəqiqə meditasiya edəcəm. İlk vaxtlarda çətin gələ bilər, amma nəzərə alsaq ki, sosial şəbəkələrdə birdəfəyə 20 dəqiqədən çox vaxt sərf edirsiniz, özünüzə sakitlik üçün 20 dəqiqə sərf etmək çox deyil ❤ • Rahat bir pozada, mümkün qədər lotos, yəni meditasiya pozasında oturursunuz ki, 20 dəqiqə o vəziyyətdə qalmaq əziyyət olmasın. • Bu müddət boyunca tamamilə hərəkətsiz qalırsınız, heç bir yerinizi, heç bir əzələnizi, mimikanızı belə tərpətmirsiniz. • Heç nə dinləmirsiniz, tam səssiz bir yerdə oturursunuz. • Sadəcə necə nəfəs alıb-verdiyinizə fokuslanırsınız, fikriniz başqa yerlərə gedə bilər, hər dəfə fikriniz yayınanda onu qaytarıb yenidən nəfəsinizə yönəldirsiniz. • Burunla, ağzı bağlı nəfəs alıb-verirsiniz. Nəfəs alanda qarnınız böyüyür, nəfəsi verəndə kiçilir. • Heç nə düşünmürsünüz, vizuallaşdırmırsınız, fikirlərin arxasınca getmirsiniz. • Diqqəti nəfəsdə daha yaxşı saxlamaq üçün onu ya burun ucuna fokuslaya bilərsiniz, ya da nəfəsləri sizə rahat olacaq şəkildə saya bilərsiniz. _____ Bu meditasiyanı və yuxarıdakı praktikaları bu gündən etibarən hər gün davamlı şəkildə edin və diqqətinizi üst səviyyəyə çıxarın! 🤓

Konsentrasiyanı artıran meditasiya üsulu.m4a4.93 MB

▪︎Diqqət əskikliyini aradan qaldırmaq üçün tövsiyə etdiyim meditasiya 🤌 (Bir neçə gün öncə telefona yazmışdım deyə fərqli formatda düşür bura.) ▪︎Deməli, bu meditasiyanın əsas məqamları nələrdir: • Öncədən müəyyənləşdirirsiniz ki, mən 20 dəqiqə meditasiya edəcəm. İlk vaxtlarda çətin gələ bilər, amma nəzərə alsaq ki, sosial şəbəkələrdə birdəfəyə 20 dəqiqədən çox vaxt sərf edirsiniz, özünüzə sakitlik üçün 20 dəqiqə sərf etmək çox deyil ❤ • Rahat bir pozada, mümkün qədər lotos, yəni meditasiya pozasında oturursunuz ki, 20 dəqiqə o vəziyyətdə qalmaq əziyyət olmasın. • Bu müddət boyunca tamamilə hərəkətsiz qalırsınız, heç bir yerinizi, heç bir əzələnizi, mimikanızı belə tərpətmirsiniz. • Heç nə dinləmirsiniz, tam səssiz bir yerdə oturursunuz. • Sadəcə necə nəfəs alıb-verdiyinizə fokuslanırsınız, fikriniz başqa yerlərə gedə bilər, hər dəfə fikriniz yayınanda onu qaytarıb yenidən nəfəsinizə yönəldirsiniz. • Burunla, ağzı bağlı nəfəs alıb-verirsiniz. Nəfəs alanda qarnınız böyüyür, nəfəsi verəndə kiçilir. • Heç nə düşünmürsünüz, vizuallaşdırmırsınız, fikirlərin arxasınca getmirsiniz. • Diqqəti nəfəsdə daha yaxşı saxlamaq üçün onu ya burun ucuna fokuslaya bilərsiniz, ya da nəfəsləri sizə rahat olacaq şəkildə saya bilərsiniz. Bu meditasiyanı və yuxarıdakı praktikaları bu gündən etibarən hər gün davamlı şəkildə edin və diqqətinizi üst səviyyəyə çıxarın! 🤓

Diqqət əskikliyini aradan qaldırmaqçün bu üsulları mütləq sına. Burada məqsəd eyni zamanda yalnız bir şeyə fokuslanaraq, diqq
Diqqət əskikliyini aradan qaldırmaqçün bu üsulları mütləq sına. Burada məqsəd eyni zamanda yalnız bir şeyə fokuslanaraq, diqqəti cəmləməyi öyrənməkdir. Təkcə danışıq yaxud yemək zamanı deyil, digər işlər üçün də tətbiq etmək olar. Məsələn, qab yuyarkən diqqəti yalnız əlindəki qaba kökləmək, o qabın rənginə, formasına, necə yuyulduğuna, yuyularkən necə səs çıxardığına, nə dərəcədə təmiz olduğuna və s. fikir vermək də buna misal ola bilər. Həmçinin, gündəlik gördüyün bütün fəaliyyətlər üçün tətbiq et və 1 ay sonra nəticəsinə bax. Mən edirəm, sənə də tövsiyə edirəm 🤓

Vəəə 3 həftədir çörək yemədiyim üçün özümə çörək də bişirdim - ömrümdə ilk dəfə😂 Bu marafon məni ev xanımı elədi. Qarın nələ
Vəəə 3 həftədir çörək yemədiyim üçün özümə çörək də bişirdim - ömrümdə ilk dəfə😂 Bu marafon məni ev xanımı elədi. Qarın nələrə qadirmiş😂😂😂 Düyü unundan hazırladım, reseptini və bişirilmə qaydasını aşağıdakı linkdən əldə edə bilərsiniz: https://youtu.be/rB7bBxuvqAs?si=6AdJCZRmhXM3_hB9 Sadəcə, orada normal süd yerinə mən badam südü qatdım və şəkər istifadə etmədim. Sobanın azizliyinə uğradım, bir az vaxtından tez bişdiyi üçün qızardı, amma dadı xoşuma gəldi, xırçıltılı oldu məndə. Laktozasız pendir axtarırdım dünən və mağaza əməkdaşı bu məhsulu verdi, təkcə bu var idi. Dedi "üstündə göyərti şəkli var, narahat olmayın, içində göyərti zad yoxdu" və şəkildən görürsünüz, anlatmaya gerek yok, göyərtilər ordan əl eliyir😂😂 amma dadı yaxşı idi. Yekun olaraq, sağlam qidalanma çox yaxşı şeydir, amma bir balaca əziyyətli və rasxodludu😬

Yuxarıdakı şəkildə xurma kofesidi. Xurmanın tumları üyüdülərək hazırlanır və normal qəhvə kimi dəmlənir 😀 https://www.instagram.com/reel/DJEkB2FCdG-/?igsh=MWRkbXgzenJzdDNyOQ== Yuxarıdakı linkə keçid edib izləyə bilərsiniz. Daha öncə də eşitmişdim. Amma bu dəfə etmək qərarına gəldim. Bir müddətdir ki, 3 həftəlik sağlam qidalanma marafonunda idim və bu bazar marafon bitir. Bu marafon ərzində sevdiyim bir çox şey olmaz, yəni qəhvə, çay (kofeinli içkilər), şirniyyat, şokolad və s. (şəkərli qidalar), un məmulatları, bişintilər, makaron və s. (qlütenli qidalar), süd məhsulları, yağ-pendir və s. (tərkibində laktoza olan qidalar), rafinə edilmiş yağlar, bitki yağları, palma yağlı məhsullar, həmçinin, ət məhsulları və s. Bunların əvəzində isə bol-bol tərəvəz, şəkər ehtiyacı üçün təbii şəkərli qidalar, yəni meyvə və meyvə quruları, yağ ehtiyacı üçün təbii yağa malik çərəzlər, zeytun yağı və s. Həmçinin, ət məhsullar yerinə toyuq, hinduşka, balıq əti və s. Bu gün artıq 19-cu gün tamam olur və bitməyinə 2 gün qalıb. Nə yalan deyim çox əziyyət çəkirəm🤣🤣 anamdan xahiş etdim gələn həftə peraşki bişirsin😂 Nə isə, bu marafona görə dedim madəm qəhvə olmaz, xurma tumu qəhvəsi hazırlayım. Düzü, bu qədər bəyənəcəyimi bilməzdim. Normalda onsuz da xurma sevən biriyəm. Mən qəhvəni həmişə şəkərsiz, acı içirdim, bu xurma qəhvəsində amma acılıq yox idi. Xurmanın ətri hiss olunurdu içəndə😍 Çox xoşuma gəldi, ara-sıra etməyi düşünürəm. Mənim kimi xurma sevənlər bəyənər məncə🤌

Sabahınız xeyiiirr😁 Az öncə bir şey dəmlədim, amma qəhvə deyil. Sizcə nədir?
Sabahınız xeyiiirr😁 Az öncə bir şey dəmlədim, amma qəhvə deyil. Sizcə nədir?

Zeytun yağı alacaqdım, marketdə gözümə təzə bir marka dəydi, dedim baxım görüm arxasında nə yazılıb. Cümləni oxudum, belə baş
+1
Zeytun yağı alacaqdım, marketdə gözümə təzə bir marka dəydi, dedim baxım görüm arxasında nə yazılıb. Cümləni oxudum, belə başa düşdüm süni zəka ilə tərcümə ediblər, çünki Google Translate belə bundan daha yaxşı tərcümə edir😁

Xoşbəxt olmağı çox insan pulun çoxluğunda görür. Amma pulu çox olub, sağlamlığı, sakitliyi, hüzuru, xoşbəxtliyi olmayan, sevdiklərini itirən, gecə-gündüz ora-bura qaçıb, dincəlməyə belə vaxt tapmayan nə qədər insan var... Həyatda xoşbəxt olmaqçün milyonlarının olması vacib deyil, vacib olan elə mənəvi şeylərdir ki, dəyəri milyonlarla ölçülməz. Pul dalınca qaçmaq yerinə, olduğumuz yerdə dayanıb, bizə indiyə qədər verdiyi hər şey üçün Allaha dərindən və səmimi şəkildə təşəkkür etmək bizi daha xoşbəxt edər ❤

Brownie resepti istəyənlər aşağıdakı linkə keçid etsin 👇😁 https://vt.tiktok.com/ZShB3d1DY/ Mən 2 pors etdim, üstünə də meyv
+1
Brownie resepti istəyənlər aşağıdakı linkə keçid etsin 👇😁 https://vt.tiktok.com/ZShB3d1DY/ Mən 2 pors etdim, üstünə də meyvələr əlavə etdim. Normalda kakaolu şirniyyatlar çox sevməyən anam belə 2 tikə birdən yedi😁 çox yüngüldü, amma meyvəsiz şirinliyi çox azdı. Kakaonu normadan artıq tökməyi və meyvələri mütləq tövsiyə edərdim. Çay isə bitki çayıdır. Nanə, kəklikotu və qızılgül quruları, mixək vururam, istəyə uyğun limon dilimi də əlavə edə bilərsiniz. Artıq 3 həftədir çay, kofe, şəkərli içkilər içmirəm, yalnız su, bitki çayı içirəm. Dəhşət dərəcədə şirniyyat və şokolad sevən biriyəm, 3 həftədir şokoladsız da qaldığım üçün kakaolu bir şey etmək istədim. Qeyd edim ki, bu şirniyyatı keçən həftə də hazırlamışdım, bu həftə yenə elədim ❤

Hər dəfə təxirə salırdım ki, bəzi işlərimi bitirim, sonra başlayaram. Amma uzun zaman idi dəhşət dərəcədə ərəb dili öyrənmək
+2
Hər dəfə təxirə salırdım ki, bəzi işlərimi bitirim, sonra başlayaram. Amma uzun zaman idi dəhşət dərəcədə ərəb dili öyrənmək istəyirdim. Ərəb dilinə sıfırdan başlamıram, illər öncə başlayıb, iş-gücə görə yarımçıq qoymuşdum. Yəni müəyyən bazam var idi. Bu gün qeyri-ixtiyari bir şəkildə başladım. İçimdə bir səs dedi ki, bu gün başlamalısan və səs əməlli ciddi idi😁 dedim iç səsim məni aldatmaz, deyirsə bir bildiyi var. Hətta evdə uyğun dəftərim də yox idi, getdim özümə yeni dəftər aldım və başladım. Vətənə, millətə, ən əsası özümə xeyirli olsun😁 Şəkildəki kitabla öyrənməyə başladım. İllər öncə 28 Maydan almışdım, hazırki qiymətini bilmirəm. Həm qrammatik, həm yeni sözlər, həm də çalışmalar var, tövsiyə edirəm 🤌

Oxuduğum detektiv əsərlər arasında ən bəyəndiyim və tövsiyə etdiyim bunlardı. Siz hansı detektivləri tövsiyə edərdiniz? 🤓

Əslində bu səbəbləri özün özünə yaradırsan: 1️⃣ Eyni anda çox şeyə fokuslanmaq səni bir yerə aparmayacaq. Bir nöqtəyə fokuslanıb, 1 aya 100 km yol gedəcəkdinsə, eyni vaxtda 5 şeyə fokuslanıb 1 aya yalnız 20 km gedə bilirsən. Unutma, "İki dovşan arxasınca qaçan heç birini tuta bilməz". 2️⃣ Tələsmək səni bir yerə çatdırmayacaq. İndiyə qədər oxuduğum ən sevdiyim cümlələrdən biri bu idi: "Məni tələsmək qədər heç nə gecikdirmədi!" Çünki bir şeyi normalda 4 aya öyrənməlisənsə və sən o məlumatları doğru-düzgün mənimsəmədən 2 aya bitirirsənsə, o 2 ayın nəticəsində onu hələ də yaxşı bilmədiyini anlayacaqsan və həmin şeyi məcburən yenidən normal tempdə öyrənməli olacaqsan. Bu isə 2+4=6 ay edir, halbuki ilk dəfədən 4 ay sərf edib öyrənə bilərdin. 3️⃣ Bu həyatdakı ən önəmli prinsiplərimdən və özümə dediyim sözlərimdən biri budur: "Bir şey günah və haram olmadığı müddətcə nə istəsəm edə bilərəm. İnsanların nəyi bəyənib-bəyənməməsi deyil, Allahın nəyi bəyənib-bəyənməməsi mənim üçün daha əsasdır. Çünki insanların fikri hər gün dəyişir, günah və haram isə stabildir." Ona görə də, yanlış etmədiyimə əminəmsə, insanların nə düşündüyünü önəmsəmirəm. 4️⃣ Pul sərf etmədən pul qazanmaq olmur. Sən başqalarına nə qədər fayda versən, o qədər çox fayda görəcəksən, sən başqalarına nə qədər çox qazandırsan, o qədər çox qazanacaqsan. Sənə lazım olan kurslara, təlimlərə pul vermək istəmirsənsə, kitablara belə pul verməyib, pirat yollarla oxuyursansa, başqalarının əməyinə hörmətsizlik etdiyin üçün sən də eyni şeylərlə qarşılaşacaqsan. 5️⃣ Necə gəldi edirsən, əslində isə necə etməli olduğunu bilmirsən. Kimlərdənsə öyrənməyi özünə sığışdırmırsan, hər şeyi özünün bacaracağını düşünürsən ya da doğru yollar və insanlar seçmirsən. Buna görə də inkişaf sürətin çox zəif gedir. 6️⃣ Hər şeyi öyrənsən belə, tətbiq etmirsən. Hər şeyin mükəmməl olmağını gözləyirsən. Halbuki öyrəndiyin şeyləri tətbiq etməyə başladıqca ilk öncə özün faydasını görəcəksən. Sən uzun-uzun düşündüyün müddətcə bir başqası artıq hərəkətə keçib, o şeyi çoxdan reallaşdırmış olur. Sən isə düşünürsən ki, "mən ondan daha çox bilirəm, niyə məndə alınmır, niyə mən uğurlu olmuram?" 7️⃣ Yetişkin insansan, amma başqalarından gözləyirsən. Qəbul etmək istəmirsən ki, heç kim səni xilas etməyəcək və buna borcu da yoxdu. Sən özün özünü xilas etməlisən, heç nə etmədən qonşudan, qohumdan, dövlətdən, ondan-bundan kömək gözləməklə bir yerə vara bilməyəcəksən. İlk öncə sən özün hərəkətə keçməlisən. Ardınca sənə lazım olacaq hər şeyi həyat qarşına çıxaracaq. Həyatının məsuliyyətini öz əlinə al və nə lazımdırsa, özün et. 8️⃣ Başqasının yanlışlarına baxmaq, axtarmaq səni daha da aşağı salır. Öz mənfi və zəif tərəflərini düzəlmək yerinə, həmin vaxtı və diqqəti başqasının qüsur və yanlışlarına yönəltsən, onlar inkişaf etməyə davam edəcəklər, sən isə olduğu yerdə ilişib qalacaqsan. Fikrini özünə cəmlə. ⠀ ⠀ ✅ Bütün bu barierləri qıraraq, özünə meydan oxu. Konkret addımlar təyin et və hərəkərə keç. ⠀ ❤ Daha çox məlumat üçün isə məni Instagramda da izlə: instagram.com/farida.fatali

photo content

Yeni məlumatları daha qalıcı şəkildə öyrənmək və unutmamaq üçün bu videodakı üsullardan istifadə edin 👇 https://youtu.be/aTISMiO4AzU?si=ju67B_rVs8-vP9Ml

Aranızda məni Instagramda izləməyənlər yoxdursa, elə indicə izləsin ki, maraqlı paylaşımları qaçırmasın, xüsusən də xanımlar ❤ https://www.instagram.com/farida.fatali

Paylaşımlara tam başlamadan qeyd edim ki, burada əsasən şəxsi inkişaf mövzuları və şəxsi təcrübələrim haqda paylaşımlar etməyi nəzərdə tutmuşam. Mənasız sözlər, ifadələr, tanışlıq və s. yeri deyil. Instagramda paylaşdığım mövzuların daha geniş versiyasını burada paylaşmaq istəyirəm 💫