Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 274
Subscribers
-824 hours
-307 days
-7930 days
Posts Archive
7 269
Türkiyə Hərbi Hava Qüvvələri mərhələli plan çərçivəsində Eurofighter Typhoon qırıcılarının alınmasına başlayacaq.
Böyük Britaniyadan 20 yeni təyyarə sifariş edilib, təhvilin təxminən 2030-cu il ətrafında başlaması gözlənilir.
Qətər və Omandan 24 ədəd ikinci əl təyyarənin daha tez çatdırılması ilə bağlı razılıq əldə olunduğu bildirilir.
Hazırda təsdiqlənmiş ümumi say ən azı 44 təyyarədir. Danışıqlar uğurlu olarsa bu rəqəm 56-ya çata bilər.
İkinci əl təyyarələrin bir neçə il ərzində xidmətə daxil Türkiyənin yerli KAAN qırıcısı hazır olana qədər yaranan boşluğu doldurması planlaşdırılır.
7 269
Rusiya ordusunun arxa cəbhədə yerləşən briqada səviyyəli yeraltı qərargahı.
Görüntülərdə dron və hava zərbələrindən qorunmaq üçün inşa edilmiş uzun möhkəmləndirilmiş dəhlizlər, komanda otaqları, yaşayış sahələri, həmçinin havalandırma və rabitə sistemləri yer alır.
7 269
İran müxalifət mənbələri bildirir ki, ölkədə bir mobil operatorun SMS sistemi sındırılıb və abunəçilərə belə mesaj göndərilib:
“İranın məzlum xalqına — ABŞ Prezidenti söz yox, əməl adamıdır.”
7 269
Repost from 44th Ranger Regiment
ABŞ HHQ (AFSOC) xüsusi təyinatlılarına aid dörd “CV-22B Osprey” konvertoplanı Kritə (Yunanıstan) dislokasiya olunub...
Şəxsi heyətin dislokasiyasına başlanılıb kimi görünür…
Hörmətlə: 🌐@GSSR44
7 269
Repost from 44th Ranger Regiment
“USS Gerald R. Ford” aviadaşıyıcısı maksimum döyüş yükü ilə təchiz edilmiş vəziyyətdədir…
🌐@GSSR44
7 269
ABŞ-ın USS Gerald R. Ford gəmisində sanitar problemi yaranıb.
4.600 dənizçi üçün işlək tualetlərin sayı kifayət etmir, 45 dəqiqəyə qədər növbələr yaranır. Sistem dənizdə olarkən tam təmir edilə bilmir.
7 269
Dünən İsrailin Haifa limanına yaxınlaşması barədə dezinformasiya yayılmışdı. Gerald R Ford hazırda Yunanıstanın Krit adası yaxınlığındadır və üzü Süveyşə tərəf üzür.
7 269
Ukrayna bu gün “Drujba-1” Neft Nasos Stansiyasına hücum edərək Macarıstanın “Drujba” boru kəməri ilə neft tədarükünü bərpa etmək tələbinə reaksiya verib.
Hadisə nəticəsində ərazidə böyük yanğın baş verib.
7 269
Təxmini hesablamalara görə hazırda Yaxın Şərqdə 35.000-40.000 ABŞ hərbiçisi var. Bura gəmi heyətləri də, daxildir.
7 269
Nəcəf şiə məktəbinin lideri Ayətullah Sistani bildirib ki, əgər ABŞ İrana zərbə endirsə, cihad elan ediləcək və Vaşinqtonun hərbi addımına qarşı mövqe sərgiləyəcəklər.
Buna cavab olaraq, ABŞ İraq şiələrinin liderinə Sistanin mövqeyini dəyişdirmək üçün 200-500 min dollar arasında ianə təklif edib.
ABŞ Dövlət Departamenti hesab edir ki, Nəcəf və Qum şiə məktəblərinin birləşməsi bölgədə ABŞ hərbi mövcudluğu üçün əlavə çətinliklər yarada bilər.
7 269
Qərb analitiklərinin hesablamalarına görə, 15 yanvar – 21 fevral 2026-cı il tarixlərində ABŞ, Avropa və Yaponiya bazalarından Yaxın Şərqə ən azı 249 C-17 Globemaster III və C-5M Super Galaxy hərbi nəqliyyat reysi həyata keçirilib.
Ən çox reys İordaniyadakı Muvaffak Salti Hava Bazasına baş tutub, oraya təxminən 147 təyyarə göndərilib.
Yalnız son bir neçə gün ərzində Avropaya 58 KC-46 və KC-135 Stratotanker yanacaq doldurma təyyarəsi göndərilib ki, bu da ABŞ Hərbi Hava Qüvvələrinin yanacaq doldurma təyyarələrinin təxminən 15%-inə bərabərdir.
Bu, İraq müharibəsindən bəri regionda ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük yerləşdirilməsidir.
7 269
Ukrayna Silahlı Qüvvələri Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatını uğurla tamamlayıb. Əməliyyat zamanı Xüsusi Təyinatlı Qüvvələr, Hava-desant qoşunları və Dəniz piyadaları iştirak edib.
Nəticədə Ukrayna ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhəd bölgələrində rus ordusunun irəliləməsini tam dayandırıb və əks-hücumla 300 kvadrat kilometrdən çox ərazi və 8 yaşayış məntəqəsini işğalçılardan azad edib.
Azad edilmiş yaşayış məntəqələri: Bratske, Andriivka, Vidradne, Hgai, Ostapivske, Danilivke, Novoaleksandrivka, Oleksiivka, Vishneve və Verbove.
7 269
ABŞ siyasi təhlil edəcək ki, mən onsuzda hərbi əməliyatla bunları edə biləcəm yoxsa yox. Əlavə olaraq hesab edilməlidir ki, bu fürsət indi yarandığı kimi gələcəkdə birdə yarana bilərmi
7 269
Əgər razılaşma olarsa müharibə olmaya bilər amma Yəhudi faktorunu eləcədə neft faktorunu nəzərə alsaq ABŞ-ın uran çoxda vecinə olmaya bilər.
Available now! Telegram Research 2025 — the year's key insights 
