uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 274
Obunachilar
-824 soatlar
-307 kunlar
-7930 kunlar
Postlar arxiv
Tom Cruise-da qatıblar araya.
Tom Cruise-da qatıblar araya.

Gecəniz xeyrə. Təzədir baxıb yatarsız

photo content

Üzü Yaxın Şərqə.
Üzü Yaxın Şərqə.

Türkiyə Hərbi Hava Qüvvələri mərhələli plan çərçivəsində Eurofighter Typhoon qırıcılarının alınmasına başlayacaq. Böyük Brita
Türkiyə Hərbi Hava Qüvvələri mərhələli plan çərçivəsində Eurofighter Typhoon qırıcılarının alınmasına başlayacaq. Böyük Britaniyadan 20 yeni təyyarə sifariş edilib, təhvilin təxminən 2030-cu il ətrafında başlaması gözlənilir. Qətər və Omandan 24 ədəd ikinci əl təyyarənin daha tez çatdırılması ilə bağlı razılıq əldə olunduğu bildirilir. Hazırda təsdiqlənmiş ümumi say ən azı 44 təyyarədir. Danışıqlar uğurlu olarsa bu rəqəm 56-ya çata bilər. İkinci əl təyyarələrin bir neçə il ərzində xidmətə daxil Türkiyənin yerli KAAN qırıcısı hazır olana qədər yaranan boşluğu doldurması planlaşdırılır.

Rusiya ordusunun arxa cəbhədə yerləşən briqada səviyyəli yeraltı qərargahı. Görüntülərdə dron və hava zərbələrindən qorunmaq üçün inşa edilmiş uzun möhkəmləndirilmiş dəhlizlər, komanda otaqları, yaşayış sahələri, həmçinin havalandırma və rabitə sistemləri yer alır.

İran müxalifət mənbələri bildirir ki, ölkədə bir mobil operatorun SMS sistemi sındırılıb və abunəçilərə belə mesaj göndərilib
İran müxalifət mənbələri bildirir ki, ölkədə bir mobil operatorun SMS sistemi sındırılıb və abunəçilərə belə mesaj göndərilib: “İranın məzlum xalqına — ABŞ Prezidenti söz yox, əməl adamıdır.”

ABŞ HHQ (AFSOC) xüsusi təyinatlılarına aid dörd “CV-22B Osprey” konvertoplanı Kritə (Yunanıstan) dislokasiya olunub... Şəxsi
ABŞ HHQ (AFSOC) xüsusi təyinatlılarına aid dörd “CV-22B Osprey” konvertoplanı Kritə (Yunanıstan) dislokasiya olunub... Şəxsi heyətin dislokasiyasına başlanılıb kimi görünür… Hörmətlə: 🌐@GSSR44

USS Gerald R. Ford aviadaşıyıcısı maksimum döyüş yükü ilə təchiz edilmiş vəziyyətdədir… 🌐@GSSR44

ABŞ-ın USS Gerald R. Ford gəmisində sanitar problemi yaranıb. 4.600 dənizçi üçün işlək tualetlərin sayı kifayət etmir, 45 dəqiqəyə qədər növbələr yaranır. Sistem dənizdə olarkən tam təmir edilə bilmir.

Dünən İsrailin Haifa limanına yaxınlaşması barədə dezinformasiya yayılmışdı. Gerald R Ford hazırda Yunanıstanın Krit adası yaxınlığındadır və üzü Süveyşə tərəf üzür.

Macarıstan : Nefti bərpa edəcəyik ! Ukrayna : Eləyəkdə qadası…

Ukrayna bu gün “Drujba-1” Neft Nasos Stansiyasına hücum edərək Macarıstanın “Drujba” boru kəməri ilə neft tədarükünü bərpa etmək tələbinə reaksiya verib. Hadisə nəticəsində ərazidə böyük yanğın baş verib.

Təxmini hesablamalara görə hazırda Yaxın Şərqdə 35.000-40.000 ABŞ hərbiçisi var. Bura gəmi heyətləri də, daxildir.
Təxmini hesablamalara görə hazırda Yaxın Şərqdə 35.000-40.000 ABŞ hərbiçisi var. Bura gəmi heyətləri də, daxildir.

Nəcəf şiə məktəbinin lideri Ayətullah Sistani bildirib ki, əgər ABŞ İrana zərbə endirsə, cihad elan ediləcək və Vaşinqtonun h
Nəcəf şiə məktəbinin lideri Ayətullah Sistani bildirib ki, əgər ABŞ İrana zərbə endirsə, cihad elan ediləcək və Vaşinqtonun hərbi addımına qarşı mövqe sərgiləyəcəklər. Buna cavab olaraq, ABŞ İraq şiələrinin liderinə Sistanin mövqeyini dəyişdirmək üçün 200-500 min dollar arasında ianə təklif edib. ABŞ Dövlət Departamenti hesab edir ki, Nəcəf və Qum şiə məktəblərinin birləşməsi bölgədə ABŞ hərbi mövcudluğu üçün əlavə çətinliklər yarada bilər.

Təxminən 25.500 tona yaxın yükün daşınmasıdır bu.

Qərb analitiklərinin hesablamalarına görə, 15 yanvar – 21 fevral 2026-cı il tarixlərində ABŞ, Avropa və Yaponiya bazalarından
Qərb analitiklərinin hesablamalarına görə, 15 yanvar – 21 fevral 2026-cı il tarixlərində ABŞ, Avropa və Yaponiya bazalarından Yaxın Şərqə ən azı 249 C-17 Globemaster III və C-5M Super Galaxy hərbi nəqliyyat reysi həyata keçirilib. Ən çox reys İordaniyadakı Muvaffak Salti Hava Bazasına baş tutub, oraya təxminən 147 təyyarə göndərilib. Yalnız son bir neçə gün ərzində Avropaya 58 KC-46 və KC-135 Stratotanker yanacaq doldurma təyyarəsi göndərilib ki, bu da ABŞ Hərbi Hava Qüvvələrinin yanacaq doldurma təyyarələrinin təxminən 15%-inə bərabərdir. Bu, İraq müharibəsindən bəri regionda ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük yerləşdirilməsidir.

Ukrayna Silahlı Qüvvələri Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatını uğurla tamamlayıb. Əməliyyat zamanı Xüsusi Təyin
Ukrayna Silahlı Qüvvələri Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatını uğurla tamamlayıb. Əməliyyat zamanı Xüsusi Təyinatlı Qüvvələr, Hava-desant qoşunları və Dəniz piyadaları iştirak edib. Nəticədə Ukrayna ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhəd bölgələrində rus ordusunun irəliləməsini tam dayandırıb və əks-hücumla 300 kvadrat kilometrdən çox ərazi və 8 yaşayış məntəqəsini işğalçılardan azad edib. Azad edilmiş yaşayış məntəqələri: Bratske, Andriivka, Vidradne, Hgai, Ostapivske, Danilivke, Novoaleksandrivka, Oleksiivka, Vishneve və Verbove.

ABŞ siyasi təhlil edəcək ki, mən onsuzda hərbi əməliyatla bunları edə biləcəm yoxsa yox. Əlavə olaraq hesab edilməlidir ki, bu fürsət indi yarandığı kimi gələcəkdə birdə yarana bilərmi

Əgər razılaşma olarsa müharibə olmaya bilər amma Yəhudi faktorunu eləcədə neft faktorunu nəzərə alsaq ABŞ-ın uran çoxda vecinə olmaya bilər.