en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 140
Subscribers
-224 hours
-67 days
-6930 days
Posts Archive
• Əməliyyat infrastrukturu: 6 MQ-9 pilotsuz aparat hangarı 1 F-15 qırıcı təyyarə hazırlıq hangarı 1 daxilində 8 yeni istehsal dron olan hangar 2 komanda mərkəzi 1 təyyarədaşıyan gəmi üçün yanacaq doldurma platforması 1 P-8 təyyarə hangarı 4 HIMARS raket buraxılış platforması 5 qırıcı təyyarə hangarı 4 Patriot hava hücumundan müdafiə kompleksi 6 raket buraxılış platforması 1 yanacaq nasos stansiyası 2 siqnal və rabitə mərkəzi 1 kəşfiyyat məlumat mərkəzi 1 Amazon ilə əlaqəli süni intellekt və məlumat emalı obyekti 1 uzaqdan idarə olunan pilotsuz suüstü vasitələr üçün depo 1 yanacaq körpüsü 4 qırıcı təyyarə sığınacağı 6 təyyarə park və əməliyyat sahəsi •Təyyarələr və hava vasitələri: 11 qırıcı təyyarə və helikopter (yerində məhv edilib və ya zədələnib) 17 kəşfiyyat və əməliyyat dronu (o cümlədən 8 yeni istehsal) 1 sığınacaqda olan F-15 qırıcı təyyarə 1 P-8 dəniz patrul təyyarəsi 1 C-17 nəqliyyat təyyarəsi 8 havada yanacaq doldurma təyyarəsi 4 ağır helikopter 6 saxlanılan raket

Son 2–3 həftə ərzində İran hücumları nəticəsində ABŞ-ın bütün itkilərinin təsdiq edilməyən lakin əmin olunan siyahısı. •Radar
Son 2–3 həftə ərzində İran hücumları nəticəsində ABŞ-ın bütün itkilərinin təsdiq edilməyən lakin əmin olunan siyahısı. •Radar və hava hücumundan müdafiə sistemləri: 7 komanda və idarəetmə mərkəzi 3 peyk rabitə sistemi 6 Patriot hava hücumundan müdafiə radarı 3 hava və dəniz müşahidə və idarəetmə radarı 8 aşkarlama və erkən xəbərdarlıq radar sistemi 7 hava və raket müdafiə radarı 3 EPS radar sistemi 2 EPS-117 radarı 5 uzaqmənzilli radar 2 hava hücumundan müdafiə radarı 1 taktiki radar kompleksi •Əməliyyat qabiliyyətini azaltmaq üçün hədəfə alınan dəstək və logistika obyektləri: 6 qırıcı təyyarə və helikopter texniki xidmət mərkəzi 3 dəstək və logistika mərkəzi 12 yanacaq anbarı 17 silah, ehtiyat hissələri, dəniz avadanlığı və təyyarə komponentləri saxlanılan anbar 6 raket anbarı

Repost from HAARPlatform
Qara dəniz də bomboşdu artıq (söhbət Krım və Kerç ətrafından gedir, əlbəttə, yoxsa Qara dənizdə digər ölkələr dəniz hərəkətlərinə olduğu kimi davam edir). Bu səbəblədir ki, vurulan gəmi sayları 0-a çatıb. Ümumi say 200 (Vitaly)

+3
“Geran-4 seaker” kamikadze dronlarının Nikolayev limanında quru yük gəmisinə və iki yedək gəmisinə zərbələri.

Ukrayna tərəfi sərhəddən 2000 km-dən çox məsafədə yerləşən Tümen neft emalı zavoduna zərbə endirib. Region qubernatoru hücumu
Ukrayna tərəfi sərhəddən 2000 km-dən çox məsafədə yerləşən Tümen neft emalı zavoduna zərbə endirib. Region qubernatoru hücumu təsdiqləyərək bildirib ki, pilotsuz uçuş aparatı zavodun ərazisinə düşüb və yanğın baş verib.

+3
Ukrayna Silahlı Qüvvələrinə məxsus FPV-dronun “Arena-M” aktiv müdafiə sistemi ilə təchiz olunmuş T-72B3A tankına zərbə endirmə. Ehtimalara görə, aktiv müdafiə sistemi son anda işləyib, ya da dron tankın arxa hissəsində yerləşən dinamik müdafiə blokuna dəyib və ciddi ziyan vurmayıb. Hələ də dəqiq nəticə çıxarmaq mümkün deyil, çünki ya kadrlar azdır, ya da onların keyfiyyəti kifayət qədər aşağıdır.

FP-5 “Flamingo” raketlərinin Kirov şəhərində yerləşən “Aviatek” müəssisəsinə zərbəsi nəticəsində 6 nəfər həlak olub, daha 26
+1
FP-5 “Flamingo” raketlərinin Kirov şəhərində yerləşən “Aviatek” müəssisəsinə zərbəsi nəticəsində 6 nəfər həlak olub, daha 26 nəfər yaralanıb. Bu barədə vilayət qubernatoru Aleksandr Sokolov bildirib. Raketlər yenidən hədəfə çatmaq üçün çay məcrasından istifadə ediblər. Uçuş trayektoriyası xəritəsində qara X-lərlə “Flamingo”nun bu taktika ilə həyata keçirdiyi əvvəlki zərbələr göstərilib. Bu dəfə əvvəlkilərdən fərqli olaraq hücumu tam şəkildə dəf etmək mümkün olmayıb. Ya A-50 istifadə edilməyib, ya da bütün raketləri ələ keçirmək mümkün olmayıb.

Zelenski: Xəzər dənizinin sularında uzaqmənzilli zərbələrdən çox yaxşı nəticələr əldə olunub. PUA-lar İrandan hərbi yük daşımaq üçün istifadə edilən gəmilərə zərbə endirib.

+1
Ukrayna dronları Yekaterinburqda yerləşən Wildberries anbarına (sərhəddən təxminən 1750 km məsafədə) zərbəyə cəhd edib. Dronlar əsas binaya deyil, dayanacağa düşüb.

Cizan şəhərindəki Səudiyyə Aramco neft obyektinə raketlərlə (və ehtimal ki, dronlarla) endirilən zərbə

Bəhreyn və Küveyt ayın əvvəlində gizli şəkildə qırıcı təyyarələrlə İrana zərbələr endirib. Hücumlar pilotsuz uçuş aparatları
Bəhreyn və Küveyt ayın əvvəlində gizli şəkildə qırıcı təyyarələrlə İrana zərbələr endirib. Hücumlar pilotsuz uçuş aparatları və raket anbarlarını hədəf alıb, BƏƏ isə kəşfiyyat məlumatı və hava dəstəyi təmin edib.

+1
Bu gecə Səudiyyə Ərəbistanındakı “Saudi Aramco” obyektləri kütləvi dron və raket hücumuna məruz qalıb. Yəmən mətbuatı ölkənin ordusunun Səudiyyə Ərəbistanının həyata keçirdiyi hücuma cavab olaraq Cizan bölgəsində yerləşən strateji obyektlərə zərbələr endirdiyini açıqlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə ARAMCO-nun neft emalı zavodu olduğu iddia edilən ərazi üzərində sıx tüstü buludlarının yüksəldiyi əks olunub.

Ötən gün səhər saatlarında ABŞ tərəfindən həyata keçirilən raket hücumu nəticəsində İranın Xəzər sahilində yerləşən Gilan əyalətinin Zibakənar bölgəsindəki SEPAH-a məxsus hərbi-dəniz obyektinin bir hissəsi zərər görüb. Məlumatı Gilan vilayət rəhbərliyinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Baqiri açıqlayıb. Onun bildirdiyinə görə, zərbə yerli vaxtla təxminən saat 07:30-da baş verib. Hadisə nəticəsində bazadakı bəzi hərbi texnikaya ziyan dəyib. İlkin məlumatlara əsasən, insan tələfatı qeydə alınmayıb.

Ukrayna "Flaminqo" raketi ilə Rusiyanın zenit raketləri komponentləri istehsal edən "AVİTEK" zavodunu vurub.

Peterburgda daha bir Wildberies anbarı Ukrayna tərəfindən vuruldu.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarələri (C-17 və digər ağır yük daşıyanlar) yenidən Avropadakı bazalardan Yaxın Şərqə uçmağa başlayıb. Bu, iyunun atəşkəsindən sonra iyulun əvvəlində İranla razılaşmanın pozulmasından sonra yenidən aktivləşdirilən tammiqyaslı “hava körpüsü”dür.

ABŞ Ordusu 30 ildən sonra ilk dəfə PAC-2 GEM-T Patriot raketləri üçün yeni sifariş verib. PAC-2 raketləri PAC-3-lərlə müqayis
ABŞ Ordusu 30 ildən sonra ilk dəfə PAC-2 GEM-T Patriot raketləri üçün yeni sifariş verib. PAC-2 raketləri PAC-3-lərlə müqayisədə daha köhnə və daha az imkanlara malikdir. Lakin ehtiyatların ciddi şəkildə azalması səbəbindən (ABŞ-ın İrana qarşı təxminən 1,060–1,430 Patriot raketi istifadə etdiyi bildirilir) ordu mövcud olan bütün variantlara ehtiyac duyur. Ukrayna, İsrail və Körfəz ölkələrindən gələn yüksək tələbat istehsalı çətinləşdirir. Tramp sursat ehtiyatlarını bərpa etmək üçün əlavə olaraq 67.1 milyard dollar maliyyə ayrılmasını istəyir.

Hindistanda aksiyalar zamanı saxlanılan tələbələrin əziyyətsiz xilası.