Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 302
Obunachilar
-124 soatlar
-227 kunlar
-7230 kunlar
Postlar arxiv
7 303
Ukrayna bu dəfə döyüş tapşırığına hazır yerli istehsal KAB-ı təqdim edib.
Müdafiə naziri Mixail Fyodorovun sözlərinə görə, bu sursatın hazırlanması 17 ay çəkib və o, nə qərb, nə də sovet nümunələrinin surəti deyil. Süzən aviabombanın döyüş başlığı 250 kq təşkil edir. Uçuş məsafəsi isə açıqlanmır.
2025-ci ilin iyununda Ukraynanın “Medoed” konstruktor bürosu FAB-500 üçün UMPK analoqunu nümayiş etdirmişdi. O da Su-24M bombardmançısından istifadə olunurdu. Hazırkı modulun həmin layihənin davamı olub-olmadığı hələ məlum deyil.
Belə bombalar prinsipial olaraq Ukraynaya yeni imkanlar və üstünlük vermir. Lakin Qərbdən tədarük olunan JDAM-ER, AASM Hammer və GBU-39/B kimi dəqiq idarə olunan sursatlardan asılılığı azaldır.
7 303
+5
ABŞ-nin “Epic Fury” əməliyyatında endirdiyi zərbələr nəticəsində məhv edilmiş SEPAH-a məxsus gəmilərin və orta mənzilli ballistik raket buraxılış qurğularının peyk görüntüləri.
Makran üzən bazası – 2 mart tarixində Bəndər-Abbas hərbi-dəniz bazasının akvatoriyasında məhv edilib.
Shahid Mahdavi üzən bazası – Keşm adası yaxınlığında vurulub və yarı batmış vəziyyətdədir.
Shahid Bagheri aviadaşıyıcı gəmisi – 28 fevralda Bəndər-Abbas hərbi-dəniz bazası yaxınlığında vurulub. Görüntüyə əsasən, maili uçuş göyərtəsi və helikopter meydançası toxunulmaz qalıb, lakin aviasiya sursatının partlaması nəticəsində lift bölməsinin ətrafındakı göyərtə örtüyünün hissələri qopub. Ehtimal olunur ki, ikinci zərbə nəticəsində gəminin üst quruluşu da dağıdılıb, bu isə CENTCOM-un videosunda görünüb.
Bayandor korveti – 28 fevralda Konarak hərbi-dəniz bazasına endirilən zərbə nəticəsində batıb.
İki ədəd ballistik raket buraxılış qurğusu – Fars əyalətinin Laristan bölgəsində yerləşən yeraltı raket bazasının ərazisində məhv edilib.
7 303
Əziz izləyicilər ümid edirəm aranızda ABŞın iqlim idarə edən radarları olduğuna və bunu İranın vurduğuna görə yağışlar yağdığına inananlar yoxdur.
7 303
Ukraynanın FP-2 pilotsuz uçuş aparatı Krımda idarə olunmayan raketlərlə atəş açarkən.
Digər görüntüdə Ukrayna dronu Dağıstanda, Kaspiysk limanı yaxınlığında Rusiya 10410 “Svetlyak” tipli patrul gəmisinə arxa tərəfdən birbaşa zərbə vurub.
7 303
ABŞ hərbi abveturaları ilə radarların öyrinilməsin haqqında məlumat :
Aşağıda qeyd edilən radarlar ABŞ-ın Yaxın Şərqdə sıradan çıxarılmış radarlarıdır
AN/GSC-52B radarı
AN/TPY-2
AN/FPS-132
AN – Birgə Ordu/Donanma/Aviasiya sistemi (Army-Navy).
G – Quruda, stasionar yerüstü mövqedə (Ground, Fixed) quraşdırıldığını bildirir.
S – Spevifik olaraq Radio/Rabitə (Communications) kateqoriyasına aid olduğunu göstərir.
C – Daşıyıcı/Məlumat emalı və ya idarəetmə funksiyasını (Carrier/Control) ifadə edir.
A – Təyyarədə (Airborne) daşınan.
P – Radar.
Y – Müşahidə və məlumat emalı (Surveillance and Control — yəni sadəcə atəş idarəetmə deyil, geniş sahəni izləmə qabiliyyəti).
F – Quruda stasionar/sabit mövqedə (Fixed Ground) quraşdırıldığını bildirir.
7 303
Husilər bildirir ki, Marib vilayətinin Safer bölgəsi üzərində ABŞ-a məxsus MQ-9 Reaper tipli pilotsuz aparatı vurublar.
Hələlik husilərin rəsmi nümayəndəsi Yəhya Səri tərəfindən açıqlama verilməyib və ABŞ ordusu da bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
7 303
BƏƏ Müdafiə Nazirliyi bildirir ki, ölkədəki Barakah nüvə elektrik stansiyasının yaxınlığında yerləşən elektrik generatoruna bir pilotsuz aparatı zərbə endirib.
Daha iki dron isə havada zərərsizləşdirilib.
BƏƏ əlavə edib ki, pilotsuz aparatların qərb sərhədi istiqamətindən gəldiyi müəyyən olunub. Hələlik onların mənbəyi açıqlanmayıb.
7 303
Yunanıstan Fransanın Safran Patroller tipli 4 ədəd pilotsuz aparat üçün 55 milyon avroluq sifarişini yenidən nəzərdən keçirir.
Hərbi rəhbərlik bu dronları “çox yavaş, çox böyük və asanlıqla aşkarlanan” kimi qiymətləndirib.
Afina hazırda alternativ variantlar axtarır.
7 303
Rusiyanın iki nəfərlik Su-57D qırıcı təyyarəsinin prototipi yerüstü sınaqlar zamanı görüntülənib.
Bu təyyarə döyüş əməliyatına cəlb olunsa Çinin J-20S modelindən sonra dünyada ikinci iki nəfərlik 5-ci nəsil qırıcı olacaq.
7 303
Kuba Rusiya və İrandan 300-dən çox hərbi dron alıb. Bu dronlardan Quantanamo bazasına, ABŞ gəmilərinə və Key West şəhərinə hücum üçün istifadə etməyi müzakirə etdiyi deyilir.
CIA direktoru Ratklif Kubaya gedərək şəxsən xəbərdarlıq edib ki, belə addımlar atılmasın.
ABŞ rəsmilərinin sözlərinə görə, Ukraynada Rusiya tərəfində döyüşmüş kubalı hərbçilər dron müharibəsi təcrübəsini ölkəyə gətiriblər.
7 303
+2
ABŞ-ın L3 Harris Technologies şirkəti Wraith Shield adlı yeni proqram təqdim edib. Bu sistem mövcud hərbi radio qurğularını FPV dronları aşkar edən və onları susduran vasitəyə çevirir.
Texnologiyanın əsas üstünlüyü odur ki, yeni avadanlıq almağa ehtiyac yoxdur. Mövcud radiostansiyalar sadəcə proqram vasitəsilə əlavə funksiyalar qazanır və əsgərlər üçün əlavə təlim də tələb olunmur.
Sistem radiolar vasitəsilə toplanan siqnalları analiz edərək dronları aşkarlayır. Dron tapıldıqdan sonra operator bir düymə ilə onun idarəetmə siqnalını pozmağa cəhd edə bilir. Yəni adi radio qurğusu kiçik REB vasitəsinə çevrilir.
Şirkət ilin sonuna qədər bu sistemi AN/PRC-171 radiolarına tətbiq etməyi planlaşdırır. Daha sonra AN/PRC-158C, AN/PRC-163 və AN/PRC-167 modellərinə də inteqrasiya ediləcək.
Ümumilikdə bu texnologiyanın ABŞ və NATO ordularında istifadə olunan təxminən 100 min radioda tətbiq oluna biləcəyi qeyd olunur.
Şəkillər şirkət tərəfindən təqdim olunub.
7 303
Hər iki təyyarənin hava asılı qalmasına səbəb aerodinamikası və qəza zamanı güc verilməsi səbəbdən ola bilər.
7 303
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid iki EA-18G Growler təyyarəsi Aydaho ştatında keçirilən “Gunfighter Skies” aviaşousu zamanı havada bir-biri ilə toqquşub.
Hər iki təyyarədə olan pilotlar katapult edərək özlərini xilas ediblər.
Xoşbəxtlikdən katapulta üçün açıq zona qalıb.
7 303
Almaniya son iki ildə Ukrayna üçün Çexiyanın mərmi proqramına gizli şəkildə əlavə 300 milyon avro verib.
Beləliklə, Almaniyanın bu proqram üzrə ümumi xərci təxminən 900 milyon avroya çatıb.
Proqram 2024-cü ilin yazında başlayıb və 2026-cı ilin fevralına qədər Ukrayna ordusu 122 mm və 155 mm olmaqla ümumilikdə 4,4 milyon artilleriya mərmisi alıb.
Əvvəllər Almaniya açıq şəkildə 576 milyon avroya 180 min 155 mm mərmi verdiyini açıqlamışdı. Amma sonrakı yardımların detalları uzun müddət gizli saxlanılıb və yalnız indi məlum olub ki, əlavə maliyyə də ayrılıb. Bu əlavə vəsaitlə hansı növ mərmilərin alındığı isə bilinmir.
Həmçinin Almaniya təkcə bu proqramla yox, başqa yollarla da mərmi tədarük edib. 2024-cü ildə Almaniyanın maliyyələşdirdiyi 155 mm mərmilərin təxminən 56 faizi məhz Çexiya proqramı vasitəsilə təmin olunub.
İnfoqrafikada isə 2022-ci ilin iyulundan etibarən Almaniyanın Ukraynaya hər ay nə qədər mərmi göndərdiyi göstərilir.
7 303
Bu il keçiriləcək "2026 Yıldırım Seriyası" səfərbərlik təlimlərinə ümumilikdə 7 min 686 ehtiyatda olan hərbi vəzifəli (yedek personel) cəlb olunub.
7 303
Türkiyə Silahlı Qüvvələri daha əvvəl müddətli hərbi xidmət çəkmiş bir qrup vətəndaşa səfərbərlik əmri göndərərək yenidən hərbi təlimlərə çağırıb.
7 303
Rusiya Müdafiə Nazirliyi son sutka ərzində 1054 Ukrayna dronunun ələ keçirildiyini bildirib ki, bu da yeni rekord sayılır.
14 mayda Ukraynaya 1540-dan çox Rusiya dronu buraxılıb və bu da rekord həcmdə hücum kimi qiymətləndirilmişdi.
7 303
Moskva şəhəri mərkəzi və Moskva vilayəti artıq Ukrayna sıradan əl çatan bir hədəf olub.
Əgər Ukraynalılara Starlink və kəşfiyyat ilə bağlı çox cuzi dəstək versələr Moskva ətrafındakı hava müdafiə halqasını dağıdarlar.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
