Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 274
Subscribers
-824 hours
-307 days
-7930 days
Posts Archive
7 269
Çin peyk görüntüləri Səudiyyə Ərəbistanındakı Prince Sultan Air Base bazasında ABŞ hərbi qüvvələrini görüntüləyib.
— 6 ədəd E-3 AWACS erkən xəbərdarlıq və idarəetmə təyyarəsi
— 16 ədəd KC-135 havada yanacaq dolduran tanker təyyarəsi
7 269
Əməliyyat planı zamanı nəzərə alınmayanlar :
🇷🇺 : Təmin xəttinin qurula bilməməsi
🇺🇸: Tualet
7 269
Əlavə yanacaq çənləri ilə yüklənmiş F‑22-lər "RAF Lakenheath" bazasından Yaxın Şərqə yola düşüblər.
7 269
Bir məsələni qeyd edim ki, Antonov 225 Mriya-nı Qostomeli qaytarmaq bahasına Ukrayna artileriyası vurub.
7 269
İranın Çindən CM-302 kruiz raketləri almaq üzrə razılaşmanı yekunlaşdırmaq üzrə olduğu bildirilir.
Raketlərin uçuş məsafəsi təxminən 290 km-dir. Raket aşağı və sürətli uçaraq gəmilərin müdafiəsindən yayına bilir.
Danışıqlar iki il əvvəl başlayıb, son 12 günlük İsrail-İran müharibəsindən sonra sürətlənib.
Əgər razılaşma tamamlanarsa, bu onilliklər ərzində Çindən İrana ən qabaqcıl hərbi silah transferlərindən biri olacaq.
Çatdırılma vaxtı və yekun təsdiq hələ açıqlanmayıb.
7 269
Və o əfsanəvi son uçuş.
Qostomel aerodromu 24.02.22
7-ci taktiki aviasiya briqadasının SU-24M bombardımançısının Qostomel aerodromunun uçuş zolağına və rus sursat təminatına sərbəst düşüşlü FAB-ları atması.
Təyyarəni mayor Dmitri Aleksandroviç Kulikov (pilot) və Nikolay Volodimiroviç Savçuk (şturman) idarə ediblər.
Bombardımandan bir neçə saniyə sonra Su24M Rusiya Silahlı Qüvvələrinin tərəfindən vurulur. İki pilot hadisə yerində həlak olur.
Həmin bombardıman Rusiya Hərbi Hava Qüvvələrinin İL-76 təyyarələrinin enişinə və dəstək qüvvələrin, eləcədə onların texnikalarının Qostomelə cəlb edilməsinə mane olmuşdu. Analitiklərin sözlərinə görə isə bu hadisə davamında rus ordusunun Kiyevə daha da irəliləməsini qeyri-mümkün etmişdi.
7 269
+3
VDV bölmələrinin zirehli texnika ilə birlikdə Kiyev istiqamətindəki hücumu genişləndirmək məqsədilə Qostomel rayonu üzərinə paraşüt desantı üçün İl-76 təyyarələrinə yüklənməsi
23 fevral 2022-ci il.
Ukraynanın uzaqmənzilli artilleriyası vertolyotka eniş edərək tutulmuş aerodromun uçuş-enmə zolaqlarını atəş altında saxlaya bildiyi və Kiyev ətrafında hava hücumundan müdafiə sistemlərini tam susdurmaq mümkün olmadığı üçün bu riskli əməliyyat ləğv edildi.
Təyyarələr desantı Belarusda boşaltdı. Oradan isə qüvvələr öz imkanları ilə mühasirədə qalan desantçılara doğru irəliməyə çalışdı və Kiyev istiqamətində hücumu davam etdirdi.
Bunun nəticəsi ildırımsürətli müharibə planının iflasa uğraması və münaqişənin isə pilotsuz aparatların geniş istifadə olunduğu mövqeli və uzanan döyüşlərə çevrilməsinə gətirib çıxardı.
7 269
Hazırlığın son saatları. Rusiya SQ Kiyev yaxınlığındakı Qostomel aerodromuna desant enişi edəcək.
Belarus Respublikası, 24 fevral 2022-ci il.
Desant aerodromu ələ keçirəcək, lakin sonrakı günlər mühasirədə döyüşəcək, quru yardımı gözləyəcək və sonra hədəf olan Kiyev şəhərini tuta bilmədən bütün qrupla birlikdə geri çəkiləcək. (Sağ qalanlarla)
7 269
+1
Qəza edən vertolyot AH-1J Super Cobra olub.
Qəza nəticəsində dörd nəfər həlak olub. Pilot, köməkçi pilot və bazarda işləyən iki mülki şəxs.
7 269
+6
Rusiya Sənaye və Ticarət Nazirliyi Xalq Cəbhəsi ilə birlikdə hərbi bölmələrə növbəti avtomobil texnikası partiyasını təhvil verib.
Cəbhə xəttinə 170-dən çox avtomobil göndərilib. Onların arasında UAZ “Buxanka”, “Pikap” və “Profi” modelləri var.
7 269
Yüksək G-yüklü müdafiə manevrləri səbəbilə hər iki təyyarə düşmən ərazisi üzərində mühərrikin sönməsi riski ilə üz-üzə qalıb. Bu zaman yanacaq dolduran tanker ekipajı təhlükəli zonaya yaxınlaşaraq havada yanacaq verib.
Pilotların sözlərinə görə, onları ölümdən yalnız saniyələr ayırırdı, lakin hər iki təyyarə sonda bazaya təhlükəsiz qayıda bilib.
7 269
2025-ci ilin mart ayında Yəmən üzərində husilərin zenit raket hücumuna məruz qalan iki ABŞ F-16 “Wild Weasel” pilotu təxminən 15 dəqiqə ərzində atılan altı raketdən yayınaraq sağ qalıb və Silver Star mükafatı alıb.
Təyyarələr ərazini tərk etməzdən əvvəl AGM-88 HARM raketləri atıblar.
Zərbədən sonra husilər “SAMbush” adlanan taktika tətbiq edərək ABŞ təyyarələri geri çəkilərkən radarlarını aktivləşdirib raket atışı həyata keçiriblər. Pilotların sözlərinə görə, təhlükə barədə cəmi 15–20 saniyə əvvəl xəbərdarlıq siqnalları alınıb.
Polkovnik-leytenant Uilyam Parks son əks tədbir manevri üsulu kimi gələn raketin üzərinə doğru dönüb. Raket qırıcının qanadının altından keçib. O, raketin səsini eşidəcək qədər yaxın olduğunu bildirib.
Mayor Maykl Blea isə başqa bir raketin sürətlə yaxınlaşdığını görüb və yalnız bir şansı olduğunu düşünərək manevr edib. Raket təyyarəni cəmi bir neçə on metr fərqlə ötüb keçib.
7 269
Türkiyənin pilotsuz reaktiv qırıcı təyyarəsi Bayraktar Kızılelma yerli istehsal EOTS sisteminin performans sınaq uçuşunu həyata keçirib.
7 269
Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) iddia edir ki, Böyük Britaniya və Fransa Ukraynanı nüvə bombası ilə silahlandırmağa hazırlaşır.
7 269
İran ordusuna məxsus təlim helikopteri İsfahan vilayətinin Xomeyni Şəhr şəhərinin Dorçe bölgəsində, topdansatış meyvə-tərəvəz bazasının ərazisinə düşüb.
Hər iki pilot həlak olub.
Yerdəki əlavə itkilərlə bağlı təsdiqlənmiş məlumat yoxdur.
7 269
+1
Çin peyk görüntüləri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bütün Littoral Combat Ship tipli gəmilərin Bəhreyndəki limanı tərk etdiyi aşkarlayıb. Həmçinin Burke sinifli bir esminesin də dənizə çıxdığı müşahidə olunub.
7 269
2022-ci ilin martında Hostomel yaxınlığında Rusiyaya məxsus Ka-52 hücum helikopterinin DZRK ilə vurulması.
Videoda rotor pərlərinin qopması, kokpit örtüyünün qoparaq uçması və katapult oturacaqlarının işə düşməsi müşahidə olunur.
Available now! Telegram Research 2025 — the year's key insights 
