Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 140
Subscribers
-224 hours
-67 days
-6930 days
Posts Archive
7 140
Ukrayna GUR bildirir ki, gecə saatlarında Krımda Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sisteminə zərbə endirilib, nəticədə bir buraxılış qurğusu və əsas radar məhv edilib.
7 140
25 iyul gecəsi husilərin ballistik raket və PUA zərbələrindən sonra Səudiyyə Ərəbistanının Saudi Aramco şirkətinə məxsus Cizan neft emalı zavodunda böyük yanğın 48 saatdan çoxdur ki, davam edir.
Peyk görüntüləri və NASA-nın istilik sensoru məlumatları 21 milyard dollarlıq, gündəlik 400 min barel gücündə olan kompleksin şərq hissəsində yerləşən saxlama çənləri və boru kəmərlərində ziyanı təsdiqləyir.
7 140
Pentaqonun məlumatına görə, fevralın 28-də İrana qarşı başladılan hərbi əməliyyatlardan bu günədək ümumilikdə 18 ABŞ hərbçisi həlak olub, 624 hərbçi isə yaralanıb.
7 140
Ukrayna SQ 93-cü Mexanikləşdirilmiş Briqadanın 49-cu "Karpat Seçi" taborunun cərgələrində Kolumbiya polisinin xüsusi təyinatlı qüvvələrinin veteran komandoları.
7 140
+5
Yəmən husiləri iyulun 26-da Yəmənin şimalındakı Əl-Cəvf əyaləti üzərində Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Bayraktar Akıncı" kəşfiyyat-zərbə PUA-sını vurub.
7 140
+1
İranın animasiyalarını gerçəkləşdirdiyi bir dövrdə ABŞ Prezidenti animasiyalara keçid edib.
7 140
X-59/69 qanadlı raketləri ilə hücuma məruz qalan "GOLDEN LEO" quru yük gəmisi Odessa vilayəti sahillərində batıb.
7 140
+6
Qərb tədqiqatçıları Moskva və vilayətinin, Baltikyanı ətrafların, həmçinin orada yerləşən Neft Emalı Zavodu və aviabazaları olan şəhərlərin HHM sisteminin gücləndirilməsi üzrə genişmiqyaslı işlər barədə məlumat veriblər.
Belə ki, paytaxtda və onun ətrafında vacib yarımstansiyaların və Moskva NEZ-in mühafizəsi üçün "Pantsir"lərlə təchiz olunmuş əlavə qüllələr ucaldılır. Analoji zenit qüllələri Vnukovo hava limanı, "Xotilovo-2" aviabazası ərazisində, həmçinin Yaroslavl, Samara, Ryazan və Kstovo NEZ-ləri ərazisində də peyda olub.
Bununla yanaşı, ölkənin şimalında - Ust-Luqa və Vıborq ərazisində HHM sistemləri üçün qüllələr və torpaq təpəciklər ucaldılır.
Ukrayna qeyd edir ki, hələlik HHM qüllələrinin bu cür tikintisi şimal və paytaxt regionunda, həmçinin dövlət rezidensiyalarında və neft emalı klasterlərində cəmləşib. Ölkənin cənub hissəsi isə hələ də sadə təpəciklərlə kifayətlənir - peyklər orada hələlik analoji işlər müşahidə etməyib.
7 140
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təxminən 60–64 yanacaq doldurma təyyarəsi hazırda İsrailin üç hava bazasında yerləşdirilib.
27-si Ben Qurionda
13–17-si Ovda bazasında
20-si Ramon bazasında
7 140
17 iyuldan başlayaraq Ukrayna Rusiyanın ən böyük onlayn ticarət platforması olan Wildberries-in anbarlarını vurur.
Zərbə endirilən yerlər: Elektrostal, Kotovsk, Krasnodar, Nevinnomıssk, Voronej, Sankt-Peterburq (Şuşarı), Simferopol və Yekaterinburq.
Nəticədə ən azı 8 işçi ölüb, onlarla insan yaralanıb.
Ukraynanın hesablamasına görə, cəmi bir həftədə 1.15 milyon kvadratmetrdən çox anbar sahəsi zədələnib və ya sıradan çıxıb. Bu, şirkətin bütün anbarlarının 20%-dən çoxudur. Mallara dəyən zərər isə milyardlarla ölçülür.
7 140
Çin dövlət mediası, aparıcı radar alimi akademik Ben Denin sözlərinə istinadən bildirir ki, Pakistanın J-10CE qırıcıları 2025-ci ilin may toqquşmaları zamanı bortdakı KLJ-7A AESA radarlarından istifadə edərək Hindistan təyyarələrini təxminən 200 km məsafədən aşkarlayıb, izləyib və vurub. Bu zaman nə AWACS, nə də şəbəkələşmiş radar xətdindən istifadə olunmayıb.
İddialara görə, qalium nitrid modulları və aşağı aşkar olunma ehtimallı siqnallar sayəsində Hindistanın Rafale, MiG-29 və Su-30MKI təyyarələri PL-15 raketləri hədəfə çatana qədər kilidlənmə xəbərdarlığı almayıblar.
ABŞ və Fransa rəsmiləri həmin gecə ən azı bir Rafale və daha bir Hindistan təyyarəsinin J-10-lar tərəfindən vurulduğunu təsdiqləyiblər.
7 140
ABŞ hərbi komandirləri interceptor ehtiyatlarının sürətlə azalmasını nəzərə alaraq, İranın bəzi raket və dronlarının hava hücumundan müdafiə sistemlərindən keçməsinə qəsdən icazə verirlər.
Müharibə başlayandan bəri İranın təxminən 9,000 raket/dron buraxdığı şəraitdə komandirlər yalnız ABŞ qoşunlarına yönəlmiş təhdidlərə qarşı müdaxilə edir. Bunun nəticəsində uçuş-enmə zolaqları, radarlar və yanacaq anbarlarına zərbələrə dözmək bahasına Patriot, THAAD və SM seriyalı interceptorların qorunmasına üstünlük verilir.
7 140
ABŞ İran müharibəsi zamanı yüksək dəqiqlikli sursat ehtiyatlarının təxminən üçdə birini istifadə edib.
Ən çox istifadə interceptorlarda müşahidə olunur: THAAD sistemlərinin 80 faizə qədəri (360-dan 190–290 ədəd), SM-3 raketlərinin yarıdan çoxu (410-dan 130–250 ədəd) və Patriot raketlərinin 61 faizə qədəri (2,330-dan 1,060–1,430 ədəd) artıq istifadə olunub.
Uzaqmənzilli zərbə vasitələri də geniş miqyasda tükənib: 1,000-dən çox Tomahawk və 1,100-dən çox JASSM istifadə edilib, həmçinin PrSM ehtiyatının demək olar ki, hamısı (90-dan 40–70 ədəd) sərf olunub.
7 140
Ukraynalı hərbi müxbir Yuliya Kiriyenko cümə axşamı Rusiyanın Kiyev yaxınlığında müdafiə sənayesi nümayiş günü endirdiyi ballistik raket zərbəsi ilə bağlı rəsmi itki saylarını açıq şəkildə mübahisələndirir və bildirir ki, real itkilər açıqlanandan xeyli çoxdur.
O deyir ki, “10 nəfər həlak olub” rəqəmi yalnız tapılan cəsədləri əks etdirir.
Axtarış itləri hələ də ərazidə işləyir, çünki onun sözlərinə görə açıq sahəyə düşən iki-üç raket “bəzi insanları sözün həqiqi mənasında parçalayıb” və 300-dən çox insanın iştirak etdiyi tədbirdə yaralıların sayı, yüzlərlədir.
Zərbə Buça rayonunun Kapitanivka təlim poliqonunda ARMADA tərəfindən təşkil olunmuş dron və antidron texnologiyaları nümayişinə endirilib.
Rusiya isə bəyan edir ki, məqsədli şəkildə Ukraynanın dron istehsalçılarını hədəf alıb.
7 140
İran Xarici İşlər Nazirliyi bildirir ki, Ukrayna Xəzər dənizində İranın kommersiya gəmisinə hücum edib, nəticədə bir dənizçi həlak olub, digəri isə yaralanıb.
Nazirlik bu hücumu beynəlxalq hüququn pozulması və təcavüz aktı kimi pisləyib.
7 140
+3
Vətəninin vurulmasından sonra qisas alan Putin, Zelenskinin vətəni Krivoy-Roqda Episent tikinti materialları hipermarketini vurub.
7 140
Rusiya ərazisi üzərində Ukrayna tərəfindən atılan Niderlanda məxsus “Ruta Block 1” qanadlı raketinin uçuş anı. Bu tip raketlərdən birinin aşkar edilmiş qalıqları.
Bu modifikasiyada istehsalçı tərəfindən uçuş məsafəsinin 300 km-ə qədər, döyüş başlığının kütləsinin isə 150 kq-a qədər olduğu bildirilir. Bundan əlavə, hazırda xüsusiyyətləri əhəmiyyətli dərəcədə artırılmış Block 2 və Block 3 modifikasiyaları hazırlanır.
