en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 272
Subscribers
+324 hours
-107 days
-7730 days
Posts Archive
ABŞ Qrenlandiyada möhkəmlənir NORAD (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı) Qrenlandiyaya aviasiya qüvvələri göndəri
ABŞ Qrenlandiyada möhkəmlənir NORAD (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı) Qrenlandiyaya aviasiya qüvvələri göndərir. Rəsmi açıqlamada bunun ABŞ, Kanada və Danimarka arasında müdafiə sahəsində mövcud olan razılaşmaların icrası olduğu vurğulanır.

636 “Varşavyanka” tipli sualtı qayıq, zərbədən sonra bir aydan çoxdur ki, yerindən tərpənməyib. Bunu 24 dekabr və 19 yanvar t
+1
636 “Varşavyanka” tipli sualtı qayıq, zərbədən sonra bir aydan çoxdur ki, yerindən tərpənməyib. Bunu 24 dekabr və 19 yanvar tarixlərinə aid Novorossiysk limanının peyk görüntüləri, həmçinin zərbədən sonrakı gün çəkilmiş görüntülərlə müqayisə də təsdiqləyir. Bu müddət ərzində isə digər gəmilər və sualtı qayıqlar mütəmadi olaraq hərəkət ediblər. Xatırladaq ki, Qara dəniz donanmasının mətbuat xidməti sualtı qayığın hər hansı zədə almasını təkzib edib.

Starlink ilə təchiz olunmuş Ukrayna FPV dronları.

Çin sovet tipli, 100 mm-lik toplarla və partlayış riski daşıyan döyüş sursatına malik döyüş bölmələrindən imtina üzərində təc
Çin sovet tipli, 100 mm-lik toplarla və partlayış riski daşıyan döyüş sursatına malik döyüş bölmələrindən imtina üzərində təcrübələri davam etdirir. Bu yanaşma Çin istehsalı BMP və BMD-lərə aiddir. Çin BMP-si ZBD-04B-nin yeni modifikasiyası üzə çıxıb. Maşın yeni, tam ekipajsız döyüş modulu ilə təchiz olunub və bu modulda yalnız 30 və ya 40 mm-lik avtomatik top yer alır.

YENİLƏNMƏ: Təyyarələr hazırda Tel-Əviv istiqamətində hərəkəti davam etdirir, lakin aydın şəkildə hansısa prosesin getdiyi görünür.

ABŞ qoşunları və zərbə qrupları kompleksləşmədiyi üçün inandırıcı görülmür.

Mümkün İran zərbəsi xəbərləri dolaşır.

İsrail Hava sahəsi boşaldılır.

Ruslar tərəfindən hazırlanmış “Mnogotoçiye” adlı çoxhissəli antidron sursatlarının sınağı. İstehsalçının bildirdiyinə görə, 5
+2
Ruslar tərəfindən hazırlanmış “Mnogotoçiye” adlı çoxhissəli antidron sursatlarının sınağı. İstehsalçının bildirdiyinə görə, 5,45×39 mm kalibrli SÇ‑226 və 7,62×54 mm kalibrli SÇ‑228 patronları uçuş zamanı üç elementə ayrılan güllədən istifadə edir. Lülədən çıxdıqdan sonra patron bərabər şəkildə üç elementə. Bu da kiçikölçülü hədəflərin (dronların) vurulma ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir. Yeni çoxhissəli sursatlar standart patronlarla müqayisədə 300 metrədək məsafədə effektivliyi 2,5 dəfə artırır. Onlar xüsusi hərbi əməliyyat zonasında sınaq istismarından keçib və kiçikölçülü, yüksək manevrli hava hədəflərinə qarşı tətbiqdə özünü yaxşı göstərib. “Mnogotoçiye” istifadə edildikdə silahın istismar göstəriciləri əvvəlki səviyyədə qalır, əlavə dəyişiklik və ya asma avadanlıq quraşdırılmasına ehtiyac olmur. Bu patronla atəş səsboğucu quraşdırılmış halda da aparıla bilər.

Dünənki Yaxın Şərqə C-17A trafiki.
Dünənki Yaxın Şərqə C-17A trafiki.

1 əsgər 1 kalonu darmadağın edə bilər hətda çox qısa müddətdə. Hətda bunu daha geniş etmək olar, 1 ana dron, daha uzaqda idarəetmə və 1 drona bağlı gözsüz dronlar. İdarəkordinasiyanı edən ana dron olur.

Bu 1 əsgər , sürü dron və çoxlu hədəf ideasını 2 il əvvəl mən müəyyən aidiyatı yerlərə demişdim ki işləyə bilsəz bunun üstündə işləyin. Bu yenilikdir standart dronlar köhnələcək. Noldu ? bəli vecinə alan olmadı.

+3
Auterion şirkətinə məxsus dron sürüsünün hücumuna dair növbəti video yayılıb. Bu dəfə bir operator eyni vaxtda üç müxtəlif hədəfə hücum etmək üçün üç dronu idarə edə bilib. Hədəflər sovet tanklarının şişmə maketləri olub. Kiçik dron sürüsünün idarə edilməsi Nemyx sistemi vasitəsilə həyata keçirilib. Bu sistem operatorun yalnız hədəfləri seçməsini və məhvetməni təsdiqləməsini tələb edir, naviqasiya, idarəetmə, dronların trayektoriyalarının ayrılması və son mərhələdə hədəfə yönləndirilməsi funksiyalarını isə proqram təminatı özü icra edir. Bir pilot – bir dron” modeli artıq köhnəlib. Floridada nümayiş etdirdiyimiz nəticə sübut edir ki, döyüş meydanında kütləviliyi artıq proqram təminatı müəyyənləşdirir.

Daha əvvəl Polşa Ukraynaya 14 MiQ-29 qırıcısı verib. 2024-cü ilin sonuna olan məlumatlara görə, Polşa Hərbi Hava Qüvvələrində eyni sayda MiQ-29 qalıb. Bu təyyarələr silahlanmadan çıxarılmalıdır. Çünki polşa hərbi aviasiyası FA-50 təlim-döyüş təyyarələrinə və F-35 qırıcılarına keçid edir. Polşa ümumilikdə 44 MiQ qırıcısı almışdı (36 tək oturacaqlı MiQ-29 və 8 ikioturacaqlı MiQ-29UB). Bu o deməkdir ki, polşalıların bu tip təyyarələr üçün ehtiyat hissələri mövcuddur. Təhvil veriləcək təyyarələrin sayı onların qalan texniki resursundan asılıdır. Bəzi təyyarələrin resursu o qədər azdır ki, onların verilməsi mənasızdır. Miqdarın dəqiq olmaması isə, çox güman ki, polşalıların təyyarələri Ukrayna üçün qənaətbəxş texniki vəziyyətə gətirə bilib-bilməyəcəklərindən əmin olmadığını göstərir. Polşa buna görə Ukraynadan pilotsuz uçuş aparatları texnologiyasını və dronlara qarşı mübarizə təcrübəsini alacaq.

Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə Polşa Hərbi Hava Qüvvələrinin ehtiyatındakı MiQ-29 qırıcılarını təhvil verməyə hazırdır.
Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə Polşa Hərbi Hava Qüvvələrinin ehtiyatındakı MiQ-29 qırıcılarını təhvil verməyə hazırdır. Bunu Polşanın milli müdafiə nazirinin müavini Pavel Zalevski təsdiqləyib. Əvvəlcə on qırıcının veriləcəyi nəzərdə tutulurdu, lakin onların sayı daha az olacaq. MiQ-29-ların Polşa-Ukrayna arasında təhvil verilməsi ilə bağlı danışıqlar barədə ilk məlumatlar keçən ilin dekabrında ortaya çıxmışdı. Hazırda Zalevskinin sözlərinə görə, siyasi hissə — yəni təhvil verilmə faktı — razılaşdırılıb və imzalanıb. Qalan texniki məsələlərə isə təhvil veriləcək təyyarələrin texniki vəziyyəti, logistikasının təşkili, gələcək texniki xidmətin planlaşdırılması və bu prosedurların Polşa və Ukrayna müdafiə nazirlikləri arasında koordinasiyası daxildir. Əvvəlcə on təyyarənin verilməsi planlaşdırılmışdı. İndi qeyri-dəqiq doqquzdan az ifadəsi işlədilir. Digər mənbələrdə altıdan səkkizədək təyyarədən danışılır.

+5
Ukrayna kanallarında yayımlanan məlumatlara görə, 21 Yanvarda Krasnodar vilayətində pilotsuz uçuş aparatlarının hücumunu dəf edərkən S-300 və ya S-400 ZRK-nin bir zenit raketi hədəfdən yayınaraq avtomobil dayanacağına düşüb.

Ukrayna Palantir şirkəti ilə birgə dron əleyhinə dronlara süni intellekt sistemlərinin öyrədilməsi məqsədilə hava hədəflərini
Ukrayna Palantir şirkəti ilə birgə dron əleyhinə dronlara süni intellekt sistemlərinin öyrədilməsi məqsədilə hava hədəflərinin tanınması və daha dəqiq nişanalma üçün datasetlərə çıxış verən, Brave1 Dataroom platformasının istifadəyə verildiyini elan edib. Platformada təqdim olunan datasetlər Ukrayna hərbçiləri tərəfindən dörd il ərzində aparılan döyüş əməliyyatları zamanı toplanmış bütün növ hava hədəfləri və onların tətbiq taktikaları barədə məlumatları əhatə edir. Ukrayna yaxın zamanda süni intellekt alqoritmlərindən istifadə edən, yerli istehsal zenit-raket komplekslərini (ZRK) istifadəyə verməyi planlaşdırır. Hələlik əlavə detallər açıqlanmır.

+6
Shahed‑136 / “Geran” tipli kamikadze dronların məhv edilməsi üçün xüsusi uyğunlaşdırılmış Estoniya istehsalı Mark I raketi. Bildirilir ki, bu raket mülki bazar açıq şəkildə mövcud olan komponentlərdən hazırlanıb.

Ukrayna ərazisindəki hədəflərə endirilən zərbə zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən RM-48U raketindən istifadə olunub.
Ukrayna ərazisindəki hədəflərə endirilən zərbə zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən RM-48U raketindən istifadə olunub. RM-48U ilkin variantda S-300PM və S-400 HHM sistemlərində istifadə edilən 5V55 və ya 48N6 tipli istismardan çıxarılmış zenit raketləri əsasında yaradılan yer-yer raketidir. Qeyd edək ki, bundan əvvəl də Rusiya Silahlı Qüvvələrinin S-300 və S-400 raketlərini yerüstü hədəflərə qarşı istifadə etməsinə dair dəfələrlə sübutlar ortaya çıxıb. Bundan əlavə, Kapustin Yar poliqonunda S-400 ZRS-nin 51P6 buraxılış qurğusu üçün “yer‑yer” sinfinə aid yeni raketin sınaqlarının aparıldığı da bildirilirdi. Ola bilərki RM-48U raketləri Ukraynanın MIM-104 Patriot HHM sistemlərini “İsgəndər‑M” əməliyyat‑taktiki raketlərindən yayındırmaq üçün yalançı ballistik hədəf kimi istifadə olunub.

+3
FPV dronu “Rubikon”un Novobaxmetyevo kəndi yaxınlığında, HIMARS sisteminə endirdiyi zərbə.

Ormilitarism - Statistics & analytics of Telegram channel @ormilitarism