en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 265
Subscribers
-824 hours
-167 days
-8630 days
Posts Archive
ABŞ qoşunları və zərbə qrupları kompleksləşmədiyi üçün inandırıcı görülmür.

Mümkün İran zərbəsi xəbərləri dolaşır.

İsrail Hava sahəsi boşaldılır.

Ruslar tərəfindən hazırlanmış “Mnogotoçiye” adlı çoxhissəli antidron sursatlarının sınağı. İstehsalçının bildirdiyinə görə, 5
+2
Ruslar tərəfindən hazırlanmış “Mnogotoçiye” adlı çoxhissəli antidron sursatlarının sınağı. İstehsalçının bildirdiyinə görə, 5,45×39 mm kalibrli SÇ‑226 və 7,62×54 mm kalibrli SÇ‑228 patronları uçuş zamanı üç elementə ayrılan güllədən istifadə edir. Lülədən çıxdıqdan sonra patron bərabər şəkildə üç elementə. Bu da kiçikölçülü hədəflərin (dronların) vurulma ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir. Yeni çoxhissəli sursatlar standart patronlarla müqayisədə 300 metrədək məsafədə effektivliyi 2,5 dəfə artırır. Onlar xüsusi hərbi əməliyyat zonasında sınaq istismarından keçib və kiçikölçülü, yüksək manevrli hava hədəflərinə qarşı tətbiqdə özünü yaxşı göstərib. “Mnogotoçiye” istifadə edildikdə silahın istismar göstəriciləri əvvəlki səviyyədə qalır, əlavə dəyişiklik və ya asma avadanlıq quraşdırılmasına ehtiyac olmur. Bu patronla atəş səsboğucu quraşdırılmış halda da aparıla bilər.

Dünənki Yaxın Şərqə C-17A trafiki.
Dünənki Yaxın Şərqə C-17A trafiki.

1 əsgər 1 kalonu darmadağın edə bilər hətda çox qısa müddətdə. Hətda bunu daha geniş etmək olar, 1 ana dron, daha uzaqda idarəetmə və 1 drona bağlı gözsüz dronlar. İdarəkordinasiyanı edən ana dron olur.

Bu 1 əsgər , sürü dron və çoxlu hədəf ideasını 2 il əvvəl mən müəyyən aidiyatı yerlərə demişdim ki işləyə bilsəz bunun üstündə işləyin. Bu yenilikdir standart dronlar köhnələcək. Noldu ? bəli vecinə alan olmadı.

+3
Auterion şirkətinə məxsus dron sürüsünün hücumuna dair növbəti video yayılıb. Bu dəfə bir operator eyni vaxtda üç müxtəlif hədəfə hücum etmək üçün üç dronu idarə edə bilib. Hədəflər sovet tanklarının şişmə maketləri olub. Kiçik dron sürüsünün idarə edilməsi Nemyx sistemi vasitəsilə həyata keçirilib. Bu sistem operatorun yalnız hədəfləri seçməsini və məhvetməni təsdiqləməsini tələb edir, naviqasiya, idarəetmə, dronların trayektoriyalarının ayrılması və son mərhələdə hədəfə yönləndirilməsi funksiyalarını isə proqram təminatı özü icra edir. Bir pilot – bir dron” modeli artıq köhnəlib. Floridada nümayiş etdirdiyimiz nəticə sübut edir ki, döyüş meydanında kütləviliyi artıq proqram təminatı müəyyənləşdirir.

Daha əvvəl Polşa Ukraynaya 14 MiQ-29 qırıcısı verib. 2024-cü ilin sonuna olan məlumatlara görə, Polşa Hərbi Hava Qüvvələrində eyni sayda MiQ-29 qalıb. Bu təyyarələr silahlanmadan çıxarılmalıdır. Çünki polşa hərbi aviasiyası FA-50 təlim-döyüş təyyarələrinə və F-35 qırıcılarına keçid edir. Polşa ümumilikdə 44 MiQ qırıcısı almışdı (36 tək oturacaqlı MiQ-29 və 8 ikioturacaqlı MiQ-29UB). Bu o deməkdir ki, polşalıların bu tip təyyarələr üçün ehtiyat hissələri mövcuddur. Təhvil veriləcək təyyarələrin sayı onların qalan texniki resursundan asılıdır. Bəzi təyyarələrin resursu o qədər azdır ki, onların verilməsi mənasızdır. Miqdarın dəqiq olmaması isə, çox güman ki, polşalıların təyyarələri Ukrayna üçün qənaətbəxş texniki vəziyyətə gətirə bilib-bilməyəcəklərindən əmin olmadığını göstərir. Polşa buna görə Ukraynadan pilotsuz uçuş aparatları texnologiyasını və dronlara qarşı mübarizə təcrübəsini alacaq.

Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə Polşa Hərbi Hava Qüvvələrinin ehtiyatındakı MiQ-29 qırıcılarını təhvil verməyə hazırdır.
Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə Polşa Hərbi Hava Qüvvələrinin ehtiyatındakı MiQ-29 qırıcılarını təhvil verməyə hazırdır. Bunu Polşanın milli müdafiə nazirinin müavini Pavel Zalevski təsdiqləyib. Əvvəlcə on qırıcının veriləcəyi nəzərdə tutulurdu, lakin onların sayı daha az olacaq. MiQ-29-ların Polşa-Ukrayna arasında təhvil verilməsi ilə bağlı danışıqlar barədə ilk məlumatlar keçən ilin dekabrında ortaya çıxmışdı. Hazırda Zalevskinin sözlərinə görə, siyasi hissə — yəni təhvil verilmə faktı — razılaşdırılıb və imzalanıb. Qalan texniki məsələlərə isə təhvil veriləcək təyyarələrin texniki vəziyyəti, logistikasının təşkili, gələcək texniki xidmətin planlaşdırılması və bu prosedurların Polşa və Ukrayna müdafiə nazirlikləri arasında koordinasiyası daxildir. Əvvəlcə on təyyarənin verilməsi planlaşdırılmışdı. İndi qeyri-dəqiq doqquzdan az ifadəsi işlədilir. Digər mənbələrdə altıdan səkkizədək təyyarədən danışılır.

+5
Ukrayna kanallarında yayımlanan məlumatlara görə, 21 Yanvarda Krasnodar vilayətində pilotsuz uçuş aparatlarının hücumunu dəf edərkən S-300 və ya S-400 ZRK-nin bir zenit raketi hədəfdən yayınaraq avtomobil dayanacağına düşüb.

Ukrayna Palantir şirkəti ilə birgə dron əleyhinə dronlara süni intellekt sistemlərinin öyrədilməsi məqsədilə hava hədəflərini
Ukrayna Palantir şirkəti ilə birgə dron əleyhinə dronlara süni intellekt sistemlərinin öyrədilməsi məqsədilə hava hədəflərinin tanınması və daha dəqiq nişanalma üçün datasetlərə çıxış verən, Brave1 Dataroom platformasının istifadəyə verildiyini elan edib. Platformada təqdim olunan datasetlər Ukrayna hərbçiləri tərəfindən dörd il ərzində aparılan döyüş əməliyyatları zamanı toplanmış bütün növ hava hədəfləri və onların tətbiq taktikaları barədə məlumatları əhatə edir. Ukrayna yaxın zamanda süni intellekt alqoritmlərindən istifadə edən, yerli istehsal zenit-raket komplekslərini (ZRK) istifadəyə verməyi planlaşdırır. Hələlik əlavə detallər açıqlanmır.

+6
Shahed‑136 / “Geran” tipli kamikadze dronların məhv edilməsi üçün xüsusi uyğunlaşdırılmış Estoniya istehsalı Mark I raketi. Bildirilir ki, bu raket mülki bazar açıq şəkildə mövcud olan komponentlərdən hazırlanıb.

Ukrayna ərazisindəki hədəflərə endirilən zərbə zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən RM-48U raketindən istifadə olunub.
Ukrayna ərazisindəki hədəflərə endirilən zərbə zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən RM-48U raketindən istifadə olunub. RM-48U ilkin variantda S-300PM və S-400 HHM sistemlərində istifadə edilən 5V55 və ya 48N6 tipli istismardan çıxarılmış zenit raketləri əsasında yaradılan yer-yer raketidir. Qeyd edək ki, bundan əvvəl də Rusiya Silahlı Qüvvələrinin S-300 və S-400 raketlərini yerüstü hədəflərə qarşı istifadə etməsinə dair dəfələrlə sübutlar ortaya çıxıb. Bundan əlavə, Kapustin Yar poliqonunda S-400 ZRS-nin 51P6 buraxılış qurğusu üçün “yer‑yer” sinfinə aid yeni raketin sınaqlarının aparıldığı da bildirilirdi. Ola bilərki RM-48U raketləri Ukraynanın MIM-104 Patriot HHM sistemlərini “İsgəndər‑M” əməliyyat‑taktiki raketlərindən yayındırmaq üçün yalançı ballistik hədəf kimi istifadə olunub.

+3
FPV dronu “Rubikon”un Novobaxmetyevo kəndi yaxınlığında, HIMARS sisteminə endirdiyi zərbə.

2026-ci il yanvarın 18-də İsrail Hərbi Hava Qüvvələri üçün növbəti üç yeni Lockheed Martin F-35I Lightning II (İsrail adı ilə
+3
2026-ci il yanvarın 18-də İsrail Hərbi Hava Qüvvələri üçün növbəti üç yeni Lockheed Martin F-35I Lightning II (İsrail adı ilə Adir) qırıcısı Nevatim / İsrailə çatıb. İsrail modifikasiyası olan F-35A, F-35I adlanır və əsasən Elbit Systems tərəfindən hazırlanmış müdafiə kompleksi ilə təchiz olunub, həmçinin silah idarəetmə sistemi İsrail idarə olunan silahlarının tətbiqinə uyğunlaşdırılıb. İsrailə F-35I təyyarələrinin bütün çatdırılmaları ABŞ hərbi yardımı hesabına həyata keçirilir. Bu üç qırıcının çatdırılması ilə İsrail Hərbi Hava Qüvvələrində F-35I təyyarələrinin ümumi sayı 48-ə çatıb.

+1
Üzərində «Peroed-M» REB kompleksi quraşdırılmış Rusiya SQ məxsus «Kuryer» özü yeriyən robot.

Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan KXDR istehsalı olan 240 mm-lik M1991 RYAS sistemi, Ukraynaya məxsus kamikadz
Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan KXDR istehsalı olan 240 mm-lik M1991 RYAS sistemi, Ukraynaya məxsus kamikadze dronun obyektivində.

2025-ci ilin dekabr ayı ərzində Rusiya arxa cəbhəsində yerləşən müxtəlif infrastruktur obyektlərinə qarşı Ukrayna Silahlı Qüv
2025-ci ilin dekabr ayı ərzində Rusiya arxa cəbhəsində yerləşən müxtəlif infrastruktur obyektlərinə qarşı Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronları və raketləri ilə endirilən 46 zərbə. 23 neft-qaz infrastrukturu obyekti (NEZ-lər, qaz emalı zavodları, neft bazaları, dəniz neft platformaları); 7 enerji infrastrukturu obyekti (yarımstansiyalar, İES, DRES, AES); 5 liman; 8 Hərbi-Sənaye Kompleksi ilə əlaqəli müəssisə; 2 hərbi obyekt. 1 aerodrom. Əvvəlki ayla müqayisədə, qarşı tərəf Rusiya enerji infrastrukturu üzrə zərbələrin sayını kəskin şəkildə azaldıb, lakin neft-qaz obyektlərinə qarşı hücumların intensivliyini qoruyub saxlayıb.

+1
Ukrayna Hərbi Hava Qüvvələrinin 107-ci taktiki aviasiya briqadasına məxsus F-16AM qırıcısı döyüş uçuşu zamanı. Dörd ədəd AIM-9L hava-hava idarə olunan raketi; APKWS II raketlərinin buraxılması üçün iki ədəd LAU-131 bloku; AN/AAQ-33 Sniper Advanced Targeting Pod ə İki ədəd əlavə yanacaq çəni.