Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 140
Subscribers
+524 hours
-47 days
-6930 days
Posts Archive
7 140
Rusiya 2026-cı ilin iyul ayının əvvəlindən bəri Ukraynada 400,000 kvadrat metrdən çox anbar və logistika komplekslərini məhv edib.
Zərər çəkənlər arasında Fozzy Group, Novus, Rozetka, Epicentr, Nova Poshta, Puma, Liqui Moly və Toyota Ukraine kimi şirkətlər var.
7 140
Kolumbiyadakı kartellər Ukraynanın dron müharibəsi üzrə təcrübəsini əldə etməyə çalışırlar.
Bildirilir ki, Ukraynada döyüşmüş bəzi kolumbiyalılar inkişaf etmiş dron bacarıqları ilə ölkələrinə geri qayıdıblar.
7 140
İranla münaqişənin ilk həftələrində ABŞ 1,300-dən çox ATACMS taktiki ballistik raketindən istifadə edib.
7 140
İranın Kəşfiyyat Nazirliyi bildirir ki, Kerman şəhərində hava hücumundan müdafiə obyektləri barədə məlumat topladıqları iddia edilən, Mossad ilə əlaqəli 21 şübhəli saxlanılıb.
Həmçinin nazirlik silahlı dəstəyə aid olduğu deyilən 4 nəfərin və çevriliş planı ilə əlaqələndirilən daha 5 şübhəlinin həbs edildiyini açıqlayıb. Əməliyyat zamanı bir neçə hərbi təyinatlı silah ələ keçirilib. Saxlanılan şəxslər məhkəmə orqanlarına təhvil verilib.
7 140
İran Hərbi Hava Qüvvələrinin koordinasiya üzrə müavininin sözlərinə görə, iranlı pilotlar ABŞ bazalarına GPS istifadə etmədən hücum ediblər. O, bildirib ki, əməliyyat gizli qalmaq üçün köhnə üsullu naviqasiyaya əsaslanıb:
Pilotlarımız müxtəlif missiyalarda qırıcıları GPS və ya INS (inersial naviqasiya sistemi) istifadə etmədən yalnız xəritələr və sadə sistemlər vasitəsilə yönləndirmək üçün hazırlanmışdılar.
Bəlkə də əsas üstünlüyümüz o idi ki, təyyarələrimizdən heç bir çıxış siqnalı yox idi.
7 140
Ukrayna dronu Xarkov vilayətinin Vovçansk rayonunda meşələrin Rusiya FPV dronları tərəfindən buraxılmış fiber optik kabellərlə örtülməsini görüntüləyib.
7 140
Zaporojye vilayətinin Primorsk rayonu yaxınlığında, R-280 “Novorossiya” magistralında yanan yük avtomobilləri.
7 140
Avqustun 7-də Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yerləşən Wildberries anbarına hücum edilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz uçuş aparatı logistika mərkəzinin damına düşüb. İnsanlar təxliyə olunub, xəsarət alan yoxdur. Bu barədə vilayət qubernatoru Denis Pasler məlumat verib.
7 140
Ukrayna iyul ayında “Sapsan” operativ-taktiki raket kompleksinin uğurlu sınaqlarını keçirib
Sınaqlar zamanı ballistik raket hədəfi dəqiq vurub. Bu barədə Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov müsahibəsində bildirib.
Onun fikrincə, Ukraynanın ballistik raket proqramı daha da təkmilləşdirilməli və “əks-ballistik mübarizə” məqsədilə istifadə olunmalıdır. Yəni, Rusiya ordusunun “İskander-M” operativ-taktiki raket komplekslərinin buraxılış qurğularına, onların raket buraxdığı an zərbələr endirmək nəzərdə tutulur.
7 140
ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı bu tip çoxistifadəli şaquli qalxma-enmə aparatının prototipi üçün qapalı tender sənədləri hazırlayıb.
Konsepsiya maye yanacaqlı raket mühərriklərinin istifadəsini nəzərdə tutur. Aparat şaquli qalxdıqdan sonra üfüqi uçuşa keçir və hipersəs sürətlərinə çatır. Tapşırıqdan sonra isə yenidən şaquli eniş edərək təkrar istifadə olunur. Müqavilənin 30–45 gün ərzində bağlanması planlaşdırılır.
Favorit kimi New Frontier Aerospace şirkəti göstərilir. Onun Rocketplane konsepsiyası sifarişçinin tələblərinə ən yaxın olan hesab olunur.
Potensial iştirakçıların siyahısı əsasən startaplardan ibarətdir:
New Frontier Aerospace – perspektivli raket mühərrikləri və hipersəs aerokosmik sistemləri hazırlayır. Əsas layihəsi Mjölnir mühərrikli Rocketplane konseptidir. Hələ real tətbiqi yoxdur.
Shield AI – avtonom döyüş sistemləri və pilotsuz aparatlara süni intellekt həlləri hazırlayır. Əsas layihəsi X-BAT adlı şaquli qalxma aparatıdır. Praktiki nəticə yoxdur.
Aurora Flight Sciences (Boeing-in törəmə şirkəti) – müxtəlif konseptlər üzərində işləyir. Liberty Lifter və SPRINT proqramlarında iştirak edib. Real tətbiqi yoxdur.
Hermeus – hipersəs təyyarələri və mühərriklər üzərində işləyir. Quarterhorse layihəsi ilə tanınır, lakin hələ yalnız Mach 3 sürətinə çatmağı planlaşdırır və adi mühərrikdən istifadə edir.
Venus Aerospace – hipersəs aparatları və yeni tip mühərriklər üzərində işləyir. Praktiki nəticəsi yoxdur və şaquli qalxma mövzusuna fokuslanmayıb.
Bell Textron – helikopter və konvertoplan istehsalçısıdır. X-76 layihəsi ilə qalib olub, lakin bu platforma bombardmançı üçün uyğun hesab edilmir.
7 140
ABŞ Hərbi Hava Qüvvələri “toxunulmaz bombardmançı” ideyası üzərində düşünür
ABŞ Hərbi Hava Qüvvələri uzun mənzilli tapşırıqları yerinə yetirə bilən şaquli qalxma və enmə qabiliyyətli strateji uçuş aparatının konsepsiyasını araşdırır. Məqsəd xüsusilə böyük aviabazaların zərbələrə qarşı həssas olduğu Hind-Sakit okean bölgəsində əməliyyat elastikliyini artırmaqdır.
Yeni platforma ənənəvi uçuş-enmə zolaqlarından asılı olmadan, dağınıq mövqelərdən, avtomobil yollarından və ya adalardakı hazırlıqsız sahələrdən fəaliyyət göstərə biləcək. Reklam materiallarında hətta belə aparatların mülki hava limanlarından qalxdığı göstərilir.
7 140
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə Sazişi" imzalanıb.
Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.
7 140
Rus mənbələri bu ayaqqabaların indi heç bir bölməyə paylanmadığını və videonun köhnə olduğunu deyir.
7 140
Ukrayna mənbələri Rusiya ərazisindəki poliqonlardan birində KXDR və RF Silahlı Qüvvələrinin əsgərləri ilə bağlı video yayıb. Bəzi iddialar hətda bunun cəbhədən olduğunu da deyir.
7 140
Ukraynaya məxsus FP-7 zenit raketi və FP-9 ballistik raketinin ilk döyüş tətbiqinin 2026-cı ilin payızında planlaşdırıldığı bildirilib. Bu barədə Fore Point şirkətinin baş direktoru İrina Tereh açıqlama verib.
Onun sözlərinə görə, FP-7 artıq 15-dən çox sınaq buraxılışından keçib.
7 140
Ukraynaya məxsus “Barracuda” dəniz dronu, onu təqib edən “Geran-4” kamikadze dronu ilə toqquşmadan saniyələr əvvəl.
7 140
+3
Saratov vilayətində yerləşən “Engels-2” strateji aviasiya aerodromunda 16 ədəd qoruyucu anqarın tikintisi.
