7 302
订阅者
-124 小时
-227 天
-7230 天
帖子存档
7 301
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcı təyyarəsi EFES-2026 təlimi zamanı desant hücum əməliyyatına dəstək verib.
Onlar hədəfə Vulcan topu ilə 150 atəş açıb.
7 301
Türkiyə Ordusunun EFES-2026 hərbi təlimləri.
Üçüncü mərhələdə 21 helikopter — 4 T-129 ATAK, 3 CH-47, 4 AS-532 və 10 S-70 — 19-cu Komando Briqadasının şəxsi heyətini Dutlukuyu ilə Alankır təpəsi arasındakı əraziyə endirib.
S-70 helikopterləri 105 mm-lik BORAN haubitsasını və komanda-idarəetmə maşınlarını xarici asqı ilə daşıyıb.
Yaralı şəxsi heyət helikopterlərlə səyyar sahə hospitalına təxliyə olunub.
7 301
Türkiyənin “Steel Dome” hava müdafiə sisteminin bəzi elementləri EFES-2026 hərbi təlimi zamanı nümayiş etdirilib.
7 301
Michael Bay Universal Pictures ilə birlikdə real hadisəyə əsaslanan yeni film hazırlayır.
Film İran ərazisində vurulan F-15E təyyarəsindən sonra iki ABŞ pilotunun xilas edilməsi əməliyyatından bəhs edəcək.
7 301
Türkiyə Silahlı Qüvvələri EFES-2026 təlimi çərçivəsində TCG Anadoludan koordinasiya olunan genişmiqyaslı desant hücumu həyata keçirib.
Əməliyyat iki ayrı sahil zonasına ZAHA zirehli amfibiya texnikalarının, mexanikləşdirilmiş desant katerlərinin (LCM) və şəxsi heyət daşıyan desant katerlərinin (LCVP) çıxarılmasını əhatə edib.
Ayrı bir hücum dalğasında Amfibiya Korpusu, 19-cu Komando Briqadası və Döyüş Mühəndisləri Batalyonunun hərbçilərini daşıyan 30 ədəd yeni nəsil Karayel katerindən istifadə olunub.
Minaların təmizlənməsi qrupları çıxış öncəsi maneələri aşkar edib məhv etmək üçün avtonom sualtı aparatlarından istifadə edib, əməliyyat boyunca isə T129 ATAK helikopterləri, artilleriya bölmələri və snayper qrupları atəş dəstəyi verib.
7 301
Türkiyə Ordusu EFES-2026 hərbi təlimi zamanı simulyasiya olunmuş düşmən elektron müharibə mərkəzinə qarşı koordinasiyalı sürü hücumunda üç kamikadze drondan istifadə edib — Baykarın Sivrisinek, Skydagger-in FPV dronları və STM-in KARGU sistemi.
7 301
Hizbullahın FPV dronu Livan–İsrail sərhədinə yaxın Jall əl-Aalam bölgəsində İsrailin Iron Dome buraxılış qurğusuna zərbə endirib.
Kadrlarda dronun birbaşa raket boruları blokuna dəydiyi görünür.
7 301
ABŞ-ın Hornet kamikadze dronu şar vasitəsilə buraxılış sınağından keçirilib.
Şar dronu 42 km məsafəyə daşıyıb və 8 km hündürlükdən buraxıb, bu zaman ümumi batareyanın cəmi 5%-i istifadə olunub.
Bu üsul məsafəni üçqat artırır. Şarın daşıdığı məsafə, buraxılış hündürlüyü və qənaət edilən batareya hesabına bu edilir.
Starlink terminalı ilə zərbə məsafəsi təxminən 100–120 km-dən 1,5–2 dəfə daha uzağa çata bilər.
7 301
İtaliya Airbus ilə 6 ədəd A330 MRTT yanacaqdaşıyan təyyarə üçün 1,4 milyard avro dəyərində müqavilə imzalayıb. Bununla da Roma 2022-ci ildə seçdiyi, lakin 2024-cü ildə ləğv etdiyi Boeing KC-46 Pegasus layihəsindən tamamən imtina edib.
İtaliya A330 tanker təyyarəsini istismar edən 19-cu ölkə olur.
7 301
Türkiyə ilk dəfə yerli istehsal olan Tayfun Block-2 ballistik raketini rəsmi şəkildə öz ordusunun inventarına daxil edib.
Raketin uçuş məsafəsi 500 km-dən çoxdur, hipersəs sürətinə malikdir və yüksək dəqiqliklə hədəfi vurur.
Kritik hərbi hədəfləri məhv etmək üçün hazırlanıb, mobil quruluşludur, elektron müharibə təsirlərinə davamlıdır və bütün hava şəraitində istifadə oluna bilir.
7 301
Suriya Ordusu bir bölmə ilə Türkiyə Ordusunun EFES-2026 hərbi təlimində iştirak edir.
Bu, ölkənin yenidən qurulmasından sonra Suriya qüvvələrinin ilk dəfə ölkə xaricində hərbi təlimə qoşulmasıdır.
Eyni zamanda 502 nəfərdən ibarət Liviya hərbçisi — həm şərq, həm də qərb qüvvələrindən — EFES-2026-da vahid Liviya bayrağı altında iştirak edir.
Bu, Liviya Ordusunun ilk dəfə ölkə xaricində təlim keçməsidir.
Türkiyənin EFES-2026 təlimi 10 mindən çox hərbçi və müşahidəçini, təxminən 50 ölkədən iştirakçıları bir araya gətirərək ilin ən böyük birgə canlı atəş təlimidir.
7 301
18 may tarixli peyk görüntüləri göstərir ki, İran Qəzvin vilayətində yerləşən Abyek yeraltı raket obyektindəki beş girişdən dördünü təmizləyib.
Beşinci giriş isə qismən təmizlənib.
Bu girişlər ABŞ–İsrail hava zərbələri zamanı raketləri içəridə saxlamaq məqsədilə qəsdən vurulmuşdu.
ABŞ kəşfiyyatının daha geniş qiymətləndirmələri göstərir ki, İran artıq yeraltı raket şəbəkəsinin təxminən 90 faizinə çıxışı bərpa edib.
7 301
Fransa 2030-cu ilə qədər müdafiə büdcəsinə əlavə 36 milyard avro ayırır. Bununlada o, ümumi məbləği təxminən 449 milyard avroya çatdırır.
Əsas prioritetlər: sursat ehtiyatları (dron inventarı 400 faiz artırılır, Scalp qanadlı raketləri 85 faiz artırılır), hava hücumundan müdafiə və nüvə başlıqlarının genişləndirilməsi.
İllik xərclər 2030-cu ilə qədər 76,3 milyard avroya çatacaq — bu da 2017-ci il səviyyəsi ilə müqayisədə demək olar iki dəfə çoxdur.
7 301
Bu ilin Martın 12-də İraq üzərində iki ABŞ KC-135 yanacaq doldurma təyyarəsi toqquşdu. Altı nəfər həlak oldu.
İlkin kəşfiyyat məlumatları həmin vaxtı ərazidəki İran dəstəkli milislərin zenit raketi atəşlədiyini iddia edib. Bunun davamında pilotlar yayınma manevri edib və bir biri ilə toqquşub.
Hərbi rəhbərlik bu məlumatları səhv kimi qiymətləndirib.
İstintaqın nəticəsində hadisənin sıx hava məkanında baş verən və qarşısı alına biləcək pilot səhvi olduğu qənaətinə gəlinəcəyi gözlənilir.
7 301
Bu özüdə bir başqa diqqət tələb edən sahədir. Dünyadakı çox sistemi təqlid edən saxta hədəflər yaradıb satmaq olar.
Bu təlimlər üçündə lazım bir ünsürdür.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
