en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 140
Subscribers
+524 hours
-47 days
-6930 days
Posts Archive
USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin göyərtəsində xidmət edən bir neçə hərbçi gəminin uzunmüddətli missiyası zamanı ö
USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin göyərtəsində xidmət edən bir neçə hərbçi gəminin uzunmüddətli missiyası zamanı özünü dənizə atmağa cəhd edib. Gəmidəki təxminən 5000 dənizçi və dəniz piyadası noyabrın 21-dən etibarən, səkkiz aydan çox müddətdə İrana qarşı əməliyyatları dəstəkləmək məqsədilə bölgəyə yerləşdirilib.

Məşhur GTA helikopter missiyasını uğurla keçən oyunçular Ukraynanın ən yaxşı FPV dron pilotlarına çevriliblər. Ukrayna hərbi
+1
Məşhur GTA helikopter missiyasını uğurla keçən oyunçular Ukraynanın ən yaxşı FPV dron pilotlarına çevriliblər. Ukrayna hərbi təlimçiləri döyüş aviasiyası üçün qeyri-ənənəvi istedad mənbəyi müəyyən ediblər. Onlar GTA kimi video oyunlarında yüksək nəticə göstərən şəxslərin FPV dron pilotu kimi uğurlu ola biləcəyini müəyyən ediblər.

Rusiya Ukraynanın neft emalı zavodlarına hücumları fonunda Hindistandan benzin idxal etməyə başlayıb.
Rusiya Ukraynanın neft emalı zavodlarına hücumları fonunda Hindistandan benzin idxal etməyə başlayıb.

Şimali Koreya ABŞ-Cənubi Koreya hərbi təlimləri ərəfəsində ballistik raket atəşləyib. Şimali Koreya çərşənbə günü şərq sahill
Şimali Koreya ABŞ-Cənubi Koreya hərbi təlimləri ərəfəsində ballistik raket atəşləyib. Şimali Koreya çərşənbə günü şərq sahillərindən ballistik raket buraxıb. Raket təxminən 700 kilometr məsafə qət edib. Atış ABŞ və Cənubi Koreyanın birgə genişmiqyaslı hərbi təlimlərinə başlamasına bir neçə gün qalmış baş verib.

Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı təlim uçuşu zamanı Türkiyənin Yalova vilayətində qəzaya uğrayıb. Pilot qəzadan sağ çıxıb.

Çin və İndoneziya Tayvanın şərqində birgə hərbi-dəniz təlimləri keçirməyi planlaşdırır. Bu isə Tayvanın Pekini həmin sulardak
Çin və İndoneziya Tayvanın şərqində birgə hərbi-dəniz təlimləri keçirməyi planlaşdırır. Bu isə Tayvanın Pekini həmin sulardakı iddialarını legitimləşdirməyə çalışmaqda ittiham etməsinə səbəb olub. İndoneziya isə bunun adi “keçid təlimi” olduğunu və döyüş əməliyyatlarına hazırlıq xarakteri daşımadığını bildirir.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya kütləvi zərbələr üçün təxminən 6200 ədəd “Geran” dronunu ehtiyatda saxlayıb. Ru
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya kütləvi zərbələr üçün təxminən 6200 ədəd “Geran” dronunu ehtiyatda saxlayıb. Rusiya bir hücum zamanı potensial olaraq 600-1000 dron buraxa bilər. “Geran-4/5” dronlarının istehsalının ayda təxminən 3000 ədəd olduğu təxmin edilir.

Ukraynanın əsas müdafiə texnologiyaları şirkətlərindən biri olan General Chereshnya 2026-cı ilin iyul ayında Ukraynanın Delta/e-points reytinqində yenidən birinci olub. Şirkətin dronlarının 16000-dən çox hava hədəfini vurduğu bildirilir. Bunlardan təxminən 13000-i sabit qanadlı PUA, 3000-i isə FPV və kopter tipli hədəflər olub. Şirkət ümumi vurulan hədəflərin sayına görə 2-ci, gündüz həyata keçirilən zərbələrə görə 2-ci, gecə FPV zərbələrinə görə isə 3-cü yeri tutub. AIR Speed və Bullet ələkeçirici dronlarının payına isə təxminən 300 ədəd Shahed tipli dron düşüb.

Ukrayna cəbhəyə çatmayan silahlara görə 1 milyard dollardan çox pul ödəyib. Ukraynanın Müdafiə Nazirliyi təsdiqləyib ki, vaxt
Ukrayna cəbhəyə çatmayan silahlara görə 1 milyard dollardan çox pul ödəyib. Ukraynanın Müdafiə Nazirliyi təsdiqləyib ki, vaxtında cəbhəyə çatdırılmayan silah və hərbi texnikaya görə 1 milyard dollardan çox məbləğdə gecikmiş ödəniş vəsaiti yığılıb.

Yunanıstan Kiprinin təklif etdiyi 75–90 ədəd Leopard 1A5 tankı yoxlamadan sonra yararsız hesab edilib. Kipr Respublikasının k
Yunanıstan Kiprinin təklif etdiyi 75–90 ədəd Leopard 1A5 tankı yoxlamadan sonra yararsız hesab edilib. Kipr Respublikasının köhnəlmiş Rusiya istehsalı T-80 tanklarının əvəzi olaraq İsrailin Merkava III və IV tankları əsas seçim olaraq qalır. Rusiya tanklarının texniki vəziyyətini qorumaq isə sanksiyalar və ehtiyat hissələrinin çatışmazlığı səbəbindən getdikcə çətinləşir. Lakin Merkava tanklarının alınması ilə bağlı hələlik yekun razılaşma əldə olunmayıb. Səbəblərdən biri də İsrailin hazırda öz silahlı qüvvələri üçün bu tanklara ehtiyacının olmasıdır.

İranlı balıqçılar İran sahillərindən uzaqda, suyun üzərində alçaq hündürlükdə havada asılı qalan ABŞ-a məxsus AH-64 Apache helikopterini lentə alıblar.

Rusiyanın A-50U tipli havadan aşkarlama və idarəetmə təyyarələrindən Ukraynanın qanadlı raket və dron hücumlarını dəf etmək üçün arxa cəbhə bölgələrində getdikcə daha çox istifadə olunur.

Avqustun 9-da Moldovada, Odessa vilayəti ilə sərhəddə yerləşən Krokmaz qəsəbəsi yaxınlığında aşkarlanan qalıqlar S-71K “Kover
+3
Avqustun 9-da Moldovada, Odessa vilayəti ilə sərhəddə yerləşən Krokmaz qəsəbəsi yaxınlığında aşkarlanan qalıqlar S-71K “Kover” (“Monoxrom”) döyüş sursatına məxsusdur. Bu sursat Su-57 qırıcılarından buraxılan kiçik qanadlı raket və ya reaktiv dron tipli silahdır.

+4
Ukraynaya məxsus PUA-lar Voronej vilayətinin Novaya Usman kəndində yerləşən Wildberries logistika mərkəzinə hücum edib.

Ukraynaya məxsus MiQ-29 Odesska vilayətində kamikadze dronların qarşısını almaq üçün həyata keçirdiyi döyüş uçuşu zamanı qəza
Ukraynaya məxsus MiQ-29 Odesska vilayətində kamikadze dronların qarşısını almaq üçün həyata keçirdiyi döyüş uçuşu zamanı qəzaya uğrayıb. İlkin məlumata əsasən, aviasiya raketinin buraxılması zamanı qeyri-standart vəziyyət yaranıb. Nəticədə təyyarədə yanğın baş verib və pilot idarəetməni itirib. Daha sonra pilot katapult edərək təyyarəni tərk edib.

Paytaxt regionuna minlərlə dron buraxılmasına baxmayaraq, Ukraynanın zərbələri nəticəsində Moskva ərazisində “Dubna” Mərkəzi
+1
Paytaxt regionuna minlərlə dron buraxılmasına baxmayaraq, Ukraynanın zərbələri nəticəsində Moskva ərazisində “Dubna” Mərkəzi Kosmik Rabitə Kompleksi, Kapotnadakı neft emalı zavodu, neft bazası, Wildberries anbarları və yaşayış binaları vurulub. Beləliklə, paytaxta göndərilən Ukrayna PUA-larının böyük əksəriyyəti həqiqətən uğurla vurulub və Moskvanın kənarlarına yalnız az sayda dron çata bilib. Bununla belə, belə effektivliyin təbii olaraq öz qiyməti var. Moskva və ətraf ərazilər müxtəlif zenit-raket komplekslərindən ibarət yüzlərlə sistemlə qurulmuş bir neçə hava hücumundan müdafiə halqası ilə əhatə olunub. Digər məqsəddə isə Ukrayna dronları çoxsaylı zenit sistemlərini paytaxt ətrafında saxlamağa məcbur edir. Bununla da Rusiya Silahlı Qüvvələrinin həmin sistemlərdən digər istiqamətlərdə istifadə imkanlarını məhdudlaşdırır. Birinci xəritə dronların vurulduğu yerləri, ikinci xəritə məlum hava hücumundan müdafiə mövqelərini, üçüncü xəritə isə bu iki məlumatın üst-üstə salınmasını göstərir.

Ukraynanın Moskva və Moskva vilayətində vurulan Ukrayna dronları ilə bağlı açıq məlumatlardan topladığı maraqlı statistika. T
Ukraynanın Moskva və Moskva vilayətində vurulan Ukrayna dronları ilə bağlı açıq məlumatlardan topladığı maraqlı statistika. Təxminən 1400 dron (yəni 93 faizi) hələ Moskva vilayətindəki hava hücumundan müdafiənin birinci və ikinci xətlərində vurulub. Təxminən 100 dron, yəni 6 faizi, artıq üçüncü hava hücumundan müdafiə xəttinin, yəni MKAD ətrafının fəaliyyət zonasına çatdıqdan sonra vurulub. Cəmi 1 dron, yəni 0,07 faizi, birbaşa şəhər daxilində vurulub. Sobyaninin sözlərinə görə, yalnız iyul ayında Moskva istiqamətində 6225 dron uçub. Onlardan 780-i Moskva yaxınlığında vurulub, qalanları isə daha uzaq məsafələrdə məhv edilib.

İran istehsalı Majid AD-08 zenit-raket kompleksləri (1–5-ci fotolar) və Hindistan istehsalı Akash hava hücumundan müdafiə sis
+7
İran istehsalı Majid AD-08 zenit-raket kompleksləri (1–5-ci fotolar) və Hindistan istehsalı Akash hava hücumundan müdafiə sistemləri (6–9-cu fotolar) Ermənistan Silahlı Qüvvələrində döyüş hazırlığı təlimlərində.

+3
Rusiya Silahlı Qüvvələrinin Slavyanska doğru irəliləməsinin göstəricilərindən biri fiber optik ilə idarə olunan FPV-dronların artıq şəhərin daxilində Ukrayna texnikasına zərbələr endirməyə başlamasıdır. Bu, Rusiya dron operatorlarının əvvəlki mövqelərindən daha irəlidə, Slavyanska daha yaxın və daha əlverişli mövqelər tutduğunu göstərir.