cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

Show more
Advertising posts
1 167
Subscribers
No data24 hours
-87 days
-2430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

İmam Əli əleyhis-salam Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) dəfn edən zaman o Həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur: Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox! Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı kədər (sən Həzrətin qəminə nisbətdə) asan və kiçikdir. Nəhcül-Bəlağə Hikmət 284 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
Show all...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 2🥰 2
Photo unavailableShow in Telegram
┄┄┅━༅❀﷽❀༅━┅┄┄ https://t.me/lovely_religion/974 https://t.me/lovely_religion/998 Dərslər İyun ayından başlayacaq inşallah. (Əlbəttə ki minimum 40 nəfər toplanarsa) Dərsin şərtlərini səsli mesajla izah etmişəm. Yeni qrup yaradılıb. Dərsə qatılmaq istəyənlər bu nömrəyə yaza bilərlər: 👇👇👇👇👇👇👇👇 Telegram: @M_Anr_R Whatsapp: +7 778 522 6852
Show all...
🥰 2
👆👆👆👆👆👆👆👆👆 Özünüdərk söhbətlərinin ikinci hissəsinə-Dinşünaslıq dərsinə kim qatılmaq istəyir?Anonymous voting
  • Qatılmaq istəyirəm
  • Qatılmaq istəmirəm
  • Özünüdərk-i dinləməmişəm
0 votes
🥰 1
بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيم‏ Salam “Sevimli din” kanalının dəyərli üzvləri! 2021-ci ildən 2023-cü ilin sonunadək, bir silsiləvi-sistemli söhbətimiz oldu, “Özünüdərk” adlı söhbət. Bu müddət ərzində, söhbətlə tanış olnaların sayı hər gün artdı, söhbətlər dəyərli izləyicilər tərəfindən dinlənildi, bəyənildi və sevildi. 114 hissədən ibarət özünüdərk söhbətləri iki mərhələdən ibarət idi ki, Allaha həmd olsun, birinci mərhələni bitirdik. Ikinci mərhələyə “Dinşünaslıq” adı da qoymaq olar. Bu söhbət də silsiləvi və sistematik olacaq inşallah. Dini, elmi, Qurani söhbət olacaq, söhbət, dini ədəbiyyatla (Quran ayələri və hədislərlə) zəngin olacaq və hərdən ibrətamiz hekayələr də əlavə edəcəyik. Dinşünaslıq üç hissədən ibarət olacaq: Birinci hissədəki mövzular: Qarşılıqlı təsir etmə və təsirlənmə; Elmlə hissin fərqi; Duyğu ilə həqiqət arasındakı rabitə; Həqiqi və şərti anlayışlar; Niyə görə insan şərti anlayışlar düzəldir? Insanla heyvanın ilk fərqi; Şərti anlayışların artması; Şərti anlayışların növləri; Üsul elmi haqda; Elm, ədəb, hünər və sənət. İlk baxışda din; dini məfhumların mahiyyəti; Dində şərti anlayışlar və onlara ehtiyac; Insanın dinə ehtiyacı; Din dünya üçün; Dini məfhumlar xəyalda; Avropa cəmiyyətinə bir baxış; Dində təhrif və təhrifin nəticələri; Dinlərin yayılmasının səbəbi; Süni dinlər; Dinlər elmin müqabilində; Din, inkişafın qarşısını alırmı? Qanun niyə əmələ gəlir? Mənəviyyatsız din; Elm və məntiqlə uyğun gəlməyən din; Insanlığın əleyhinə olan din; Yeni elmlər; Sünni-şünaslıq; Ixtilaf haradadır? Islamın əsas şərti; Islam, küfr, nifaq; Məhəbbətin mərhələləri; Niyə görə rəsul təcəlli edir? Sünnilər dini necə tərif edir? Xəlifə kimdir? Tövhid; Təsəvvüf; Vilayətin günahdakı rolu. İkinci hissədəki mövzular: Dinlərin vəhdəti; İctihadın həqiqəti; Din nədir? Təkamül nədir? Təkamülün xəyalı; Təkamül maddədə ola bilərmi? Bədən və mən; Bədənə yəqin və onun təsirləri;  Hübut və onun dərəcələri; İlk yalan; Şəri hökm və bədənin ehtiyacı;  Üç şeytan; Şəhvət, milk, mülk; Bəyənilən və bəyənilməyən əxlaqın meyarı; Dini mədəniyyət; Müəllim ya elm?! Dinin anlayışı; Əməllərin dəyərləndirilməsi; Bu söhbətlərdə özünü dərk etmək; Şeytanın dəvəti; Məna əhlinin əlamətləri; Nicat yolu; Ədavətdə hərəkət nə anlama gəlir? Feil, sifət və zat arasındakı rabitə Üçüncü hissədəki mövzular: Bi-nəhayət nədir? Hədd nədir? Ədəddə olan sonsuzluq; Həqiqətdə olan sonsuzluq; Maddi baxışla mənəvi baxışın fərqi; Tövhidin həqiqəti; Əhədiyyət məqamı; Etiraz və təslim; Vahid və əhəd; İnsanın mərtəbələri; Kəsrət, kəsrətdən sual, maddə nədir? Maddə necə isbatlanır? Materializm nə deəkdir? Təğyir, həqiqət və hiss; Baxışın dəyişməsi; Xəlq; Əbəd və əzəl; Allahın elmi; Alimlə məlumun rabitəsi; Alimlə məlumun ittihadı; Bərzəx və qiyamət təbiri ✅Dərslər xüsusi qrupda keçiriləcək; ✅ Həftədə bir səs yazısı (MP3); ✅ Dərslər ən tez may ayından başlayacaq ✅ Dərslər ödənişlidir. Qatılanların sayından asılı olaraq minimum məbləğ nəzərdə tutulacaq; ✅Bir ay qalmış, qeydiyyat üçün əlaqə nömrəsi yazacayıq. Hörmətlə Şəhriyar Əliyev
Show all...
🥰 1
Show all...

👍 2🥰 1
İmam Əli əleyhis-salam (öz səhabə və yoldaşlarının münafiq simalarından olmuş) Əş’əs ibn Qeysə övladının ölümünə görə baş sağlığı verib onu səbr və dözümlülüyə təşviq edərkən (dözümsüzlük etməmək barəsində) buyurmuşdur: Ey Əş’əs! Əgər oğluna (onun ölümünə) görə kədərlənsən, (onunla) bağlılığına görə qəmlənməyə haqlısan (sənin övladının ölümünə görə kədərlənməyin yersiz deyil). Amma səbr etsən Allah yanında hər bir müsibət və kədərin canişini (əvəz və mükafatı) vardır. Ey Əş’əs! Əgər səbr etsən sənin barəndə qəza-qədər cari olacaq və sən savab və mükafat alacaqsan, amma dözümsüzlük etsən sənin barəndə ilahi hökm cari olacaq və sən həmin halda günahkarsan. Ey Əş’əs! Oğlun (dünyaya gələn zaman) səni şad etdi, halbuki o, (sənin üçün) bəla və çətinlik idi və (ölümü ilə) səni kədərləndirdi, halbuki (sənin üçün) mükafat və mərhəmət vardır. (Buna görə də onun müsibətində səbrli olmağın daha münasibdir.) Nəhcül-Bəlağə Hikmət 283 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
Show all...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 2
Photo unavailableShow in Telegram
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 https://t.me/lovely_religion/1121 💐💐💐💐💐💐💐💐💐💐💐💐
Show all...
👍 3🥰 1
Show all...

👍 2🥰 1
İmam Əli əleyhis-salam (günahı tərk etmək barəsində) buyurmuşdur: Əgər Allah (insanları peyğəmbərlər vasitəsi ilə) Ona qarşı günah və itaətsizlik etməkdən çəkindirməsəydi də, nemətlərinə şükr üçün Ona qarşı günah işlətməmək vacib olardı. (Çünki ağıl baxımından həm söz, həm də əməllə nemətə görə şükr etmək vacibdir. Buna görə də itaət və şükrün zərurət və tələblərindən olan günahın tərk edilməsi də vacib olacaqdır.) Nəhcül-Bəlağə Hikmət 282 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
Show all...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 4
Show all...
TikTok · sevimli_din

sevimli_din adlı kullanıcının gönderisine göz atın.

👍 2🥰 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.