Zühura hazırlıq
Open in Telegram
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Show more810
Subscribers
No data24 hours
-47 days
-1330 days
Posts Archive
Repost from Bibi_Heybat_TV
Salam əleykum
Əziz müsəlman Azərbaycan xalqı
BİBİ HEYBƏT TV YouTube kanalı şeytan cəbhəsi tərəfindən bağlandı.
İnşallah cihadımız davam edəcək.
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
BİSMİLLAHİR-RAHMANİR-RAHİM
«لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ»
(Həqiqətən, Allahın Rəsulunda sizlər üçün gözəl bir örnək vardır)
Bütün dəyərli müsəlman bacı və qardaşlara, möhtərəm ailələrinizə, haqq cəbhəsinin bütün keşikçiləri və zəhmətkeşlərinə;
Cahillik və təhrif dövrlərindən sonra İslam nizamının qurucusu və aləmlərə rəhmət peyğəmbəri həzrət Məhəmməd Rəsulullahın (s) və onun pak nəvəsi, tövhidçi təşkilatlanmanın əsas memarı İmam Cəfər əs-Sadiqin (ə) mübarək mövludu münasibətilə hamınızı təbrik edirik.
Bu iki şərəfli mövludun eyni gündə bir araya gəlməsi çox dərin bir sivilizasiya ismarışıdır;
Rəsulullah cihadı və tədbiri ilə əsasını qoyduğu nizamı, İmam Sadiq elmi, siyasi və kadr təşkilatı ilə İslam ümməti üçün qorumuş və mühəndisliyini etmişdir.
Əzizlər diqqət edin ki, «Təşkilatsız nizam olmaz, birlik və qardaşlıq olmadan da təşkilat olmaz»; çünki gözəl əxlaq, möhkəm birlik, möminlər arasında qarşılıqlı xeyirxahlıq və məhəbbət olmadan haqqın sütunu ayaqda durmaz və hər bir səy havaya sovrulan kül kimi puç olar.
Allahım! Bu əzəmətli günün hörmətinə qəlblərimizi tövhid sistemi ətrafında birləşdir, ruhlarımızı xalis qardaşlıqla bir-birinə bağla, cəbhəmizə mərhəmət və qarşılıqlı yardım vasitəsilə izzət və qüdrət ver. Bizləri Kərimə Dövlətin ümumdünya qələbəsinə qədər bu məktəbdə sabitqədəm olanlardan qərar ver.
Hər gününüz xeyir, izzət və qardaşlıqla dolu olsun.
Bayramınız mübarək!
Repost from Orxan Məmmədov (Səfəvi-1)
Gecə- gündüz dediyimiz "2030 il proqramı" budur. Amma nə qədər məsxərə etdilər, güldülər cahil, özündən razı tacir məslək insanların buyruq qulları
https://t.me/anti_vehabi/1665
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
✊ İmam Həsən (ə) böyük şiə təşkilatını yaratdı.
Həzrət Şəhid İmam Xamenei:
İmam Həsən (ə) müharibənin dayandırılması hadisəsindən sonra təşkilatlanma və sistemləşdirmə işinə başladı.
Bu, o vaxta qədər olunmamış, həm də buna zərurət və imkan olmamış bir iş idi; o, böyük bir şiə təşkilatını meydana gətirdi.
Bu, elə bir təşkilat idi ki, siz onun izlərini İmam Hüseynin (ə) dövründə və şəhadətindən sonra Kufədə, Mədinədə, Yəməndə, Xorasanda, hətta ən uzaq bölgələrdə belə görə bilərsiniz. Məhz bu təşkilatlanma Təvvabin (tövbəkarlar) hərəkatını və Muxtarın qiyamını ortaya çıxardı, İslam dünyasında saysız-hesabsız hadisələrə yol açdı və sonadək Bəni-Ümeyyə (Əməvi) xəlifələrinin rahat nəfəs almasına imkan vermədi.
Bu, İmam Hüseynin (ə) dövründə də mövcud olan bir təşkilat idi. İmam Hüseyn (ə) şəhid olarkən bilirdi ki, özündən sonra elə bir təşkilat qoyub gedir ki, onlar bu bayrağı uca tutacaq, məsələnin unudulub getməsinə və həqiqətin gizli qalmasına icazə verməyəcəklər.
(25 May 1986)
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
ƏRBƏİN zəvvarlarına zəruri məlumatlar
Paylaşın hər kəs görsün
Repost from Orxan Məmmədov (Səfəvi-1)
Az sayda insanlar var ki, baş verən hadisələri dəqiq üsullara söykənərək izah edirlər. Bu kanalı izləməyi unutmayın. Burda fəaliyyət göstərənlər kopyalayıb danışmışlar, prinsipləri əsas götürərək hadisələrə baxırlar
https://youtu.be/B9MS3G5X9ck?si=reWxZVbPDPDfZtiE
Repost from Orxan Məmmədov (Səfəvi-1)
İmam Həsən (ə) böyük şiə təşkilatlanmasını formalaşdırdı
✏️ Həzrət Ayətullahül-üzma Şəhid Xamenei: İmam Həsən (ə) müharibənin dayandırılması hadisəsindən sonra təşkilatlanma və struktur quruculuğuna başladı. O vaxta qədər belə bir iş nə zəruri idi, nə də mümkün idi. Həzrət böyük bir şiə təşkilatlanmasını formalaşdırdı.
✏️ Bu, həmin təşkilatlanmadır ki, onun izlərini Kufədə, Mədinədə, Yəməndə, Xorasanda, hətta ən uzaq bölgələrdə belə İmam Hüseynin (ə) dövründə və Kərbəla hadisəsindən sonra görürsünüz. Məhz həmin təşkilatlanma Təvvabin hərəkatını meydana gətirdi, Muxtarın qiyamını ortaya çıxardı və İslam dünyasında çoxsaylı hadisələrin baş verməsinə səbəb oldu. Bu təşkilatlanma axıra qədər Bəni-Üməyyə xəlifələrinin rahat nəfəs almasına imkan vermədi.
✏️ İmam Hüseynin (ə) dövründə mövcud olan bu təşkilatlanma idi ki, İmam Hüseyn (ə) şəhid olarkən bilirdi, özündən sonra bayrağı uca tutacaq, hadisənin mahiyyətinin təhrif olunmasına və həqiqətin gizlədilməsinə imkan verməyəcək bir təşkilatı geridə qoyur. (04.03.1365 / İran təqvimi)
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
📢 Peyğəmbərə (s) tam tabe olmaq İslam sisteminin qurulması ilə reallaşır
✊Şəhid İmam Xamenei: Bu gün Peyğəmbərin ardınca gedən, onun adı ilə coşan, Rəsulullaha aşiq olan və onun hökmlərinə, şəriətinə əməl etmək istəyən müsəlmanlar bu nöqtəyə diqqət etməlidirlər: Peyğəmbərə düzgün və tam şəkildə tabe olmaq yalnız o vaxt reallaşacaq ki, onun dininə əsaslanan bir İslam sistemi qurulsun. Əks halda, cahil və küfr üzərində qurulmuş bir sistem, insanın Peyğəmbərin istəyinə və şəriətinə uyğun yaşaması üçün uyğun bir zəmin və məkan deyildir.
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
🔸
İMAM HÜSEYNİN Muaviyə ilə müzakirəsi
Tohid İbrahimbəyli
🔗 https://www.youtube.com/watch?v=SeU7wGSmI5ARepost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
🏴Bu gücə Xanım həzrət Rüqəyyənin şəhadət axşamıdır
İmam Hüseynin (ə) həzrət Rüqəyyə (s.a) ilə vidalaşması səhnəsi -
✊Həzrət Zeynəbin ələmini ucaldan qəhrəman məhbus, Seyyidə Şəhla bacının evi və uşaqları
🔸Şəhid İmamın Seyyid Əli Xameneinin ruhuna salavat
🌺Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
🏴Bugün İslam ümmətinin dördüncü İmamı həzrət Səccad əleyhissəlamın şəhadət günüdür.
🔺İmam Səccad(ə) haqqında bilmədikləriniz
pdf-kitab - İmam şəhid Xamenei
Mütləq mütaliə edin və paylaşın
Getdi...😢
Ağam getdi
Qurban olduğum getdi
İnanmadım amma getdi
Torpaqlar altına getdi😭
Hal-hazırda Məşhəddə milyonlarla insan fəryad edir
Nə saziş, nə təslim, intiqam, intiqam!
نه سازش نه تسلیم انتقام انتقام
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
Bu görüntülər sosial şəbəkələrdə İraq xalqının qiyamı kimi yayımlanır.
Bu əzadarlığı yalnız Aşurada görmək olardı.
Milyonlarla İraqlı İmam Şəhid seyyid Əli xameneinin vida mərasimində Aşuranı yaşadılar.
Repost from "HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
Bu əzadarlığı yalnız Aşurada görmək olardı.
Milyonlarla İraqlı İmam Şəhid seyyid Əli xameneinin vida mərasimində Aşuranı yaşadılar.
