en
Feedback
Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Open in Telegram

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi Telegram kanalı

Show more
2 787
Subscribers
-324 hours
-47 days
+130 days
Posts Archive
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abbasov Tural Bəhəddin oğlunun qanunsuz əməllərinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İbtidai istintaqla Tural Abbasovun özünü “Mannhaim Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edərək xarici ölkələrdə işlə təmin edəcəyi və digər yalan vədlərlə çoxsaylı şəxsləri aldatmaqla onların müxtəlif məbləğlərdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tural Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. İş üzrə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin olunaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

🏛️ #Prokurorluq108 Baş Prokurorluğun inzibati binası haqqında 3 fakt 🔹 1898–1899-cu illər Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən bina Rotşildlər şirkətinin sifarişi ilə memar Kazimir Brunoviç Skureviç tərəfindən inşa edilib. 🔹 Neoqotik memarlıq üslubu Bina fransız qotikası və qotik modern elementlərini özündə birləşdirən neoqotik üslubda inşa olunub. Üzlənməsində Abşeronun açıq rəngli aqlay daşından istifadə edilib. 🔹 Tarixi dövlət binası Müxtəlif dövrlərdə burada Azərbaycan SSR Ali Məhkəməsi və Bakı şəhər prokurorluğu fəaliyyət göstərib. Bu gün bina Azərbaycan Respublikasının Baş Prokurorluğuna ev sahibliyi edir. 📍 Ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi 7. 🏛️ Bina dövlət əhəmiyyətli memarlıq abidəsidir. 108 illik tarixə şahidlik edən məkanlardan biri. #Prokurorluq108

Naxçıvanda sülh və təhlükəsizliyin təmin edilməsində ictimai həmrəyliyin rolu müzakirə olunub Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş 21 avqust–21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” çərçivəsində “Sülhün və təhlükəsizliyin təmin edilməsində ictimai həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlardan, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsindən və ölkəmizin regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasətindən bəhs edib. Bildirilib ki, Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində fəal iştirakı davamlı xarakter daşıyır. Azərbaycanın 2026-cı ildə Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması və Şuranın Nizamnaməsinə qoşulması ölkəmizin beynəlxalq sülh təşəbbüslərində fəal iştirakının göstəricilərindən biri kimi qeyd olunub. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli çıxış ediblər. Çıxışlarda ictimai həmrəyliyin və milli birliyin cəmiyyətdə sabitliyin, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığı, dayanıqlı sülhün isə qanunun aliliyinə, insan hüquq və azadlıqlarına hörmətə, qarşılıqlı etimad və həmrəylik mühitinin gücləndirilməsinə əsaslandığı vurğulanıb. Həmçinin hüquqi maarifləndirmənin və hüquq mədəniyyətinin inkişafının, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasının, eləcə də ictimai həyatda fəal iştirakının sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi bildirilib. Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. #SülhAylığı #PeaceMonth

Veteran prokurorluq işçisi təbrik edilib Azərbaycan Prokurorluğunun veteranı Şirinov Ceyhun Böyükkişi oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib. Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib. Ceyhun Şirinov 1986-cı ildən prokurorluq orqanlarında qulluğa başlayaraq, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi, həmin rayon prokurorunun müavini, Gəncə şəhəri Kəpəz rayon prokuroru, Bakı şəhəri Qaradağ rayon və Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifələrində işləyib. Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Sentyabrın 16-da Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 16-da, saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Ağdam rayonunda mina partlayışı baş verib Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluq, DİN, və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Baş Prokurorluğun Mətbuat xidməti 29.08.2026-cı il tarixdən 05.09.2026-cı il tarixədək olan həftəlik icmalı təqdim edir

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaşları qəbul edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Sentyabrın 4-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonundan olan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən 65 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib. Hər iki şəxs Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətiriliblər.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib. Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib. Hazırda Ənvər Tağıyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra görüş və tədbirlər keçirilib, ölkəmizin dövlət idarəçiliyi, tarixi və mədəni irsi ilə yaxından tanışlıq məqsədilə müxtəlif məkanlara səfərlər təşkil olunub. Səfər proqramına uyğun olaraq nümayəndə heyəti ilk olaraq Heydər Əliyev Mərkəzini ziyarət edib. Qonaqlar burada ölkəmizin müasir inkişafının simvollarından biri olan Mərkəzin fəaliyyəti, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlarla, habelə ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən mühüm yenilikləri əks etdirən layihə və ekspozisiyalarla tanış olublar. Daha sonra nümayəndə heyəti 7 saylı “ASAN xidmət” mərkəzini ziyarət edib. Burada qonaqlar “ASAN xidmət” mərkəzlərində yaradılmış müasir iş şəraiti, dövlət xidmətlərinin göstərilməsi üzrə tətbiq olunan innovativ və rəqəmsal həllər, eləcə də vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli ilə yaxından tanış olublar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, onların idarəetmə modeli, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan müasir və innovativ yanaşmalar barədə ətraflı məlumat verib. Nümayəndə heyəti səfər müddətində Bakı şəhərinin tarixi məkanlarını da ziyarət edib, paytaxtın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olub. Həmçinin nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib, burada qorunub saxlanılan qədim qayaüstü təsvirləri və tarixi-mədəni irs nümunələri ilə tanış olub, Qobustan ərazisində yerləşən palçıq vulkanlarına baxış keçirib. Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil olunan konsert proqramını izləyiblər. Səfər zamanı nümayəndə heyətinə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, müasir inkişafı və dövlət xidmətlərinin təşkili sahəsində həyata keçirilən innovativ layihələr barədə məlumat verilib. Bununla da, Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.