en
Feedback
Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Open in Telegram

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi Telegram kanalı

Show more
2 787
Subscribers
-324 hours
-47 days
+130 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+14
in 0 channels
August '26
+76
in 3 channels
Get PRO
July '26
+64
in 2 channels
Get PRO
June '26
+58
in 0 channels
Get PRO
May '26
+62
in 0 channels
Get PRO
April '26
+76
in 1 channels
Get PRO
March '26
+73
in 0 channels
Get PRO
February '26
+55
in 0 channels
Get PRO
January '26
+73
in 0 channels
Get PRO
December '25
+74
in 4 channels
Get PRO
November '25
+77
in 0 channels
Get PRO
October '25
+33
in 0 channels
Get PRO
September '25
+25
in 1 channels
Get PRO
August '25
+22
in 2 channels
Get PRO
July '25
+33
in 31 channels
Get PRO
June '25
+24
in 0 channels
Get PRO
May '25
+27
in 1 channels
Get PRO
April '25
+59
in 17 channels
Get PRO
March '25
+23
in 0 channels
Get PRO
February '25
+24
in 1 channels
Get PRO
January '25
+39
in 0 channels
Get PRO
December '24
+79
in 10 channels
Get PRO
November '24
+123
in 0 channels
Get PRO
October '24
+119
in 4 channels
Get PRO
September '24
+100
in 0 channels
Get PRO
August '24
+160
in 2 channels
Get PRO
July '24
+169
in 0 channels
Get PRO
June '24
+169
in 0 channels
Get PRO
May '24
+146
in 1 channels
Get PRO
April '24
+211
in 1 channels
Get PRO
March '24
+220
in 1 channels
Get PRO
February '24
+221
in 3 channels
Get PRO
January '24
+241
in 3 channels
Get PRO
December '23
+204
in 0 channels
Get PRO
November '23
+85
in 1 channels
Get PRO
October '23
+118
in 1 channels
Get PRO
September '23
+215
in 0 channels
Get PRO
August '23
+72
in 0 channels
Get PRO
July '23
+93
in 0 channels
Get PRO
June '23
+79
in 0 channels
Get PRO
May '23
+69
in 0 channels
Get PRO
April '23
+103
in 0 channels
Get PRO
March '23
+87
in 0 channels
Get PRO
February '23
+104
in 0 channels
Get PRO
January '23
+92
in 0 channels
Get PRO
December '22
+130
in 0 channels
Get PRO
November '22
+120
in 0 channels
Get PRO
October '22
+160
in 0 channels
Get PRO
September '22
+208
in 0 channels
Get PRO
August '22
+131
in 0 channels
Get PRO
July '22
+80
in 0 channels
Get PRO
June '22
+68
in 0 channels
Get PRO
May '22
+105
in 0 channels
Get PRO
April '22
+93
in 0 channels
Get PRO
March '22
+114
in 0 channels
Get PRO
February '22
+71
in 0 channels
Get PRO
January '22
+112
in 0 channels
Get PRO
December '21
+121
in 0 channels
Get PRO
November '21
+118
in 0 channels
Get PRO
October '21
+124
in 0 channels
Get PRO
September '21
+147
in 0 channels
Get PRO
August '21
+195
in 0 channels
Get PRO
July '21
+93
in 0 channels
Get PRO
June '21
+88
in 0 channels
Get PRO
May '21
+169
in 0 channels
Get PRO
April '21
+139
in 0 channels
Get PRO
March '21
+133
in 0 channels
Get PRO
February '21
+211
in 0 channels
Get PRO
January '21
+146
in 0 channels
Get PRO
December '20
+1 566
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
08 September0
07 September+1
06 September+2
05 September+6
04 September+2
03 September+2
02 September0
01 September+1
Channel Posts
2
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Sentyabrın 16-da Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 16-da, saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
175
3
Ağdam rayonunda mina partlayışı baş verib Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluq, DİN, və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
228
4
Baş Prokurorluğun Mətbuat xidməti 29.08.2026-cı il tarixdən 05.09.2026-cı il tarixədək olan həftəlik icmalı təqdim edir
Baş Prokurorluğun Mətbuat xidməti 29.08.2026-cı il tarixdən 05.09.2026-cı il tarixədək olan həftəlik icmalı təqdim edir
244
5
+2
No text...
288
6
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaşları qəbul edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Sentyabrın 4-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonundan olan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən 65 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
274
7
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib. Hər iki şəxs Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətiriliblər.
232
8
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib. Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib. Hazırda Ənvər Tağıyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
250
9
No text...
304
10
+4
No text...
325
11
+3
No text...
297
12
Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra görüş və tədbirlər keçirilib, ölkəmizin dövlət idarəçiliyi, tarixi və mədəni irsi ilə yaxından tanışlıq məqsədilə müxtəlif məkanlara səfərlər təşkil olunub. Səfər proqramına uyğun olaraq nümayəndə heyəti ilk olaraq Heydər Əliyev Mərkəzini ziyarət edib. Qonaqlar burada ölkəmizin müasir inkişafının simvollarından biri olan Mərkəzin fəaliyyəti, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlarla, habelə ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən mühüm yenilikləri əks etdirən layihə və ekspozisiyalarla tanış olublar. Daha sonra nümayəndə heyəti 7 saylı “ASAN xidmət” mərkəzini ziyarət edib. Burada qonaqlar “ASAN xidmət” mərkəzlərində yaradılmış müasir iş şəraiti, dövlət xidmətlərinin göstərilməsi üzrə tətbiq olunan innovativ və rəqəmsal həllər, eləcə də vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli ilə yaxından tanış olublar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, onların idarəetmə modeli, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan müasir və innovativ yanaşmalar barədə ətraflı məlumat verib. Nümayəndə heyəti səfər müddətində Bakı şəhərinin tarixi məkanlarını da ziyarət edib, paytaxtın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olub. Həmçinin nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib, burada qorunub saxlanılan qədim qayaüstü təsvirləri və tarixi-mədəni irs nümunələri ilə tanış olub, Qobustan ərazisində yerləşən palçıq vulkanlarına baxış keçirib. Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil olunan konsert proqramını izləyiblər. Səfər zamanı nümayəndə heyətinə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, müasir inkişafı və dövlət xidmətlərinin təşkili sahəsində həyata keçirilən innovativ layihələr barədə məlumat verilib. Bununla da, Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.
220
13
No text...
193
14
Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 14.04.2026-cı il tarixdə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir. Müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə etmək olar. Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir: -Azərbaycan Respublikasının Konstitusiyası; -“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu; -“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu; -“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya; -Azərbaycan Respublikasının Cinayət Məcəlləsi; -Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; -Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi; -Azərbaycan Respublikasının Mülki Məcəlləsi; -Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi; -Azərbaycan Respublikasının Əmək Məcəlləsi; -“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu; -“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu; -“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu; -“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu; -“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu; -“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu; -“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Əlavə məlumat almaq üçün 361-00-80, 437-28-56, 361-00-78, 361-00-79, nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
244
15
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb Gədəbəy rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. Cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb. Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə zərurət olduğu müəyyən edilib. Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy rayon prokurorluğu tərəfindən iş üzrə icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi təmin olunub. Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu, Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında, atası Şahbaz Məmmədovu yaşadığı evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. İstintaqla müəyyən edilib ki, Polad Məmmədov törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığında yerləşən “Bəkdəmir yalı” adlanan əraziyə aparıb. P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti qeyd olunan əraziyə apardığını etiraf edib və 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub. Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırcı hallarda qəsdən adam öldürmə) tövsif edilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması və cinayət törətmiş şəxslərin müəyyən edilərək qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
264
16
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı 13 il əvvəl qəsdən adam öldürmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayəti işi məhkəməyə göndərilib 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Schilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əli-zadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib. Xəyal Əli-zadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əli-zadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib. Ötən müddət ərzində Xəyal Əli-zadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib. Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq tamamlanaraq cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
246
17
Çinin Baş prokuroru ölkəmizdə işgüzar səfərdədir
Çinin Baş prokuroru ölkəmizdə işgüzar səfərdədir
239
18
+1
No text...
275
19
+9
No text...
307
20
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Yinq Yonq Azərbaycan ilə Çin arasında mövcud münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd edərək iki ölkənin strateji tərəfdaş dövlətlər olduğunu vurğulayıb, müxtəlif sahələri əhatə edən faydalı əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. Yinq Yonq iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edərək səfərlərin, təcrübə mübadiləsinin və peşəkar əlaqələrin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd edib. Çin Xalq Respublikasının Baş prokuroru Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilənin hüquq-mühafizə orqanları arasında hüquqi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması və cinayət işləri üzrə hüquqi yardım mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Görüşün nəticələrinə uyğun olaraq iki qurum arasında hüquqi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Diqqətə çatdırılıb ki, imzalanmış sənəd iki ölkənin prokurorluq orqanları arasında yüksək səviyyədə inkişaf edən əlaqələrin və əməkdaşlığın məntiqi nəticəsi olmaqla, bu sahədə münasibətlərin yeni mərhələyə yüksəldilməsinə xidmət edir. Memorandum təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, prokurorluq əməkdaşlarının peşəkar inkişafının və ixtisasının artırılması, müasir informasiya texnologiyalarının prokurorluq fəaliyyətində tətbiqi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərin bölüşülməsi, habelə əməkdaşlığın digər aktual istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı məsələləri əhatə edir. Bundan başqa, Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələr nəzərə alınaraq Yinq Yonqa “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub. Daha sonra Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini də ziyarət edib. Qonaqlara Azərbaycan Prokurorluğunun tarixi, müxtəlif dövrlərdə fəaliyyəti və müasir inkişaf mərhələləri barədə məlumat verilib. Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
202