en
Feedback
Hədis-Evi

Hədis-Evi

Open in Telegram
3 941
Subscribers
-124 hours
-127 days
-5330 days
Posts Archive
Abdullah ibn Abbas rəvayət edir: “Biz Allah Rəsulunun (s) yanında idik ki, bir ərəb gəlib dedi: “Ey Allahın Rəsulu (s), səni belə deyərkən eşitdim: “Hamınız Allahın ipindən möhkəm yapışın”. (Ali-İmran surəsi, ayə 103.) Allahın ipi nədir ki, ondan yapışım?” Peyğəmbər (s) əlini İmam Əlinin (ə) əlinə vuraraq buyurdu: “Bundan möhkəm yapışın. Çünki bu, o möhkəm ipdir”. (Təfsirul-Burhan, cild 2, səh 86 və 87, hədis 6.) https://t.me/Shia_Hadis

Dost Kanala Abunə Olun və Paylaşın: https://t.me/az313news

Allah Rəsulu (s) buyurub: “Dünyaya həris və dolanışıqda tamahkar olma. Var-dövlət toplama, çünki kimin üçün mal topladığını bilmirsən. Sən bilmirsən öz torpağında və ya başqa torpaqda öləcəksən. Həqiqətən də, ruzi bəndələr arasında bölünmüşdür. İnsanın əziyyəti bir fayda verməz. Tamahkar olan hər kəs fəqirdir. Qane olan hər kəs isə zəngindir”. (Camiul-əxbar, səh 192, hədis 5(659).) https://t.me/Shia_Hadis

İmam Sadiq (ə) buyurub: “Tövhid yalnız vilayət (imamət) ilə tamamlanır. Çünki Allah yalnız İmam vasitəsilə tanınır və Onun ibadətinin yolu bilinir. İmamət, tövhidin kamalı, əsası və hədəfidir”. (Bihərul-ənvar, cild 65, səh 237.) https://t.me/Shia_Hadis

Dost Kanala Abunə Olun və Paylaşın: https://t.me/Seqeleyn

Həzrət İmam Əli (ə) buyurub: Bəzən duanın qəbul olunması sənin üçün gecikdirilər ki, istəyin və yalvarışın daha uzun çəksin və sənə veriləcək bəxşiş daha böyük olsun. Bəzən də bir şeyi istəyərsən, lakin o sənə verilməz; əvəzində isə dünyada və ya axirətdə ondan daha xeyirlisi sənə verilər, yaxud sənin üçün daha xeyirli olan bir işə yönəldilərsən. Çünki nə çox şey vardır ki, sən onu istəmisən, halbuki əgər sənə verilsəydi, dininin və dünyanın məhvinə səbəb olardı. (Biharul-ənvar, cild 74, səh 207.) https://t.me/Shia_Hadis

İmam Sadiq (ə) buyurub: “Ey Mufəzzəl, nasibilər sizin düşməninizdir və muqassirələr bizim düşmənlərimizdir. Çünki nasibilər sizdən tələb edirlər ki, əbu bəkri, öməri və osmanı (lənətullah) bizdən üstün tutasınız və onlar bizim fəzilətimizdən heç nə bilmirlər. Muqassirələr isə sizinlə razılaşıblar və bizdən adlarını çəkdiyimiz şəxslərdən (əbu bəkr, ömər və osmandan lənətullah.) uzaq durublar, bizim haqqımızı və fəzilətimizi tanıyıblar. Amma onu inkar ediblər və demişlər ki, "Bu fəzilət onların deyil, çünki onlar da bizim kimi insanlardır". Onlar doğru deyirlər ki, biz də onlar kimi insanıq. Amma Allah-Təala bizə öz əmrlərini və qadağalarını həvalə edib, biz Onun izni ilə hər şeyi edirik. Mən sənə nə izah etdimsə, Allah bizi bunlarla seçib”. (Səhifətul-Əbrar, cild 5, səh 236.) https://t.me/Shia_Hadis

Dost Kanala Abunə Olun və Paylaşın: https://t.me/almufazaall

İmam Sadiq (ə) Maridin oğluna belə dedi: “Ey Maridin oğlu, kim mənim cəddimi (Həzrət Əlini) onun haqqını tanyaraq ziyarət etsə, Allah onun atdığı hər bir addıma qəbul olunmuş həcc və ümrənin savabını yazar. ​Ey Maridin oğlu, and olsun Allaha, Allah Əmirəlmöminin (ə) ziyarətində toza bulaşmış ayağı cəhənnəm odunda yandırmaz. İstər minik vasitəsilə olsun, istər ayaqla. ​Ey Maridin oğlu, bu hədisi qızıl suyu ilə yaz!” ​(əl-Kafi, cild 2, səh 147.) https://t.me/Shia_Hadis

İmam Sadiq (ə) buyurub: “Ya alim ol, ya tələbə, ya da elm əhlini sevən ol. Dördüncü (dəstədən) olma ki, onlara (alim və tələbələrə) etdiyin nifrətlə həlak olarsan”. (əl-Kafi, cild 1, səh 18, hədis 3.) https://t.me/Shia_Hadis

Dost Kanala Abunə Olun və Paylaşın: https://t.me/vehyevi

Cabir nəql edir ki, İmam Baqir (ə) Allah-Təalanın “Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər” (Maidə surəsi, ayə 64) ayəsi barədə buyurur: “Zalım hakimlərdən hər hansı biri Muhəmməd ailəsini (ə) məhv etmək istədikdə Allah onun belini qırar”. (Təfsirul-Əyyaşi, cild 1, səh 359, hədis 148.) https://t.me/Shia_Hadis

Dost Kanala Abunə Olun və Paylaşın: https://t.me/besiretaz

Mufəzzəl ibn Ömər deyir: “İmam Sadiqdən (ə) siratın nə olduğunu soruşdum. İmam (ə) buyurdu: “Böyük olan Allahı tanımağa doğru gedən yoldur. İki sirat var: biri bu dünyada olan siratdır, o biri isə axirətdə olan sirat. Dünyada olan sirat itaəti vacib olan İmamdır. Dünyada İmamını tanıyan və ona itaət edən axirətdə cəhənnəm üzərində olan sirat körpüsündən rahatlıqla keçər. Yox, əgər insan bu dünyada öz İmamını tanımasa, axirət siratından keçəndə ayağı büdrəyər və cəhənnəm oduna yuvarlanar”. (Məanil-əxbar, cild 1, səh 52, hədis 1.) https://t.me/Shia_Hadis

İmam Əli (ə) buyurub: Allah-təala Muhəmməddən (s) daha xeyirli bir canlı yaratmamışdır. (əl-Kafi, cild 1, səh 400.) https://t.me/Shia_Hadis

31 Avqust - 17 Rəbiul-əvvəl Bəşəriyyətin ən üstün varlığı, Peyğəmbərlərin Sonuncusu Həzrət Muhəmmədin (s) və onun pak nəvəsi, haqq məzhəbin rəisi, 6-ci İmam, İmam Cəfər Sadiqin (ə) MÖVLUD GÜNÜDÜR. Bu Mübarək Günlə bağlı Başda Zamanın İmamı, İmam Məhdi (ə.f) Olmaqla Hər birinizi Təbrik Edirik! https://www.besiret.az/meqale?id=73

İmam Sadiq (ə) buyurub: Cəbrail Peyğəmbərin (s) yanına nazil olub belə dedi: Rəbbin sənə salam deyir və buyurur ki, mən cəhənnəm odunu səni öz sülbündə saxlayana, səni bətnində daşıyana və səni himayəyə götürən şəxsə haram etdim. Səni sülbündə saxlayan atan Abdullah ibn Əbdul-Mutəllibdir. Səni daşıyan bətn (anan) Aminə binti Vəhəbdir. Səni himayəyə götürən isə Əbu Talib və Fatimə binti Əsəddir. (əl-Kafi, cild 1, səh 446.) https://t.me/Shia_Hadis

Həzrət Muhəmməd (s) buyurub: Xoşbəxt o kəslərdir ki, Onun (İmam-zaman (ə.f)) qeyb­də olduğu zamanda səbr edərlər. Nə bəxtiyardır onun dostluğunda və sevgisində səbr edənlər. (Yənabi əl-məvəddə li zəvi əl-qurba, cild 3, səh 101.) https://t.me/Shia_Hadis

Həzrət İmam Əli (ə) buyurub: Peyğəmbərin (s) etdiyi yaxşılıqların təşəkkürü edilmədi, ona qarşı naşükürlük edildi. Bir halda ki, Peyğəmbər (s) həm Qureyşə, həm ərəbə həm də əcəmə (ərəb olmayanlara) yaxşılıq etmişdir. Bu yaradılmışlara Peyğəmbərdən (s) daha çox kim yaxşılıq edib? Biz Əhli-Beytə də insanlar təşəkkür etmirlər, naşükürlük edirlər. (İləluş-Şəraye, cild 2, səh 560.) https://t.me/Shia_Hadis

İmam Cəfəri Sadiq (ə) buyurub: "And olsun Allaha ki, Biz Əhli-Beytdən (ə) qeyrisini rəhbər bilib ona itaət etməyə Allah heçkimə ixtiyar verməmişdir! Və hərkim Bizə muvafiq olsa (bu dediyimizə əməl etsə), düşmənlərimiz ilə muxalif olmuş olar. Və hərkim düşmənlərimiz ilə həm sözdə həmdə əməldə muvafiq olarsa, heç şübhəsiz ki həmən şəxs Bizdən deyildir və Bizdə ondan deyilik!" (Vəsailuş-şiə, cild 27, səh 119, bab 19, hədis 33366.) https://t.me/Shia_Hadis