fa
Feedback
Hədis-Evi

Hədis-Evi

رفتن به کانال در Telegram

Adminlə Əlaqə: @Hesen_Eli14 ___________ İnstagram səhifəmiz: https://instagram.com/hedis__evi?igshid=1rk92h0gfmm76 ___________ Whatsapp kanalımız: https://whatsapp.com/channel/0029VaP42JBDJ6H8IwqYTA44

نمایش بیشتر
4 033
مشترکین
-224 ساعت
-187 روز
-5330 روز
آرشیو پست ها
Hədis-evinin whatsapp, telegram və instagram izləyiciləri İnşəAllah bu gün, Müqəddəs eşq səfərinə yola düşürəm. Allahdan hər birinizə bu gözəl ziyarətin feyzindən məhrum olmamağınızı diləyirəm! Və hər birinizin adından, bu səfərimdə atacağım addımlardan ümumi 100 addımı sizlərin adından atıb, sizlərin adından, Həzrət Höccətin (ə.f) salamatlığına və zühurunun tezləşməsinə hədiyyə edirəm. Bizlər sizə duaçıyıq, sizlərdə bizi dua edin. Allah amanında qalın! Paylaşımlara bir müddətlik ara verilir səfərlə bağlı İnşəAllah bizi izləmədə qalın. 🏴🏴🏴🏴

Bu onu göstərir ki, İmam Huseynə (ə) zəvvar olan şəxsdən Ali-Muhəmməd (s) razıdır. Ali-Muhəmmədin (s) razı olduğu şəxsdən Allahın razı qalmasına isə heç bir şəkk-şübhə yoxdur.  🏴🏴🏴🏴

Müaviyə ibn Vəhəb (r.ə) deyir: İmam Sadiqdən (ə) içəri daxil olmaq üçün izin istədim, mənə “gəl" deyə cavab verdilər. Evində namaz qılırdı, namazını bitirənədək oturub gözlədim. Rəbbi ilə belə münacat etdiyini eşitdim:  “İlahi, ey bizə kəramət bəxş edən, şəfaət vəd edən, vəsiliyi bizdə qərar verən, bizə keçmişdəkilərin və gələcəkdəkilərin elmini verən, ey insanların qəlbini bizə tərəf yönəldən, məni, qardaşlarımı və atam Hüseynin (ə) qəbrinin ziyarətçilərini bağışla! O zəvvarlar ki, mallarını xərcləyərək və bədənlərini çətinliyə salaraq, bizim yaxşılığımıza rəğbət emiş, bizə yaxın olmağa görə Sənin dərgahında olanlara (sonsuz nemətlərə) ümid etmiş, Peyğəmbərinin (s) qəlbinə sevinc salmış, əmrimizi icra etmiş və düşmənlərimizin qəlbinə qəzəb salmışlar. Onlar bununla (yalnız) Sənin razılığını diləmişlər. Bizim tərəfimizdən onları razılığınla mükafatlandır, gecə və gündüz onları qoru. Onların geridə qoyduqları ailələrini və övladlarını ən gözəl şəkildə hifz et, onlara sahib çıx, insan və cinlərdən olan şeytanlardan, hər bir inadkar qəddarın şərindən, güclü və zəiflərin yaradacağı çətinliklərdən onları qoru! Qürbətdə ikən, bizi öz ailələrindən, övladlarından və yaxınlarından üstün tutub buraya gəldiklərinə görə ümid etdiklərindən daha fəzilətlisini onlara əta et. İlahi, düşmənlərimiz onları bizim ziyarətimizə gəldiklərinə görə tənqid edirlər, lakin bizimlə müxalif olanların (tənqid və isehzalarına) baxmayaraq, bu onların gəlişinin qarşısını almadı. Günəşin qaraltdığı o üzlərə, İmam Hüseynin (ə) qəbri üzərində (ağlamaqdan və üzə vurulan lətmələrdən) dəyişən yanaqlara, bizə qarşı mərhəmətdən yaşlanan o gözlərə, bizə görə dözümsüzlük edərək alovlanan o qəlblərə, bizim üçün ucalan o şivən səslərinə rəhm elə! İlahi (bu) bədənləri və nəfsləri susuzluq günü (Qiyamət günü) Hovuzun kənarında sirab edənədək Sənə əmanət edirəm". Ravi deyir: İmam (ə) bu duaya səcdə boyu davam etdi. Üzünü mənə çevirdikdə dedim: “Sənə fəda olum, əgər səndən eşitdiyim bu duaları Allahı tanımayan bir şəxs barəsində etsəydin, güman edərdim ki, cəhənnəm odu əsla ona tamah salmaz. Allaha and olsun ki, onu ziyarət etməyi Həccə getməkdən daha çox arzulayıram. İmam (ə) buyurdu: “Sən ona çox yaxınsan, ziyarət etməyinə nə mane olur? Ey Müaviyə, onun ziyarətini əsla tərk etmə!Dedim: Sənə fəda olum, bunun belə vacib olduğunu və bu qədər mükafatı olduğunu bilmirdim. Buyurdu: Ey Müaviyə, göydə İmam Hüseyn (ə) zəvvarları üçün dua edənlər yerdə dua edənlərdən daha çoxdur". (Kamiluz-ziyarat, səh 126, hədis 2, bab 40.) #Qeyd:Bu hədis İmam Hüseyn (ə) zəvvarlarına ən çox ümid verici hədislərdəndir. Bir kəs Allahın rəhmətinə qovuşması üçün qapı axtarsa, bu hədisə müraciət etməsi kifayətdir. Çünki İmam (ə) burada nicat tapmaq və səadətə qovuşmaq üçün lazım olan heç bir şeyi kənarda qoymamışdır. Belə ki, hədisdə bir neçə məsələyə işarə olunur: 1) İmam Hüseynin (ə)  ziyarəti ən əhəmiyyətli işlərdəndir. 2) İmam Hüseyni (ə) ziyarət edənin bütün günahları bağışlanar. 3) İmam Hüseyn (ə) ziyarətçiləri dünya və axirət qorunmuş şəxslərdir. 4) İmam Hüseyn (ə) zəvvarı həzrət Peyğəmbəri (s) sevindirəndir. 5) İmam Hüseyn (ə) zəvvarının ailəsi hər bir bəladan amandadır. 6) İmam Hüseyn (ə) zəvvarı bütün şərr qüvvələrdən amanda olar. 7) İmam Hüseyn (ə) zəvvarı rəhm olunmuşdur. 8) İmam Hüseyn (ə) zəvvarı İmamın (ə) Allaha tapşırdığı əmanətdir. 9) İmam Hüseyn (ə) zəvvarına məsumlar dua edər. Bu ziyarətin əzəməti haqqında nələr danışılsa yenə də azdır. Çünki İmamın (ə) duasında “məni, qardaşlarımı və atam Hüseynin (ə) qəbrinin ziyarətçilərini bağışla!”  sözünə diqqət etsək görərik ki, bu əməlin insana bəxş etdiyi ali dərəcə və məqamlar dərk olunmaz bir şeydir. Görəsən İmam Hüseyn (ə) zəvvarının məqamı nədir ki, adı Ali-Muhəmmədin (səlavatullahi əleyhim) yanında hallanır?  İmam (ə) özünün və ailəsinin duasına  zəvvarları da qoşur. Əgər Allahın höccəti bir kəsin bağışlanmasını Ondan istəsə, Allah onu bağışlamazmı? Bu hədisdə isə İmam (ə) Allahdan zəvvarlar üçün  tək bağışlanma yox, dünya və axirət səadətini istəyir.

photo content

Əziz Əhli-beyt aşiqləri! Bu gecədən "Əsirlər kərvanının" yorğun balası Xanım Rüqəyyənin(ə) şəhadət günləri başlayır.🥀 Bu münasibətlə dövrün İmamı, ürəyi yaralı, İmam Zaman (ə.f) olmaqla, bütün Əhli-beyt (ə) əzadarlarına təsliyyət ərz edirik! Canım sənə fəda , ey Hüseynin (ə) nazlı gülü 🥀... 1- Səfər (16 İyul) Əhli-Beyt (ə) əsirlərinin Şama daxil olduğu gündür...

İmam Sadiq (ə) buyurub: Həqiqətən Hüseyn ibn Əlini (ə) ziyarət edən zəvvarların günləri ömürlərindən hesablanmaz. (Ət-Təhzib, cild 6, səh 36, hədis 9.) 🏴🏴🏴🏴

İmam Sadiq (ə) buyurub: Həqiqətən Hüseyn ibn Əlini (ə) ziyarət edən zəvvarların günləri ömürlərindən hesablanmaz. (Ət-Təhzib, cild 6, səh 36, hədis 9.) 🏴🏴🏴🏴

Abdullah ibn Şüeyb İmam Sadiqin (ə) belə buyurduğunu deyir: “Qiyamət günü bir carçı belə nida edər: “Ali Muhəmmədin şiələri haradadır?” İnsanlardan bir dəstəsi irəli çıxar (onların sayını Allahdan başqası bilməz) və camaatdan kənarda dayanar. Sonra carçı ikinci dəfə nida edər: “İmam Hüseynin (ə) qəbrinin zəvvarları haradadır?” Bir çox insan irəli çıxar. Onlara deyilər: “İstədiyiniz şəxsin əlindən tutun və Cənnətə aparın”. Hər biri sevdiyi şəxsin əlindən tutar.Necə ki, camaat da həmin şəxsə deyər: “Ey filankəs, məni tanımadınmı? Mən filan gün sənə filan yerdə ehtiram göstərmişdim”. Onu da Cənnətə özü ilə aparar. Bu,qadağan edilməz və imtina olunmaz. (Kamiluz-ziyarat, bab68, səh 321, hədis 5.) 🏴🏴🏴🏴

Həriz İmam Sadiqə (ə) dedi: “Sənə fəda olum, məxluqların sizə olan ehtiyacını nəzərə alsaq siz Əhli-Beytin ömürləri nə az, əcəlləriniz nə yaxındır!” İmam (ə) buyurdu: “Bizim hər birimizdə bir vərəq var ki, yaşadığımız müddətdə onları icra etməliyik. Orada əmr olunanları yerinə yetirdiyimizdə əcəlimizin gəldiyi bilinir. Peyğəmbər (s) onun yanına gəlir və Allah yanında onun üçün hazırlananları xəbər verir. İmam Hüseyn (ə) də ona verilən səhifəni oxumuş, edəcəkləri və qalacaqlar onun üçün izah edilmişdi. Oradakılardan bəzisi yerinə yetirilməmiş o, döyüşə çıxmışdı. Qalan bu işlərə görə mələklər Allahdan ona yardım etmələrinə izn verməsini istədilər. Onlara izn verildi. Onlar aşağı düşdükdə artıq İmam Hüseynin (ə) şəhid olduğunu gördülər. Mələklər dedilər: “Ya Rəbb, bizə ona yardım üçün enməyə izn verdin. Lakin biz endikdə o artıq şəhid edilmişdi”. Uca Allah onlara belə vəhy etdi: “O, qəbrindən çıxanadək orada gözləyin, çıxdıqda ona yardım edin. Onun üçün və yardımına yetişə bilmədiyinizə görə ağlayın. Sizin vəzifəniz ona yardım etmək və onun üçün ağlamaqdır”. Mələklər İmam Hüseynə (ə) yardım edə bilmədiklərinə görə kədər və qəm içində orada qaldılar. İmam Hüseyn (ə) rəcət etdikdə onun yardımçıları olacaqlar”. (Kamiluz-ziyarat, bab27, səh 162, hədis 20.) 🏴🏴🏴🏴

İmam Baqir (ə) Zürarəyə buyurdu: Ey Zürarə, yer üzərində olan bütün möminə qadınlara vacibdir ki, Hüseyni (ə) ziyarət etməklə Fatiməni (s.ə) sevindirsinlər. (Biharul-ənvar, cild 98, səh 75.) 🏴🏴🏴🏴

Bir cavan İmam Cavadın (ə) hüzuruna gəlib dedi: - Halım heç də yaxşı deyil, qəlbim camaatdan inciyib. Töhmət, qeybət (Töhmət vururlar, qeybətimi edirlər ) ... Nə edim? Yorulmuşam, daha bu şəhərdə nəfəs ala bilmirəm. İmam Cavad (ə) buyurdu: - Hüseynə (ə) tərəf qaç. (Şəşəətul- Hüseyniyyəh, cild 1, səh 50.) 🏴🏴🏴🏴

İmam Həsən Əskəri (ə) buyurub: Bilin, Hüseyni (ə) öldürənlərə, onun qatillərinə sevgi bəsləyənlərə və qatillərinə köməklik göstərənlərə Allahın lənəti olsun. Habelə sakit durmalarına səbəb olan təqiyyə olmadan, onları lənətləməkdə sakit duran kəslərə (Allahın lənəti olsun)! Allahın salavatı, rəhməti və şəfqəti olsun Hüseyn ibn Əliyə ağlayanlara, düşmənlərinə lənət edənlərə, onlara qeyz və hiddətlə dolu olanlara. Hüseynin (ə) qətlinə razı olanlar onun qətlində şərikdirlər. Agah olun, onu qətlə yetirənlər, onların köməkçiləri, ardıcılları olanlar və (onlara) iqtida edənlər Allah dinindən uzaqdırlar (onlardan bəraət olunub). (İmam Həsən Əskəriyə (ə) nisbət verilən Təfsir kitabı, səh 371.) 🏴🏴🏴🏴

Allah Rəsulu (s) buyurub: Hüseyni (ə) sevən kəsi, Allahda sevər. (Mizanul-hikmət, cild 1, səh 333.) 🏴🏴🏴🏴

İmam Sadiq (ə) buyurub: «Allaha and olsun ki, İmam Sahibəzzaman (ə) İmam Hüseynin (ə) qatillərinin nəslini atalarının etdiyi işə görə qətlə yetirəcəkdir». Qeyd: “İmam Hüseynin (ə) qatillərinin nəslinin İmam Zaman (ə) tərəfindən qətlə yetirilməsi o nəsildən olan şəxslərin atalarının etdiyi işlərə razı olmasına görədir”. (Səvabul-əmal və iqabul-əmal, səh 291, hədis 849.) 🏴🏴🏴🏴

yezidin (lənətullah) Sarayında müəzzin azan verdi və Əşhədu ənnə Muhəmmədən Rəsulullah yerinə yetişdikdə İmam Zeynul-Abidin (ə) əmmaməsini başından götürdü və müəzzinə dedi: Səndən Muhəmmədin (s) hörmətinə bir müddət sakit qalmağını istəyirəm. Sonra üzünü yezidə (lənətullah) tərəf tutub buyurdu: Ey yezid! (lənətullah), Bu Kərim, əziz rəsul mənim babamdır ya sənin babandır? Əgər sən desən o sənin cəddindir, bilənlər sənin yalançı olduğunu biləcəklər. Yox, əgər desən ki, o mənim cəddimdir, bəs niyə atamı zülm ilə qətl etdin?! Malını qarət etdin?! Qadınlarını əsir götürdün?! İmam bunları söylədikdən sonra Paltarını (yaxasını) möhkəm tutaraq cırdı. (Nəfəsul-məhmum, səh 411.) 🏴🏴🏴🏴

İmam Zeynul-Abidinin (ə) nökəri ona ey mənim ağam, kədərinin sonu olmayacaqmı? Ağlamağın bitməyəcəkmi? dedikdə, İmam (ə) belə buyurdu: "Yəqub ibn İshaq (ə) peyğəmbər oğlu idi və özüdə peyğəmbər idi. Onun 12 oğlu var idi. Allah onlardan birini ondan uzaqlaşdırmışdı. Buna görə onun kədərdən saçları ağarmış, qəm-qüssədən beli bükülmüş, ağlamaqdan gözləri kor olmuşdu. Hal bu ki, oğlu Yusif (ə) diri idi və dünyada idi." Mən isə atamı, qardaşımı, əhli-beytimdən 17 nəfəri öldürülmüş və cəsədləri yerə səpələnmiş halda görmüşəm. Mənim kədərim necə sona yetsin, ağlamağım necə bitsin? (Seyyid ibn Tavus, Əl-Luhuf kitabı, səh 282.) 🏴🏴🏴🏴

Qüdamə ibn Malik İmam Sadiqdən (ə) nəql edir: “Kim Hüseyni (ə) Allahdan mükafat qazanmaq niyyəti ilə, təkəbbür etmədən, narazılıq bildirmədən, riya və ad-san məqsədi güdmədən ziyarət edərsə paltar suda yuyulduğu kimi bütün günahları yuyular (aradan gedər), üzərində heç bir kir qalmaz. Hər addımına görə ona Həccin, hər bir addım üçün ayağını qaldırdıqda isə Ümrənin savabı yazılar”. (Kamiluz-ziyarat, bab 57, səh 273, hədis 1(424).) 🏴🏴🏴🏴

İmam Səccad (ə) buyurub: " Cənnət mələkləri yerə nazil olan zaman Hurilər onlardan xahiş edərlər ki, təbərrük üçün o pak türpətdən (Kərbəla torpağı) hədiyyə gətirsinlər". (Xəsaisul Hüseyniyyə, hədis 17.) 🏴🏴🏴🏴

Salman Farsi deyir: Həzrət Rəsulullahın (s) hüzuruna getdim. İmam Hüseyn (ə) o həzrətin dizlərinin üstündə idi. Rəsulullah (s) onun ağzından və gözlərindən öpürdü və belə deyirdi: “Sən seyidsən və seyidin oğlusan. Sən imamsan və imamın oğlusan, sən höccətsən və höccətin oğlusan, sən nəslindən gələcək doqquz höccətin atasısan və onların doqquzuncusu Qaimdir (qiyam edəcək və yer üzünü ədalətlə dolduracaq olan Mehdidir)”. (Uyunu-əxbarir-Rza, cild 1, səh 54, hədis 17.) 🏴🏴🏴🏴

Həmid ibn Müslim deyir: "İmam Hüseynə (ə) hər tərəfdən hücum etdilər. Zürə ibn Şərik onun (İmam Hüseynin (ə)) sol çiyninə bir zərbə vurub, çiynini (yerindən) ayırdı. Başqa birisi İmam Hüseynin (ə) boynuna zərbə endirdi və o Həzrət üzü üstə yıxıldı. Sənan ibn Ənəs də onu nizə ilə vurdu və yerə yıxdı. Xuli ibn Yezid Əsbəhi qabağa qaçıb atından endi ki, İmam Hüseynin (ə) başını ayırsın. Onun bədəni titrədi. Şimr dedi: “Allah sənin qollarını qırsın! Niyə titrəyirsən?” O daş qəlbli adam atdan enib, İmam Hüseynin (ə) başını kəsdi, sonra isə, o müqəddəs başı Xuliyə tapşırıb dedi: “(Bu başı) Əmir Ömər ibn Sədin yanına apar”. Daha sonra həmin həyasız insanlar İmam Hüseynin (ə) paltarlarını oğurlamağa və onu üryan qoymağa başladılar. İmam Hüseynin (ə) köynəyini İshaq ibn Həyat Həzrəmi, alt paltarını Əbcər ibn Kəb oğurladı, əmmaməsini Əxnəs ibn Mursəd götürdü, qılıncını da Bəni-Darəm qəbiləsindən bir nəfər apardı. İmamın (ə) atını, dəvəsini, əşyalarının hamısını apardılar və qadınların paltarlarını, zinət əşyalarını da qarət etdilər". (Əl-İrşad, səh 360-361.) 🏴🏴🏴🏴 Allah İmam Hüseynin (ə) qatillərinə əbədi və şiddətli cəhənnəm əzabı daddırsın!