SOCAR
Open in Telegram
SOCAR-ın rəsmi Telegram səhifəsi https://t.me/joinchat/AAAAAFIacsprG2K0gW_4BQ
Show more1 935
Subscribers
-224 hours
-77 days
-2030 days
Posts Archive
1 935
+3
“Neftçi SOCAR”-dan daha bir beynəlxalq uğur 🥇
“Neftçi SOCAR” komandamız 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean mərhələsinin qalibi adını qazanıb. Finalda ev sahibi Fransa millisinə 21:20 hesabı ilə qalib gələn komandamız yüksək peşəkarlıq və böyük əzmkarlıq nümayiş etdirib.
Komandamızı ürəkdən təbrik edir, yeni qələbələr və nailiyyətlər arzulayırıq!
1 935
+3
“Neftçi SOCAR”-dan daha bir beynəlxalq uğur 🥇
“Neftçi SOCAR” komandamız 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean mərhələsinin qalibi adını qazanıb.
Komandamızı ürəkdən təbrik edir, yeni qələbələr və nailiyyətlər arzulayırıq!
1 935
Bu gün ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü olaraq təsis edilib.
Bu münasibətlə, SOCAR-ın İnsan Hüquqları üzrə Bəyanatını diqqətinizə təqdim edirik.
#İnsanHüquqlarıAylığı #HumanRightsMonth
🔗 Ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://socar.az/az/notice/insan-huquqlari-uzre-beyanat

17 iyun 2026-cı il tarixində İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində SOCAR ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Daha ətraflı: ⤵️
🔗 (AZ) https://socar.az/az/post/socar-ile-icd-arasinda-anlasma-memorandumu-imzalanib
🔗 (EN) https://socar.az/en/post/socar-ile-icd-arasinda-anlasma-memorandumu-imzalanib
1 935
Bu gün “Enerji Dialoqu Platforması” çərçivəsində gənc media nümayəndələri ilə birlikdə əfsanəvi “Neft Daşları”na səfər etdik.
#EnergyDialoguePlatform
Daha ətraflı: ⤵️
🔗 (AZ) https://socar.az/az/post/enerji-dialoqu-platformasi-cercivesinde-genc-media-numayendelerinin-neft-daslarina-seferi-teskil-olunub
🔗 (EN) https://socar.az/en/post/enerji-dialoqu-platformasi-cercivesinde-genc-media-numayendelerinin-neft-daslarina-seferi-teskil-olunub
1 935
+2
16 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Independent Project Analysis, Inc.” (IPA) şirkətinin prezidenti və baş icraçı direktoru Nekhil Mişra ilə görüşüb.
Görüşdə tərəflər layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi, investisiya təşəbbüslərinin və kapital qoyuluşlarının səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Daha ətraflı: ⤵️
🔗 (AZ) https://socar.az/az/post/socar-in-prezidenti-ipa-sirketinin-prezidenti-ve-bas-icraci-direktoru-ile-gorusub
🔗 (EN) https://socar.az/en/post/socar-in-prezidenti-ipa-sirketinin-prezidenti-ve-bas-icraci-direktoru-ile-gorusub
1 935
Qabaqcıl texnologiyalar, güclü tərəfdaşlıq və innovativ yanaşmalar SOCAR və bp-nin “Azəri-Çıraq-Günəşli” yatağında birgə həyata keçirdiyi pilot layihənin uğurlu icrasında mühüm rol oynayıb.
Layihə hasilatın artırılması və əməliyyatların optimallaşdırılması baxımından innovativ həllərin effektivliyini bir daha təsdiqləyib.
“Mərkəzi Azəri” platformasından qazılan “B18W” quyusunda təxminən 1,1 km uzunluğunda horizontal açıq lülənin tətbiqi, eləcə də qabaqcıl qazma və tamamlama texnologiyalarından istifadə layihənin müvəffəqiyyətlə həyata keçirilməsinə mühüm töhfə verib.
1 935
11 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb.
Görüş zamanı Rövşən Nəcəf III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə ürəkdən təbrik edib. SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.
Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb. ⚽🏆
1 935
+9

Available now! Telegram Research 2025 — the year's key insights 