ru
Feedback
SOCAR

SOCAR

Открыть в Telegram
1 938
Подписчики
-124 часа
-47 дней
-1930 день
Архив постов
SOCAR
1 937
17 iyun 2026-cı il tarixində İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində SOCAR ilə İslam İnkişaf Bankı Qrupu
17 iyun 2026-cı il tarixində İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində SOCAR ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Daha ətraflı: ⤵️ 🔗 (AZ) https://socar.az/az/post/socar-ile-icd-arasinda-anlasma-memorandumu-imzalanib 🔗 (EN) https://socar.az/en/post/socar-ile-icd-arasinda-anlasma-memorandumu-imzalanib

SOCAR
1 937
photo content
+6

SOCAR
1 937
Bu gün “Enerji Dialoqu Platforması” çərçivəsində gənc media nümayəndələri ilə birlikdə əfsanəvi “Neft Daşları”na səfər etdik. #EnergyDialoguePlatform Daha ətraflı: ⤵️ 🔗 (AZ) https://socar.az/az/post/enerji-dialoqu-platformasi-cercivesinde-genc-media-numayendelerinin-neft-daslarina-seferi-teskil-olunub 🔗 (EN) https://socar.az/en/post/enerji-dialoqu-platformasi-cercivesinde-genc-media-numayendelerinin-neft-daslarina-seferi-teskil-olunub

SOCAR
1 937
photo content
+9

SOCAR
1 937
16 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Independent Project Analysis, Inc.” (IPA) şirkətinin prezident
+2
16 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Independent Project Analysis, Inc.” (IPA) şirkətinin prezidenti və baş icraçı direktoru Nekhil Mişra ilə görüşüb. Görüşdə tərəflər layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi, investisiya təşəbbüslərinin və kapital qoyuluşlarının səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar. Daha ətraflı: ⤵️ 🔗 (AZ) https://socar.az/az/post/socar-in-prezidenti-ipa-sirketinin-prezidenti-ve-bas-icraci-direktoru-ile-gorusub 🔗 (EN) https://socar.az/en/post/socar-in-prezidenti-ipa-sirketinin-prezidenti-ve-bas-icraci-direktoru-ile-gorusub

SOCAR
1 937
Qabaqcıl texnologiyalar, güclü tərəfdaşlıq və innovativ yanaşmalar SOCAR və bp-nin “Azəri-Çıraq-Günəşli” yatağında birgə həyata keçirdiyi pilot layihənin uğurlu icrasında mühüm rol oynayıb. Layihə hasilatın artırılması və əməliyyatların optimallaşdırılması baxımından innovativ həllərin effektivliyini bir daha təsdiqləyib. “Mərkəzi Azəri” platformasından qazılan “B18W” quyusunda təxminən 1,1 km uzunluğunda horizontal açıq lülənin tətbiqi, eləcə də qabaqcıl qazma və tamamlama texnologiyalarından istifadə layihənin müvəffəqiyyətlə həyata keçirilməsinə mühüm töhfə verib.

SOCAR
1 937
11 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb. Görüş zamanı Rövşən Nəcəf III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə ürəkdən təbrik edib. SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib. Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb. ⚽🏆

SOCAR
1 937
photo content
+4

SOCAR
1 937
photo content
+9

SOCAR
1 937
photo content
+9

SOCAR
1 937
photo content
+5

SOCAR
1 937
photo content
+9

SOCAR
1 937
11 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Ko
+9
11 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb. Görüş zamanı Rövşən Nəcəf III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə ürəkdən təbrik edib. SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib. Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb. ⚽🏆

SOCAR
1 937
🎈 Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOCAR, Dövlət Sosial Müdafiə Fondu, YAŞAT Fondu və “Dreamland” Əyləncə Mərkəzinin birgə əməkdaşlığı ilə sosial və maarifləndirici silsilə tədbirlər təşkil olunub. Vətən müharibəsi iştirakçılarının 10-12 yaşlı övladları SOCAR-ın Baş ofisini ziyarət edərək “Azərbaycan Nefti” sərgisi ilə tanış olub, şirkətin çoxşaxəli fəaliyyəti barədə maraqlı məlumatlar əldə ediblər. Bayram tədbirləri Vətən müharibəsi iştirakçılarının 6-10 yaşlı övladları üçün təşkil olunan əyləncə proqramı ilə davam edib. “Dreamland” Əyləncə Mərkəzində keçirilən proqram çərçivəsində uşaqlar animatorlarla müxtəlif oyunlarda iştirak edib, köpük şousu və kukla teatrı nümayişlərini böyük maraqla izləyiblər. Eyni zamanda, Uşaq Psixonevroloji Mərkəzində təşkil olunan tədbirdə uşaqlara hədiyyələr təqdim olunub, onlar üçün xoş və yaddaqalan bayram atmosferi yaradılıb.✨

SOCAR
1 937
🎥 Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Səngəçal terminalına səfərindən hazırlanmış videoçarxı təqdim edirik. Səfər zamanı iştirakçılar Azərbaycanın enerji strategiyası, müasir texnoloji həllər və enerji infrastrukturunun fəaliyyəti ilə yaxından tanış olublar. Tədbir çərçivəsində enerji sektorunun əsas inkişaf istiqamətləri, həyata keçirilən layihələr və gələcək perspektivlər barədə təqdimatlar keçirilib, həmçinin terminal ərazisinə sahə turu təşkil olunub. #EnergyDialoguePlatform

SOCAR
1 937
10 iyun 2026-cı il tarixində Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün Səngəçal terminalına səfər təşkil olunub. Səfər zamanı ilk öncə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycanın enerji strategiyası, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji layihələr, eləcə də Səngəçal terminalının əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib. SOCAR-ın Qaz Marketinqi Departamentinin rəisi Nəriman Şahsuvar çıxışında gənc media nümayəndələrinə milli enerji siyasətinin əsas istiqamətləri, icra olunan layihələr və gələcək hədəflər barədə məlumat verib. Daha sonra bp-nin “Azəri-Çıraq-Günəşli” yatağında sahənin işlənməsi üzrə rəhbəri Əfqan Hüseynov təqdimat ilə çıxış edərək bp şirkəti tərəfindən Azərbaycanda icra olunan layihələrdə tətbiq olunan texnoloji həllərdən və müasir qazma qurğularından bəhs edib. Səfərin davamında media nümayəndələri üçün Səngəçal terminalı ərazisində sahə turu təşkil olunub və sonda xatirə fotosu çəkilib. #EnergyDialoguePlatform

SOCAR
1 937
photo content
+9