OrtaYol Telegram
Open in Telegram
Kanala Mədinə İslam Universitetinin doktorantura tələbəsi Fərman İsayev rəhbərlik edir.
Show more699
Subscribers
No data24 hours
No data7 days
+130 days
Posts Archive
İbnul Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
Yalan danışmağın insanın üzünün qaralması üçün böyük təsiri vardır.
("İ'ləmul-Muvaqqi'in", 1/114)
Şeyxulisləm ibn Teymiyyə (rahiməhullah) belə buyurur:
"Günahlar imanın azalmasına səbəb olur. Qul tövbə etdiyi zaman isə Allah onu sevir və tövbəsinə görə onun dərəcəsi qaldırılır".
📚Məcmu'ul-Fətəva, 10/45
✍ Şeyx Sədi (Allah ona rəhmət etsin) demişdir:
Faydalı məsələlərdən biri də odur ki, insanların sənə əziyyət vermələri, xüsusilə də pis sözləri sənə heç bir zərər vermir. Əksinə bil ki, onlar özlərinə zərər verirlər.
📕 [Vəsəilul Mufidə /30].
✍ Albani (Allah ona rəhmət etsin) demişdir:
Mushafın¹ üstünə kitab qoymaq icazəlidirmi?
İcazəli deyil. Bu, Uca Allahın Kəlamına müxalifdir.
{ وَمَن یُعَظِّمۡ شَعَـٰۤىِٕرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقۡوَى ٱلۡقُلُوبِ }
{ Hər kim Allahın ayinlərinə hörmət edərsə, bilsin ki, bu, qəlblərin təqvasındandır }
[Həcc:32]
____
¹ Mushaf (Qurani-Kərim kitabı)
—————————————————
📚 Mutəfərriqat /200 li-Albani
https://t.me/islamfezileti
📍Avn ibn Abdullah (rahiməhullah) demişdir:
🌱"İnsanların eyiblərini araşdıran kəs bunu ancaq qəflətdən dolayı edər. Çünki öz eyiblərindən qafildir."
📚Kitabus-Sam, 751
Salam aleykum.
Torpaqlarımızın işğaldan tam azad olunmasına görə Allah nə qədər həmd-səna və şükür etsək azdır, odur ki, Allaha Özünün sevib razı qaldığı qədər həmd olsun.
Bundan sonra - insanlara təşəkkür etməyən Allaha şükür etməz! - Canab Prezidentimizə, ordumuza və arxada öz duası ilə dəstək olan hər kəsə təşəkkür edirik.
🤲🏻Allah bu yolda ölənlərin şəhidliyini qəbul etsin, qazilərə acil, kamil şəfa və ailələrinə səbr versin. Amin!
