OrtaYol Telegram
Open in Telegram
Kanala Mədinə İslam Universitetinin doktorantura tələbəsi Fərman İsayev rəhbərlik edir.
Show more699
Subscribers
No data24 hours
No data7 days
+130 days
Posts Archive
Şeyxul İsləm İbnu Teyymiyyə (Allah ona rəhmət etsin) belə demişdir:
"Bu ümmətdə baş verən hər bir bidətin və zəlalətin çıxıb yayılmasının səbəbi sünnə və haq olan hidayəti izhar etməkdə müqəssir (səhlənkar) olmağımızdır".
(Dəru-Təarudil Aqli-Vannaql)
📝 SƏFƏRİN MÜDDƏTİ
Səfər iki növdür:
1. Oturum (qonaqlamaq, qalmaq) niyyəti ilə olmayan səfər. Yəni, cihad (müharibə), müalicə və s. kimi hər hansısa bir ehtiyacın ödənilməsi, müəyyən bir problemin həlli üçün edilən səfər. Bu növ səfərlərin vaxtı, müddəti adətən bəlli olmur və səfərdən qayıdış həmin problemin həllindən aslı olur. Bu halda səfər uzun (aylar, illər) çəksə belə, namazlar qısaldılır. İmam Tirmizi, İbn Qattan, İbn Əbdülbar və s. alimlər buna dair elm əhlinin icmasını nəql etmişdir ("Sünən ət-Tirmizi", 548, "əl-İqna fi məsəil əl-icma", 905, "əl-İstizkar", 8105). Necə ki, İbn Ömər də 6 ay müddətində Azərbaycanda qalmış, qar səbəbilə geri qayıda bilməmiş və bu vaxt ərzində namazları qısaltmışdır (Beyhəqi, "Sünən əl-kübra" 6/174).
2. Oturum (qonaqlamaq, qalmaq) niyyəti ilə olan səfər. Qonaqlıq, istirahət, təhsil, əskərlik və s. kimi səfərlər. Belə səfərlərin təxmini və ya dəqiq müddəti, adətən, bəlli olur. Bu halda 19 gün ərzində namazlar qısaldılır, sonrakı günlərdə isə tam qılınır. Bu, səhabə Abdullah ibn Abbasın məzhəbidir. Belə ki, o demişdir: "Allah rəsulu (sallallahu aleyhi və səlləm) səfərdə 19 gün qaldı və namazları qısaltdı. Biz də səfər etdikdə 19 gün ərzində namazları qısaldacaq, qalan günləri isə tam qılacayığ" (Buxari, 1080, 4299).
İmam İshaq ibn Rahaveyh də bu məsələdə İbn Abbasın məzhəbinə tabe olmuşdur. Tirmizi demişdir: "İshaq bu məsələdə ən güclü məzhəbin (rəyin) İbn Abbasın məzhəbi olduğunu hesab edirdi. O belə demişdir: Çünki İbn Abbas bu haqda Peyğəmbərdən hədis rəvayət etmiş, habelə bu hədisi əsas götürərək onun vəfatından sonra da bununla əməl etmişdir. 19 gündən artıq oturuma niyyət etdikdə isə namazları tam qılardı" ("Sünən ət-Tirmizi", 548).
Həmçinin bu rəy imam Şafidən də nəql olunmuşdur (Nəvəvi, "əl-Məcmu" 4/362).
İmam Buxari "müsafir neçə gün ərzində namazları qısaltmalıdır" adlı bölüm açmış və həmin bölümdə məhz İbn Abbasın rəvayətini qeyd etmişdir. Bundan da anlaşılan odur ki, o da bu məsələdə İbn Abbasın məzhəbinə üstünlük verirdi.
Şafi fəqihlərindən İbn Müləqqin demişdir: "Bu rəy mənə görə də çox güclü bir rəydir və mən də bu rəyə əsasən fətva verirəm. Çünki bu məsələ (ağılla yox) dəlillə həll olunası bir məsələdir və bu məsələdə bizə gəlib çatan ən səhih dəlil -İbn Abbasın rəvayətini nəzərdə tutur- məhz budur, elə isə bu dəlildən yan keçmək olmaz" ("ət-Tovdih li-şərh əl-Cami əs-Səhih" 8/431).
Qeyd: Səfərin müddətində alimlər ixtilaf etmiş və iyirmidən artıq rəy söylənilmişdir. Bu ixtilafa rəğmən (az qism alim istisna) onlar ittifaq etmişlər ki, bu növ (oturum niyyəti ilə olan) səfərdə namazların qısaldılması üçün mütləq vaxt təyin edilməlidir. İbn Munzir demişdir: "Alimlər səfər müddətinin 20 gündən az olduğunda icma etmişlər" ("əl-Avsat", 2251).
Şeyx Səd əl-Xaslən mövzu ilə əlaqədar demişdir ki, bu məsələni aylar-illər boyunca araşdırdım və sonda o qərara gəldim ki, haqqa daha yaxın olan rəy məhz İbn Abbasın rəyidir.
📁 Oxuyub faydalanmağı və paylaşaraq xeyrə səbəb olmağı unutma!
https://t.me/KanalAbuzeyd
✅Cümə günü edilən əməllər.
1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.
Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/
https://t.me/DIN_NESIHETDIR
