en
Feedback
ŞƏHRİYAR ƏLİYEV

ŞƏHRİYAR ƏLİYEV

Open in Telegram

ارکض انت الی الاضواء کی یلاحظوک، اما انا فساذهب الی العتمة کی انیرها @lovely_religion

Show more
663
Subscribers
No data24 hours
-27 days
-830 days
Posts Archive
photo content
+1

photo content
+1

photo content

photo content

photo content

Hafizin qezeli....m4a48.21 MB

İlahi_namə 4.m4a39.77 MB

Bismillahir rəhmanir rəhim İki səs yazısı paylaşmışdım "İlahi-namə" 1 və 2 O səs yazısını dinləyənlər oxuya bilərlər bu yazını: ........ Bəli, namaz görürük, "innəs-səlat" görürük, "tənha ənil-fəhşai vəl munkər"-siz! (Ənkəbut: 45) Bəli, Quran oxuyan görürük, Amma təfəkkürsüz. Quranı başımıza qoyuruq qədr gecəsində, amma xəbərsiz, maarifindən xəbərsiz! İnsanlara müdaxilə etmək, əziyyət etmək, insanların hüquqlarını tapdayaraq heç bir əməl səhih və məqbul ola bilməz. Heç bir əməl. Dinin zahirinə əməl edib batinindən məhrum qalmaq sadəcə imitasiyadır, aktiyorluqdur. Ay qardaş! Fərqi yoxdur ki hansı paltarı geyinirsən, fərqi yoxdur ki nəyə və nələrə sahibsən, fərqi yoxdur ki, hansı diplomun var və hansı mərhələdəsən, müdirsən, ya fəhləsən, fərqi yoxdur ki, sənin adının önünə və sonuna hansı sözləri yazırlar məs phd, dr, höccətul islam, ayətullah, əllamə, hacı, kərbəlayi, məşhədi, ustad, ruhani, ilahiyyatcı və s, fərqi yoxdur ki, məşğuliyyətin nədir, nə işlə məşğulsan, hansı millətdənsən harada yaşayırsan, rəngin nədir irqin nədir bunların heç birinin fərqi yoxdur, Əhli-beyt (ə) məktəbində "aktiyor" və yalançı adamlara heç nə vermirlər! Bir daha cəhd göstərməliyik ki yaxşı adam olaq, zərərsiz ziyansız olaq, əziyyət etməyək, hüquq tapdamayaq, əsil islama qayıdaq. Bizlər ac-susuz qalmağı öyrənmişik, qalırıq da, əyilib qalxmağı bilirik, edirik də, quran oxumağı öyrenirik oxuyuruq da, oxumağımızı göxəlləşdiririk təcvid qaydalarıyla, amma düşünməyin nə qaydasını bilirik nə də "təcvid"-ini. Nəinki gözəl düşünmürük, heç əsla düşünmürük! Din bizə buyurur ki, bir saat düşənmək bir ömür ibadət etməjdən üstündür. Din deyir ki Quran oxusan düşünməsən heç bir faydası yoxdur, düşünməmək məzəmmət olunur, düşünməyənlər tənqid olunur, pislənir ان شر الدواب deyilir, Quranı başımıza qoyub bikə ya Allah deyirik, amma O Allahın buyurduqlarını öyrənmirik göz yumuruq və arxa çeviririk, biMuhəmmədin deyirik o həzfətin sünnəsindən xəbərimiz yoxdur belə, biƏliyyin biFatimətə deyirik, amma onların yaşam tərzinə gəlincə sanki bizə sərf etmir! Ay qardaş müsəlman odur ki, insanlar onun əlindən dilindən amanda qalsın, mömin odur ki, haqq tapdamasın, haqqun-nasdan qorxsun! İslam dini mehribanlıq, əxlaq, insaniyyət, hüquq və mədəniyyət dinidir. Hz. Peyğəmbər (ə) həm əxlaqlı idi, həm də əxlaq üçün məbus olnuşdu, bizim əsil hesab etdiyimiz, əxlaqa baxanda təfərrüatdır. 100 illərdir ki din bizə naqis, qüsurlu, yarımçıq, uşaqca, əsatir kimi çatdırılır! İnsanları Peyğəmbərdən və Qurandan uzaq saxlayırlar. Sadəcə zahir və məhz imitasiya və sırf təqlid (əməllərin zahiri bənzərliyi)! Vəssəlam. Din hörmətdir qarşılıqlı ehtiramdır. Gecə oyaq qalıb qonşuları incitmək, gündüz isə qəflət yuxusunda xor xor yatmaq deyil din! Mömin olmağa çalışmalıyıq. Çoxlu əyilib durmaqla deyil, mömin yatağında ölsə şəhiddir, şəxs halal ruzi qazanarkən ölsə şəhiddir, bunlara çox önəm verməliyik. Başqalarının əməllərinə zillənməməlidir gözümüz! Bir qüsur-eyb tapıb cumuxmamalıyıq Allahın bəndələrinə! Dünyada ac uşaqların tərəzisiylə hər gün artan çəkimizdən xəcalət çəkməliyik! Dünyadakı ac uşaqrın tərəzisiylə toxluğumuzu ölçməməliyik! Bir ay oruc tuturuq, yəni sübh azanından şam azanına kimi ac qalırıq. Kaş ki bir ay da heç olmasa günorta azanında fəqir füqəra qarınını doyurmağı öyənsəydik! Bir neçə saat ac qalmaqla fəqirlərdən xəbərimiz olmayacaq, əmin olun buna, günortadsn şam azanınadək şam azanını gözləyirik, dörd gözlə iftar süfrəsinin intizarındayıq! Fəqirlərdə bu cür deyil! Oyan artıq! Bəsdər özünü öydün, bir şey sandın kendini, bəsdir böyütdün zahiri həm də yarımçıq etdiklərini! İlahi tutduğum orucdan Sənə sığınıram! Ey Rəbbim! Etdiyim və yaxşı hesab etdiyim əməllərə görə başım aşağıdır üzüm qaradır xəcalət çəkirəm! İlahi bu tərzi təfəkkürlü insanların yanında yaşamaqdan qorxmuram. Mənim qorxum ölüb də, yenə də belələriylə bahəm olmaqdı! Mən ölümdən buna görə qorxuram! İlahi dinin insanlığın zahirində qalmışam, batin istəyirəm! İlahi rəhmin sonsuzdur, Rəhm istəyirəm əfv diləyirəm... (Xüsusi ədəbiiyatlı) "İlahi-namə" 3 2024.03.25 Şəhriyar Əliyev

''İlahi-namə''.m4a54.19 MB

''İlahi-namə''-1.m4a52.87 MB

GÜL və BÜLBÜL.m4a52.31 MB

Hafiz. Beş arzu!!! (1).m4a80.25 MB

Mənəvi nərdivan.m4a46.59 MB

+3
Süleymanın üzüyü.m4a45.85 MB

photo content
+1

photo content

photo content
+9

photo content
+9