878
Subscribers
No data24 hours
No data7 days
-1330 days
Posts Archive
*ŞƏHİDLİK ZİRVƏSİNƏ ÇATANLAR.*
Peyğəmbərﷺ demişdir
*“Allah yolunda şəhid olanların ruhları yaşıl quşların içindədir. Onlar Cənnətdə istədikləri yeri dolaşar, sonra Ərşdən asılmış çıraqlara sığınarlar. Rəbbi onlara baxıb soruşur: “Nə istəyirsiniz?” Onlar: “Ey Rəbbimiz! Bundan artıq nə istəyək ki, heç bir bəndənə vermədiyin bir neməti bizə bəxş etmisən”, – deyə cavab verdilər. Uca Allah bunu onlardan bir neçə dəfə soruşur. Onlar bir şey istəməyincə yenə soruşulacaqlarını gördükdə: “Ey Rəbbimiz, bizi dünyaya qaytar ki, sənin yolunda vuruşaraq yenə öldürülək”, – dedilər. Çünki Allah yolunda şəhid olmağın savabının böyük olduğunu bilirdilər. Uca Allah buyurur: “Mən əzəldən (Lövhi-Məhfuzda) yazmışam ki, (öldükdən sonra) insanlar dünyaya qaytarılmayacaq”.*
Muslim (2/98) bu hədisə mənaca oxşar bir hədis rəvayət etmişdir. Müəllif Muslimin rəvayət etdiyi bu hədisi “Ali-İmran” surəsinin 170-ci ayəsinin təfsirində Allahın izni ilə qeyd edəcəkdir. Həmçinin ət-Tabəri öz təfsirində (8206–8208) rəvayət etmişdir. Hədisin təxricini orada qeyd etmişik (Əhməd Şakir). Muslim, 1887, 3500, 4993.
İmam Əhmədin İmam əş-Şafiidən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərﷺ demişdir:
*“Möminin ruhu Allahın onları təkrar dirildəcəyi gün cəsədlərinə qaytarana qədər Cənnət ağaclarından yeyən bir quşdur”*
Əhməd, 15777, 15816; ən-Nəsəi “Sunənul-Kubra” 2211. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2373.
■■■■■■■■
Cabir ibn Atiq (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsuluﷺ belə buyurdu:
*“Allah yolunda öldürülməkdən başqa yeddi cür şəhidlik vardır: Vəba xəstəliyindən ölən şəhiddir. Boğularaq ölən şəhiddir. Yanındakı xora xəstəliyindən ölən şəhiddir. Qarın xəstəliyindən ölən şəhiddir. Yanaraq ölən şəhiddir. Uçqun-dağıntı altında qalıb ölən şəhiddir. Bətnində körpəsi ilə ölən qadın şəhiddir.”*
📚Əbu Davud 3111. Nəsai 1846. Albani, sahihul cami 3739. ((səhih)).
●●●●●●●●
Salman əl-Farisi (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsuluﷺ belə buyurdu:
*“Allah yolunda ölmək şəhadətdir. Nifaslı ölmək şəhadətdir. Yanğından ölmək şəhadətdir. Suda boğularaq ölmək şəhadətdir. Vərəmdən ölmək şəhadətdir. Qarın xəstəliyindən ölmək şəhadətdir.”*
📚Əhməd 16041. Tabərani, mucamul-kəbir 6115. Albani, sahihul cami 4439. ((həsən)).
●●●●●●●●
Uqbə ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsuluﷺ belə buyurdu:
*“Miniyindən yıxılıb ölən kimsə şəhiddir.”*
📚Tabərani, mucamul-kəbir 892. Albani, sahihul cami 6336. ((səhih)).
●●●●●●●●●
İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbərﷺ belə buyurdu:
*“Kim zülmə məruz qalıb ölərsə, o, şəhiddir.”*
📚Əhməd 2779. Albani, sahihul cami 6447. ((səhih)).
●●●●●●●●
Əbu Dərda (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ belə buyurdu:
*“Şəhid öz ailəsindən yetmiş adama şəfaətçi olacaq.”*
Əbu Davud 2522. İbn Hibban 4660. Albani, sahihul cami 3747. ((səhih)).
■■■■■■■
Peyğəmbərﷺ demişdir
*"Kim Allahdan sidqlə şəhidlik diləyərsə, hətta yatağında ölsə belə Allah onu şəhidlərin dərəcəsinə çatdırar".*
İmam Albani "Silsilə sahihədə" 4/324 səhih demişdir.
■■●■●■●■●
Ənəs(Allah ondan razı olsun) rəvayət etmişdir ki, *Peyğəmbər ﷺ demişdir: “Şəhidlər istisna olmaqla, Allah qatında xeyir əməli olan elə bir kəs yoxdur ki, öldükdən sonra dünyaya dönməyi arzulasın. Çünki şəhid şəhidliyin kəramətini (fəzilətini) gördükdən sonra dünyaya dönərək bir daha (Allah yolunda) öldürülməyi arzu edər”*
Muslim (2/96) Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5792.
https://chat.whatsapp.com/EIuJz809BWk2BOeooEjlbb?mode=ems_copy_t
Xovlə bint Hakim (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsuluﷺ belə dediyini eşitdim:
*“Kim bir mənzil başına çatdıqda:*
*"Əuzu bikəlimətilləhit təəmməti min şərri mə xaləq".*
*Yaratdıqlarının şərindən Allahın tam kəlimələrinə sığınıram! - deyərsə, oradan ayrılana qədər ona heç bir şey zərər verməz.”*
📚Muslim 2708. Tirmizi 3437.
●●●●●●●
Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ belə buyurdu:
*“Müsəlman qardaşını gülər üzlə qarşılamaq olsa belə heç bir yaxşılığı kiçik görmə.”*
📚Muslim 2626. İbn Hibban 523.
●●●●●●●
Abdullah bin Amr (Allah ondan razı olsun)rəvayət edir ki, Peyğəmbərﷺ demişdir:
*«Həqiqətən Allah gözəldir, gözəlliyi də sevir».*
📚 Albani "Silsilətu Sahihə" (4/166), Muslimin şərtinə görə səhihdir.
●●●●●●●●
Cabir bin Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərﷺ demişdir:
*«Həqiqətən Allah gözəldir, gözəlliyi də sevir. Uca əxlaqı sevir və pis sözlərə isə ikrah edir».*
Albani "Sahihul Cami" (1743), səhihdir.
●●●●●●●●
Səhl İbn Sad(radiyallahu anhu ) rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: *“Mən hövuz başında sizin birincinizəm. Mənim yanıma gələn ondan içər, ondan içən isə əbədiyyən susamaz. Heç şübhəsiz ki, mənim yanıma bir qrup insanlar gələcək ki, mən onları tanıyır, onlar da məni tanıyacaqlar. Sonra mənimlə onlar arasında bir pərdə çəkiləcəkdir”.*
(Buxari 6583, Muslim 6108, 2290/26)
■ ■ ● ■ ● ■ ● ■
İbn Məsud (radıyallahu anhu) rəvayət edir ki,
Peyğəmbərﷺ demişdir:
*“Haqsızlıq edilərək öldürülən hər bir kəsin qanından ilk əvvəl Adəm oğlunun payınada günah yazılar. Çünki ilk qətli törədən o olmuşdur”*
əl-Buxari /3335/, Muslim /1677/.
##########
Abdullah bin Amr(radıyallahu anhumə)Peyğəmbərinﷺ belə dediyini rəvayət etmişdir:
*“Kim (müsəlmanlarla) sülh əhdi bağlamış bir kəsi qətlə yetirərsə, Cənnətin qoxusunu belə duymaz.Halbuki onun qoxusu qırx illik məsafədən duyulur”.*
əl-Buxari /3166/,ən-Nəsai 8/35.
##########
Əbu Hureyrə Peyğəmbərinﷺ belə dediyini rəvayət etmişdir:
*“Kim üzərində Allahın və Rəsulunun əhdi və hifzi olan, sülh əhdi bağlanmış bir kəsi qətlə yetirərsə, Allahın əhdinə saymamazlıq etmiş olar. Buna görə də o Cənnətin qoxusunu belə duymaz.Halbuki onun qoxusu qırx illik məsafədən duyulur”.*
(Həsən) ət-Tirmizi /1403/, ibn Məcə /2687/
#########
Müaviyə(radıyallahu anhu) demişdir:
*Peyğəmbərinﷺ belə dediyini eşitdim:“Kafir olaraq ölən və qəsdən bir mömini qətlə yetirən kəsdən başqa Allah hamının günahlarını bağışlaya bilər”.*
(Səhih) ən-Nəsai 7/81, Əhməd 4/99, əl-Hakim 4/351
●●●●●●●●●
Allah Elçisiﷺ buyurmuşdur:
*Bir kişinin Cənnətdə dərəcəsi yüksəldilər, o da deyər:*
*«Necə oldu ki, mən buna nail oldum?»*
*Ona deyilər: «Övladının (Allahdan) sənə bağışlama diləməsi sayəsində.»*
(«Silsilə əs-Sahiha» 4/129; Albani)
■■■■■■■■■
Allah Elçisiﷺ demişdir:
*«Sizdən birini öz divanına söykənib ona mənə əmr edilən və ya qadağan edilən bir (hədis) gəldikdə: "Biz (bunu) bilmirik, Allahın kitabında tapdığımız bir şeyə tabe oluruq" - dediyini görməyim.»*
(Əbu Davud, 4605; Tirmizi, 2665; İbn Macəh, 12; Əbu Rafi'nin hədisi; Albani səhih demişdir «Səhih əl-Cami, 7172)
■ ● ■ ● ■ ● ■ ●
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisiﷺ buyurdu:
*«İki pis xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir: (yas zamanı) vay şivən qoparmaq və əsil-nəcabətə tənə vurmaq.»*
(Buxari, «Ədəbul-Mufrad» kitabı, 395; səhihdir)
https://chat.whatsapp.com/KWEiKMFdnXlKrd3XJan4i4
https://t.me/bukaru

https://chat.whatsapp.com/BkEmQQRwHqlAuya6C9fBfB
https://chat.whatsapp.com/GlX8GYgSUhp2QyN7Vk7U9a
https://t.me/bukaru
[4] *Oxçular Peyğəmbərin ﷺ əmrindən çıxıb mövqelərini tərk etdikdə, düşmən arxa tərəfdən müsəlmanlara hücuma keçdi və ordu arasında çaşqınlıq yarandı. Bu vaxt şeytan “Muhəmməd öldürüldü” deyə səsləndi. Səhabələr canlarını qurtarmaq üçün səpələndilər və bu vaxt Peyğəmbərin ﷺ yanında doqquz kişi qalmışdı.*
[5] Yəni qureyşlilər döyüşə çıxmadılar. Döyüşə çıxanların hamısı ənsarlardan oldu.
[6] Bu, qadına bənzədilmiş bütün adıdır.
(Peyğəmbərliyin əlamətləri) əsərində rəvayət etmişlər.
“Səhih” əsərlərində və digər kitablarda bu hədisin bəzi yerlərini təsdiq edən hədislər var.
əl-Musnəd (2609). (Əhməd Şakir). Əhməd, 2609; əl-Hakim, 3163. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir
İmam Əhməd İbn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: *“Uhud döyüşündə müsəlman qadınlar da ordunun arxasında iştirak edirdilər. Onlar müşriklərin yaralılarının işlərini bitirirdilər (öldürürdülər). And içsəm, doğru olar ki, o gün Uca Allah “İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi” ayəsini nazil edənə qədər bizdən dünyanı arzulayan heç kim yox idi. Peyğəmbərinﷺ səhabələri onun itaətindən çıxıb əmrinə asi olduqda Peyğəmbərinﷺ yanında doqquz kişi qaldı.[4] Onlardan ikisi Qureyşdən, yeddisi ənsardan idi.* *Peyğəmbər ﷺ isə onuncu idi. Müşriklər onların olduqları yerə yaxınlaşdıqda Peyğəmbər ﷺ dedi: “Onları bizdən uzaqlaşdırana Allah rəhm etsin!” Ənsardan biri qalxdı və şəhid edilənə qədər vuruşdu. Müşriklər yenə yaxınlaşdıqda Peyğəmbər ﷺ dedi: “Onları bizdən uzaqlaşdırana Allah rəhm etsin!” Peyğəmbərﷺ onunla olanlardan yeddisi öldürülənə qədər belə deməyə davam etdi. Sonra Peyğəmbərﷺ yanında qalan iki Qureyşliyə dedi:* *“Yoldaşlarımıza qarşı insaflı davranmadıq[5]”. Sonra Əbu Sufyan gəldi və dedi: “Yaşasın Hubəl!” Peyğəmbər ﷺ dedi: “Siz “Allah (hər şeydən) uca və uludur!” deyin!” Səhabələri də “Allah (hər şeydən) uca və uludur!” dedilər. Əbu Sufyan “Bizim Uzzamız[6] var, sizin isə belə bir bütünüz yoxdur!” dedi. Peyğəmbər ﷺ dedi: “Siz “Allah möminlərin Himayəçisidir.*
*Kafirlərin isə heç bir himayəçisi yoxdur” deyin!” Sonra Əbu Sufyan “Bu gün Bədr gününün əvəzidir. O gün əleyhimizə olsa da, bu gün lehimizədir. O gün kədərlənsək də, bu gün sevinirik. Hənzaləyə qarşılıq Hənzalə, filankəsə qarşılıq filankəs, filankəsə qarşılıq isə filankəsdir” dedi. Peyğəmbər ﷺ dedi: “Heç də bərabər deyilik. Bizim ölülərimiz diridir, Rəbbləri yanında onlara ruzi verilir. Sizinkilər isə oddadır, onlara əzab verilir”. Əbu Sufyan dedi: “Qövmümdə sizin ölülərinizi eybəcər hala salanlar olmuşdur, lakin bu bizim başçılarımızın məsləhəti ilə olmamışdır. Mən belə bir şeyi nə əmr etmişəm, nə də qadağan etmişəm, nə istəmişəm, nə də nifrət etmişəm. Bu mənə nə pis təsir edib, nə də məni sevindirməyib”. İbn Məsud dedi: “Bir də baxıb gördülər ki, Həmzənin qarnı deşilmiş və Hind onun qaraciyərini çıxarıb çeynəmiş, lakin yeyə bilməmişdir. Peyğəmbər ﷺ soruşdu: “Bir şey yeyə bilmişmi?” Səhabələr “Xeyr” dedilər. Peyğəmbərﷺ dedi: “Allah Həmzənin heç bir yerini Cəhənnəmə salmaz”. Peyğəmbərﷺ Həmzəni yerə qoydu və ona cənazə namazı qıldı. Sonra ənsardan olan bir kişi gətirildi və Həmzənin yanına qoyuldu. Peyğəmbər ﷺ onun üçün də cənazə namazı qıldı. Ənsarlı kişini apardılar, Həmzəni isə saxladılar. Sonra başqa bir şəhidi gətirib Həmzənin yanına qoydular və* *Peyğəmbərﷺ onlara cənazə namazı qıldı. Bu kişini də apardılar, Həmzə( radiyallahu anhu) isə yenə qaldı. Beləcə Peyğəmbərﷺ o gün Həmzəyə yetmiş dəfə cənazə namazı qıldı”.*
Bu hədisi də yalnız Əhməd rəvayət etmişdir.
əl-Musnəd (4414). (Əhməd Şakir). Əhməd, 4414. Şueyb əl-Arnavut hədisin həsən li-ğeyrihi olduğunu bildirmişdir.
[1] Uhud dağının aşağı tərəfində yerləşən yer adıdır. Hal-hazırda Həmzənin (Allah ondan razı olsun) qəbri bu yerdə yerləşir.
[2] Kəbənin içinə yerləşdirilmiş, Kinanə qəbiləsinin sitayiş etdiyi bütün adıdır.
[3] Qureyşlilər bir işin dalınca getmək istədikdə iki ox götürüb birinə “bəli”, digərinə isə “xeyr” yazırdılar. Sonra hər hansı bir bütə yaxınlaşıb oxlardan birini çəkərdilər. Üzərinə “bəli” yazılan ox çıxdıqda işin dalınca gedərdilər, “xeyr” yazılan ox çıxdıqda isə bu işi tərk edərdilər. Əbu Sufyan da Uhud döyüşünə çıxmaq istədiyi zaman bir oxa “bəli” digərinə “xeyr” yazmışdı və Hubəlin yanında oxu çəkdiyi zaman “bəli” çıxmışdı. Əbu Sufyanın “Hubəl “Bəli” dedi və cavabı doğru çıxdı” sözünün mənası da budur. (Bax: İbn əl-Əsir “ən-Nihayə fi Ğaribil-Hədis” 4/158).
https://chat.whatsapp.com/KWEiKMFdnXlKrd3XJan4i4
https://chat.whatsapp.com/BON7ynB9i6zCbXNvC5FeoQ
İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: *“Uca Allah heç bir yerdə Uhud döyüşü günündə olduğu kimi yardım etməmişdir”. Bu bizə qəribə gəldi. İbn Abbas dedi: “Mənimlə mənim bu sözümü qəribə sayanlar arasında Uca Allahın Kitabı hakimdir. Uca Allah Uhud döyüşü günü “Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman Allah sizə verdiyi vədini yerinə yetirdi” buyurur. İbn Abbas dedi: “Ayədə keçən الْحَسُّ [əl-həssu] sözünün mənası “öldürmək” deməkdir. “Nəhayət, O sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır”.*
*Bu ayədə oxçular nəzərdə tutulur. Belə ki Peyğəmbər ﷺ oxçuları bir yerə yerləşdirdi və onlara “Bizi arxadan qoruyun! Bizim öldürüldüyümüzü görsəniz, belə bizə yardım etməyin. Bizim qələbə çalıb qənimət topladığımızı görsəniz isə bizə şərik olmayın!” buyurdu. Peyğəmbərləﷺ olanlar qalib gəlib müşrik əsgərləri mövqelərindən qovduqda oxçuların hamısı düşmənin düşərgəsinə girib qənimət toplamağa başladılar və Peyğəmbərinﷺ səhabələrinin səfləri biri-birinə qarışdı.*
*Onlar beləcə hədisi rəvayət edən barmaqlarını bir-birinə keçirdi, başları qənimət toplamağa qarışdığı zaman, oxçular isə tutduqları mövqeyi tərk etdikləri zaman düşmən atlıları arxa tərəfdən Peyğəmbərinﷺ səhabələrinə hücum etdi. Müsəlman ordusu çaşqınlığa düşdü və müsəlmanlardan bir çox adam şəhid oldu. Halbuki günün əvvəlində Peyğəmbərﷺ və səhabələri qalib idilər. Müşriklərin yeddi və ya doqquz bayraqdarı öldürüldü. Müsəlmanlar dağa tərəf çəkildilər, lakin, insanların dediyi kimi, mağaraya çatmamışdılar. Mihras[1] deyilən yerə çatdıqda şeytan “Muhəmməd öldürüldü” deyə qışqırdı. Bu xəbərin doğru olub-olmamasına belə şübhə edilmədi. Biz bu xəbərin doğru olduğunu sandığımız bir vaxtda Peyğəmbər ﷺ Sadeyn deyilən yerdə görsəndi. Biz onu yeriyərkən sanki hündür yerdən enirmiş kimi ləngərləməsindən tanıdıq. Biz o qədər sevindik ki, sanki başımıza gələnlər heç olmamışdı. Peyğəmbər ﷺ bizə tərəf gəlir və belə deyirdi: “Allahın Elçisinin üzünü qana bulayan qövmə Allah bərk qəzəblənmişdir”. Həmçinin deyirdi: “Allahım, əlbəttə, onlar bizə üstün gələ bilməyəcəklər”. Nəhayət,Peyğəmbərﷺ bizim yanımıza çatdı və orada bir müddət qaldı. Birdən Əbu Sufyan dağın aşağı tərəfindən iki dəfə qışqırdı: “Yaşasın Hubəl![2]” Belə deməklə, ibadət etdiyi ilahı nəzərdə tuturdu. Sonra dedi: “İbn Əbu Kəbşə haradadır? İbn Əbu Quhəfə (Əbu Bəkr) haradadır? İbn əl-Xattab (Ömər) haradadır?” Ömər dedi: “Ey Allahın Elçisi, cavab verməyimmi?” Peyğəmbər ﷺ “Bəli, cavab ver!” buyurdu. Əbu Sufyan “Yaşasın Hubəl!” dedikdə Ömər “Allah (hər şeydən) uca və uludur!” Əbu Sufyan dedi: “Ey Ömər! Hubəl “Bəli” dedi və cavabı doğru çıxdı, onu pisləmə(3). Sonra Əbu Sufyan yenə “İbn Əbu Kəbşə hanı? İbn Əbu Quhəfə hanı? Hanı İbn əl-Xattab?” dedi. Ömər “Bu Allahın Elçisi, bu Əbu Bəkr, bu da mən Ömər” deyə cavab verdi. Əbu Sufyan dedi: “Bu gün, Bədr gününün əvəzidir. (Bilin ki,) günlər dəyişkəndir, döyüş isə gah sizin lehinizə, gah da əleyhinizədir”. Ömər dedi: “Heç də bərabər deyilik, bizim ölülərimiz Cənnətdə, sizin ölüləriniz isə Cəhənnəmdədir”. Əbu Sufyan dedi: “Bu, sadəcə, sizin iddianızdır. Elə olsaydı, naümid qalardıq və ziyana uğrayardıq. Siz ölülərinizin eybəcər hala salınmış olduğunu görəcəksiniz.Hərçənd bu bizim böyüklərimizin fikri deyildi”. Sonra cahiliyyət hissləri onu üstələdi və dedi: “Belə olsa da, biz bunu pis görməzdik”.*
Bu hədis ğaribdir və bu formada rəvayət olunması qəribədir. Hədis İbn Abbasın (Allah ondan razı olsun) rəvayətlərindəndir. Halbuki nə o, nə də atası Uhud döyüşündə iştirak etməmişlər. Hədisi əl-Hakim, İbn Əbu Hatim və əl-Beyhəqi “Dələilun-Nubuvvə”
Aişə(radıyallahu anhə)deyir ki
*Allah Rəsulundanﷺ soruşdum ki, əgər Allah yer əhlinə əzabını göndərər və orada saleh insanlar da olarsa, o birilərin əzabıyla bunlar da həlak olarmı?*
*Allah Rəsuluﷺ cavab verir ki:*
*"Ay Aişə, əgər Allah qəzəbi tutduğu kəslərə əzabını endirərsə və onlarla birgə saleh insanlar da olmuş olarsa, hamısı əzaba tuş gələr, sonra da Qiyamət günü hər biri öz niyyətlərinə və əməllərinə görə dirildiləcəklər".*
📚 _"Sahihə" 2693_
■●■■●■■●
Allah Rəsuluﷺ buyurmuşdur:
*«Əgər Allah və Rəsulunun sizi sevməsini istəyirsinizsə, o zaman üç xislət üzərində davamlı olun:*
*-doğru danışmaq,*
*-əmanəti sahibinə qaytarmaq,*
*-gözəl qonşuluq.*
*Bilin ki, qonşuya əziyyət vermək, günəş buzu əritdiyi kimi insanın savablarını əridir»*
📚 _Səhih hədislər silsiləsi, 2998._
■■■■■■■■
Peyğəmbərﷺ buyurmuşdur:
*- Kişinin (Allahın razılığını qazanmaq üçün) öz ailəsinə xərcləməsi, ona sədəqə olaraq kifayətdir.*
📚 Buxari (55)
■■■■■■■■
*Sədəqə verməyə təşviq*
Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) demişdir:
*“Peyğəmbərəﷺ vəhy nazil olarkən biz Onun yanına gələrdik və O bizə nazil olanlar barədə danışardı.(Bir gün) Peyğəmbərﷺ bizə dedi: “Uca Allah buyurdu: “Biz mal-dövləti namaz qılmaq və zəkat vermək üçün nazil etdik.Adəm övladının bir vadi (mal-dövləti) olsa, ikincisini istəyər. İki vadisi olsa,üçüncüsünü istəyər.(Sonda) Adəm övladının qarnını(digər hədisdə "gözünü") yalnız torpaq doldurar,sonra Allah tövbə edənin tövbəsini qəbul edər”.*
Əhməd, 20900, 21906, 21956, 22546. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 1781) və “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1639) səhih olduğunu bildirmişdir
■●■●●●●●
Ammar ibn Yasir (radiyallahu anhu) belə rəvayət edir:
*“Allah Rəsuluﷺ ilə birlikdə təyəmmüm etdikləri zaman müsəlmanlara əmr etdi. Onlar da ovuclarını torpağa vurdular və torpaqdan bir şey götürməyərək üzlərinə bir dəfə sürtdülər sonra başqa bir dəfə də ovuclarını torpağa vurub, əllərinə sürtdülər.”*
İbn Məcə 571.Albani səhih demişdir.
●■■●■●■●
Bir nəfər Peyğəmbərinﷺ yanına gələrək dedi:
*«Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyimi gördüm». Peyğəmbərﷺ «Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə» deyə buyurdu*
Müslim 2269.
■●■●■●■■
651) Tariq ibn Əşyəm əl-Əşcəi(radiyallahu anhu) demişdir:
*“Biz səhərlər Peyğəmbərinﷺ yanına gedərdik.[1] Onun yanına həm kişi, həm qadın gəlib soruşardı: “Ya Rəsulullah, mən namaz qılarkən[2] nə deməliyəm?” O da buyurardı: “De: “Allahım, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt və mənə ruzi ver.”[3] Bu sözlər sənin üçün dünyanı və axirətini cəm etdi.*
Bu hədisi Əhməd (3/472) rəvayət etmiş və Muhəmməd Nasirəddin əl-Albani “Səhih əl-Ədəbul-Mufrad” əsərində onun “səhih” olduğunu demişdir
[1] *Peyğəmbərﷺ bu ümmət üçün Allahdan xeyir-bərəkət diləyib demişdir: “Allahım, ümmətimin (hər) gününün əvvəlinə bərəkət ver!”*
(Sunən Əbu Davud 2606, Səhih Əbu Davud 2345;); digər hədisdə o, demişdir:
*“Ümmətimin (hər) gününün əvvəlinə bərəkət verilmişdir!”*
(Səhih əl-Cami, 2841).
[2] Bu duanı təşəhhüddən sonra və salamdan əvvəl, habelə, səcdədə demək olar. Bu dua Peyğəmbərinﷺ etdiyi duaların yığcam və geniş mənalı olduğunu bir daha sübuta yetirir.
[3] Transkripsiyası: Allahumməğ'firli, vərhəmni, vəhdini, vərzuqni.
*Peyğəmbərﷺdemişdir: "Həyətlərinizi təmizləyin! Həqiqətən yəhudilər həyətlərini təmizləmirlər."*
Səhih əl-cəmi 3935
■●■●■●■●■
Peyğəmbərﷺ buyurmuşdur:
*“Möminlərin bir-birinə məhəbbəti, mərhəməti və rəftarı bir cəsədə bənzəyir. Onun hər hansı bir üzvü ağrıyarsa, digər üzvüləri də qızdırma və yuxusuzluqla ona şərik olarlar*
(yəni, bütün cəsəd əziyyət çəkər).”
📚 əl-Buxari və Muslim rəvayət etmişdir.
●■■●■●■●■
Peyğəmbərﷺ belə buyurmuşdur:
*- Həqiqətən də Allaha ən sevimli olan kəlmələr qulun:*
_*"Subhənəkə Allahummə və bihəmdikə, və təbərakəsmukə, və tə'alə cəddukə və lə iləhə ğayrukə."*_
*«Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur!» - deməsidir.*
*Allahı qəzəbləndirən kəlmələr isə bir kişi digərinə "Allahdan qorx!" - dediyi zaman onun: "Sən öz nəfsinə bax." - deməsidir.*
📕("Əs-Silsilətus-Sahihə", 2598)
● ■ ■ ● ● ■ ■
Şərid bin Suveyd (Allah ondan razı olsun) rəvayət edir ki,
*bir dəfə Allah Rəsuluﷺ mənim yanımdan keçirdi məndə belə oturmuşdum; sol əlimin içini arxa tərəfdən yerə qoyaraq ona söykənmişdim.*
*O mənə belə buyurdu:*
*qəzəbə-uğramışların oturduqları kimi oturursan?!*
Mənbə: Abu Davud
Şeyx Albani(rahiməhullah) səhihləşdirmişdir .
■●■●■●■●●
Peyğəmbərﷺ buyurur:
*"Səninlə əlaqəni kəsənlə (əlaqə) qur. Sənə pislik edənə yaxşılıq et. Və özünün əleyhinə olsa belə, haqqı de."*
(Sahihul Cəmi, 3769)
●■●■●■●■
(323) Abdullah (ibn Məsud) (radıyallahu anhu) rəvayət edir ki,
*(bir dəfə) Rəsulullahﷺ “Mənə (Quran) oxu!” – deyə buyurdu. Mən dedim: “Ya Rəsulullah, (Quran) sənə nazil olduğu halda, onu sənə mənmi oxuyacağam?!” Rəsulullahﷺ buyurdu: “(Bəli,) mən onu başqasından dinləməyi xoşlayıram.”[4] Onda mən ona “ən-Nisa” surəsini oxumağa başladım. Nəhayət, (bu surənin): “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz[5] və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdım.[6] Sonra (başımı qaldırıb) Peyğəmbərinﷺ gözlərindən yaş axdığını gördüm.”*
Bu hədisi Buxari (4306), Muslim (800), Əbu Davud (3668), ən-Nəsai (1105) və Əhməd (1/380) rəvayət etmişdir.
[4] Hədislərin birində rəvayət edilir ki,
*Rəsulullahﷺ Əbu Musa əl-Əşariyə: “Dünən gecə mən sənin Quran oxumağını dinlədim. Sənə Davud ailəsinin məlahətli səsi kimi bir səs bəxş edilmişdir”– demişdir”*
(Sunən ət-Tirmizi, 2/318; Sifətu Səlatun-Nəbi, 1/127).
[5] Yəni, hər bir ümmətə göndərilən peyğəmbər Qiyamət günü həmin ümmətə şahidlik etməyə gələcək. Onlar öz ümmətlərinin xeyirxah əməllər etdiklərinə və ya şər işlər gördüklərinə şahidlik edəcəklər. Uca Allah hər ümmətə elçi göndərdiyi barədə belə buyurur:
*“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir”*
(ən-Nəhl, 36).
[6] Buxarinin “Səhih”ində (4582) rəvayət edilmiş hədisdə İbn Məsud (radıyallahu anhu) demişdir: *“Peyğəmbərﷺ mənə: “Dayan!”– dedi və mən başımı qaldırıb onun gözlərindən yaş axdığını gördüm.”*
https://chat.whatsapp.com/HquTVuIKjsE0Q1mYRnk942
Əbu Hureyrə(radıyallahu anhu) rəvayət edir ki,
Peyğəmbərﷺ buyurdu:
*«Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir.Əvvəlcədən iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi zamandır»*
Buxari 7121
■●■●■●■●■
Əbu Zərr(radiyallahu anhu) rəvayət edir ki,
*Peyğəmbərﷺgünəş batdığı vaxt ona belə demişdir*
*Bilirsənmi,günəş(batdığı vaxt) hara gedir?*
*Mən "Allah və Rəsuluﷺdaha yaxşı bilir"dedim.*
*O,dedi:Ərşin altına səcdə etməyə gedir.(Səcdə üçün)İzin istəyir.Ona izin verilir.Qorxur ki, səcdə etməyi ondan qəbul olunmaz.İzin istəyər ona izin verilməz.Ona deyilər:Gəldiyin yerə qayıt.Batdığın yerdən çıx. Bu Uca Allahın Kəlamında olandır.*
وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ذَلِكَ تَقْدِيرُ العَزِيزِ العَلِيمِ
*Günəş də özünün qərar tutduğu yerə axıb gedir.Bu,Qüdrətli,Bilən Allahın qərarıdır.*
Yasin, 38
Buxari, 3199.Muslim,159
*Bu da qiyamət günüdür.
Qeyd:Günəşin qərar tutduğu yer ərşin altıdır.
■●■■●■●■■■
Peyğəmbərﷺbuyurdu: *«Qiyamət günü Allah buyuracaq: «Ey Adəm!»Adəm:«Buyur Ya Rəbbim!»deyər.Allah:«Atəşə göndərilənləri atəşə göndər». Adəm:«Nə qədərini?»deyər.Allah: «Hər min nəfərdən doqquz yüz doxsan doqquzunu atəşə,birini isə Cənnətə»deyə buyurar*
Buxari 3/1221, 5/2392, Müslim «İman
İbn Həcər(rahimahullah)deyir ki: “Bu hədis onların Adəmin - (əleyhissəlam) zurriyyətindən olmasına dəlildir və əksini iddia edənlərin sözlərini rədd edir”
Fəthul Bəri 6/445.
■●■●■■●■●■
Peyğəmbərﷺ buyurdu:
*«Yəcuc və Məcuc tayfasının çıxmasından sonra da Beyti həcc və ümrə üçün ziyarət edəcəklər»*
Buxari«Hacc» 47,Əhməd 3/28.
■●■■●■●■●
Nəvvas b. Səman(radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺbuyurdu:
*“Müsəlmanlar Yəcuc və Məcucun oxlarını döyüş sürsatlarını 7 il yandıraraq onlardan istifadə edəcəklər”*
İbn Məcə 4076,
Albani “Səhihul Cəmi” 3567.
■●■●■●■●■■
Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki,
*bir nəfər Peyğəmbərinﷺyanına daxil olmaq üçün icazə verilməsini istədi.Peyğəmbərﷺ buyurdu:Ona icazə verin gəlsin. O qövmünün necə də pis övladıdır və ya insanıdır.*
*O, Peyğəmbərinﷺhüzuruna daxil olduqda Peyğəmbərﷺ onunla yumşaq tərzdə danışdı. - Aişə deyir - Ona dedim:*
*Ey Allahın Elçisi! Ona bu cür sözlər dedin. Sonra onunla bu cür yumşaq tərzdə danışdın? Buyurdu: "Ey Aişə! Qiyamət günü Allah qatında ən şərli dərəcəsi olan insanlar,çirkin əməli səbəbiylə insanların özündən uzaqlaşdığı və ya tərk etdiyi kimsələrdir."*
(Müslim,6596)
Buxaridəki ləfzdə isə:
*"Allah qatında ən şərli dərəcəsi olan insanlar şərrindən qorunmaq üçün insanların tərk etdiyi kimsələrdir."*
(6032)
■●•■●•■●•■●•
*Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisiﷺ buyurdu: "Həqiqətən də dirinin (ölünün yaxının) ağlamasına görə ölüyə əzab olunur."*
(Müslim, 2152)
■●•■●•■●•■●•
Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: "Allah Elçisininﷺ belə dediyini eşitdim:
*"Həqiqətən də, mömin kimsə gözəl əxlaqıyla (gündüzləri) oruc tutanın və (gecələri) namaza duranın dərəcəsinə çatar."*
📌(Nəvəvi; Riyadus-Salihin, 9/629)
Səhih tərğıb 2643
https://chat.whatsapp.com/KMvwIyytvvz7dGCFntSPZk
https://chat.whatsapp.com/Gtxl2H1MQhS5KOikMHJoGW
https://t.me/bukaru
Əbu Hureyrə(radıyallahu anhu )rəvayət edir ki, Peyğəmbərﷺbuyurdu: *«Zənginlik mal çoxluğu ilə deyildir, əsl zənginlik qəlbin (nəfsin) zənginliyidir”.*
(Buxari 6446, 6081, Muslim 2467, 1741, 1051/120)
■■ ■ ■ ■ ● ● ■ ●
Əbu Səid əl-Xudri (radıyallahu anhu ) rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: *«Sizin üçün ən çox qorxduğum şey Allahın sizin üçün çıxaracağı Yerin bərəkəti (dünya zənginliyidir). Ona: “Yerin bərəkəti nədir” deyə soruşdular. Peyğəmbərﷺ: “Dünyanın gözəllikləri” deyə buyurdu. Bir nəfər: “Xeyir, şərr gətirirmi?” deyə soruşdu. Peyğəmbərﷺ susdu. Hətta biz vəhy gəlir deyə zənn etdik. Sonra Peyğəmbərﷺ alnından tərini silməyə başladı. Sonra: “Sual verən hardadır?” deyə buyurdu. Soruşan: “Mənəm (Ya Rəsululah!)” dedi. Əbu Səid: “Biz o, insanı tərif etdik” dedi. Peyğəmbərﷺ“Xeyir, xeyirdən başqa bir şey gətirməz. Bu dünya malı yaşıl və şirindir. Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını dəf edir və (yenidən yaşıl otdan) bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot(kimi) şirindir. Malından (kasıblara, yetimlərə və müsafirlərə) verən kimsəyə bu nə gözəl (nemətdir)! (Peyğəmbərﷺbuna bənzər söz söylədi. Sonra buyurdu:) Haqsız yolla mal-dövlət əldə edən kimsəyə gəldikdə (əməllicə) yeyən, lakin doymayan kimsəyə bənzəyir”.*
(Buxari 6427, 6063, Muslim 2468, 2469, 1742, 1052/120)
■ ● ■ ● ■ ● ■ ●
Əbu Səid əl-Xudri (radıyallahu anhu ) demişdir:
*“Bir dəfə Peyğəmbərﷺ minbərdə oturdu və biz də onun ətrafında oturduq. Peyğəmbərﷺ “Mən (bu dünyadan) köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dünyanın zövqü-səfa və bər-bəzək (qapılarının) sizin üzünüzə açılmasıdır.” Bir nəfər soruşdu: “Ey Allahın elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Peyğəmbərﷺ susdu. (Bəziləri) həmin adamdan soruşdular: “Nə olub, niyə sən ondan söz soruşursan, o isə sənə cavab vermir?” Sonra bizə agah oldu ki, ona vəhy nazil olur. (Bir müddət keçdikdən) sonra Peyğəmbərﷺ (üzündəki) təri sildi və sanki sual verən adamı tərifləyərək: “Soruşan adam haradadır?” dedi. Sonra buyurdu: “Həqiqətən, xeyir özü ilə şər gətirməz! Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını rəf edir və (yenidən yaşıl otdan) bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot (kimi) şirindir. Malından kasıblara, yetimlərə və müsa- firlərə verən varlı müsəlman nə gözəl (bəndədir)! (Peyğəmbərﷺ buna bənzər söz söylədi. Sonra buyurdu:) Haqsız yolla mal-dövlət əldə edən adam, (əməllicə) yeyən, lakin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal- dövlət onun əleyhinə şahidlik edəcək.”*
(Buxari 1465, 1396, Muslim 2470, 1052/123, 1744)
●●●●●●●●●
Huzeyfə ibnul Yəmən (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulununﷺbelə dediyi eşitdim:
*“Kişinin fitnəsi (imtahanı) ailəsində, malında, övladında və qonşusundadır (İnsan bunlarla sınağa çəkilir). Namaz, oruc, sədəqə, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək həmin günahların bağışlanmasına kəffarə olur.”*
📚Buxari 525. Muslim 144. Tirmizi 2258. İbn Macə 3955.
■●■●■●■
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir:
*"Möminlərin uşaqları cənnətdə bir dağdadırlar. Onları orada, İbrahim (aleyhissələm) və Sara himayə edirlər. Ataları gəldikdə isə, onları atalarına təslim edəcəklər."*
📚 Səhih əl-cəmi 1023

https://chat.whatsapp.com/KR6UBCROcYE6pmqTNdEmvJ
Peyğəmbər ﷺ demişdir: *"Kim yoldaşına, "gəl səninlə qumar oynayaq" deyərsə, sədəqə versin!!"*
📚 Səhih əl-Buxari və Muslim
■■●■●■●■■
Peyğəmbərﷺ demişdir:
*"Şərtlər arasında yerinə yetirilməyə ən çox layiq olan şərt, nigah zamanı qoyulan şərtdir, çünki bununla cütlüklər (namusları) bir-birilərinə halal olur".*
(əl-Buxari, 2721-2572; Muslim, 1418
■●■■●■●■■
Peyğəmbər ﷺ demişdir :
*"Dinə uyğun olan hər bir gözəl iş sədəqədir."*
📚 Buxari / Ədəb 33 📚
¤▪︎¤▪︎¤▪︎¤▪︎¤▪︎¤
449. Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki,
*Peyğəmbərﷺ demişdir: “Sizdən biriniz “Amin” deyəndə göydəki mələklər də ”Amin” deyirlər, əgər bu sözlər eyni vaxtda deyilərsə, (“Amin”) deyən adamın keçmiş günahları bağışlanar.”*
(əl-Buxari, 781)
¤▪︎¤▪︎¤▪︎¤▪︎¤▪︎¤
457.Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki,
*Peyğəmbərﷺ demişdir: “İmam: “Səmi Allahu limən həmidəh” deyəndə siz: “Allahummə, Rabbənə ləkəl həmd”(1) deyin. Bilin ki, kimin sözü mələklərin sözü ilə üst-üstə düşsə, onun keçmiş günahları bağışlanar.”*
(əl-Buxari, 796)
-------------------
[1] Allahım, ey Rəbbimiz, həmd Sənə məxsusdur!
●■■●■●■●■
450. Rəvayət edilir ki, bir dəfə
*Peyğəmbərﷺ rükuda ikən Əbu Bəkrə (radıyallahu anhu) onun yanına gəldi və cərgələrə daxil olmamış rükuya getdi. Sonra o, bu haqda Peyğəmbərəﷺ xəbər verdi, Peyğəmbərdəﷺ buyurdu: “Allah sənin canfəşanlığını artırsın, ancaq bir də belə etmə!”*
(əl-Buxari, 783)
■●■●■●●●●
451.Rəvayət edilir ki, (bir dəfə) İmran ibn Husayn (radıyallahu anhu)
*Bəsrədə Əli (radıyallahu anhu) ilə birgə namaz qıldıqdan sonra demişdir: “Bu adam bizə Peyğəmbərləﷺ birgə qıldığımız namazı xatırlatdı.” (İmran) onun hər dəfə qalxanda və hər dəfə əyiləndə “Allahu Əkbər” dediyini də xəbər vermişdir.*
(əl-Buxari, 784)
●●■●■●■■■
Peyğəmbərﷺ demişdir:
*“Birinizin qarnının irinlə doldurulması, onun şeirlə dolmasından daha xeyirlidir”*
(Səhih əl-Buxari, 6154).
●■●■■●■●
Peyğəmbərﷺ belə buyurmuşdur:
*“Şeir də söz kimidir. Yaxşısı yaxşı söz kimi, pisi də pis söz kimidir”*
(Ədəbul-Mufrəd, 865).
Digər hədisdə Peyğəmbərﷺ demişdir:
*“Şeirin bir qismi hikmətdir”*
(Səhih əl-Buxari, 6145).
■●■●■●■●■
Rəsulullahﷺ belə buyurmuşdur:
*“Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd,hətta ayağına batan elə bir tikan yoxdur ki, onun sayəsində* *Allah həmin müsəlmanın günahlarını bağışlamasın”*
(Səhih əl-Buxari, 5642); digər bir hədisdə demişdir:
*“Allah kimə xeyir nəsib etmək istəsə, onu imtahana çəkər”*
(Səhih əl-Buxari, 5645);
bir başqa hədisdə də belə buyurmuşdur:
*“Mömin pöhrəyə bənzəyir. Külək hansı tərəfdən əssə, pöhrəni əyər, külək sakitləşdiyi zaman isə pöhrə dikələr. Mömin də həmçinin, müsibətlərə məruz qalsa da, əqidəsindən dönməz. Günahkar adam isə sərt və dimdik duran sidr ağacına bənzəyir. Allah istədiyi zaman onu sındırır”*
(Səhih əl-Buxari, 5644).
https://chat.whatsapp.com/FgFiL2YhzkZ5uw0OEErSmQ?mode=ems_copy_t