en
Feedback
SƏHİH HƏDİSLƏR SİLSİLƏSİ

SƏHİH HƏDİSLƏR SİLSİLƏSİ

Open in Telegram
878
Subscribers
No data24 hours
No data7 days
-1330 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+2
in 0 channels
August '26
+11
in 0 channels
Get PRO
July '26
+12
in 0 channels
Get PRO
June '26
+8
in 1 channels
Get PRO
May '26
+24
in 0 channels
Get PRO
April '26
+21
in 1 channels
Get PRO
March '26
+21
in 1 channels
Get PRO
February '26
+27
in 2 channels
Get PRO
January '26
+25
in 0 channels
Get PRO
December '25
+23
in 1 channels
Get PRO
November '25
+14
in 2 channels
Get PRO
October '25
+14
in 2 channels
Get PRO
September '25
+24
in 0 channels
Get PRO
August '25
+22
in 2 channels
Get PRO
July '25
+33
in 2 channels
Get PRO
June '25
+27
in 2 channels
Get PRO
May '25
+36
in 2 channels
Get PRO
April '25
+41
in 2 channels
Get PRO
March '25
+65
in 2 channels
Get PRO
February '25
+55
in 2 channels
Get PRO
January '25
+72
in 3 channels
Get PRO
December '24
+43
in 2 channels
Get PRO
November '24
+38
in 2 channels
Get PRO
October '24
+41
in 2 channels
Get PRO
September '24
+29
in 2 channels
Get PRO
August '24
+30
in 2 channels
Get PRO
July '24
+29
in 2 channels
Get PRO
June '24
+25
in 2 channels
Get PRO
May '24
+50
in 1 channels
Get PRO
April '24
+68
in 2 channels
Get PRO
March '24
+57
in 2 channels
Get PRO
February '24
+31
in 0 channels
Get PRO
January '24
+43
in 1 channels
Get PRO
December '23
+37
in 1 channels
Get PRO
November '23
+47
in 2 channels
Get PRO
October '23
+32
in 1 channels
Get PRO
September '23
+26
in 0 channels
Get PRO
August '23
+38
in 0 channels
Get PRO
July '23
+46
in 0 channels
Get PRO
June '23
+39
in 0 channels
Get PRO
May '23
+27
in 0 channels
Get PRO
April '23
+33
in 0 channels
Get PRO
March '23
+35
in 0 channels
Get PRO
February '23
+24
in 0 channels
Get PRO
January '23
+47
in 0 channels
Get PRO
December '22
+37
in 0 channels
Get PRO
November '22
+30
in 0 channels
Get PRO
October '22
+32
in 0 channels
Get PRO
September '22
+32
in 0 channels
Get PRO
August '22
+33
in 0 channels
Get PRO
July '22
+34
in 0 channels
Get PRO
June '22
+51
in 0 channels
Get PRO
May '22
+39
in 0 channels
Get PRO
April '22
+45
in 0 channels
Get PRO
March '22
+45
in 0 channels
Get PRO
February '22
+28
in 0 channels
Get PRO
January '22
+44
in 0 channels
Get PRO
December '21
+42
in 0 channels
Get PRO
November '21
+42
in 0 channels
Get PRO
October '21
+39
in 0 channels
Get PRO
September '21
+26
in 0 channels
Get PRO
August '21
+39
in 0 channels
Get PRO
July '21
+39
in 0 channels
Get PRO
June '21
+36
in 0 channels
Get PRO
May '21
+46
in 0 channels
Get PRO
April '21
+44
in 0 channels
Get PRO
March '21
+55
in 0 channels
Get PRO
February '21
+59
in 0 channels
Get PRO
January '21
+60
in 0 channels
Get PRO
December '20
+382
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
08 September0
07 September0
06 September0
05 September0
04 September+1
03 September+1
02 September0
01 September0
Channel Posts
2
[4] *Oxçular Peyğəmbərin ﷺ əmrindən çıxıb mövqelərini tərk etdikdə, düşmən arxa tərəfdən müsəlmanlara hücuma keçdi və ordu arasında çaşqınlıq yarandı. Bu vaxt şeytan “Muhəmməd öldürüldü” deyə səsləndi. Səhabələr canlarını qurtarmaq üçün səpələndilər və bu vaxt Peyğəmbərin ﷺ yanında doqquz kişi qalmışdı.* [5] Yəni qureyşlilər döyüşə çıxmadılar. Döyüşə çıxanların hamısı ənsarlardan oldu. [6] Bu, qadına bənzədilmiş bütün adıdır.
23
3
(Peyğəmbərliyin əlamətləri) əsərində rəvayət etmişlər. “Səhih” əsərlərində və digər kitablarda bu hədisin bəzi yerlərini təsdiq edən hədislər var. əl-Musnəd (2609). (Əhməd Şakir). Əhməd, 2609; əl-Hakim, 3163. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir İmam Əhməd İbn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: *“Uhud döyüşündə müsəlman qadınlar da ordunun arxasında iştirak edirdilər. Onlar müşriklərin yaralılarının işlərini bitirirdilər (öldürürdülər). And içsəm, doğru olar ki, o gün Uca Allah “İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi” ayəsini nazil edənə qədər bizdən dünyanı arzulayan heç kim yox idi. Peyğəmbərinﷺ səhabələri onun itaətindən çıxıb əmrinə asi olduqda Peyğəmbərinﷺ yanında doqquz kişi qaldı.[4] Onlardan ikisi Qureyşdən, yeddisi ənsardan idi.* *Peyğəmbər ﷺ isə onuncu idi. Müşriklər onların olduqları yerə yaxınlaşdıqda Peyğəmbər ﷺ dedi: “Onları bizdən uzaqlaşdırana Allah rəhm etsin!” Ənsardan biri qalxdı və şəhid edilənə qədər vuruşdu. Müşriklər yenə yaxınlaşdıqda Peyğəmbər ﷺ dedi: “Onları bizdən uzaqlaşdırana Allah rəhm etsin!” Peyğəmbərﷺ onunla olanlardan yeddisi öldürülənə qədər belə deməyə davam etdi. Sonra Peyğəmbərﷺ yanında qalan iki Qureyşliyə dedi:* *“Yoldaşlarımıza qarşı insaflı davranmadıq[5]”. Sonra Əbu Sufyan gəldi və dedi: “Yaşasın Hubəl!” Peyğəmbər ﷺ dedi: “Siz “Allah (hər şeydən) uca və uludur!” deyin!” Səhabələri də “Allah (hər şeydən) uca və uludur!” dedilər. Əbu Sufyan “Bizim Uzzamız[6] var, sizin isə belə bir bütünüz yoxdur!” dedi. Peyğəmbər ﷺ dedi: “Siz “Allah möminlərin Himayəçisidir.* *Kafirlərin isə heç bir himayəçisi yoxdur” deyin!” Sonra Əbu Sufyan “Bu gün Bədr gününün əvəzidir. O gün əleyhimizə olsa da, bu gün lehimizədir. O gün kədərlənsək də, bu gün sevinirik. Hənzaləyə qarşılıq Hənzalə, filankəsə qarşılıq filankəs, filankəsə qarşılıq isə filankəsdir” dedi. Peyğəmbər ﷺ dedi: “Heç də bərabər deyilik. Bizim ölülərimiz diridir, Rəbbləri yanında onlara ruzi verilir. Sizinkilər isə oddadır, onlara əzab verilir”. Əbu Sufyan dedi: “Qövmümdə sizin ölülərinizi eybəcər hala salanlar olmuşdur, lakin bu bizim başçılarımızın məsləhəti ilə olmamışdır. Mən belə bir şeyi nə əmr etmişəm, nə də qadağan etmişəm, nə istəmişəm, nə də nifrət etmişəm. Bu mənə nə pis təsir edib, nə də məni sevindirməyib”. İbn Məsud dedi: “Bir də baxıb gördülər ki, Həmzənin qarnı deşilmiş və Hind onun qaraciyərini çıxarıb çeynəmiş, lakin yeyə bilməmişdir. Peyğəmbər ﷺ soruşdu: “Bir şey yeyə bilmişmi?” Səhabələr “Xeyr” dedilər. Peyğəmbərﷺ dedi: “Allah Həmzənin heç bir yerini Cəhənnəmə salmaz”. Peyğəmbərﷺ Həmzəni yerə qoydu və ona cənazə namazı qıldı. Sonra ənsardan olan bir kişi gətirildi və Həmzənin yanına qoyuldu. Peyğəmbər ﷺ onun üçün də cənazə namazı qıldı. Ənsarlı kişini apardılar, Həmzəni isə saxladılar. Sonra başqa bir şəhidi gətirib Həmzənin yanına qoydular və* *Peyğəmbərﷺ onlara cənazə namazı qıldı. Bu kişini də apardılar, Həmzə( radiyallahu anhu) isə yenə qaldı. Beləcə Peyğəmbərﷺ o gün Həmzəyə yetmiş dəfə cənazə namazı qıldı”.* Bu hədisi də yalnız Əhməd rəvayət etmişdir. əl-Musnəd (4414). (Əhməd Şakir). Əhməd, 4414. Şueyb əl-Arnavut hədisin həsən li-ğeyrihi olduğunu bildirmişdir. [1] Uhud dağının aşağı tərəfində yerləşən yer adıdır. Hal-hazırda Həmzənin (Allah ondan razı olsun) qəbri bu yerdə yerləşir. [2] Kəbənin içinə yerləşdirilmiş, Kinanə qəbiləsinin sitayiş etdiyi bütün adıdır. [3] Qureyşlilər bir işin dalınca getmək istədikdə iki ox götürüb birinə “bəli”, digərinə isə “xeyr” yazırdılar. Sonra hər hansı bir bütə yaxınlaşıb oxlardan birini çəkərdilər. Üzərinə “bəli” yazılan ox çıxdıqda işin dalınca gedərdilər, “xeyr” yazılan ox çıxdıqda isə bu işi tərk edərdilər. Əbu Sufyan da Uhud döyüşünə çıxmaq istədiyi zaman bir oxa “bəli” digərinə “xeyr” yazmışdı və Hubəlin yanında oxu çəkdiyi zaman “bəli” çıxmışdı. Əbu Sufyanın “Hubəl “Bəli” dedi və cavabı doğru çıxdı” sözünün mənası da budur. (Bax: İbn əl-Əsir “ən-Nihayə fi Ğaribil-Hədis” 4/158).
18
4
https://chat.whatsapp.com/KWEiKMFdnXlKrd3XJan4i4 https://chat.whatsapp.com/BON7ynB9i6zCbXNvC5FeoQ İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: *“Uca Allah heç bir yerdə Uhud döyüşü günündə olduğu kimi yardım etməmişdir”. Bu bizə qəribə gəldi. İbn Abbas dedi: “Mənimlə mənim bu sözümü qəribə sayanlar arasında Uca Allahın Kitabı hakimdir. Uca Allah Uhud döyüşü günü “Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman Allah sizə verdiyi vədini yerinə yetirdi” buyurur. İbn Abbas dedi: “Ayədə keçən الْحَسُّ [əl-həssu] sözünün mənası “öldürmək” deməkdir. “Nəhayət, O sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır”.* *Bu ayədə oxçular nəzərdə tutulur. Belə ki Peyğəmbər ﷺ oxçuları bir yerə yerləşdirdi və onlara “Bizi arxadan qoruyun! Bizim öldürüldüyümüzü görsəniz, belə bizə yardım etməyin. Bizim qələbə çalıb qənimət topladığımızı görsəniz isə bizə şərik olmayın!” buyurdu. Peyğəmbərləﷺ olanlar qalib gəlib müşrik əsgərləri mövqelərindən qovduqda oxçuların hamısı düşmənin düşərgəsinə girib qənimət toplamağa başladılar və Peyğəmbərinﷺ səhabələrinin səfləri biri-birinə qarışdı.* *Onlar beləcə hədisi rəvayət edən barmaqlarını bir-birinə keçirdi, başları qənimət toplamağa qarışdığı zaman, oxçular isə tutduqları mövqeyi tərk etdikləri zaman düşmən atlıları arxa tərəfdən Peyğəmbərinﷺ səhabələrinə hücum etdi. Müsəlman ordusu çaşqınlığa düşdü və müsəlmanlardan bir çox adam şəhid oldu. Halbuki günün əvvəlində Peyğəmbərﷺ və səhabələri qalib idilər. Müşriklərin yeddi və ya doqquz bayraqdarı öldürüldü. Müsəlmanlar dağa tərəf çəkildilər, lakin, insanların dediyi kimi, mağaraya çatmamışdılar. Mihras[1] deyilən yerə çatdıqda şeytan “Muhəmməd öldürüldü” deyə qışqırdı. Bu xəbərin doğru olub-olmamasına belə şübhə edilmədi. Biz bu xəbərin doğru olduğunu sandığımız bir vaxtda Peyğəmbər ﷺ Sadeyn deyilən yerdə görsəndi. Biz onu yeriyərkən sanki hündür yerdən enirmiş kimi ləngərləməsindən tanıdıq. Biz o qədər sevindik ki, sanki başımıza gələnlər heç olmamışdı. Peyğəmbər ﷺ bizə tərəf gəlir və belə deyirdi: “Allahın Elçisinin üzünü qana bulayan qövmə Allah bərk qəzəblənmişdir”. Həmçinin deyirdi: “Allahım, əlbəttə, onlar bizə üstün gələ bilməyəcəklər”. Nəhayət,Peyğəmbərﷺ bizim yanımıza çatdı və orada bir müddət qaldı. Birdən Əbu Sufyan dağın aşağı tərəfindən iki dəfə qışqırdı: “Yaşasın Hubəl![2]” Belə deməklə, ibadət etdiyi ilahı nəzərdə tuturdu. Sonra dedi: “İbn Əbu Kəbşə haradadır? İbn Əbu Quhəfə (Əbu Bəkr) haradadır? İbn əl-Xattab (Ömər) haradadır?” Ömər dedi: “Ey Allahın Elçisi, cavab verməyimmi?” Peyğəmbər ﷺ “Bəli, cavab ver!” buyurdu. Əbu Sufyan “Yaşasın Hubəl!” dedikdə Ömər “Allah (hər şeydən) uca və uludur!” Əbu Sufyan dedi: “Ey Ömər! Hubəl “Bəli” dedi və cavabı doğru çıxdı, onu pisləmə(3). Sonra Əbu Sufyan yenə “İbn Əbu Kəbşə hanı? İbn Əbu Quhəfə hanı? Hanı İbn əl-Xattab?” dedi. Ömər “Bu Allahın Elçisi, bu Əbu Bəkr, bu da mən Ömər” deyə cavab verdi. Əbu Sufyan dedi: “Bu gün, Bədr gününün əvəzidir. (Bilin ki,) günlər dəyişkəndir, döyüş isə gah sizin lehinizə, gah da əleyhinizədir”. Ömər dedi: “Heç də bərabər deyilik, bizim ölülərimiz Cənnətdə, sizin ölüləriniz isə Cəhənnəmdədir”. Əbu Sufyan dedi: “Bu, sadəcə, sizin iddianızdır. Elə olsaydı, naümid qalardıq və ziyana uğrayardıq. Siz ölülərinizin eybəcər hala salınmış olduğunu görəcəksiniz.Hərçənd bu bizim böyüklərimizin fikri deyildi”. Sonra cahiliyyət hissləri onu üstələdi və dedi: “Belə olsa da, biz bunu pis görməzdik”.* Bu hədis ğaribdir və bu formada rəvayət olunması qəribədir. Hədis İbn Abbasın (Allah ondan razı olsun) rəvayətlərindəndir. Halbuki nə o, nə də atası Uhud döyüşündə iştirak etməmişlər. Hədisi əl-Hakim, İbn Əbu Hatim və əl-Beyhəqi “Dələilun-Nubuvvə”
19
5
No text...
43
6
No text...
41
7
Aişə(radıyallahu anhə)deyir ki *Allah Rəsulundanﷺ soruşdum ki, əgər Allah yer əhlinə əzabını göndərər və orada saleh insanlar da olarsa, o birilərin əzabıyla bunlar da həlak olarmı?* *Allah Rəsuluﷺ cavab verir ki:* *"Ay Aişə, əgər Allah qəzəbi tutduğu kəslərə əzabını endirərsə və onlarla birgə saleh insanlar da olmuş olarsa, hamısı əzaba tuş gələr, sonra da Qiyamət günü hər biri öz niyyətlərinə və əməllərinə görə dirildiləcəklər".* 📚 _"Sahihə" 2693_ ■●■■●■■● Allah Rəsuluﷺ buyurmuşdur: *«Əgər Allah və Rəsulunun sizi sevməsini istəyirsinizsə, o zaman üç xislət üzərində davamlı olun:* *-doğru danışmaq,* *-əmanəti sahibinə qaytarmaq,* *-gözəl qonşuluq.* *Bilin ki, qonşuya əziyyət vermək, günəş buzu əritdiyi kimi insanın savablarını əridir»* 📚 _Səhih hədislər silsiləsi, 2998._ ■■■■■■■■ Peyğəmbərﷺ buyurmuşdur: *- Kişinin (Allahın razılığını qazanmaq üçün) öz ailəsinə xərcləməsi, ona sədəqə olaraq kifayətdir.* 📚 Buxari (55) ■■■■■■■■ *Sədəqə verməyə təşviq* Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) demişdir: *“Peyğəmbərəﷺ vəhy nazil olarkən biz Onun yanına gələrdik və O bizə nazil olanlar barədə danışardı.(Bir gün) Peyğəmbərﷺ bizə dedi: “Uca Allah buyurdu: “Biz mal-dövləti namaz qılmaq və zəkat vermək üçün nazil etdik.Adəm övladının bir vadi (mal-dövləti) olsa, ikincisini istəyər. İki vadisi olsa,üçüncüsünü istəyər.(Sonda) Adəm övladının qarnını(digər hədisdə "gözünü") yalnız torpaq doldurar,sonra Allah tövbə edənin tövbəsini qəbul edər”.* Əhməd, 20900, 21906, 21956, 22546. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 1781) və “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1639) səhih olduğunu bildirmişdir ■●■●●●●● Ammar ibn Yasir (radiyallahu anhu) belə rəvayət edir: *“Allah Rəsuluﷺ ilə birlikdə təyəmmüm etdikləri zaman müsəlmanlara əmr etdi. Onlar da ovuclarını torpağa vurdular və torpaqdan bir şey götürməyərək üzlərinə bir dəfə sürtdülər sonra başqa bir dəfə də ovuclarını torpağa vurub, əllərinə sürtdülər.”* İbn Məcə 571.Albani səhih demişdir. ●■■●■●■● Bir nəfər Peyğəmbərinﷺ yanına gələrək dedi: *«Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyimi gördüm». Peyğəmbərﷺ «Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə» deyə buyurdu* Müslim 2269. ■●■●■●■■ 651) Tariq ibn Əşyəm əl-Əşcəi(radiyallahu anhu)  demişdir: *“Biz səhərlər Peyğəmbərinﷺ  yanına gedərdik.[1] Onun yanına həm kişi, həm qadın gəlib so­ru­şar­dı: “Ya Rəsulullah, mən namaz qılarkən[2] nə demə­liyəm?” O da bu­yurardı: “De: “Allahım, məni bağışla, mənə rəhm et, məni doğru yola yö­nəlt və mənə ruzi ver.”[3] Bu sözlər sənin üçün dünyanı və axirətini cəm etdi.* Bu hədisi Əhməd (3/472) rəvayət etmiş və Mu­həm­məd Na­si­rəddin əl-Albani “Səhih əl-Ədəbul-Mufrad” əsərində onun “səhih” ol­du­ğunu de­miş­dir [1]  *Peyğəmbərﷺ  bu ümmət üçün Allahdan xeyir-bərəkət diləyib demişdir: “Allahım, ümmətimin (hər) gününün əvvəlinə bərəkət ver!”* (Sunən Əbu Davud 2606, Səhih Əbu Davud 2345;); digər hədisdə o, demişdir: *“Ümmətimin (hər) gününün əvvəlinə bərəkət verilmişdir!”* (Səhih əl-Cami, 2841). [2] Bu duanı təşəhhüddən sonra və salamdan əvvəl, habelə, səcdədə demək olar. Bu dua Peyğəmbərinﷺ  etdiyi duaların yığcam və geniş mənalı olduğunu bir daha sübuta yetirir. [3] Transkripsiyası: Allahumməğ'firli, vərhəmni, vəhdini, vərzuqni.
39
8
*Peyğəmbərﷺdemişdir: "Həyətlərinizi təmizləyin!  Həqiqətən yəhudilər həyətlərini təmizləmirlər."* Səhih əl-cəmi 3935 ■●■●■●■●■ Peyğəmbərﷺ buyurmuşdur: *“Möminlərin bir-birinə məhəbbəti, mərhəməti və rəftarı bir cəsədə bənzəyir. Onun hər hansı bir üzvü ağrıyarsa, digər üzvüləri də  qızdırma və yuxusuzluqla ona şərik olarlar* (yəni, bütün cəsəd əziyyət çəkər).” 📚 əl-Buxari və Muslim rəvayət etmişdir. ●■■●■●■●■ Peyğəmbərﷺ belə buyurmuşdur: *- Həqiqətən də Allaha ən sevimli olan kəlmələr qulun:* _*"Subhənəkə Allahummə və bihəmdikə, və təbərakəsmukə, və tə'alə cəddukə və lə iləhə ğayrukə."*_ *«Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur!» - deməsidir.* *Allahı qəzəbləndirən kəlmələr isə bir kişi digərinə "Allahdan qorx!" - dediyi zaman onun: "Sən öz nəfsinə bax." - deməsidir.* 📕("Əs-Silsilətus-Sahihə", 2598) ● ■ ■ ● ● ■ ■ Şərid bin Suveyd (Allah ondan razı olsun)  rəvayət edir ki, *bir dəfə Allah Rəsuluﷺ mənim yanımdan keçirdi məndə belə oturmuşdum; sol əlimin içini  arxa tərəfdən yerə qoyaraq ona söykənmişdim.* *O mənə belə buyurdu:* *qəzəbə-uğramışların oturduqları kimi oturursan?!* Mənbə: Abu Davud Şeyx Albani(rahiməhullah)  səhihləşdirmişdir . ■●■●■●■●● Peyğəmbərﷺ buyurur: *"Səninlə əlaqəni kəsənlə (əlaqə) qur. Sənə pislik edənə yaxşılıq et. Və özünün əleyhinə olsa belə, haqqı de."* (Sahihul Cəmi, 3769) ●■●■●■●■ (323) Abdullah (ibn Məsud)  (radıyallahu anhu) rəvayət edir ki, *(bir dəfə) Rəsulullahﷺ “Mənə (Quran) oxu!” – deyə buyurdu. Mən dedim: “Ya Rəsulullah, (Qu­ran) sənə na­zil olduğu halda, onu sənə mənmi oxuyacağam?!” Rəsulullahﷺ  bu­yurdu: “(Bə­li,) mən onu başqasından din­ləməyi xoşlayı­ram.”[4] On­da mən ona “ən-Nisa” surə­sini oxu­­mağa başladım. Nəhayət, (bu surənin): “Biz hər üm­­mətdən bir şahid gə­ti­rə­cə­yi­miz[5] və səni də onlara şa­hid gətirəcəyimiz zaman onların halı necə ola­caq?” ayə­sinə çatdım.[6] Sonra (başımı qaldırıb­) Peyğəmbərinﷺ  göz­lərindən yaş axdığını gördüm.”* Bu hədisi Buxari (4306), Muslim (800), Əbu Davud (3668), ən-Nəsai (1105) və Əh­məd (1/380) rəvayət et­mişdir. [4] Hədislərin birində rəvayət edilir ki, *Rəsulullahﷺ  Əbu Musa əl-Əşariyə: “Dünən ge­cə mən sənin Quran oxumağını dinlədim. Sənə Davud ailəsinin məlahətli səsi kimi bir səs bəxş edilmişdir”– demişdir”* (Sunən ət-Tirmizi, 2/318; Sifətu Səlatun-Nəbi, 1/127). [5] Yəni, hər bir ümmətə göndərilən peyğəmbər Qiyamət günü həmin ümmətə şa­hid­lik etməyə gələcək. Onlar öz ümmətlərinin xeyirxah əməllər etdiklərinə və ya şər işlər gördüklərinə şahidlik edəcəklər. Uca Allah hər ümmətə elçi göndərdiyi barədə belə bu­yurur:  *“Biz hər üm­mətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yo­la yö­nəlt­miş, kimisinə də az­maq nə­sib et­miş­dir”*  (ən-Nəhl, 36). [6] Buxarinin “Səhih”ində (4582) rəvayət edilmiş hədisdə İbn Məsud  (radıyallahu anhu) demişdir: *“Peyğəmbərﷺ  mənə: “Dayan!”– dedi və mən başımı qaldırıb onun gözlərindən yaş axdığını gördüm.”* https://chat.whatsapp.com/HquTVuIKjsE0Q1mYRnk942
48
9
No text...
41
10
No text...
37
11
No text...
40
12
Əbu Hureyrə(radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: *«Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir.Əvvəlcədən iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi zamandır»* Buxari 7121 ■●■●■●■●■ Əbu Zərr(radiyallahu anhu) rəvayət edir ki, *Peyğəmbərﷺgünəş batdığı vaxt ona belə demişdir* *Bilirsənmi,günəş(batdığı vaxt) hara gedir?* *Mən "Allah və Rəsuluﷺdaha yaxşı bilir"dedim.* *O,dedi:Ərşin altına səcdə etməyə gedir.(Səcdə üçün)İzin istəyir.Ona izin verilir.Qorxur ki, səcdə etməyi ondan qəbul olunmaz.İzin istəyər ona izin verilməz.Ona deyilər:Gəldiyin yerə qayıt.Batdığın yerdən çıx. Bu Uca Allahın Kəlamında olandır.* وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ذَلِكَ تَقْدِيرُ العَزِيزِ العَلِيمِ *Günəş də özünün qərar tutduğu yerə axıb gedir.Bu,Qüdrətli,Bilən Allahın qərarıdır.* Yasin, 38 Buxari, 3199.Muslim,159 *Bu da qiyamət günüdür. Qeyd:Günəşin qərar tutduğu yer ərşin altıdır. ■●■■●■●■■■ Peyğəmbərﷺbuyurdu: *«Qiyamət günü Allah buyuracaq: «Ey Adəm!»Adəm:«Buyur Ya Rəbbim!»deyər.Allah:«Atəşə göndərilənləri atəşə göndər». Adəm:«Nə qədərini?»deyər.Allah: «Hər min nəfərdən doqquz yüz doxsan doqquzunu atəşə,birini isə Cənnətə»deyə buyurar* Buxari 3/1221, 5/2392, Müslim «İman İbn Həcər(rahimahullah)deyir ki: “Bu hədis onların Adəmin - (əleyhissəlam) zurriyyətindən olmasına dəlildir və əksini iddia edənlərin sözlərini rədd edir” Fəthul Bəri 6/445. ■●■●■■●■●■ Peyğəmbərﷺ buyurdu: *«Yəcuc və Məcuc tayfasının çıxmasından sonra da Beyti həcc və ümrə üçün ziyarət edəcəklər»* Buxari«Hacc» 47,Əhməd 3/28. ■●■■●■●■● Nəvvas b. Səman(radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺbuyurdu: *“Müsəlmanlar Yəcuc və Məcucun oxlarını döyüş sürsatlarını 7 il yandıraraq onlardan istifadə edəcəklər”* İbn Məcə 4076, Albani “Səhihul Cəmi” 3567. ■●■●■●■●■■ Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, *bir nəfər Peyğəmbərinﷺyanına daxil olmaq üçün icazə verilməsini istədi.Peyğəmbərﷺ buyurdu:Ona icazə verin gəlsin. O qövmünün necə də  pis övladıdır və ya insanıdır.* *O, Peyğəmbərinﷺhüzuruna daxil olduqda Peyğəmbərﷺ onunla yumşaq tərzdə danışdı. - Aişə deyir - Ona dedim:* *Ey Allahın Elçisi! Ona bu cür sözlər dedin. Sonra onunla bu cür yumşaq tərzdə danışdın? Buyurdu: "Ey Aişə! Qiyamət günü Allah qatında ən şərli dərəcəsi olan insanlar,çirkin əməli səbəbiylə insanların özündən uzaqlaşdığı və ya tərk etdiyi kimsələrdir."* (Müslim,6596) Buxaridəki ləfzdə isə: *"Allah qatında ən şərli dərəcəsi olan insanlar şərrindən qorunmaq üçün insanların tərk etdiyi kimsələrdir."* (6032) ■●•■●•■●•■●• *Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisiﷺ buyurdu: "Həqiqətən də dirinin (ölünün yaxının) ağlamasına görə ölüyə əzab olunur."* (Müslim, 2152) ■●•■●•■●•■●• Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: "Allah Elçisininﷺ belə dediyini eşitdim: *"Həqiqətən də, mömin kimsə gözəl əxlaqıyla (gündüzləri) oruc tutanın və (gecələri) namaza duranın dərəcəsinə çatar."* 📌(Nəvəvi; Riyadus-Salihin, 9/629) Səhih tərğıb 2643 https://chat.whatsapp.com/KMvwIyytvvz7dGCFntSPZk https://chat.whatsapp.com/Gtxl2H1MQhS5KOikMHJoGW https://t.me/bukaru
40
13
Əbu Hureyrə(radıyallahu anhu )rəvayət edir ki, Peyğəmbərﷺbuyurdu: *«Zənginlik mal çoxluğu ilə deyildir, əsl zənginlik qəlbin (nəfsin) zənginliyidir”.* (Buxari 6446, 6081, Muslim 2467, 1741, 1051/120) ■■ ■ ■ ■ ● ● ■ ● Əbu Səid əl-Xudri (radıyallahu anhu )  rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: *«Sizin üçün ən çox qorxduğum şey Allahın sizin üçün çıxaracağı Yerin bərəkəti (dünya zənginliyidir). Ona: “Yerin bərəkəti nədir” deyə soruşdular. Peyğəmbərﷺ: “Dünyanın gözəllikləri” deyə buyurdu. Bir nəfər: “Xeyir, şərr gətirirmi?” deyə soruşdu. Peyğəmbərﷺ susdu. Hətta biz vəhy gəlir deyə zənn etdik. Sonra Peyğəmbərﷺ  alnından tərini silməyə başladı. Sonra: “Sual verən hardadır?” deyə buyurdu. Soruşan: “Mənəm (Ya Rəsululah!)” dedi. Əbu Səid: “Biz o, insanı tərif etdik” dedi. Peyğəmbərﷺ“Xeyir, xeyirdən başqa bir şey gətirməz. Bu dünya malı yaşıl və şirindir. Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını dəf edir və (yenidən yaşıl otdan) bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot(kimi) şirindir. Malından (kasıblara, yetimlərə və müsafirlərə) verən kimsəyə bu nə gözəl (nemətdir)! (Peyğəmbərﷺbuna bənzər söz söylədi. Sonra buyurdu:) Haqsız yolla mal-dövlət əldə edən kimsəyə gəldikdə (əməllicə) yeyən, lakin doymayan kimsəyə bənzəyir”.* (Buxari 6427, 6063, Muslim 2468, 2469, 1742, 1052/120) ■ ● ■ ● ■ ● ■ ● Əbu Səid əl-Xudri (radıyallahu anhu ) demişdir: *“Bir dəfə Peyğəmbərﷺ  minbərdə oturdu və biz də onun ətrafında oturduq. Peyğəmbərﷺ “Mən (bu dünyadan) köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dünyanın zövqü-səfa və bər-bəzək (qapılarının) sizin üzünüzə açılmasıdır.” Bir nəfər soruşdu: “Ey Allahın elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Peyğəmbərﷺ susdu. (Bəziləri) həmin adamdan soruşdular: “Nə olub, niyə sən ondan söz soruşursan, o isə sənə cavab vermir?” Sonra bizə agah oldu ki, ona vəhy nazil olur. (Bir müddət keçdikdən) sonra Peyğəmbərﷺ (üzündəki) təri sildi və sanki sual verən adamı tərifləyərək: “Soruşan adam haradadır?” dedi. Sonra buyurdu: “Həqiqətən, xeyir özü ilə şər gətirməz! Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını rəf edir və (yenidən yaşıl otdan) bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot (kimi) şirindir. Malından kasıblara, yetimlərə və müsa- firlərə verən varlı müsəlman nə gözəl (bəndədir)! (Peyğəmbərﷺ buna bənzər söz söylədi. Sonra buyurdu:) Haqsız yolla mal-dövlət əldə edən adam, (əməllicə) yeyən, lakin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal- dövlət onun əleyhinə şahidlik edəcək.”* (Buxari 1465, 1396, Muslim 2470, 1052/123, 1744) ●●●●●●●●● Huzeyfə ibnul Yəmən (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulununﷺbelə dediyi eşitdim: *“Kişinin fitnəsi (imtahanı) ailəsində, malında, övladında və qonşusundadır (İnsan bunlarla sınağa çəkilir). Namaz, oruc, sədəqə, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək həmin günahların bağışlanmasına kəffarə olur.”* 📚Buxari 525. Muslim 144. Tirmizi 2258. İbn Macə 3955. ■●■●■●■ Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: *"Möminlərin uşaqları cənnətdə bir dağdadırlar. Onları orada, İbrahim (aleyhissələm) və Sara himayə edirlər. Ataları gəldikdə isə, onları atalarına təslim edəcəklər."* 📚 Səhih əl-cəmi 1023 https://chat.whatsapp.com/KMvwIyytvvz7dGCFntSPZk
44
14
Əbu Hureyrə(radıyallahu anhu )rəvayət edir ki, Peyğəmbərﷺbuyurdu: *«Zənginlik mal çoxluğu ilə deyildir, əsl zənginlik qəlbin (nəfsin) zənginliyidir”.* (Buxari 6446, 6081, Muslim 2467, 1741, 1051/120) ■■ ■ ■ ■ ● ● ■ ● Əbu Səid əl-Xudri (radıyallahu anhu )  rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: *«Sizin üçün ən çox qorxduğum şey Allahın sizin üçün çıxaracağı Yerin bərəkəti (dünya zənginliyidir). Ona: “Yerin bərəkəti nədir” deyə soruşdular. Peyğəmbərﷺ: “Dünyanın gözəllikləri” deyə buyurdu. Bir nəfər: “Xeyir, şərr gətirirmi?” deyə soruşdu. Peyğəmbərﷺ susdu. Hətta biz vəhy gəlir deyə zənn etdik. Sonra Peyğəmbərﷺ  alnından tərini silməyə başladı. Sonra: “Sual verən hardadır?” deyə buyurdu. Soruşan: “Mənəm (Ya Rəsululah!)” dedi. Əbu Səid: “Biz o, insanı tərif etdik” dedi. Peyğəmbərﷺ“Xeyir, xeyirdən başqa bir şey gətirməz. Bu dünya malı yaşıl və şirindir. Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını dəf edir və (yenidən yaşıl otdan) bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot(kimi) şirindir. Malından (kasıblara, yetimlərə və müsafirlərə) verən kimsəyə bu nə gözəl (nemətdir)! (Peyğəmbərﷺbuna bənzər söz söylədi. Sonra buyurdu:) Haqsız yolla mal-dövlət əldə edən kimsəyə gəldikdə (əməllicə) yeyən, lakin doymayan kimsəyə bənzəyir”.* (Buxari 6427, 6063, Muslim 2468, 2469, 1742, 1052/120) ■ ● ■ ● ■ ● ■ ● Əbu Səid əl-Xudri (radıyallahu anhu ) demişdir: *“Bir dəfə Peyğəmbərﷺ  minbərdə oturdu və biz də onun ətrafında oturduq. Peyğəmbərﷺ “Mən (bu dünyadan) köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dünyanın zövqü-səfa və bər-bəzək (qapılarının) sizin üzünüzə açılmasıdır.” Bir nəfər soruşdu: “Ey Allahın elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Peyğəmbərﷺ susdu. (Bəziləri) həmin adamdan soruşdular: “Nə olub, niyə sən ondan söz soruşursan, o isə sənə cavab vermir?” Sonra bizə agah oldu ki, ona vəhy nazil olur. (Bir müddət keçdikdən) sonra Peyğəmbərﷺ (üzündəki) təri sildi və sanki sual verən adamı tərifləyərək: “Soruşan adam haradadır?” dedi. Sonra buyurdu: “Həqiqətən, xeyir özü ilə şər gətirməz! Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını rəf edir və (yenidən yaşıl otdan) bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot (kimi) şirindir. Malından kasıblara, yetimlərə və müsa- firlərə verən varlı müsəlman nə gözəl (bəndədir)! (Peyğəmbərﷺ buna bənzər söz söylədi. Sonra buyurdu:) Haqsız yolla mal-dövlət əldə edən adam, (əməllicə) yeyən, lakin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal- dövlət onun əleyhinə şahidlik edəcək.”* (Buxari 1465, 1396, Muslim 2470, 1052/123, 1744) ●●●●●●●●● Huzeyfə ibnul Yəmən (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulununﷺbelə dediyi eşitdim: *“Kişinin fitnəsi (imtahanı) ailəsində, malında, övladında və qonşusundadır (İnsan bunlarla sınağa çəkilir). Namaz, oruc, sədəqə, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək həmin günahların bağışlanmasına kəffarə olur.”* 📚Buxari 525. Muslim 144. Tirmizi 2258. İbn Macə 3955. ■●■●■●■ Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: *"Möminlərin uşaqları cənnətdə bir dağdadırlar. Onları orada, İbrahim (aleyhissələm) və Sara himayə edirlər. Ataları gəldikdə isə, onları atalarına təslim edəcəklər."* 📚 Səhih əl-cəmi 1023 https://chat.whatsapp.com/KR6UBCROcYE6pmqTNdEmvJ
1
15
Peyğəmbər ﷺ demişdir: *"Kim yoldaşına, "gəl səninlə qumar oynayaq" deyərsə, sədəqə versin!!"* 📚 Səhih əl-Buxari və Muslim ■■●■●■●■■ Peyğəmbərﷺ demişdir:  *"Şərtlər arasında yerinə yetirilməyə ən çox layiq olan şərt, nigah zamanı qoyulan şərtdir, çünki bununla cütlüklər (namusları) bir-birilərinə halal olur".* (əl-Buxari, 2721-2572; Muslim, 1418 ■●■■●■●■■ Peyğəmbər ﷺ demişdir : *"Dinə uyğun olan hər bir gözəl iş sədəqədir."* 📚 Buxari / Ədəb 33 📚 ¤▪︎¤▪︎¤▪︎¤▪︎¤▪︎¤    449.   Əbu Hureyra  (radıyallahu anhu) rəvayət edir ki, *Peyğəmbərﷺ  demişdir: “Sizdən biriniz “Amin” deyəndə göydəki mələklər də ”Amin” deyirlər, əgər bu sözlər eyni vaxt­da de­yi­lərsə, (“Amin”) deyən adamın keçmiş günahları bağışlanar.”* (əl-Buxari, 781) ¤▪︎¤▪︎¤▪︎¤▪︎¤▪︎¤    457.Əbu Hureyra  (radıyallahu anhu) rəvayət edir ki, *Peyğəmbərﷺ  demişdir: “İmam: “Səmi Allahu limən həmidəh” deyəndə siz: “Allahummə, Rabbənə ləkəl həmd”(1) deyin. Bilin ki, kimin sözü mələklərin sözü ilə üst-üstə düşsə, onun keçmiş günahları ba­ğış­lanar.”* (əl-Buxari, 796) -------------------   [1] Allahım, ey Rəbbimiz, həmd Sənə məxsusdur! ●■■●■●■●■    450. Rəvayət edilir ki, bir dəfə *Peyğəmbərﷺ  rükuda ikən Əbu Bəkrə (radıyallahu anhu) onun ya­nına gəldi və cərgələrə daxil olmamış rükuya getdi. Sonra o, bu haqda Peyğəmbərəﷺ  xəbər verdi, Peyğəmbərdəﷺ buyurdu: “Allah sənin canfəşanlığını artırsın, ancaq bir də belə etmə!”* (əl-Buxari, 783) ■●■●■●●●● 451.Rəvayət edilir ki, (bir dəfə) İmran ibn Husayn  (radıyallahu anhu)  *Bəsrədə Əli (radıyallahu anhu) ilə birgə namaz qıldıqdan sonra demişdir: “Bu adam bizə Peyğəmbərləﷺ  birgə qıldığımız na­ma­zı xatırlatdı.” (İmran) onun hər dəfə qalxanda və hər dəfə əyiləndə “Allahu Əkbər” dediyini də xəbər vermişdir.* (əl-Buxari, 784) ●●■●■●■■■ Peyğəmbərﷺ  demişdir: *“Birinizin qarnının irinlə dol­durul­ması, onun şeirlə dolma­sından daha xeyirlidir”* (Səhih əl-Bu­xa­ri, 6154). ●■●■■●■● Peyğəmbərﷺ  belə buyur­muşdur: *“Şeir də söz kimidir. Yaxşısı yaxşı söz kimi, pisi də pis söz kimidir”* (Ədəbul-Mufrəd, 865). Digər hədisdə Peyğəmbərﷺ  demişdir: *“Şeirin bir qis­mi hikmətdir”* (Səhih əl-Buxari, 6145). ■●■●■●■●■ Rəsulullahﷺ  belə buyurmuşdur: *“Müsəlmana üz vermiş elə bir yor­ğunluq, elə bir naxoşluq, elə bir kə­dər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd,hətta ayağına  batan elə bir tikan yoxdur ki, onun sa­yə­sin­də* *Allah həmin mü­səlmanın günahlarını ba­ğışlamasın”* (Səhih əl-Bu­xari, 5642); digər bir hə­dis­də demiş­dir: *“Allah kimə xeyir nəsib etmək istəsə, onu imtahana çəkər”* (Səhih əl-Buxari, 5645); bir baş­qa hə­disdə də belə buyurmuşdur: *“Mömin pöhrəyə bənzəyir. Kü­lək hansı tərəf­dən əssə, pöhrəni əyər, külək sakitləşdiyi zaman isə pöhrə dikələr. Mömin də həmçinin, müsi­bət­lərə məruz qalsa da,  əqidəsin­dən dönməz. Günahkar adam isə sərt və dimdik duran sidr ağa­cına bənzə­yir. Allah istədiyi zaman onu sındırır”* (Səhih əl-Bu­xari, 5644). https://chat.whatsapp.com/FgFiL2YhzkZ5uw0OEErSmQ?mode=ems_copy_t
46
16
*SƏHABƏLƏRİN FƏZİLƏTİ* (Radiyallahu anhumə) Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki Peyğəmbərﷺ belə buyurdu: *“Mənim ümmətimdən ümmətimə ən mərhəmətlisi Əbu Bəkrdir. Allahın dini (hökmlərini tətbiq) etməkdə onlardan ən şiddətli (güclü) olanı Ömərdir. Onlardan səmimi olaraq ən çox həya edəni Osmandır. Onlardan haqq və batili ayırd etmək baxımından ən düzgün hökm verəni Əli ibn əbi Talibdir. Onlardan Allahın kitabını oxumaq baxımından ən üstünü Ubey ibn Kəbdir. Onlardan halal və haramı ən yaxşı biləni Muaz ibn Cəbəldir. Onlardan miras bölgüsünü ən yaxşı biləni Zeyd ibn Səbitdir. Bilin və agah olun! Həqiqətən, hər ümmətin bir əmini vardır. Bu ümmətin əmini də Əbu Ubeydə ibn əl-Cərrahdır.”* 📚İbn Macə 154. Albani səhih demişdir. ■■■■■■■■■ Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsuluﷺ belə buyurdu: *“Mənim səhabələrimi söyməyin! Nəfsim Əlində olana and olsun ki, sizdən biriniz Uhud (dağı) boyda qızıl xərcləsə (sədəqə versə) belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz.”* 📚İbn Macə 161. Albani səhih demişdir. ■■■■■■■■ Nuseyr ibn Zuluq (rahiməhullah) rəvayət edir ki, İbn Ömərin (radiyallahu anhumə) belə dediyini eşitdim: *“Muhəmmədinﷺ səhabələrini söyməyin! Onlardan birinin bir saatlıq qiyamı (ibadəti, itaəti) sizdən birinin ömrü boyu etdiyi əməlindən daha xeyirlidir.”* 📚İbn Macə 162. Albani həsən demişdir. ■■■■■■■■■ 1) Abdullah b. Məsud ﴾Allah ondan razı olsun﴿ rəvayət etdiyi hədisdə Allah Rəsuluﷺ belə buyurur: *«Diqqətli olun! Özünü xəlil (dost) olaraq götürdüyüm hər xəlilin xəyanətindən uzağam. Əgər özümə xəlil olaraq birini götürmüş olsa idim Əbu Bəkri ﴾Allah ondan razı olsun﴿ özümə xəlil götürərdim. Həqiqətən sizin dostunuz¹ Allahın xəlilidir»* *Vaki deyir: "¹Dostunuz" dedikdə Allah Rəsulu öz nəfsini qəsd edir.* Hədis səhihdir bax İbn Məcəh (93). ●■■■●●■■● Əli b. Əbu Talib ﴾Allah ondan razı olsun﴿ rəvayət edir ki, Allah Rəsuluﷺ belə demişdir: *«Əbu Bəkr və Ömər Nəbilər və Rəsullar istisna olmaqla, əvvəl gəlmiş və sonra gəlmiş bütün Cənnətliklərin yaşlılarının seyyidləridir. Ey Əli! Həyatda olduqları müddətcə, onları bundan xəbərdar etmə».* Albani rahiməhullah səhih demişdir bax İbn Məcəh (95). ■●■●■●■●■ Huzeyfə b. əl-Yəmən ﴾Allah ondan razı olsun﴿ rəvayət edir ki, Allah Rəsuluﷺ belə demişdir: *«Şübhəsiz mən sizlərin arasında nə qədər qalacağımı bilmirəm. Elə isə, məndən sonra gələn bu iki şəxsə tabe olun. Əbu Bəkrə və Ömərə işarə etdi»* Albani rahiməhullah Hədisə səhih demişdir bax İbn Məcəh (97). ■●■●■●■● İbni Əbi Muleykə (Allah ondan razı olsun ) rəvayət edir ki, İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini eşitdim: *«Ömər (Allah ondan razı olsun) vəfat etdikdən sonra, hələ cənazəsi qaldırılmadan cəsədini götürərək tabutun üzərinə qoydular. İnsanlar da cəsədinin ətrafına toplaşaraq onun üçün dua edir, rəhmət diləyirdilər _İbn Abbas deyir: və yaxud, yaxşılıqla onu yad edirdilər_. Mən də, bu camaatın içərisində idim. Arxadan məni sıxışdıraraq çiyinlərimdən tutandan başqa birisi, mənim orada olduğumu hiss etmirdi. Mən də, çiyinlərimdən tutanın kim olduğunu bilmək üçün arxaya döndüm və bir də gördüm ki, o, Əli b. Əbu Talibdir (Allah ondan razı olsun). Sonra o, Ömər (Allah ondan razı olsun) üçün rəhmət dilədi və belə dedi:* *Ey Ömər! Mən də Allah dərgahına, sənin işlətdiyin əməl kimi bir əməllə çıxmağı çox istəyərdim. Səndən başqa, etdiyi əməlləri ermək istədiyim biri yoxdur. Allaha and olsun ki, Allah səni iki dostunla (Rəsulullahﷺ və Əbu Bəkrlə) bərabər bir yerə qoyacaqdır. Çünki mən, çoxu dəfə Allah Rəsulununﷺ belə dediyini eşidirdim:* *"Mən Əbu Bəkr və Ömərlə getdim. Mən Əbu Bəkr və Ömərlə çıxdım".* *Yəginliklə ümüd edirəm ki, Allah səni, onlarla bərabər bir yerdə edəcəkdir».* Hədis səhihdir bax İbn Məcəh (98). https://chat.whatsapp.com/FgFiL2YhzkZ5uw0OEErSmQ?mode=ems_copy_t https://t.me/bukaru
37
17
Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-birinin ardınca o, qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbərinﷺ  buyurdu: *«Qiyamətin əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin əlamətləri də bir-birinin ardınca bu cür sürətlə) gələcəkdir»* Həkim, Əhməd «Musnəd», əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/361 hədis 1762. O, dəhşətli, qulaqları kar edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda verməyəcəkdir.  *«Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O, gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən, oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır».* (Əbəsə 31-37).  *«Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını unudar, hər bir hamilə qadın bətnindəkini vaxtından əvvəl salacaq. İnsanları sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır».*  (əl-Həcc 2).  Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbərﷺ  buyurdu: *«Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi zamandır»*  Buxari-Müslim [1] Təmim əd-Dâri - Əbu Rukayyə Təmimi Əvs b. Hâricə əd-Dâri. Lahmilərin bir şöbəsi olan Dâr kökünə mənsubdur. Xristian idi. Beytul-Məqdisin ən məşhur rahibləri arasında sayılırdı. Hicrətin 9-cu ilində müslüman oldu. Mədinəyə gəldi. Hicri 40-cı ildə vəfat etdi. “Təhzibut-Təhzib” 1/511-512.
31
18
https://chat.whatsapp.com/BSTXOqV4sHd7Eu5U8cLmXp https://chat.whatsapp.com/FgE7N3BdByVGOPgDm51FfJ https://t.me/bukaru *QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ* *CƏSSƏSƏ KİMDİR?*   Fatimə b. Qeys - (radıyallahu anhə)  rəvayət edir ki, *bir gün Peyğəmbərﷺ  Əssələtu Cəmiatən (toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də həmin məscidə gəldim. Peyğəmbərﷺ – ilə birlikdə namaz qıldım. Mən qadınların səfində idim. Peyğəmbərﷺ  namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Peyğəmbərﷺ  buyurdu:* *«Allaha and olsun ki, mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-Dari xristian bir adam idi[1]. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam edərək buyurdu: «Cuzam və Ləhm qəbilələrindən otuza yaxın kişi ilə gəmi ilə səyahətə çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə çarxalayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O, da: «Mən Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O, məxluq: «Ey topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o, sizin gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o, adamı vəsf etdikdə biz onun şeytan olmasından qorxduq. Nəhayət o, ibadətgaha gəldik. Orada cüssə baxımından insanların ən irisi olan, ayaqları əllərinə çarpaz vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə mənə xəbər verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə Şamda olan Nəhmu Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm. Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O: «Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O, bulaqda su varmı? Oranın əhalisi o, bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o suyu bol olan bir bulaqdır. Əhalisi də o, bulağın suyundan istifadə edirlər» dedik. O:* *«Mənə Nəbiyyul-Ummiyin  (ümmətlərin Peyğəmbəri) haqqında xəbər verin? O, nə edir?» dedi. Biz ona:* *«Məkkədən çıxıb Yəsribə (Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?» dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir olmuşdur» dedik. O:* *«Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu dedik. O: «Şübhəsiz ki, onların peyğəmbərə itaət etmələri onların özləri üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqımda xəbər verəcəyəm. Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa. Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər girəcəyində dayanan mələklər əllərindəki qılınc ilə məni vuraraq bu şəhərlərə girməyə qoymazlar».* *Fatimə b. Qeys -( radıyallahu anhə)– deyir ki,* *Peyğəmbərﷺ  bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizlərə söylədimmi? deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər verdin!»* Müslim
30
19
Müsəlmanlar qılınclarını zeytun ağacından asıb qənimətləri bölüşdürdükləri bir vaxtda şeytan səslənəcək: “Məsih Dəccal sizin ailənizə basqın etdi!” Onlar geri çəkiləcəklər, ancaq xəbər yalan olacaq və Şama gəlib çatanda Məsih Dəccal çıxacaq. Onlar Dəccalla döyüşə hazırlaşaraq cərgələrə düzülərkən namaz vaxtı yetişəcək. Bu vaxt Məryəm oğlu İsa (ona salam olsun) nazil olacaq və onlara namazda imamlıq edəcək. Allahın düşməni (Dəccal) onu gördükdə, duz suda əridiyi kimi əriyəcək. Əgər onu buraxsaydı, yox olana qədər əriyərdi, lakin Allah Dəccalı İsanın əli ilə öldürəcək. İsa onlara onun qanını öz nizəsində göstərəcək”.* Muslim (2/365). əl-Əmaq - Hələblə Antakiya şəhərləri arasında yerləşən qəsəbədir. Dəbiq - Suriyanın Hələb şəhəri yaxınlığında yerləşən kənd adıdır. (Əhməd Şakir). Muslim, 5157, 7460. [1] Məkkə ilə Mədinə arasında yerləşən yer adıdır. [2] Burada Fatimənin (Allah ondan razı olsun) nəslindən olacaq şəxs, Mehdi ləqəbi ilə tanınmış Muhəmməd ibn Abdullah nəzərdə tutulur. Çünki İsa (ona salam olsun) endiyi zaman müsəlmanlar Mehdinin arxasında namazda olacaqlar və İsa (ona salam olsun)müsəlmanlarla birlikdə Mehdinin arxasında namaz qılacaq. Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: *“Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Ümmətimdən bir qrup insan Qiyamət gününədək haqq üzərində vuruşaraq qələbə çalmaqda davam edəcək. Nəhayət, Məryəm oğlu İsa enəcək və müsəlmanların əmiri (ona) “Gəl, bizə namaz qıldır” deyəcək. İsa isə belə buyuracaq: “Xeyr! Allahın bu ümmətə olan lütfü sayəsində sizin bir qisminiz digərlərinizin üzərində əmirdir”* . (Muslim, 225, 412).
40
20
https://chat.whatsapp.com/EIuJz809BWk2BOeooEjlbb?mode=ems_copy_t https://t.me/quranintefsiri *QİYAMƏTİN ƏLAMƏTLƏRİ.* İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) *Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Məryəm oğlu İsa Fəcc ər-Ravhə[1] adlanan yerdə təlbiyə deyərək həcc üçün və ya ümrə üçün, yaxud hər ikisi üçün birdən niyyət edəcək”* Musnəd (7271); Muslim (1/356-357). İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, *Peyğəmbər ﷺ demişdir: “Məryəm oğlu İsa yer üzünə enəcək, donuzları məhv edəcək, xaçları sındıracaq və insanlar onun arxasında namaz qılmaq üçün toplaşacaqlar. İnsanlara o qədər mal-dövlət verəcək ki, sonda heç kəs sədəqə götürmək istəməyəcək. Cizyəni ləğv edəcək, ər-Ravhə adlanan yerə gələrək oradan həcci və ya ümrəni, yaxud hər ikisini birdən yerinə yetirəcək”. Sonra Əbu Hureyra: “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin” ayəsini sonuna qədər oxudu. Hənzalə Əbu Hureyranın (Allah ondan razı olsun) “Kitab əhlindən elə bir kəs olmaz ki, İsanın(əleyhissəlam) ölümündən əvvəl ona iman gətirməsin” dediyini iddia etmişdir. Lakin mən bilmirəm, bu cümlənin hamısı Peyğəmbərin ﷺ sözüdür, yoxsa Əbu Hureyranın (Allah ondan razı olsun) öz sözüdür?”* Əhməd, 7903. Şueyb əl-Arnavut isnadının Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir. əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, *Peyğəmbər ﷺ demişdir: “Məryəm oğlu (İsa) yanınıza nazil olacağı, üstəlik sizə imamlıq edən adamın[2] öz içinizdən olacağı zaman sizin halınız (sevinciniz) necə olacaq?!”* Buxari (6/357-358); Muslim (1/54); əl-Buxari, 3193, 3265, 3449. İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun)  *Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları (şəriətləri) müxtəlif olsa da, dinləri (əqidələri) birdir. Məryəm oğlu İsaya ən yaxın olan mənəm, çünki mənimlə onun arasında peyğəmbər yoxdur. O, yer üzünə enəcək. Onu görsəniz, tanıyacaqsınız: ortaboylu, alyanaq, ağbəniz bir adamdır. Əynində yüngül sarı rəngdə iki paltar olacaq. Başı yaş olmasa da, sizə elə gələcək ki, sanki başında su damcıları var. İsa xaçları sındıracaq, donuzları öldürəcək, cizyəni ləğv edəcək, insanları İslama dəvət edəcək. Onun zamanında Allah İslamdan başqa bütün dinləri aradan qaldıracaq və onun zamanında (İsanın əli ilə) Məsih Dəccalı həlak edəcək. Sonra yer üzündə əmin-amanlıq olacaq. Dəvələr aslanlarla, inəklər pələnglərlə, qoyunlar qurdlarla birlikdə otlayacaq, uşaqlar ilanlarla oynayacaq və ilanlar onlara zərər verməyəcək. İsa yer üzündə qırx il qalacaq, sonra vəfat edəcək və müsəlmanlar ona cənazə namazı qılacaqlar”.* Bu hədisi Əbu Davud da rəvayət etmişdir. İbn Cərir bu ayənin təfsirində bu hədisi qeyd etməmişdir. Əhməd (9259, 9630, 9631, 9632); ət-Tabəri (10830). Hədislərin isnadları səhihdir.Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir. əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: *“Dünyada da, Axirətdə də insanların Məryəm oğlu İsaya ən yaxın olanı mənəm. Əslində, peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları (şəriətləri) ayrı olsa da, dinləri (əqidələri) birdir”.* əl-Buxari (6/354); əl-Hakim (2/592). (Əhməd Şakir). Muslim “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, *Peyğəmbər ﷺ demişdir: “Rumlar əl-Əmaq və ya Dəbiq ərazisinə çatmayınca Qiyamət baş verməyəcək. Mədinədən onlara qarşı o dövrün ən yaxşı adamlarından ibarət bir ordu çıxacaq.* *Ordular döyüş üçün qarşı-qarşıya tam düzüləndə rumlar müsəlmanlara deyəcəklər: “İmkan verin, bizi əsir alanlarla döyüşək!” Müsəlmanlar “Xeyr! Allaha and olsun ki, qardaşlarımızı sizinlə tək qoymarıq! ”- deyib onlarla döyüşəcəklər. Müsəlman ordusunun üçdə biri məğlub olub döyüşdən qaçacaq və Allah onları heç vaxt tövbə etməyə müvəffəq etməyəcək.Üçdə biri qətlə yetiriləcək və onlar Allah dərgahında ən yaxşı şəhidlərdən olacaqlar. Yerdə qalan üçdə biri isə qalib gələcək və onlar arasında heç vaxt fitnə baş verməyəcək.Məhz onlar Konstantinopolu (İstanbul şəhərini) fəth edəcəklər.
38