Oğuz_ws
Open in Telegram
Oğuzda və ölkədə baş verən bütün xəbərləri bizdən öyrənin. Bizi digər platformalardan izləyin ⬇️ İnstagram instagram.com/oguz_ws Facebook facebook.com/oguzws YouTube youtube.com/c/oguzws TikTok tiktok.com/@oguz_ws WhatsApp - 070 4048048 19.07.2020 ✅️
Show more1 796
Subscribers
No data24 hours
-97 days
-3530 days
Posts Archive
1 796
Dubayda gecə hücumlarından sonra bütün çimərliklər bağlanıb və şəhər küçələri boşaldılıb.
1 796
Şamaxı rayonunda 4.7 maqnitudada zəlzələ qeydə alınıb
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
1 796
Repost from Oğuz rayonu
🚗 Oğuz rayonunda avtomobil işıq dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb
Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
1 796
💨 Azərbaycanda elektron siqaretlərin satışına görə 5 min manat cərimə tətbiq ediləcək.
Azərbaycanda ictimai yerlərdə elektron siqaret çəkənlər 30 manat cərimə ediləcək.
1 796
Şagirdin güllələdiyi 29 yaşlı müəllimin vəziyyəti orta ağırdır
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın KTM-ə hospitalizasiya olunub.
1 796
👮🏻♂️ DİN:
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1 796
🏆 Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci tur matçına çıxacaq
Qarabağ FK səfərdə İngiltərə nəhəngi "Liverpul"la qarşılaşacaq. Görüş bu gecə saat 00:00-da başlanacaq.
1 796
Kamran Əsədov həbs edildi
Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib.
Prokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib. Məhkəmə təqdimatı əsaslı hesab edib. K.Əsədov məhkəmə zalında həbs edilib.
1 796
❄️🚧 Azərbaycanda dünən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti nəticəsində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb və ümumi zərərin təxminən 400 min manat olacağı gözlənilir.
1 796
🥀 Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 36-cı ildönümüdür
Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.
