Oğuz_ws
Ir al canal en Telegram
Oğuzda və ölkədə baş verən bütün xəbərləri bizdən öyrənin. Bizi digər platformalardan izləyin ⬇️ İnstagram instagram.com/oguz_ws Facebook facebook.com/oguzws YouTube youtube.com/c/oguzws TikTok tiktok.com/@oguz_ws 19.07.2020 ✅️
Mostrar más1 580
Suscriptores
-224 horas
-97 días
-2330 días
Archivo de publicaciones
1 580
Repost from Oğuz rayonu
+1
🚫 Yeniyetmə və gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir.
📍 Şagirdlərlə növbəti görüş Oğuz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə Kərimli kənd orta məktəbində keçirilib.
📌 RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev “ağ ölüm”ün fəsadları, onunla mübarizə yolları barədə məktəblilərə məlumat verib.
📌 Sonda mövzu ilə əlaqəli videoçarxlar göstərilib və suallar cavablandırılıb.
1 580
Repost from Oğuz rayonu
Oğuz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcədə qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə Kərimli kənd sakinləri S. İbrahimov, E. İsmayılov və T. Haşımov saxlanılıb. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə sözü gedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
1 580
Repost from Oğuz rayonu
https://www.instagram.com/reel/Dd1XnF7NiiG/?stkn=aGlqN2JyZTc2ZHV2
İzahat videosu ✅
1 580
Repost from Oğuz rayonu
Gələcəyimizi narkomaniyadan qoruyaq!
📍Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Padar kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçiriblər.
🚫 Yeniyetmə və gənclərimizi "ağ ölüm" bəlasından uzaq tutmaq, onları sağlam gələcəyə yönləndirmək məqsədilə keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev narkotik vasitələrin sağalmaz zərərləri barədə məktəblilərə ətraflı məlumat verib.
✅ Həmçinin narkomaniyanın fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
1 580
Repost from Oğuz rayonu
Diqqət❗️ Dələduzluq❗️
Gördüyünüz bu tiktok səhifəsi, Oğuz rayonunun adından istifadə edərək, Oğuz və digər rayon sakinlərini aldadaraq dələduzluq edir. Ünvanın Oğuz olduğunu qeyd edərək, məhsulların və çatdırılmanın ödənişini müştərilərdən mənimsəyir və məhsul göndərilmir.
Xahiş olunur bu səhifədəki paylaşımları görüb aldanmayın. Bu xəbəri paylaşın, hərkəsin məlumatı olsun.
1 580
Repost from Oğuz rayonu
☀️ İsti hava şəraiti ilə əlaqədar çimərlik və digər istirahət zonalarında polis əməkdaşları ictimai asayişin qorunması, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi və mümkün xoşagəlməz halların qarşısının alınması məqsədilə gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar.
https://www.instagram.com/p/Db0t8fStJ2h/?igsh=YnVhZnB6cWgxcm5x
1 580
Dubayda gecə hücumlarından sonra bütün çimərliklər bağlanıb və şəhər küçələri boşaldılıb.
1 580
Şamaxı rayonunda 4.7 maqnitudada zəlzələ qeydə alınıb
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
1 580
Repost from Oğuz rayonu
🚗 Oğuz rayonunda avtomobil işıq dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb
Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
1 580
💨 Azərbaycanda elektron siqaretlərin satışına görə 5 min manat cərimə tətbiq ediləcək.
Azərbaycanda ictimai yerlərdə elektron siqaret çəkənlər 30 manat cərimə ediləcək.
1 580
Şagirdin güllələdiyi 29 yaşlı müəllimin vəziyyəti orta ağırdır
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın KTM-ə hospitalizasiya olunub.
1 580
👮🏻♂️ DİN:
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
