Allaha doğru
Open in Telegram
Dini və maarifləndirici mövzularla xidmətinizdəyik.
Show more280
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
280
╔═══❖•ೋ° - °ೋ•❖═══╗
Telegramın ən gözel, Ən maraqlı
marifetlendirici kanallarina abune
olun faydalanın
╚═══❖•ೋ° - °ೋ•❖═══╝
✩。:•.───── ❁ 21:00-09:00 ❁ ─────.•:。✩ ˙·٠•●♥ αℓнαм∂υℓιℓℓαн♥●•٠·˙
✨✨✨✨✨✨✨✨✨✨✨
🌹 @hucuratt 🕊
🌹 @islamcemiyyeti 🕊
🌹 @quranlaol 🕊
🌹 @turalceferi 🕊
🌹 @XanimFatimeyZehraasiqleri🕊
🌹 @ozareniye 🕊
🌹 @behisdi_cennet 🕊
🌹 @eshqyanikarbala 🕊
🌹 @azSistani_fetva 🕊
🌹 @Xudayaa 🕊
🌹 @i_zuhur 🕊
🌹 @zsiyahinci 🕊
🌹 @dusuncevarsa 🕊
🌹 @islam_313_tour 🕊
🌹 @Allahlaol 🕊
✨✨✨✨✨✨✨✨✨✨✨
🥀🕊 Şəhidləri Unutmayaq 🥀🕊
280
İmam Əli (ə) :
Hər kim bir günah barəsində çox düşünsə bu iş onu günaha çatdırar.
📚 Ğurərul hikəm 7561
https://t.me/allahlaol
280
İmam Əli (ə):
قَطَعَ ظَهْرِي رَجُلَانِ مِنَ الدُّنْيَا: رَجُلٌ عَلِيمُ اللِّسَانِ فَاسِقٌ، وَ رَجُلٌ جَاهِلُ الْقَلْبِ نَاسِكٌ، هَذَا يَصُدُّ بِلِسَانِهِ عَنْ فِسْقِهِ، وَ هَذَا بِنُسُكِهِ عَنْ جَهْلِهِ ، فَاتَّقُوا الْفَاسِقَ مِنَ الْعُلَمَاءِ، وَ الْجَاهِلَ مِنَ الْمُتَعَبِّدِينَ، أُولَئِكَ فِتْنَةُ كُلِّ مَفْتُونٍ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ (صلى الله عليه و آله) يَقُولُ: يَا عَلِيُّ، هَلَاكَ أُمَّتِي عَلَى يَدَيْ كُلِّ مُنَافِقٍ عَلِيمِ اللِّسَانِ
“Mənim belimi iki dünya əhli qırdı: Elmli danışan fasiq və qəlbi nadan olan abid. Birincisi öz (şirin və alimanə) danışığı ilə fisqini (günahını) örtür, digəri isə ibadəti ilə nadanlığını. Fasiq alim və nadan abiddən uzaq olun və bütün azğınların azğınlığının səbəbi onlardır. Peyğəmbərin (s) belə buyurduğunu eşitmişəm: Ey Əli, ümmətimin həlakı elmli danışan münafiqlərin əli ilə olacaqdır.”
“Əl-xisal”, Şeyx Səduq, c.1, səh.69, hədis 103.
280
Bir gün Yəhya (ə) İsadan (ə) soruşur:
– Necə də sakitsiniz.Yoxsa ilahi əzabdan qorxmursunuz?
İsa buyurur:
– Nə üçün bu qədər ağlayırsınız?Məgər Allahın mərhəmətinə ümidiniz yoxdur..?
280
Dünyа әhlinin nişаnәlәri
Аllаh Təаlа Rәsuli Әkrәmә (s) dünyаyа bаğlı оlаnlаrın nişаnәlәrini buyurdu:
Еy Әhmәd! Dünyаyа bаğlı оlаnlаrı sеvmә. Ахirәt әhlini sеv.
Әrz еtdi: Dünyа vә ахirәt әhli kimlәrdir?
Buyurdu: Dünyа әhli çох yеyәnlәr, çох gülәnlәr, çох yаtаnlаr vә çох qәzәbli оlаnlаrdır.
Hәzrәt Lоğmаn (ə) оğlunа buyurdu:
Оğlum! Dünyаnı ахirәtә sаt ki, hәr ikisindәn qаzаnc әldә еdәsәn. Ахirәti dünyаyа sаtmа ki, hәr ikisindә zәrәr еdәsәn.
( Müstәdrәkül vәsаil - Cild 16 - Sәhifə 212 )
280
Qarın altında maşınların markalarının necə heç bir önəmi yoxdursa, insan kəfənə bürünəndə də dünyadakı vəzifələrinin heç bir önəmi olmayacaq.
280
Hansı mərtəbədə olursan ol Allag daim sənnən bir mərtəbə yuxardadır.
Allah olduğuna görə yox, sənin əlindən tutmaq üçün....
https://t.me/allahlaol
280
Quran oxuyarkən istifadə edəcəyimiz faydalı və maraqlı məlumat ⬇
Quran cüzlərinin hansı səhifədə olduğunu asanlıqla bilməyin qaydası.
Fərz edək ki, 8-ci cüzün hansı səhifədən başladığını bilmək istəyirik. Bunun üçün axtarmaq istədiyimiz cüzün nömrəsindən 1 çıxırıq (8-1=7), alınan nəticəni 2-yə vururuq (7×2=14), alınan nəticənin sonuna 2 rəqəmini yerləşdiririk (14➡142). Deməli, 8-ci cüz 142-ci səhifədən başlayır.
Növbəti nümunədə 21-ci cüzün başladığı səhifəni tapaq⬇
21-1=20
20×2=40
40➡402
Deməli, 21-ci cüz 402-ci səhifədən başlayır.
Xoş mütaliələr.
https://t.me/turalceferi
280
Biri qəbirləri qazıb baxsa kimin varlı kimin kasıb olduğunu anlaya bilməz.
Sədi Şirazi
https://t.me/allahlaol
280
Həzrət Fatimə (s.ə) buyurub:
Ən son şiəmiz cənnətə daxil olar və mən ondan sonra gedərəm, Analıq budur, bir ümmətin ən böyük zinəti, məs sənin kimi Anasının olmasıdır Ya Fatimə (s.ə).
https://t.me/allahlaol
280
Kişinin sərvətinə yox, ağlına bax!
Qadının camalına yox, vəfasına bax!
Dostun sözünə yox, sevgisinə bax!
Aşiqin iddiasına yox, səbrinə bax!
Malın miqdarına yox, bərəkətinə bax!
Evin böyüklüyünə yox, verdiyi rahatlığa bax!
İnsanın zahirinə yox, insanlığına bax!
Sözü deyənə yox, mənasına bax!
Ürəyin sahibinə yox, təmizliyinə bax!
280
Ayətullah Fatemi Niya.
Kimə bir şey veriblərsə, səhər saatlarında veriblər. (Gecənin son 1/3 hissəsi)
Hər kim, gecənin bir vaxtı öz əzəli məhbubu ilə münacat edə, gecə namazı qıla Allahın zəvvarı sayılır.
#gecə_namazını_zühur_niyyəti_ilə_qılaq
https://t.me/allahlaol
280
#Hüsnü_Zənn
Həzrət Əli (ə) buyurub:
حسن ااظن راحة القلب وسلامة البدن
Hüsnü zənn etmək (xoş gümanda olmaq) insanın canının rahatlığı və bədəninin salamatçiliğıdır.
📚 Şərhi ğurər, cild 3, səh 384
https://t.me/allahlaol
280
Həzrət Peyğəmbər (s) :
Hər kim desə ki, "mən bütün insanlardan yaxşıyam" o ən pis adamdır.
Həmçinin hər kəs desə ki, "mən cənnətliyəm" o şəxs cəhənnəmlikdir🔥
https://t.me/allahlaol
280
İmam Kazim (ə) :
Allahın yer üzərində elə bəndələri var ki, insanların hacətlərini yerinə yetirməkdən ötrü çalışarlar;
Onlar Qiyamət gününə iman gətirmiş şəxslərdilər.
📚 Əl Kafi, cild 2, səh 197
https://t.me/allahlaol
