Allaha doğru
Open in Telegram
Dini və maarifləndirici mövzularla xidmətinizdəyik.
Show more280
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
280
Allah-təala adını Zeynəb qoydu, atanın zinəti.
Məgər İmam ümmətin atası deyil?
(Həzrət Peyğəmbərdən (s) hədis var. Mən və Əli (ə) bu ümmətin atalarıyıq.)
Bəlkə də Allah istəyirdi bizə başa salsın ki, əgər İmamətin zinəti olmaq istəyirsənsə Zeynəb (s.ə) kimi ol!
🌼 Həzrət Zeynəbin (s.ə) mövludu İmam Zamana (ə.f) və bütün şiələrinə mübarək olsun inşaallah.
https://t.me/turalceferi
280
_*Cümə günü İmam Mehdi (əf) üçün nə edə bilərik?*_
1⃣ Hədislərdə gəlib ki, 12-ci imam cümə günü zühur edəcək və bu gün ona məxsusdur. Bu səbəbdən də başqa vaxtlardan daha çox zühur üçün dua etməliyik. Fərəc duasını oxuyaq və Allahdan zühurun baş verməsini istəyək. _*Siz İmam üçün dua etsəniz, O da mütləq sizin üçün dua edəcək və İmamın da duası qəbuldur.*_
2⃣ Cümə günü bacardığımız qədər İmam Zamanın (əf) salamatçılığı üçün salavat deyək.
3⃣ İmam Zamanın (əf) salamatçılığı və bəlalardan hifz olunması üçün az da olsa sədəqə ayıraq.
4⃣ Bacardığımız qədər _*Quran*_ oxuyub İmam Məhdiyə (əf) hədiyyə edək.
5⃣ Ümumiyyətlə istənilən savab işimizi İmam Məhdi (əf) niyabəti ilə, yəni Onun tərəfindən yerinə yetirə bilərik. Ziyarətə getmək, müstəhəb oruc tutmaq, ata-anaya yaxşılıq etmək və s. kimi. (Unutmayaq ki, İmam Məhdi (əf) kərimdir və hədiyyəni cavabsız qoymaz heç vaxt.)
6⃣ Bu yazını başqalarına göndərsəniz, kim bu işlərdən birini görsə zəncirvari sizə də savab yazılar, elə həmin savabları da İmamınıza (əf) hədiyyə edə bilərsiniz.
_Ən böyük iş üçün ən kiçik dua..._
*Allahummə accil li vəliyyikəl fərəc!*
280
Həzrət Əli(ə) Siffeyn müharibəsindən qayıdarkən Kufəqəbiristanlığının yanında durub üzünü qəbirlərə tutaraqbelə buyurdu:
Ey vəhşətli evlərin sakinləri! Ey zülmət qəbirlərinəhli! Ey torpaq altında yatanlar! Ey qürbət əhli! Ey tənhaevlərin əhli! Ey vəhşət əhli! Siz bizdən əvvəl bu diyara
gəldiniz və biz də sizə qovuşacağıq. Əgər burda olanxəbərləri eşitmək istəyirsinizsə, sizə çatacaq xəbərlərbudur: Siz öləndən sonra evlərinizdə başqaları sakin oldu.
Həyat yoldaşlarınız başqaları ilə evləndi. Varislərinizmallarınızı öz aralarında bölüb dağıtdılar. Buradan sizəçatacaq xəbərlər yalnız bunlardar. İndi orada olan
xəbərləri siz deyin. Sonra Həzrət(ə) üzünü əshabına tərəfçevirib buyurdu: “Əgər onlara danışıq icazəsi verilsəydi, onlar durub belə deyərdilər: Ya Əli, burada hər şeydənmühüm və dərdə dəyən əməl yalnız təqvadır.”
Nəhcül-bəlağə, Hikmət,130
280
Allaha doğru:
İmam Əli(ə) buyurur:
"Məscidə gedib-gələn adam aşağıdakı faydaları götürər:
Allah yolunda yoldaşlıq edən qardaş qazanar, elm öyrənər,
Allahın rəhməti onu gözləyər, fəlakətdən qurtaran nəsihət eşidər, hidayətinə və günahdan uzaqlaşmasına səbəb olan söz dinləyər".
https://t.me/allahlaol
280
Nə vaxt tövbə edəcəksən?
Allah yanında tövbəkar cavandan daha sevimli bir kəs yoxdur. Ey cavan məzar daşlarına diqqət eləmisən? Onların çoxları bir vaxt cavanlar idi ki, deyirdilər tövbə üçün hələ tezdir.
Ayətullah Müctehidi Tehrani
https://t.me/allahlaol
280
<<İltimasi Dua>>
Başqasından dua istəməyin fəlsəfəsi:
Allah-Təala həzrət Musaya(ə) buyurdu:
Duanın müstəcab olması üçün, o ağızla mənə dua eləki, həmin ağızla günah etməmisən !
Musa(ə) ərz elədi:
Nə cür?
Allah-Təala buyurdu:
Başqalarına denən sənin üçün dua eləsinlər, çünki sən onların ağzı ilə günah eləməmisən !!
[ Və budur " iltimasi dua"-nın fəlsəfəsi]
"Bu günlər və gecələrdə bizim gözlərimiz sizin dualarınızdadır...."
İltimasi dua
https://t.me/allahlaol
280
Bəhlul Danəndədən soruşdular:
Qəbristanlıqda neynirsən?(Bəhlul tez-tez qəbristanlığa gedərdi)
Bəhlul cavabında dedi:
Orda (qəbristanlıqda) elə bir camaatla otururam ki, mənə əziyyət eləmirlər....
Həsəd aparmırlar....
Töhmət vurmurlar....
Yalan danışmırlar....
Tənə vurmurlar....
Xəyanət eləmirlər....
Qəzavət eləmirlər....
Yaltaqlıq eləmirlər....
Və hamısından mühümü yanlarından ayrılandan sonra, arxamca danışmırlar.
https://t.me/allahlaol
280
Heç vaxt nə birinə gülün, nə də ki, onu mühakimə edin...
Nə bilirsiniz bəlkə sabah siz də onun vəziyyətinə düşəcəksiniz....
https://t.me/allahlaol
280
Allahdan soruşdum:
Niyə şadlıq zamanı hamı mənimlə gülür, amma narahat olanda kimsə mənimlə ağlamır?
Allah buyurdu:
Şadlıqları, dostları bir araya yığmaqdan ötrü yaratmışam, amma qəmi, ən yaxşı dostu seçməkdən ötrü...!!!
https://t.me/allahlaol
280
İmam Rza (ə) buyurub:
"Bir kəs Allahın zikrin deyə, amma Allaha müştaq olmaya, özünü məsxərə etmişdir"
Şövq qəbul olmağın əlamətidir.
Ps:
Əgər görsəniz ki, neçə il namaz qılmağınıza baxmayaraq, səfərdə 4 rükətli namazların 2 rükət olmağına sevinirsinizsə, məlum olur ki, namazı sevmirsiniz.
https://t.me/allahlaol
280
Ayətullah Behcət buyurur:
Ey kaş biləydik ki, gecə tez yatıb və sübh azanından əvvəl oyanıb, gün çıxana qədər oyaq qalmağın, nə cür saysız cismi, dünyəvi, mənəvi, ruhi faydaları var.
https://t.me/allahlaol
280
Özümüzü Allahın yerinə qoymayaq!
👉 bir gün camaat namazında bir nəfərin telfonuna zəng gəlir.
Həmin adamında telfonunun zəngi bir mahnı idi.
Namazdan sonra hamı o kişini danladı və həmin adam bir daha ora namaza getmədi.
👉həmin adam bir kafeyə getdi və birdən qəlyanı əlindən yerə salıb sındırdı. Kafenin müdürü gülərüzlə dedi: -eybi yoxdur, başının bir tükünə fəda olsun. Nəticədə həmin adam o gündən sonra o kafenin daimi müştərisi oldu.
⚡Bizim hekayəmiz:
🌟Allahın yerinə cəzalandırırıq,
🌟Allahın yerinə bağışlayırıq
🌟Allahın yerinə....
🌹O Allahı ki, mən tanıyıram, əgər bəndəsi bir səhv eləsə, onunla bu cür davranmır. Siz Allahın yerində deyilsiz! Bunu heç vaxt unutmayın.
👉Necədə gözəl olar ki, biri bir səhv edəndə onu gülərüzlə qarşılayaq, nəinki qəzəblə onu təhqir edib yaxşı bir əməli tərk eləməsinə səbəb olaq...
https://t.me/allahlaol
280
Şeytanın ticarəti
Allahın adı ilə! Həzrət İsa (ə) iblisi gördü ki, beş ədəd ulağa yük vurub hara isə aparır, soruşdu?
- Bu yüklər nədir?
- Bunlar satılıq mallardı, müştəri axtarıram.
- Bu satılıq mallar nədir?
1) Biri zülmdür və müştərisi şahlardır;
2) İkincisi kibr (təkəbbür) və ücbdür, müştərisi kəndlərə sahib olanlardır;
3) Üçüncüsü həsəddir, müştərisi alimlərdir;
4) Dördüncüsü xəyanətdir, müştərisi tacirlərdir;
5) Beşincisi hiylədir, müştərisi qadınlardır.
Pəndhaye cavidan, səh 411.
https://t.me/allahlaol
