en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Erməni mənbələri iddia edirlər ki, Xankəndi - Şuşa yolunda bütün qondarma rejimin bayraqları Rusiya bayraqları ilə əvəz olunub.

İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib. 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət e
İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib. 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib. O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra əsgərin dəm qazından boğularaq öldüyü məlum olub.

Çində dondurmada koronavirus tapıblar 🤦‍♂️

Müdafiə Nazirliyi müharibədən sonra şəhid olan və itkin düşən hərbi qulluqçuların yeni siyahısını yayıb: artıq şəhid olan 2855 nəfər dəfn edilib, itkin düşmüş hesab olunanların sayı isə 50 nəfərdir. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və kimliyinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

2 gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilən, Lənkəranın Göyşaban kəndindən müharibəyə könüllü olaraq qatılan M
2 gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilən, Lənkəranın Göyşaban kəndindən müharibəyə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib. İlkin məlumata görə, səhhətində problem yaranan mərhum iynədən sonra anafilaktik şok keçirib və dünyasını dəyişib.

Türk mətbuatının məlumatına görə 1-12 fevral tarixlərində Türkiyə və Azərbaycan ordusu, Ermənistan ilə sərhəddə yerləşən Qars vilayətində ortaq hərbi təlimlər keçirəcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələr, komandolar və hərbi helikopterlər iştirak edəcək. Mənbə: TRT

11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmiryolu xətlərinin qurulması və bərpasının razılaşdırılması: ⁃ Horadizdən
11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmiryolu xətlərinin qurulması və bərpasının razılaşdırılması: ⁃ Horadizdən Ordubada 166 km-lik yeni dəmiryolu. Onun 43 km hissəsi Ermənistandan keçəcək. ⁃ Bərdədən Ağdama çəkiləcək yeni 45 km-lik dəmiryolu. ⁃ Ağdamdan Xankəndinə çəkiləcək yeni dəmiryolu xətti. ⁃ Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmiryolu xətti. Mənbə: AA

Ötən günlər 13 saylı təcridxanada Gəncə sakini, ağır diabeti olan Röyal adlı dustağı penitensiar əməkdaşları döyərək öldürüblər. Məhbusların buna etiraz etməsindən sonra zonda xüsusi əməliyyat keçirilib, qoşun yeridilib və yüzlərlə məhbusun döyüldüyü deyilir. Bundan sonra sərt rejim tətbiq olunub, xırda səhvə görə məhbusların döyüldüyü, telefon danışıqlarına qadağa qoyulduğu bildirilir. Penitensiar Xidmət ölüm faktını təsdiqləyib, amma mərhumun ürək-damar çatışmazlığından öldüyünü deyib, digər iddiaları təkzib edib.

Azərbaycanda sərt karantin rejimi yumşaldılır: - Fevralın 1-dən kafe və restoranlar açılır. - Ticarət obyektlərinin açılmasına icazə verilir. - "SMS" icazə ləğv olunur. - Yanvarın 25-dən bərbərxanalar açılacaq. - Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq. - Muzey və sərgilər yanvarın 25-dək bağlıdır. - Metro bağlı qalacaq. - Həftəsonu ictimai nəqliyyat işləməyəcək. - Açıq və qapalı məkanda maska taxmaq məcburidir. - Toyların keçirilməsi 1 aprelə qədər qadağandır. - Xüsusi karantin rejimi 1 apreldək uzadılır.

Azərbaycanda nepotizm (qohumbazlıq)
Azərbaycanda nepotizm (qohumbazlıq)

Erməni mənbələri iddia edir ki, Ermənistan-Rusiya əlaqələrini genişləndirmək üçün Xankəndi (Xocalı) hava limanının yenidən açma planları nəticə verməyib. Bir müddət müxtəlif açılış tarixləri elan olunsa da alınmayıb. Ermənilər deyir buna səbəb İlham Əliyevin qarşı çıxmasıdır. O, ruslara Füzulidə hava limanı inşa ediləcəyini, ondan sonra istifadə edə biləcəklərini bildirib. Rusiya isə özünə aid xüsusi bir hava limanı olmasını istəyir. Ona görə də bu məsələnin danışıqları hələ də davam edir.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu: "Qarabağ üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə yerləşəcək. Mərkəzdə Türkiyə və Rusiyadan 60 hərbçi monitorinq mərkəzində fəaliyyət göstərəcək". Təmas xətti gora getməmişdi?

Türkiyə Ermənistan ordusuna hərbi geyim satır? Erməni kanalları bu barədə məlumat yayıblar, foto da əlavə ediblər. Amma etike
Türkiyə Ermənistan ordusuna hərbi geyim satır? Erməni kanalları bu barədə məlumat yayıblar, foto da əlavə ediblər. Amma etiketdə Düsseldorf sözünü unudublar. Məsələ belədir ki, Almaniyadakı bir çox tekstil mallar Türkiyə istehsalıdır. Türkiyə tikib, almanlar da ermənilərə satıb.

Dünən Ermənistanın hərbi prokuroru Vahe Arutyunyan Dağlıq Qarabağa qanunsuz səfər etmişdi. Bu gün XİN açıqlama verib ki, Dağlıq Qarabağ Azərbaycan bölgəsidir. Dağlıq Qarabağın Azərbaycan bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz, rəsmi Bakının icazəsi olmadan səfər etməsi ilə bağlı sonuncu xəbərdarlığımızı edirik, bunun ciddi nəticələri olacaq.

İlham Əliyev Şuşaya səfər edib və bu cümlələrlə İranı sərt tənqid edib: "Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər".

Vasifistanda koronavirus yoxmuş Hamınız bilirsiz, görürsüz ki, Azərbaycanda pandemiyadan dolayı hər yer qapalıdır, kütləvi tədbirlər qadağandı, hamı evdə, küçədə maskayla gəzir, iş yerləri bağlı, insanlar 190 manata möhtac durumda. Amma bir yer var ki, orda bunların heç biri olmur. Bəli, düz tapdınız, Vasif Talıbovun Naxçıvan xanlığında məktəblər işləyir, toylar, yaslar təşkil olunur, kütləvi tədbirlər keçirilir, onunla paralel isə vətəndaşlar günbəgün evlərində koronadan ölürlər. Covid19-dan ölənləri Araz çayının qırağında dəfn edəcəkləri ilə təhdid edir, cənazəni rüşvət müqabilində ailəyə verirlər. Və yazıq camaat da yasa gedir. Heç kim maska taxmır. Daha çox yayılır. Ölkənin suverenliyi qalıb mağara təfəkkürlü adamların əlində. Ölkənin böyük hissəsi qapanıb, "Şimali Koreya"sı isə normal həyatına davam edir, insanlar da qırılır.

3 il "işlədi" 6 milyon oğurlaya bildi KİVDF rəhbəri Vüqar Səfərli 2015-2018 illər arası təxmini 6 milyon dollar oğurlamaqda i
3 il "işlədi" 6 milyon oğurlaya bildi KİVDF rəhbəri Vüqar Səfərli 2015-2018 illər arası təxmini 6 milyon dollar oğurlamaqda ittiham edilir. Media sahəsində 3 il ərzində 6 milyon oğurlanırsa, görün indi neftdən, gömrükdən nə milyardlar oğurlanır, nələr talanır. Vüqarın oğlu Seymur Səfərli media şirkətinin rəhbəridir. Yəqin Qarabağda yüksək vəzifə zad verərlər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərli yeyintilərə, korrupsiyaya görə həbs edildi. Əflatun Amaşov, Əli Həsənov və digərlərinin də həbs ediləcəyi gözlənilir.

Dünən Şuşa istiqamətində yolun bərbad olmasına görə, avtomobil qəzası zamanı Beyləqan rayon, Şəfəq qəsəbə sakini hərbçi MAXE Yaqubov Həsən Hüseyn oğlu şəhid olub. İki nəfər hərbçi isə ağır yaralanıb. Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Ərdoğanla Putin bu gün telefonla danışıblar. Ərdoğan deyir ki, biz istəyirik Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmadan (azərbaycanlılarla ermənilərin) birlikdə yaşanıla biləcək şərtlərini formalaşdıraq. Bu reallaşsa bütün dünyaya Türk-Rus birgə fəaliyyətinin müsbət nəticələrini bir daha göstərəcəyik.