Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Erməni mənbələri iddia edirlər ki, Xankəndi - Şuşa yolunda bütün qondarma rejimin bayraqları Rusiya bayraqları ilə əvəz olunub.
16 874
İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib.
22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib. O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra əsgərin dəm qazından boğularaq öldüyü məlum olub.
16 874
Müdafiə Nazirliyi müharibədən sonra şəhid olan və itkin düşən hərbi qulluqçuların yeni siyahısını yayıb: artıq şəhid olan 2855 nəfər dəfn edilib, itkin düşmüş hesab olunanların sayı isə 50 nəfərdir. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və kimliyinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.
16 874
2 gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilən, Lənkəranın Göyşaban kəndindən müharibəyə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib. İlkin məlumata görə, səhhətində problem yaranan mərhum iynədən sonra anafilaktik şok keçirib və dünyasını dəyişib.
16 874
Türk mətbuatının məlumatına görə 1-12 fevral tarixlərində Türkiyə və Azərbaycan ordusu, Ermənistan ilə sərhəddə yerləşən Qars vilayətində ortaq hərbi təlimlər keçirəcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələr, komandolar və hərbi helikopterlər iştirak edəcək. Mənbə: TRT
16 874
11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmiryolu xətlərinin qurulması və bərpasının razılaşdırılması:
⁃ Horadizdən Ordubada 166 km-lik yeni dəmiryolu. Onun 43 km hissəsi Ermənistandan keçəcək.
⁃ Bərdədən Ağdama çəkiləcək yeni 45 km-lik dəmiryolu.
⁃ Ağdamdan Xankəndinə çəkiləcək yeni dəmiryolu xətti.
⁃ Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmiryolu xətti.
Mənbə: AA
16 874
Ötən günlər 13 saylı təcridxanada Gəncə sakini, ağır diabeti olan Röyal adlı dustağı penitensiar əməkdaşları döyərək öldürüblər. Məhbusların buna etiraz etməsindən sonra zonda xüsusi əməliyyat keçirilib, qoşun yeridilib və yüzlərlə məhbusun döyüldüyü deyilir. Bundan sonra sərt rejim tətbiq olunub, xırda səhvə görə məhbusların döyüldüyü, telefon danışıqlarına qadağa qoyulduğu bildirilir. Penitensiar Xidmət ölüm faktını təsdiqləyib, amma mərhumun ürək-damar çatışmazlığından öldüyünü deyib, digər iddiaları təkzib edib.
16 874
Azərbaycanda sərt karantin rejimi yumşaldılır:
- Fevralın 1-dən kafe və restoranlar açılır.
- Ticarət obyektlərinin açılmasına icazə verilir.
- "SMS" icazə ləğv olunur.
- Yanvarın 25-dən bərbərxanalar açılacaq.
- Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq.
- Muzey və sərgilər yanvarın 25-dək bağlıdır.
- Metro bağlı qalacaq.
- Həftəsonu ictimai nəqliyyat işləməyəcək.
- Açıq və qapalı məkanda maska taxmaq məcburidir.
- Toyların keçirilməsi 1 aprelə qədər qadağandır.
- Xüsusi karantin rejimi 1 apreldək uzadılır.
16 874
Erməni mənbələri iddia edir ki, Ermənistan-Rusiya əlaqələrini genişləndirmək üçün Xankəndi (Xocalı) hava limanının yenidən açma planları nəticə verməyib. Bir müddət müxtəlif açılış tarixləri elan olunsa da alınmayıb. Ermənilər deyir buna səbəb İlham Əliyevin qarşı çıxmasıdır. O, ruslara Füzulidə hava limanı inşa ediləcəyini, ondan sonra istifadə edə biləcəklərini bildirib. Rusiya isə özünə aid xüsusi bir hava limanı olmasını istəyir. Ona görə də bu məsələnin danışıqları hələ də davam edir.
16 874
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu: "Qarabağ üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə yerləşəcək. Mərkəzdə Türkiyə və Rusiyadan 60 hərbçi monitorinq mərkəzində fəaliyyət göstərəcək".
Təmas xətti gora getməmişdi?
16 874
Türkiyə Ermənistan ordusuna hərbi geyim satır?
Erməni kanalları bu barədə məlumat yayıblar, foto da əlavə ediblər. Amma etiketdə Düsseldorf sözünü unudublar. Məsələ belədir ki, Almaniyadakı bir çox tekstil mallar Türkiyə istehsalıdır. Türkiyə tikib, almanlar da ermənilərə satıb.
16 874
Dünən Ermənistanın hərbi prokuroru Vahe Arutyunyan Dağlıq Qarabağa qanunsuz səfər etmişdi. Bu gün XİN açıqlama verib ki, Dağlıq Qarabağ Azərbaycan bölgəsidir. Dağlıq Qarabağın Azərbaycan bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz, rəsmi Bakının icazəsi olmadan səfər etməsi ilə bağlı sonuncu xəbərdarlığımızı edirik, bunun ciddi nəticələri olacaq.
16 874
İlham Əliyev Şuşaya səfər edib və bu cümlələrlə İranı sərt tənqid edib: "Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər".
16 874
Vasifistanda koronavirus yoxmuş
Hamınız bilirsiz, görürsüz ki, Azərbaycanda pandemiyadan dolayı hər yer qapalıdır, kütləvi tədbirlər qadağandı, hamı evdə, küçədə maskayla gəzir, iş yerləri bağlı, insanlar 190 manata möhtac durumda. Amma bir yer var ki, orda bunların heç biri olmur. Bəli, düz tapdınız, Vasif Talıbovun Naxçıvan xanlığında məktəblər işləyir, toylar, yaslar təşkil olunur, kütləvi tədbirlər keçirilir, onunla paralel isə vətəndaşlar günbəgün evlərində koronadan ölürlər. Covid19-dan ölənləri Araz çayının qırağında dəfn edəcəkləri ilə təhdid edir, cənazəni rüşvət müqabilində ailəyə verirlər. Və yazıq camaat da yasa gedir. Heç kim maska taxmır. Daha çox yayılır. Ölkənin suverenliyi qalıb mağara təfəkkürlü adamların əlində. Ölkənin böyük hissəsi qapanıb, "Şimali Koreya"sı isə normal həyatına davam edir, insanlar da qırılır.
16 874
3 il "işlədi" 6 milyon oğurlaya bildi
KİVDF rəhbəri Vüqar Səfərli 2015-2018 illər arası təxmini 6 milyon dollar oğurlamaqda ittiham edilir. Media sahəsində 3 il ərzində 6 milyon oğurlanırsa, görün indi neftdən, gömrükdən nə milyardlar oğurlanır, nələr talanır. Vüqarın oğlu Seymur Səfərli media şirkətinin rəhbəridir. Yəqin Qarabağda yüksək vəzifə zad verərlər.
16 874
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərli yeyintilərə, korrupsiyaya görə həbs edildi. Əflatun Amaşov, Əli Həsənov və digərlərinin də həbs ediləcəyi gözlənilir.
16 874
Dünən Şuşa istiqamətində yolun bərbad olmasına görə, avtomobil qəzası zamanı Beyləqan rayon, Şəfəq qəsəbə sakini hərbçi MAXE Yaqubov Həsən Hüseyn oğlu şəhid olub. İki nəfər hərbçi isə ağır yaralanıb. Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
16 874
Ərdoğanla Putin bu gün telefonla danışıblar. Ərdoğan deyir ki, biz istəyirik Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmadan (azərbaycanlılarla ermənilərin) birlikdə yaşanıla biləcək şərtlərini formalaşdıraq. Bu reallaşsa bütün dünyaya Türk-Rus birgə fəaliyyətinin müsbət nəticələrini bir daha göstərəcəyik.
