en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Lənkaranda kasıb bir ailənin tək övladı şəhid olub. Aparıb dəfn ediblər, yas məclisi qurublar. 40 günü təzə çıxmışdı. Dünən Lənkəranın Bala Şürük kənd sakini Vəliəhd Vəliyev Şakir oğlu ailəsinə zəng edərək salamat olduğunu bildirib. Komada imiş, ayılıb. Evində bayramdır. Məzardakı şəhidin isə kimliyi bilinmir.

Son Qarabağ xəbərləri: - “Azərsu” əməkdaşları Şuşaya su çəkir. - Ermənistanda hərbi vəziyyətlə bağlı bəzi qadağalar ləğv edildi. - Daha 34 erməni hərbi itkisi açıqlandı. Ümumi 2718 itki var. - Yerevan meri: “Şəhərdə yeni il şənlikləri keçirilməyəcək”. - Paşinyanın arvadı Dağlıq Qarabağa səfər edib. - Ermənistan müxalifəti genişmiqyaslı mitinqlərə hazırlaşır.

Ağdamda Azərbaycan əsgərləri ermənilərdən kəndi təhvil alırlar

Şuşa qalasından böyük Azərbaycan bayrağı asılıb @hebmun
Şuşa qalasından böyük Azərbaycan bayrağı asılıb @hebmun

Azərbaycanda rəsmi olaraq şəhid ailələrinin, həyatını itirən hərbçi yaxud mülkü vətəndaşların istehlak kredit borcları tam həcmdə silinib. Yaralanan hərbçilərin kreditlləri isə 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılıb.

⚡️ Ermənistan tərəfi "hamının hamıya" qarşı prinsipi ilə əldə olan bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsini qəbul edib.

Qarabağ xəbərləri: - Mina partlaması nəticəsində 2 erməni hərbçisi ölüb. - Xocalı aeroportunun yaxında Rusiyanın sülhməramlı fəaliyyətində istifadə ediləcəyi deyilir. - Rus sülhməramlılar 665 cəsədi erməni tərəfə təhvil verib. Hadrutda daha 19 cəsəd müəyyən edilib. - Erməni rəsmiləri Azərbaycanda 60 nəfər erməni hərbi əsirin olduğunu müəyyən edib.

İtkin düşmüş hərbi qulluqçuların taleyinin müəyyən edilməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “www.human.gov.az” saytı, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir.

Mən mövcud durumu, geosiyasi vəziyyəti, xarici təzyiq və basqıları çox gözəl bilirəm. Yuxarıdakı sualların da cavablarını yaxşı bilirəm. Yaxşı olardı ki, ölkə rəhbərliyi, rəsmiləri də geniş və detallı olaraq cəmiyyətə, Azərbaycan xalqına bunları sadə dillə başa salardılar və açıq qalan, qaranlıq qalan sualları cavablandırardılar. Bir çox məsələlərdə səssiz qalmağınız yanlış məlumatların yayılmasına, şübhələnmələrə, saxta xəbərlərin çoxalmasına şərait yaradır. Ümid edirəm ki, Azərbaycan Ordusu Zod qarşıdurmasında olduğu kimi, digər erməni cığallıqlarında da bəyanata uyğun olaraq qətiyyət nümayiş etdirəcək, bircə qram da güzəştə getməyəcəklər. Bu bəyanat imzalanıbsa, hər üç tərəf də ən azından bu bəyanata sadiq davranmalıdır.

Keçək İlham Əliyevin çıxışındakı bəyanatla bağlı məqamlara. Bir balaca uzun oldu, üzrlü sayın: 1. Birinci bənddə deyilirdi ki, atəşkəs olmalıdı. Amma yenə də Azərbaycan ordusu itki verir, bir neçə şəhidimiz var, həm snayper, həm də hücum nəticəsində. Niyə Ermənistan və onun ordusu bəyanata tam əməl etmir? Məndə konkret adlar var, rəsmi açıqlanmır amma. Tərəflər tutduqları mövqelərdə qalmalı idi. Amma Xocalı rayonunun Şuşikənd kəndi Rusiya MN xəritəsində erməni-rus nəzarətində görünür. Nə üçün? 2. Ağdam rayonu tamamiylə geri qaytarılmalı idi. Halbuki tamamiylə azərbaycanlılar yaşayan 8 kənd verilmədi. Nə var ki, Ağdərənin keçmiş kəndləri imiş. Sual olunur nə üçün azərbaycanlılar yaşayan kəndlər verilmədi? 3. Dağlıq Qarabağda təmas xəttindən söhbət gedir. Halbuki İlham Əliyev öz çıxışında artıq təmas xətti yoxdur, cəhənnəmə getdi, gora getdi demişdi. 4. Dördüncü bənddə göstərilir ki, Rusiyanın sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma bu baş vermədi. Erməni silahlı qüvvələri hələ də işğal olunmuş ərazilərdə qalıblar. erməni rəsmiləri də dedilər ki, ordu ləğv edilməyəcək və fəaliyyət göstərəcək. Sual olunur onları niyə rədd etmədilər ordan? Axı bu bəyanata ziddir?! 5. Sülhməramlı mərkəz hələ də yaradılmayıb, Türk Ordusu hələ də tam heyətlə nəinki Qarabağa, Azərbaycana daxil olmayıb. Olubsa rəsmi məlumat verilməlidir. 6. İlham Əliyev özü də bilmədən çıxışında "erməni silahlı qüvvələrinin nəzarəti altında" ifadəsini istifadə edib. Halbuki bu qüvvələr gora getməli idi, Noldu bəs, Əliyev? Laçın tam tərkibdə verilməli idi. Amma bu gün məlum olur ki, nəinki Laçın şəhəri, 1-2 kənd də onların nəzarətində qalır. Səbəb? 7. Bu bənddə qeyd olunur ki, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Buna hələ çox var, indiki məqamda ümumiyyətlə mümkün deyil. Ermənilər isə qayıdırlar, artıq erməni məbələrinə görə 50 mini, ruslara görə 26 mini keçib. 8. Hərbi əsirlər, girovların dəyişdirilməsi həyata keçirilməli idi, bu məsələ də uzadılır. Onlarla bağlı müxtəlif səpkili məlumatlar yayılır. Bu məlumatların yayılmasının əsirlikdə olanları nə qədər təhlükəyə atdığını bilirsiniz axı. 9. Naxçıvandan yeni dəhlizin salınması da gələcəyin işidir. İndi sual verirəm: Nə üçün İlham Əliyev çıxışında Xankəndi, Xocalı, Xocavənd, Şuşa rayonunun işğal altında qalan 37 yaşayış məntəqəsi və ləğv olunmuş Ağdərə rayonunun 60-a yaxın yaşayış məntəqəsi barədə heç bir kəlmə də demədi. Sadəcə dedi ki, orda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Növbəti vacib sual: Söz vermişdiniz ki, adbaad şəhidlərimizin siyahısı rəsmi şəkildə açıqlanacaq, onları cəmiyyətə təqdim olunacaq. Müharibənin dayanmasından 3 həftə keçdiyi halda hələ də şəhidlərin siyahısında, itkinlərdən, əsirlərin sayından xəbər yoxdur. Nə zaman açıqlanacaq? Bir vacib məqam da odur ki, istər şəhid ailələri, istər qazi, yaxud müharibədə iştirak edən hər bir hərbçinin istənilən dövlət qurumu, rəsmi nümayəndəsi tərəfdən bütün qayğıları tam təmin olunmalı, heç bir narazılıqları olmamalıdır. Onları dəxlisiz şəxslərə, sosial şəbəkələrə möhtac qoymaq yolverilməzdir. Dövlət ən üst səviyyədə istər xəstəxanalarda, istər hospitallarda, istər digər sahələrdə onlara xidməti maksimum səviyyədə etməlidir. Həmçinin sosial ehtiyacları da günün maddi tələbatına uyğun qarşılanmalıdır. Sadəcə şəhid ailəsi, yaralılar yox. Döyüşdə iştirak etmiş hər bir hərbçiyə şamil olunmalıdır, hər bir könüllüyə. Bəs uğurlar yoxdur, əlbəttə var: 27 il sonra status, təmas xətti darmadağın olub, erməni ordusu da həmçinin amma yenidən yaranmasına imkan vermək olmaz. 12 500 kv. km işğaldakı ərazidən sadəcə 2500 kv. km qalıb. Azərbaycan Ordusu savaşdan qalib çıxıb. 7 rayon bəzi qüsurları çıxsaq geri alınıb. Həm siyasi, həm hərbi cəhəttən üstünlük bizdədir. Sevindiricidir ki, Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndlərinin geri qaytarılmasından bəhs olunur. Naxçıvandan yeni dəhlizin açılması çox böyük uğurlardan biridir. Ermənistanla sərhəd xəttinin bərpa olunması da əladır.

Bu günə Qarabağ xəbərləri: - Erməni rəsmiləri qondarma parlamentdə rus dilinin ikinci dövlət dili kimi qəbul edilmə xəbərini təkzib ediblər. - Ermənistanın yeni müdafiə naziri Xankəndinə səfərə gəlib. - Rus sülhməramlılarının müşayəti ilə 17 nəfər erməni Kəlbəcərdəki Dadivank monastırını ziyarət ediblər. - Laçının erməni meri bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndləri erməni nəzarətində qalacaq. - Rusiya XİN rəhbəri bildirib ki, hərbi əsirlərin dəyişdirilməsi qəsdən gecikdirilmir, obyektiv çətinliklərdən qaynaqlanır.

ƏƏSMN mətbuat katibi Fazil Talıbovun məlumatına əsasən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlarımız aşağıdakı təqaüd və sosial təminat sistemi ilə əhatə olunurlar: - Şəhidin vərəsələrinə sığorta ödənişi olan birdəfəlik 11 min manat verilir. - Müharibə əlillərinə sığorta ödənişi birdəfəlik (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir. - Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat); - Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir; - Prezidentin aylıq təqaüdü (210-300 manat) ödənilir; - Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur; - Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar; - Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar; - Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir; - Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib; - Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub. - Mənzili olmayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə mənzillər verilir - Habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Birini də özüm əlavə edim, şəhid olan ailəyə 3 min manat dəfn xərləri ilə əlaqədar vəsait verilir, bundan əlavə isə yas məclisinin xərcləri icra hakimiyyəti tərəfindən qarşılanır. Yəni edilməli və qarşılanmalıdır. İndi sualım şəhid ailələri, qazilər, müharibə veteranları və bu qəbildən olan vətəndaşlarımızadır. Siz Fazil bəyin yazdığı təqaüd və müavinətləri alırsınızmı? Əgər bu yazılanlar doğrudursa, nə üçün bir çox şəhid ailələri, qazi və veteranlarımız bərbad durumda olan evlərdə, daxmalarda yaşayırlar. Niyə onlar sosial problemlər içində boğulurlar? Nə üçün yaralı əsgərlər dəfələrlə mətbuatda bildirirlər ki, onları heç kim müalicə etmir, bunun üçün kömək edən qurumlar yoxdur? Bunun səbəbi yuxarıda yazılanların kağız üzərində olmasıdır, yoxsa həqiqətən verilir amma xalq narazılıq edir?

Azərbaycan rəsmi olaraq bildirdi ki, heç bir erməni əsir paradda nümayiş etdirilməyəcək. Çünki onları aşağılamaq Azərbaycan xalqı və müzəffər Azərbaycan ordusuna xas keyfiyyət deyil. Bəli, bu insanlığa yaraşmaz. Kaş digər əsirlərlə bağlı da nalayiq hərəkət və videolar olmayaydı.

Dekabrın 10-da Azadlıq Meydanında hərbi parad keçiriləcək.

Rəsmi olaraq şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləği məlum olub. Belə ki, şəhid ailəsində şəxsin şəhid statusu müəyyən edildiyi gündən etibarən aylıq məbləği 300 manat olan təqaüd alma hüququ var. Müharibə zamanı əlilliyi olan şəxslərə I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib. Vəsaitin miqdarı ölkədəki minimum əməkhaqqının belə aşağısındadır. Düşünürəm 3 dəfə artıq olmalıdır. Bu şəxslər hərbi əməliyyatlardan qalib çıxmış ordunun hərbçiləridir. Ehtiyac içində yaşamamalıdırlar.

Aşağıdakı hərbi qulluqçular 2 dekabrdan etibarən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər: 1. ikidən çox uşağı olanlar 2. himayəsində I dərəcə əlilliyi olanlar 3. himayəsində yetkinlik yaşına çatmayan bacı və ya qardaşı olanlar 4. ailənin tək övladı olanlar 5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş; 6. döyüş əməliyyatları zamanı və öncədən yaralı olanlar 7. yaxın qohumları şəhid olanlar 8. təhsillə əlaqədar hərbi xidmətdən təcrid olanlar

Bəzi hökumət yönümlü saytlar və səhifələr tirajlayırlar ki, güya 10 noyabr 2020-ci il Xankəndi, Xocalı və Xocavənd rayonları işğaldan azad olunub. Yalan deyirlər, saxtakarlıq və xəyanət edirlər. Adı çəkilən rayonlar, həmçinin köhnə Ağdərənin kəndləri və Şuşa rayonu kəndləri hazırda statussuz olaraq erməni-rus idarəsi və nəzarəti altındadır. Bu nə zamana qədər belə olacaq, bəlli deyil. İlham Əliyev çıxışında heç birinin adını hallandırmadı və "Bizimdir" demədi.

İlham Əliyev: "Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Şəhər o dəhlizin ortasında qalır. Mən Putinə deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, 3 il ərzində yeni dəhliz inşa edilsin. Ancaq hesab edirəm ki, biz bunu daha tez edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır".

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub

Azərbaycan Ordusunun Zabux kəndi istiqamətindən Laçın rayonu ərazisinə daxil olduğu bildirilir.

Hebib Müntezir - Statistics & analytics of Telegram channel @hebmun