Keçək İlham Əliyevin çıxışındakı bəyanatla bağlı məqamlara. Bir balaca uzun oldu, üzrlü sayın:
1. Birinci bənddə deyilirdi ki, atəşkəs olmalıdı. Amma yenə də Azərbaycan ordusu itki verir, bir neçə şəhidimiz var, həm snayper, həm də hücum nəticəsində. Niyə Ermənistan və onun ordusu bəyanata tam əməl etmir? Məndə konkret adlar var, rəsmi açıqlanmır amma. Tərəflər tutduqları mövqelərdə qalmalı idi. Amma Xocalı rayonunun Şuşikənd kəndi Rusiya MN xəritəsində erməni-rus nəzarətində görünür. Nə üçün?
2. Ağdam rayonu tamamiylə geri qaytarılmalı idi. Halbuki tamamiylə azərbaycanlılar yaşayan 8 kənd verilmədi. Nə var ki, Ağdərənin keçmiş kəndləri imiş. Sual olunur nə üçün azərbaycanlılar yaşayan kəndlər verilmədi?
3. Dağlıq Qarabağda təmas xəttindən söhbət gedir. Halbuki İlham Əliyev öz çıxışında artıq təmas xətti yoxdur, cəhənnəmə getdi, gora getdi demişdi.
4. Dördüncü bənddə göstərilir ki, Rusiyanın sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma bu baş vermədi. Erməni silahlı qüvvələri hələ də işğal olunmuş ərazilərdə qalıblar. erməni rəsmiləri də dedilər ki, ordu ləğv edilməyəcək və fəaliyyət göstərəcək. Sual olunur onları niyə rədd etmədilər ordan? Axı bu bəyanata ziddir?!
5. Sülhməramlı mərkəz hələ də yaradılmayıb, Türk Ordusu hələ də tam heyətlə nəinki Qarabağa, Azərbaycana daxil olmayıb. Olubsa rəsmi məlumat verilməlidir.
6. İlham Əliyev özü də bilmədən çıxışında "erməni silahlı qüvvələrinin nəzarəti altında" ifadəsini istifadə edib. Halbuki bu qüvvələr gora getməli idi, Noldu bəs, Əliyev? Laçın tam tərkibdə verilməli idi. Amma bu gün məlum olur ki, nəinki Laçın şəhəri, 1-2 kənd də onların nəzarətində qalır. Səbəb?
7. Bu bənddə qeyd olunur ki, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Buna hələ çox var, indiki məqamda ümumiyyətlə mümkün deyil. Ermənilər isə qayıdırlar, artıq erməni məbələrinə görə 50 mini, ruslara görə 26 mini keçib.
8. Hərbi əsirlər, girovların dəyişdirilməsi həyata keçirilməli idi, bu məsələ də uzadılır. Onlarla bağlı müxtəlif səpkili məlumatlar yayılır. Bu məlumatların yayılmasının əsirlikdə olanları nə qədər təhlükəyə atdığını bilirsiniz axı.
9. Naxçıvandan yeni dəhlizin salınması da gələcəyin işidir.
İndi sual verirəm: Nə üçün İlham Əliyev çıxışında Xankəndi, Xocalı, Xocavənd, Şuşa rayonunun işğal altında qalan 37 yaşayış məntəqəsi və ləğv olunmuş Ağdərə rayonunun 60-a yaxın yaşayış məntəqəsi barədə heç bir kəlmə də demədi. Sadəcə dedi ki, orda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.
Növbəti vacib sual: Söz vermişdiniz ki, adbaad şəhidlərimizin siyahısı rəsmi şəkildə açıqlanacaq, onları cəmiyyətə təqdim olunacaq. Müharibənin dayanmasından 3 həftə keçdiyi halda hələ də şəhidlərin siyahısında, itkinlərdən, əsirlərin sayından xəbər yoxdur. Nə zaman açıqlanacaq?
Bir vacib məqam da odur ki, istər şəhid ailələri, istər qazi, yaxud müharibədə iştirak edən hər bir hərbçinin istənilən dövlət qurumu, rəsmi nümayəndəsi tərəfdən bütün qayğıları tam təmin olunmalı, heç bir narazılıqları olmamalıdır. Onları dəxlisiz şəxslərə, sosial şəbəkələrə möhtac qoymaq yolverilməzdir. Dövlət ən üst səviyyədə istər xəstəxanalarda, istər hospitallarda, istər digər sahələrdə onlara xidməti maksimum səviyyədə etməlidir. Həmçinin sosial ehtiyacları da günün maddi tələbatına uyğun qarşılanmalıdır. Sadəcə şəhid ailəsi, yaralılar yox. Döyüşdə iştirak etmiş hər bir hərbçiyə şamil olunmalıdır, hər bir könüllüyə.
Bəs uğurlar yoxdur, əlbəttə var: 27 il sonra status, təmas xətti darmadağın olub, erməni ordusu da həmçinin amma yenidən yaranmasına imkan vermək olmaz. 12 500 kv. km işğaldakı ərazidən sadəcə 2500 kv. km qalıb. Azərbaycan Ordusu savaşdan qalib çıxıb. 7 rayon bəzi qüsurları çıxsaq geri alınıb. Həm siyasi, həm hərbi cəhəttən üstünlük bizdədir. Sevindiricidir ki, Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndlərinin geri qaytarılmasından bəhs olunur. Naxçıvandan yeni dəhlizin açılması çox böyük uğurlardan biridir. Ermənistanla sərhəd xəttinin bərpa olunması da əladır.