en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Bugünkü döyüşlər zamanı Azərbaycan Ordusunun indiyə qədər mənə bəlli olan 20 nəfər itkisi olduğu məlumatı var. Adlarını dəqiqləşdirdiyim və onların yaxınları, rəsmi qurum nümayəndələrinin təsdiqlədiyi şəhidlərin siyahısını sizlərə təqdim edirəm. Digərlərinin məlumatları hələ araşdırılır və dəqiqləşdirilir: 1. Beyləqan rayonu Dünyamalılar kənd sakini, Əliyev Ramil Şakir oğlu 2. Masallı rayonu Sığdaş kənd sakini, İsayev İsmayıl Çərkəz oğlu 3. Ucar rayon sakini Mikayılov Hüseyn Əli oğlu 4. Zaqatala rayonu Qımır kənd sakini MAXE Hüseyn 5. Xaçmaz rayon sakini, 11.05.1984 təvəllüd mayor Rüstəmov Vüsal Rüstəm oğlu 6. Mingəçevir şəhər sakini, hərbçi Canbaxışov Xəyal Xeyri oğlu 7. Salyan rayonu Kərimbəyli kənd sakini, 27 yaşlı MAXE Sadiq Sakit oğlu Qəhrəmanov 8. Şəmkir rayonu Könüllü kənd sakini Əhməd Zamanov 9. Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Süleymanov Elşad Məhəmməd oğlu 10. Salyan rayonu Şorsulu kənd sakini, 36 yaşlı MAXE Ceyhun Etibar oğlu Ağayev 11. Beyləqan rayonu Milabad kənd sakini Həmidov Həmid Əlsalman oğlu 12. Mingəçevir şəhər sakini, hərbçi Abbasov Ruslan Əbülfətoğlu 13. Masallı şəhər sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Sənan Vüqar oğlu 14. Şabran rayonu Ağbaş kənd sakini, gizir Səmədov Elçin Akif oğlu 15. Qazax rayonu Yuxarı Salahlı kənd sakini İlham Şəmşiyev

Rusiya Müdafiə Nazirliyi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və mülki əhalinin təhlükəsizliyini qorumağa çağırıb. Nazirlik rəsmi Yerevanın "Dağlıq Qarabağı" Azərbaycan ərazisi kimi tanımasını münaqişə ərazisinin taleyinə köklü şəkildə təsir etdiyini və üçtərəfli sazişin əsas şərtlərini dəyişdirdiyini açıqlayıb.

Bəzi erməni mənbələrinə istinadən Kəlbəcərin (köhnə Ağdərə) Çapar, Çǝrǝkdar, Qozlu, Qozlukörpü, Tərtərin Canyataq kəndi və Xocalının Yemişcan kəndlərinin sakinləri təxliyə olunub. Adları sadalanan kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir.

Erməni mənbələri Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən Amaras monastrının Azərbaycan Ordusunun nəzarətinə keçdiyini bildirir. Həmçinin Xocavəndin (Martuni) "meri" olan Aznavur Saryanın öldürüldüyü də deyilir.

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab etdiyini bildirib və tərəfləri dialoqa səsləyib. ABŞ, Fransa, Belçika, Luksemburq, Kipr və Almaniya Azərbaycanı Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb. BMT Təhlükəsizlik Şurası 21 sentyabrda Qarabağdakı vəziyyətə görə iclas keçirə bilər. Avropa Parlamenti isə Azərbaycana sanksiya tətbiq etməyə çağırış edib.

Erməni mənbələri tərəfindən 150 nəfərlik əhalisi olan Şuşa rayonunun Sarıbaba (Yextsahoq) kəndinin Azərbaycan Ordusu tərəfindən müharisəyə alındığı bildirilir.

Rəsmi erməni mənbələri son döyüşlər nəticəsində 25 nəfərin öldüyünü, onlardan ikisinin mülki şəxs olduğunu bildirib.

Azərbaycan MN bildirir ki, indiki vəziyyətə görə Azərbaycan Ordusu ermənilərə aid 60-dan çox döyüş mövqeyini nəzarətə keçirib. Qarabağdakı erməni mənbələri bildirir ki, Xocalı rayonunun Pirlər, Xanabad, Ağbulaq və Naxçıvanlı, Xocavənd rayonunun Cütçü və Tərtərin Canyataq kəndləri artıq təxliyə edilib.

Bu gün başlanan döyüşlər zamanı Azərbaycan Ordusunun bir çox istiqamətlərdə təmas xəttini yararaq irəlilədiyi bildirilir. Döyüşlərdə artilleriya və raketlərdən, PUA-lardan və döyüş təyyarələrindən istifadə edildiyi deyilir. Erməni tərəfinin 5 itkisi, 80-dən çox yaralısı olduğu bildirilir. Rusiya sülhməramlıları tərəfləri dərhal atəşi dayandırmağa və danışıqları davam etdirməyə çağırır.

Rəsmi Bakı Qarabağdakı erməni birləşmələri tərkisilah edilməyənə və təslim olmayana qədər hərbi əməliyyatın davam edəcəyini bildirib. Bu baş verərsə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduqlarını açıqlayıblar.

Qarabağdakı tanınmayan rejim Azərbaycanı dərhal atəşi dayandırmağa və vəziyyəti həll etmək üçün danışıqlar masasına oturmağa çağırıb.

Separatçılar tərəfindən Şuşanın atəşə tutulması nəticəsində Şuşa Dövlət Qoruğu İdarəsinin mühəndisi, 1967-ci il təvəllüdlü mülki şəxs, Fərhadov Vidadi Aydın oğlunun öldüyü bildirilir. Erməni mənbələri də iddia edirlər ki, Xankəndidə mülki yaşayış yerləri vurularaq dağıdılıb.

Müxalif liderlər Arif Hacılı, İsa Qəmbər, İlqar Məmmədov Qarabağdakı lokal hərbi əməliyyatı dəstəklədiklərini açıqlayıblar. AXCP sədri Əli Kərimli isə Azərbaycanın yeni savaşdan yayınmaq üçün mümkün olan hər şeyi etməli olduğunu bildirib.

Ermənistan Müdafiə Nazirliyi Qarabağda heç bir silahlı qüvvələrinin olmadığını açıqlayıb. Rusiya XİN isə gözləmə mövqeyində olduğunu bildirir. Türkiyə Azərbaycanın yanında olduğunu açıqlayıb. Qarabağdakı lokal hərbi əməliyyat isə davam edir, xeyli sayda hərbi mövqelərin sıradan çıxarıldığı deyilir. Paşinyan artıq Təhlükəsizlik Şurasının iclasını keçirir.

Azərbaycanda "Tiktok" sosial şəbəkəsinə girişin məhdudlaşdırıldığı deyilir.

Xankəndi və Ağdərə istiqamətindən əlavə Şuşa istiqamətində də döyüşlərin getdiyi bildirilir.

TƏCİLİ - Azərbaycan MN: "Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb".

Erməni mənbələri iddia edir ki, Azərbaycan ordusu Xankəndi ətrafında lokal əməliyyata başlayıb, hərbi postlara zərbələr endirilir.

Xankəndidə bu dəqiqələrdə hava həyəcanı siqnalı verilir.

Xocavənddə mina partlaması nəticəsində yaralanan daha 3 polis həlak olub. Gecə ümumilikdə 14 nəfər həyatını itirib.