en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Gecə Qarabağda (Füzuli, Xocavənd və Laçında) 11 nəfər Azərbaycan vətəndaşı (DİN AAYDA və Azərenerji əməkdaşları) müxtəlif səbəblərdən həyatını itirib, 6 nəfər yaralanıb: avtomobil qəzası, minaya düşmə. Böyük ehtimalla hamısına şəhid statusu veriləcək. Hazırda Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir. Gecə bunlar baş vermədən öncə diplomatik korpusun bəyanatları çox təhdidvari və şübhəli idi. Məndə olan fərqli iki məlumata əsasən gecə lokal əməliyyat ehtimalı vardı. Paşinyan sülh danışıqlarının uğursuzluğundan danışır, Ermənistan XİN isə Azərbaycana qoşunları şərti sərhəddən qarşılıqlı geri çəkməyi təklif edib. Bu arada Ərdoğanın da Bakıya səfəri gözlənilir. Bütün baş verənlər yaxın zamanlarda vəziyyətin daha da gərginləşə biləcəyini deməyə əsas verir.

Gecə radələrində Yevlaxda eşidilən güclü partlayış səsinin, transformatorun sıradan çıxması ilə yaranan səs olduğu ehtimal olunur. Hər hansı HHM sisteminin həmləsi məlumatı heç bir mənbə tərəfindən təsdiqlənmir.

Az öncə Yevlaxda güclü partlayış səsi eşidildiyi deyilir. Sakinlərin ehtimalına görə Azərbaycan HHM qüvvələri atılan raketi zərərsizləşdiriblər. Şəhərdə işıqların söndüyü bildirilir. Rəsmi heç bir məlumat hələlik yoxdur.

Ədliyyə Nazirliyi Müsavat Partiyasını yenidən qeydiyyata aldı. Bundan əlavə 12 siyasi partiya da yenidən qeydiyyata alınıb. Böyük ehtimalla REAL və AXCP də alınacaq.

Regionda vəziyyət yenidən gərginləşir. Qarabağdakı qurum prezident seçkiləri keçirdi. Azərbaycan XİN bəyanat yaydı ki, bu hərəkətlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təhdiddir və bunun qarşısı QƏTİYYƏTLƏ alınacaq. Ermənistan sərhədə ağır hərbi texnika yığmağa davam edir. İran SEPAH kanalları ilə hərəkətə keçib, İsrail və Azərbaycanı təhdid edir. İran generalları isə Bakıda səfərdədir. Ermənistan Ordusunun sentyabrın 11-dən 20-dək ABŞ-la hərbi təlimləri gözlənilir. Rusiya isə Ermənistana nota verib. Aztv və yandaşları müharibə sloqanları atır. Üstəlik sentyabr ayındayıq, maraqlı proseslər gözlənilir. Ümid edək ki, yeni toqquşmalar olmayacaq və qan tökülməyəcək.

Bloger Mehman Hüseynov, jurnalist Əziz Orucov, siyasi fəal Fuad Əhmədli kimi siyasi məhbus hesab edilən şəxslərə ədalətsiz hökmlər kəsən hakim Faiq Qasımovun oğlu Adil Qasımov ölkənin ən böyük idman-fitnes biznesini idarə edir. Üstəlik atası sayəsində "Vəkillər Kollegiyası"na da idman xidməti verir. Şirkəti gəlir vergisindən 3 il müddətinə azad olunur, koronavirusa görə dövlətdən maddi dəstək alır. Həyat yoldaşı Fatimə Əlisoy Qasımovanın Bakıda “The Anjir” və “The Anjir21” adlı bahalı geyim və bjuteriya mağazaları var. Anası, filologiya üzrə fəlsəfə doktoru Qasımova Yeganə İltifat qızı 2017-ci ildən etibarən "FA-NAT" MMC (1401103931) şirkətinin qanuni təmsilçisidir. Daha ətraflı oxuyun.

"Qiyamçı polkovnik" kimi tanınan Surət Hüseynov öldü. Yaxınları ölümündə şübhəli məqamlar olduğunu iddia edirlər. Rəsmi olaraq da meyiti ekspertizadan "zəhərlənmə ehtimalı" kimi qeydiyyatdan keçirilib. Yaxınları bildirir ki, Surət Hüseynov Azərbaycana qayıdaraq siyasi fəaliyyətə başlamağa qərar veribmiş.

“Qiyamçı polkovnik” kimi tanınan, keçmiş baş nazir, 64 yaşlı Surət Hüseynovun öldüyü barədə məlumat yayılıb. Ölməyib, İstanbulda ağır vəziyyətdədir hazırda.

Dövlət əmlakını mənimsəmə və rüşvətə görə həbs olunan Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun həbs cəzası yenə azaldıldı. 8 il 6 ay həbs cəzası kəsilmiş icrabaşının həbs müddəti 6 ilə endirilmişdi, bu gün isə 4 il 6 aya endirilib. Bundan əvvəl də 6 il həbs cəzası almış Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxıldı.

AZAL-a nisbətdə bilet qiymətlərində aşağı büdcəli uçuş şitkəti olan “Buta Airways” ləğv olundu. Oktyabrda AZAL-a birləşəcək. Bununla da 3 ildən çoxdur quru sərhədləri bağlı olan ölkədə, hava nəqliyyatı maqnatlarının çörəyinə daha da yağ-bal sürüləcək. O şirkətdə Cahangir Əsgərovun sadəcə quru adı qalıb, sistem tamamiylə "Paşayevlər klanı"na təslim edilib.

Qubadlının "N" saylı hərbi hissəsinin hərbçisi Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Bu gün ikinci əsgər intiharı xəbəridir.

Bakının "N" saylı hərbi hissəsinin hərbçisi İlkin Elburus oğlu Ələkbərovun odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Son günlər orduda intihar halları artmağa başlayıb.

ADR partiya sədri, iqtisadçı Qubad İbadoğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. O, "Külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma" maddələri ilə ittiham olunur. Onu 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Qubad İbadoğlu həbsinin İlham Əliyevin sifarişi ilə olduğunu bildirib.

Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu d
Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək intihara cəhd edib. Dizində dəmir protez var. Amma bir ildir ki, mübarizə aparmasına rəğmən əlillik dərəcəsi ala bilmir. Vəziyyətinin hazırda stabil olduğu bildirilir.

"Bandotdel" tərəfindən saxlanılan iqtisadçı Qubad İbadoğlunun evində və ofisində axtarış aparılır. Barəsində cinayət işi açıldığı bildirilir, "FETÖ" ilə əlaqələndiriləcəyini ehtimal edirəm.

ADR partiyasının sədri, siyasətçi Qubad İbadoğlunun "Bandotdel"elə aparıldığı bildirilir. Bu barədə onun qızı məlumat verib. Onun Sumqayıta partiya gəncləri ilə görüşməyə gedərkən saxlanıldığı deyilir.

Daha bir İkinci Qarabağ müharibəsi qazisi Nizaməddin İbadovun özünü yandıraraq intihar etdiyi bildirilir. Müharibədən sonra i
Daha bir İkinci Qarabağ müharibəsi qazisi Nizaməddin İbadovun özünü yandıraraq intihar etdiyi bildirilir. Müharibədən sonra intihar edən, intihara cəhd edən hərbçilərin sayı durmadan artır. Buna səbəblərdən ən başlıcası hökumətin biganəliyi və rəsmi qurumların süründürməçiliyidir.

Kəlbəcərdə hərbçilərin olduğu avtomobilin qəzaya uğradığı, bir Azərbaycan Ordusunun hərbçisi, MAXE Emin Əliyevin həlak olduğu
Kəlbəcərdə hərbçilərin olduğu avtomobilin qəzaya uğradığı, bir Azərbaycan Ordusunun hərbçisi, MAXE Emin Əliyevin həlak olduğu bildirilir. Bir neçə hərbçinin isə yaralandığı deyilir.

Ədliyyə Nazirliyi YAP-ı rəsmi olaraq yenidən qeydiyyata aldı. ReAL və Müsavat Partiyasına isə rədd cavabı gəlib. AXCP barədə isə hələ ki, məlumat yoxdur. Tək partiyalı sistemə doğru...

🔸Digər bir qardaşı Səməd Abıyev Masallı rayon Masallı Telekommunikasyia Qovşağının rəisidir. 🔸Bir qohumu da, Abıyev Sədulla Vəli oğlu 64 №-li Mənzil Kommunal İstismar Sahəsinin (JEK) rəisi