en
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Open in Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Show more
Azerbaijan410The category is not specified

📈 Analytical overview of Telegram channel Hebib Müntezir

Channel Hebib Müntezir (@hebmun) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 16 874 subscribers, ranking in the Other category and 410 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 874 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

16 874
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Rəsmi Bakı bu gün Qarabağ erməniləri üçün 20 ton yardım və 2 çörək dolu avtomobil göndərib. Ağdam-Xankəndi yolu ilə bundan sonra da humanitar yardımlar göndəriləcək. Bundan başqa rəsmi Bakı silahlarını təhvil vermiş ermənilərə ölkəni tərk etməyə icazə verəcək. Artıq silahları təhvil prosesi başlayıb. Bəzi silahlı qruplar isə müqaviməti davam etdirəcəklərini bildiriblər.

Şəhid sayı 150 oldu. Şəxsi monitorinqim əsasında siyahını tərtib etmişəm. Rəsmi rəqəm deyil, nəzərə alın.

Ruben Vardanyan Xankəndidən Ermənistanın müstəqillik gününü təbrik edib, dövlətin və vətənin rahat eldə edilmədiyini bildirib. Deyib ki, - "Bizim iki vətənimiz var Ermənistan və Artsax və bu ikisi bir gün birləşəcək. Heç kim bunu unutmamalıdır və bu ideyaya heç kim mane ola bilməz".

Yevlax görüşündə danışılanlar və verilən qərarlar: 1. Qarabağın erməni əhalisinin reinteqrasiyası üzrə planlar təqdim edilib, 2. Erməni silahlılarının ən qısa zamanda tərkisilah edilməsinin vacibliyi vurğulanıb, 3. Qarabağdakı ermənilərin yanacaq və humanitar dəstəklə təmin edilməsi 4. Kommunal, tibbi, yanğınsöndürmə ehtiyaclarının təmin olunması istənilib, 5. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Avropa İttifaqının Qarabağa görə Azərbaycana sanksiya tətbiq etməyi planlaşdırmayacağı bildirilir.

Yevlax görüşündə yekun razılaşmanın əldə olunmadığı deyilir. Bugünkü danışıqların gələcəkdəki bir çox görüşlərin başlanğıcı olduğu bildirilib. İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, bir görüşlə bütün razılaşmaları əldə etmək mümkün deyil.

Dünən Rus Sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 8 nəfər rus əsgəri həlak olub. Bunun səhvən Azərbaycan Ordusunun bölmələri tərəfindən edildiyi bildirilir. Əliyev Putinə zəng edərək başsağlığı verib, hərbçilərin ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. Səbəbkar kimi Azərbaycan Silahlı Qüvvələri korpus komandirinin vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

Şəhid sayı 100 keçdi.

Yevlaxda rəsmi Bakı ilə Qarabağ erməni icması görüşür. Bu əsnada isə erməni mənbələri Xankəndidə atəşkəsin pozulduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bunu qəti şəkildə təkzib edib. Ermənilər isə atəşkəsin pozulması ilə bağlı video görüntülər yayıb. Xankəndi yaxınlığında 2 kəndin (Armenavan və Açapnyak) Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir.

Məndə olan məlumata görə Azərbaycan Ordusunun 80-dən çox hərbçisi şəhid olub.

Ermənistan Müdafiə Nazirliyi şərti sərhədin Sotk istiqamətində atəşkəsin pozulduğu haqda məlumat yayıb.

Erməni mənbələri ən az 200 nəfər silahlılarının öldüyünü, 400 nəfərdən çox yaralı olduğunu bildirir.

Siyasi fəal, "İşçi Masası"nın rəhbəri Afiəddin Məmmədov evinin yaxınlığında polis tərəfindən saxlanılıb. Səbəb kimi onun yaşadığı binadan çıxarkən bir şəxsi bıçaqlaması göstərilib. Digər fəallar Nemət Abbasov və Əmrah Təhməzov müharibə əleyhinə paylaşımlarına görə 30 sutka həbs edilib.

Rəsmi Moskva sülhməramlıların öldürülməsində erməniləri və Ermənistan hakimiyyətini günahlandırdı.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə Qarabağda avtomobilin atəşə tutulması nəticəsində Rusiya sülhməramlılarının hərbçiləri həlak olub. Atəşin kimlər tərəfindən açıldığı bilinmir. Hadisə yerində Rusiya və Azərbaycan müstəntiqləri işləyir.

Azərbaycan Müdafiə Nazirliyi 90-dan artıq döyüş mövqeyinin, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelərin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb. Erməni mənbələri 100-dən çox canlı itkilərinin olduğunu bildirir.

Qarabağdakı silahlı qurum rəsmi olaraq tərksilah olunma ilə bağlı tələbi yerinə yetirəcəklərini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi də bunu təsdiqləyərək, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk edəcəyini, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılacağını qeyd edir. Bütün bunlar Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək.

TƏCİLİ - Qarabağdakı silahlı qurumun rəsmi Bakı ilə sabah Yevlaxda görüşə razılıq verdiyi bildirilir. Sülhməramlılar bildirir ki, 13:00 üçün atəşkəs elan edilməsi barədə razılıq əldə olunub.

Gecədən səhərə qədər Xankəndi ətrafında döyüşlər davam edib. Azərbaycan Ordusu bir sıra mövqelərdə irəliləyib. Keçmiş Ağdərə (Mardakert) şəhərinin tamamiylə boşaldıldığı deyilir. Sərsəng su anbarının Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldüyü bildirilir. Bir çox erməni hərbi mövqeləri sıradan çıxarılıb. Sülhməramlılar 2 mindən çox mülki şəxs təxliyə edib, onların yarıdan çoxu uşaqlardır. Qarabağdakı ermənilərin lideri bildirib ki, beynəlxalq reaksiya olmadığına görə onlar əhalinin təhlükəsizliyi naminə Azərbaycanla danışıqlar üçün "məcburi addımlar" atacaqlar.

Tərtərdəki "Dəmirli" (Kaşen) yatağının Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi bildirilir.