Son Xəbərlər
Open in Telegram
Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!
Show more9 077
Subscribers
-924 hours
-257 days
-7730 days
Posts Archive
9 072
Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir.
Oxu.Az qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:
11:00
Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, E.Rüstəmovun qətlində tanışı, 30 yaşlı Cavad Hüseynov şübhəli bilinir.
Mərhumun qohumunun sözlərinə görə, tərəflər Elnur Rüstəmovun dayısı oğlunun yığıncağında yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə Cavad Hüseynovun evinin qarşısında davam edib. Nəticədə o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb.
Mərhumun yaxınlarının sözlərinə görə, q...
9 072
Ulu Öndər Heydər Əliyev və milli qurtuluş
Azərbaycan tarixinin ən mühüm və taleyüklü səhifələrindən biri milli qurtuluş yolunun başlanması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlıdır. Bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Heydər Əliyev həyatının müxtəlif dövrlərində ölkəmizin inkişafına rəhbərlik etmiş, xalqın milli maraqlarının qorunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına böyük töhfələr vermişdir.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca mürəkkəb və çətin dövr idi. Sovet İttifaqının dağılması ilə Azərbaycan öz dövlət müstəqil...
9 072
"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanında açılıb.
Birmərtəbəli zal "Luna" qlobal dizayn konsepsiyası əsasında tərtib olunub və 176 nəfər üçün nəzərdə tutulub, açıq terrasda isə daha 32 oturacaq yeri var. Qonaqlar rəqəmsal özünəxidmət köşklərindən, sifarişlərin masaya çatdırılması xidmətindən və "McDelivery"dən istifadə edə bilərlər. "MakAvto" xidməti isə avtomobildən düşmədən sifariş verməyə, ödəniş etməyə və sifarişi götürməyə imkan verir.
Qəhvə həvəskarları üçün "McCafé" fə...
9 072
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətindən gələn sərnişinlərin "20 Yanvar" və "Şamaxinka" ərazilərinə daxil olmadan metrodan istifadəsini asanlaşdırmaq məqsədi daşıyır.
Bəs, "Avtovağzal" və "Xocəsən" metro stansiyalarında girişin müvəqqəti olaraq ödənişsiz edilməsi sərnişin axınının bölüşdürülməsinə və xüsusilə "20 Yanvar" ərazisində nəqliyyat sıxlığının azalmasına nə dərəcədə tə...
9 072
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcburi özgəninkiləşdirilməsi zamanı kompensasiyanın müəyyənləşdirilməsi vətəndaşların mülkiyyət hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır, qanunvericilikdə əmlakın bazar qiyməti əsasında qiymətləndirilməsi nəzərdə tutulur.
Bəs, sakinlərə ödəniləcək kompensasiya hesablanarkən evlərin və torpaq sahələrinin real bazar qiyməti hansı meyarlar əsasında müəyyən edilməlidir və təklif olunan məb...
9 072
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdır ki, bankların kreditlərdən əldə etdiyi faiz gəlirləri əhəmiyyətli həcmdə artsa da, vətəndaşlar üçün kredit faizlərinin yüksək olması məsələsi gündəmdə qalır.
Üstəlik, Azərbaycan Mərkəzi Bankı sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb və faiz dəhlizinin aşağı həddini 5 faizə endirib. Bəs bankların kreditlərdən əldə etdiyi gəlirlər artdığı halda kredit faizlərinin ucuzl...
9 072
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlara aylıq maaş verib. Daha sonra Eldar qardaşları Telman və Elmanı da özü ilə Qazaxıstana aparıb və orada öz biznesinə cəlb edib.
2013-cü ildə Eldar Gərmətürk kəndində anasının şərəfinə adlandırdığı "Əzizə" şadlıq sarayını inşa etdirib. O, sarayın tikilib istifadəyə verilməsinə ümumilikdə 2 milyon 744 min dollar xərcləyib. Eldar qardaşı Telmanı restorana nəzarətçi təy...
9 072
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib.
Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb.
Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır....
9 072
"Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb.
Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:
"Onunla bağlı yadda qalan ən böyük xatirə onun dünyadan getməsi oldu. Məni son illərdə silkələyən, daxili partlayışa səbəb olan ikinci belə hadisə olmayıb.
Mən Cabirlə vidalaşmamışam, onu hələ yola salmamışam. Qəbirüstünə getməmişəm. Getsəm, barışacağam ki, Cabir yoxdur. Valideynlərinin qarşısına çıxmağa cəsarətim yoxdur. Nə deyəcəyəm? "Cabir yoxdur, mən varam?". &q...
9 072
Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Oktyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-1...
9 072
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-cü ilin dekabrında "YouTube" üzərindən yayımlanan təxminən 27 dəqiqəlik konsertdə məcburi hicab taxmadan çıxış edib. Dörd kişi musiqiçinin də iştirak etdiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Bundan sonra İran məhkəməsi Ahmadi və konsertdə iştirak edən digər şəxslər barəsində araşdırma başladıb. İyun ayında birinci instansiya məhkəməsi müğənni və digər təqsirlə...
9 072
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılması kimi amillər təsir göstərə bilər. Xüsusilə Bakıda mənzilə olan tələbatın dəyişməsi və tikinti xərclərinin artması qarşıdakı dövrdə qiymətlərin istiqamətinə təsir edən əsas faktorlar sırasında ola bilər.
Bəs, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin yenidən artmasına hansı amillər səbəb ola bilər və yaxın dövrdə mənzil qiymətlərinin yüksəlməsini şərtləndirən əsas faktorlar nələrdir?
M...
9 072
Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsinə şərait yarada bilər. Xüsusilə uzunmüddətli güzəştlərin investorların qərarlarına, yeni müəssisələrin yaradılmasına və məşğulluğun artmasına təsiri diqqət çəkən məsələlərdəndir.
Bəs, biznes sahiblərinə 10 il müddətinə tətbiq olunacaq vergi və gömrük güzəştləri işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına və yeni investisiyaların cəlb edilməsinə necə təsir göstərə bilər və b...
9 072
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur.
"Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib.
Bu isə o deməkdir ki, evlərin hər biri plandadır.
Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təklif olunub: "Daha sonra qərar dəyişdi, dedilər ki, evin qiymətinə əsasən hesablanacaq, bu, bizi qane edir".
Vətəndaşlar qeyd edib ki, evlərin sökülməsi nəzərdə tutulsa da, işlərə nə zaman başlanacağı məlum deyil.
Söküləcək tikililərin yerində salınacaq layihə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi ilə Q...
9 072
Məşhur filmin köpək balığı səhnələri ABŞ-də gerçək oldu
ABŞ-nin Nyu-Cersi ştatının Serf-Siti şəhərinin sakinləri şiddətli fırtınadan sonra su basmış küçədə üzən köpəkbalığının videosunu lentə alıblar.
Oxu.Az-ın xəbərinə görə, görüntüləri yerli "News 12" telekanalı ilk olaraq yayımlayıb.
Videonu telekanala göndərən kişinin sözlərinə görə, köpəkbalığını onun həyat yoldaşı öz evlərinin yaxınlığında görüb. Cütlük evlərinin damından köpəkbalığının necə yanlarından üzüb keçdiyini, həyətə giriş yoluna döndüyünü, sonra isə suyun altında itdiyini izləyiblər.
Yayımlanan kadrlar 2012-ci ildə ekran üzü görən, məşhur "Bait" filminin səhnələrini xatırladır.
Qeyri-adi qarşılaşma Nyu-Cersi ştatında sahilyanı ərazilərdə daşqınlarına səbəb olan...
9 072
Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI - FOTO/VİDEO
Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb.
Məlumat Oxu.Az-ın sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
Qeyd olunub ki, 2000-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanlı avtomobillə 1990-cı il təvəllüdlü Nərmin Xanbala qızı Qasımzadənin idarə etdiyi "Volkswagen Polo" markalı, 77-NM-511 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.
15:40
Binəqədi rayonu ərazisində, Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayı...
9 072
Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...
13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib.
Xəyal Əli-Zadə 2013-cü ildə Qaradağ rayon Polis İdarəsində İctimai təhlükəsizlik şöbəsinin rəisi işləyib. Polkovnik-leytenant rütbəsi ilə xidmət edib.
O, xidməti səlahiyyətlərini icra etmək əvəzinə, vəzifəsindən və maddi imkanlarından istifadə edərək Vüsal Şilderə qarşı cinayət planı qurub. Əvvəlcə bir neçə dəfə Vüsaldan həyat yoldaşının bacısı Lalə ilə münasibətini dayandırmağı tələb edib. Lakin Vüsal onun tələbin...
9 072
Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir.
Qeyd edək ki, əvvəlki qaydada olduğu kimi, fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, eləcə də logistika xidmətləri göstərə...
9 072
Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA
Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanın olub-olmaması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə kredit götürən şəxsin borcun başqa şəxsin üzərinə keçirilməsinə razılığının olub-olmaması hüquqi məsuliyyət baxımından mühüm məsələdir.
Bəs, şəxsin adına rəsmiləşdirilən kreditdən pulu başqa biri istifadə edibsə, kredit borcunu hüquqi olaraq kim ödəməlidir və kredit götürən şəxsin razılığı və ya iştirakı olmadan borcun başqa şəxsin üzərinə keçiril...
9 072
Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı Sonxeber.az President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif ediliblər:
"Tərəqqi" medalı ilə
Abbasov Mahir Fəxrəddin oğlu
Əliyev Vüsal Azad oğlu
İsayev Orxan Elşad oğlu
Qarayev Teymur Fəxrəddin oğlu
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə
Abbasov Cabir Etibar oğlu
Abdullayev Vüsal Habil oğlu
Bağırov Taleh Vilayət oğlu
Bayramov Nəsir Yasin oğlu
Əhməd Rəcəb Nazim oğlu
Əsədov ...
