Son Xəbərlər
Открыть в Telegram
Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!
Больше9 437
Подписчики
Нет данных24 часа
-277 дней
-12130 день
Архив постов
9 437
Paltaryuyan maşındakı "kəpənək" işarəsi nə deməkdir?
Müasir paltaryuyan maşınların idarəetmə panelində müxtəlif işarələr yer alır. Əksər istifadəçilər adətən "Pambıq" və ya "Sintetika" proqramlarından istifadə etsələr də, bəzi simvolların mənası çoxlarına məlum deyil. Onlardan biri də kəpənək işarəsidir. Mütəxəssislərin sözlərinə görə, bu rejim zərif parçaların qorunması üçün nəzərdə tutulub və ondan düzgün istifadə etmək geyimlərin ömrünü uzada bilər.
Lent.az xəbər verir ki, kəpənək simvolu beynəlxalq standartlara uyğun olaraq zərif və ya həssas yuma rejimini göstərir. Bu proqram xüsusi qulluq tələb edən geyim və tekstil məhsulları üçün nəzərdə tutulub.
Bu rejim əsasən aşağıdakı məhsulların yuyulması üçün uyğundur:
təbii i...
9 437
Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib.
"Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü (kişi) və 1990-cı il təvəllüdlü (qadın) şəxslərin bioloji ölüm faktı qeydə alınıb.
Partlayışda xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmənin (qadın cinsli) müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumat üçün qeyd edək ki, həyatını itirən şəxslər hadisə günü ölən Zəhra İsrafilovanın ata-anasıdır. Onun...
9 437
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.
Sonxeber.az Ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.
O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə göyərtəni tərk edib. Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
E.Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Qeyd e...
9 437
13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda yaşayış kompleksinin ümumi istifadə üçün nəzərdə tutulmuş hovuzunda baş verdiyi bildirilən hadisə ictimaiyyətin geniş müzakirəsinə səbəb olub. İddialara görə, 13 yaşlı qızın hicab ilə hovuza daxil olmasına saytın Rusiya vətəndaşı olan idarəçisi mane olub.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, 64 yaşlı Ludmina İ. yeniyetməyə geyiminin hovuzu çirkləndirdiyini bildirərək hovuza girməsinə icazə verməyib. Hadisədən sonra qızın ağlayaraq ailəsinə baş verənləri danışdığı, yaxınlarının isə hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir.
Hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşımlar yayıldıqdan sonra məsələ geniş rezonans doğurub...
9 437
13 nömrəli sürücü yaranmış narahatlığa görə sərnişinlərdən üzr istədi - AÇIQLAMA
Bakıda sərnişinlərin narazılığına səbəb olan 13 nömrəli marşrut avtobusunun sürücüsü barədə tədbir görülüb.
BakuBus" MMC-dən BAKU.WS-ə verilən açıqlamaya əsasən, sürücü yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib:
""BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində 9 iyul 2026-cı il tarixində saat 16:30 radələrində Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident tərəfimizdən araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub.
Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələ...
9 437
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Ötən gün paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
"Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - məlumatda qeyd edilib....
9 437
"Qarabağ" mövsümə darmadağınla başladı - Yenilənib
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.
"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq.
Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.
Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "...
9 437
Bakıda kişi keçmiş arvadını küçədə güllələdi -Yenilənib
Bakıda silahlı insident baş verib.
"Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
*
Cinayət törətməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanov, güllələnən qadın 44 yaşlı Amalya Qəhrəmanovadır.
*
TƏBİB-dən hadisə ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, 09.07.2026-cı il tarixində saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Şa...
9 437
"Narkotik vasitələr insanın həm fiziki, həm psixoloji, həm də sosial həyatına ciddi zərər vurur" - Psixoloq
"Narkotik vasitələrdən istifadə insan orqanizmində geridönməz dağıdıcı dəyişikliklər yaradır, ciddi psixoloji və sosial fəsadlara gətirib çıxarır. Bu maddələr mərkəzi sinir sistemini məhv edir, daxili orqanları zədələyir, ağır xəstəliklərə səbəb olur və yüksək dozadan zəhərlənmə nəticəsində qəfil ölümlə nəticələnə bilər".
Bunu Sonxeber.az-a danışan psixoloq Leyla Alışova bildirib.
Psixoloq qeyd edib ki, narkotik vasitələr insanın həm fiziki, həm psixoloji, həm də sosial həyatına ciddi zərər vurur:
"Narkotik vasitələrindən istifadə beyin fəaliyyətini pozur, yaddaşı və diqqəti zəiflədir. Ürək-damar xəstəlikləri, yüksək təzyiq və infarkt riskini artırır. Qaraciyər, böyrək və ağci...
9 437
Elarizdən "Amerikada ona qulaq asanı haradan tapır?" deyənlərə SƏRT İSMARIŞ
Müğənni Elariz Məmmədoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında haqqında "Amerikada ona qulaq asanı haradan tapır?" sualına sərt reaksiya verib.
Sənətçi bildirib ki, onu Azərbaycanda olduğu kimi ABŞ-də sevənlər var və öz xoş günlərindən onu görmək istəyirlər:
"Hazırda hava limanındayam. Missuri ştatına gedirəm. Bəzi adamlar yazırlar ki, Elariz Amerikada özünə qulaq asan bu qədər adamı haradan tapır. Xoşbəxt adamlarla işim yoxdur, amma bədbəxt adamlara deyirəm ki, heç kimi axtarmıram. Məni heç vaxt heç kimi axtarıb tapmıram. Azərbaycanda olduğu kimi məni axtarıb tapırlar".
Ətraflı videoda:...
9 437
Samuxdakı qəzada həlak olanların - Fotoları
Xəbər verdiyimiz kimi, Samuxda ağır yol qəzası zamanı üç nəfər həlak olub.
"Qafqazinfo" xəbər verir ki, ölənlərdən ikisi - Samir Əhmədov və Fəridə Əhmədova ər-arvaddır.
Həlak olan üçüncü şəxs isə onların qohumu Aqilə Alıyevadır.
Qəza zamanı vəfat edən ər-arvadın 17 yaşlı övladları Əhməd Əhmədov və avtomobillərdən birinin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Vəfat edən şəxslərin fotolarını təqdim edirik:...
9 437
Bakı-Ələt yolunda AĞIR QƏZA: Yük maşını əvvəlcə dəmirlərə, sonra "Mitsubishi"yə çırpıldı - VİDEO
Bakı-Ələt magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Ələtdən Bakı istiqamətində hərəkətdə olan yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə yük avtomobili dəmir arakəsməni aşaraq əks hərəkət zolağına keçib və "Mitsubishi" markalı minik avtomobili ilə toqquşub.
Şahidlərin sözlərinə görə, yük avtomobilin sürücüsü yuxuladığı üçün idarəetməni itirib....
9 437
Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb.
"Qafqazinfo" "Shimalnews"a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub.
Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.
Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb....
9 437
"Ali Rza bey"i real həyatda da aldadırdılar
"Yaprak dökümü"nün Ali Rza beyi Halil Ergünün başına iş gəlib.
OLAY yazır ki, sənətçi süni intellektlə hazırlanmış saxta sənədlər və telefon zəngləri vasitəsilə qurulan milyonluq dələduzluğun qurbanı olmaqdan xilas olub.
Özünü polis kimi təqdim edən cinayətkarlar aktyora şəxsi məlumatlarının oğurlandığını və var-dövlətinin təhlükədə olduğunu deyərək onu 3 gün ərzində təzyiq altında saxlayıblar.
Halil Ergün hər şeyin çox inandırıcı olduğunu və az qala bütün məlumatlarını fırıldaqçılara ötürəcəyini bildirib. Lakin qonşusunun sayəsində sənətçi aldandığını başa düşüb....
9 437
Azərbaycanda bu şagird və tələbələrə sığorta pulu ödəniləcək
Xəbər verdiyimiz kimi Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olunub. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək. Belə ki, qanunvericiliyə edilən dəyişikliyə bəzi şagird və tələbələrə sığorta pulunun ödənilməsi nəzərdə tutulur. Sığorta ödənişi hansı şagird və tələbələrə ediləcək?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, söhbət istehsalat təcrübəsi (təlimi) keçən şag...
9 437
Rus gəlinin türk həyat yoldaşına sürprizi sosial şəbəkələrdə viral olub - VİDEO
Türkiyədə yaşayan rus əsilli bir qadının qaradənizli həyat yoldaşını evə qayıdarkən yerli musiqi sədaları altında rəqslə qarşılaması sosial şəbəkələrdə böyük maraq doğurub.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, qısa müddətdə viral olan videoda qadının Qaradəniz bölgəsinə məxsus ritmik musiqi sədaları altında enerjili şəkildə rəqs etdiyi, həyat yoldaşını isə qapıda gülərüzlə qarşıladığı görünür.
Paylaşım izləyicilər tərəfindən cütlüyün səmimi münasibətinin və fərqli mədəniyyətlərin harmoniyasının nümunəsi kimi qiymətləndirilib.
Video qısa zamanda minlərlə baxış toplayaraq sosial şəbəkələrdə geniş yayılıb.
[hhh4-unikal]...
9 437
Özündən 40 yaş böyük müəllimi ilə evlənən qadının videosu müzakirələrə səbəb olub - VİDEO
22 yaşlı gənc qadının özündən 40 yaş böyük, keçmiş müəllimi ilə evliliyindən bəhs etdiyi video sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, qısa müddətdə milyonlarla baxış toplayan paylaşımda gənc qadın məşhur mahnının müşayiəti ilə əvvəlcə özünü, daha sonra isə ağsaçlı həyat yoldaşını göstərərək, "Özündən daha yaşlı kişi ilə evlənmək belə hiss etdirir..." sözlərini yazıb.
Lakin cütlüyün vaxtilə müəllim-şagird münasibətində olması və aralarındakı böyük yaş fərqi istifadəçilər arasında ciddi etik müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri müəllim-şagird münasibətlərində güc balansı, etik normalar, manipulyasiya ehtim...
9 437
Bəzi rayonlarda leysandır
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.
Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclüdür.
Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abş...
9 437
16 yaşlı Vüsalın da meyiti tapıldı
İyulun 6-sı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib....
9 437
Şəkərli diabetdən göbələyə qədər: Ayaqların verdiyi siqnallar
Ayaqlarda baş verən nəzərəçarpacaq dəyişikliklər ciddi xəstəliklərin göstəricisi ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə dermatoloq Qeri Qoldenberq və cərrah-podoloq Ceffri Delott "The Washington Post" qəzetinə müsahibələrində xəbərdarlıq ediblər.
Mütəxəssislərin sözlərinə görə, ayaqlarda və barmaqlarda tüklərin tökülməsi, uzun müddət sağalmayan yaralar, uyuşma, yanma və ya sancma hissi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Q.Qoldenberq bildirib ki, bu cür simptomlar qan dövranı pozğunluğu, sinir zədələnmələri, B12 vitamini çatışmazlığı və ya şəkərli diabetlə əlaqəli ola bilər. C.Delott isə əlavə edib ki, baş barmaqda yaranan qəfil və şiddətli ağrı bəzən podaqranın ...
