AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti / SSMC of the Republic of Azerbaijan
Open in Telegram
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi Telegram kanalı.
Show more1 692
Subscribers
No data24 hours
+47 days
+430 days
Posts Archive
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 29 iyul 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Goranboy rayon şöbəsinin inzibati binasında Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 22 iyul 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
#VətənMüharibəsiQəhrəmanıElnurŞirinov
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb.
#AzərbaycanƏsgəri
#SHXÇDX
Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb.
Ətraflı: https://seferberlik.gov.az/az/news/detail/1030
Müddətli həqiqi hərbi xidmət keçmə yerimi necə öyrənə bilərəm? 📱
Bu dəfə kapitan Əsgərli Zəfər müddətli həqiqi hərbi xidmət keçmə yerinin elektron qaydada necə öyrənilməsini izah edir.
Videonu izləyərək xidmət yeriniz barədə məlumatı sürətli və rahat şəkildə əldə edə bilərsiniz. ✔️
#SHXÇDX #HərbiXidmət #ElektronXidmətlər #Azərbaycan
2 İyul - Azərbaycan Polisi Günüdür.
Ölkəmizdə asayişin, sabitliyin və qanunun aliliyinin qorunmasında fədakarlıqla xidmət edən Azərbaycan polisini təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!
Çağırış başladı. 🇦🇿
Müddətli həqiqi hərbi xidmətə yola salınan bütün çağırışçılarımızı təbrik edir, Vətən qarşısındakı şərəfli xidmətlərində hər birinə möhkəm iradə və uğurlar arzulayırıq!
30 İyun - Ümumdünya Sosial Media Günüdür.
Dövlət Xidməti ilə vətəndaşlar arasında sürətli və şəffaf ünsiyyət körpüsü rolunu oynayan sosial media platformaları hazırda rəsmi məlumatların hər kəs üçün daha açıq və əlçatanlığını təmin edir.
Siz də Dövlət Xidmətinin yeniliklərindən xəbərdar olmaq üçün aşağıdakı rəsmi sosial media hesablarımızı izləyə bilərsiniz:
Facebook: https://www.facebook.com/share/1BcuWKrR8a/?mibextid=wwXIfr
İnstagram: https://www.instagram.com/seferberlikaz?igsh=MW4xNnUyYXVicWU2dw==
X: https://x.com/seferberlikaz?s=21
Youtube: https://youtube.com/@seferberlikaz.?si=p3WgY3ksLG7Tz_bf
Whatsapp: https://whatsapp.com/channel/0029Va8b7XfFMqrgEEQD0q0C
TikTok: https://www.tiktok.com/@seferberlik.gov.az?_r=1&_t=ZS-97cAFNCWja6
#MüzəffərAliBaşKomandan
#PrezidentİlhamƏliyev
#SHXÇDX
#MilliQəhrəmanMövsümMəmmədov
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov Real TV və "APA" İnformasiya Agentliyinə müsahibə verdi.
Real TV-də yayımlanan müsahibəni təqdim edirik.
Ətraflı: https://youtu.be/2100D8hRlX8?si=-0oR1svXl0WebvzB
26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür!
İnsanların zərərli vərdişlərdən qorunması və gənc nəslin fiziki-mənəvi baxımdan sağlam yetişməsi naminə hər birimiz həmrəylik nümayiş etdirməliyik.
26 iyun - Silahlı Qüvvələr Günüdür.🇦🇿
108 il öncə yaradılmış, ölkəmizin təhlükəsizliyinin və suverenliyinin təminatçısı, qürur mənbəyimiz olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə veteranları və hərbi qulluqçuları təbrik edir, şərəfli xidmətlərində uğurlar arzulayırıq!
+9
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor cənab Mürsəl İbrahimovun müvafiq əmrləri ilə bir sıra hərbi qulluqçulara vaxtından əvvəl, növbəti və ilk leytenant zabit hərbi rütbələri verilmişdir.
25 İyun - Dənizçi Günüdür.
Ölkəmizin iqtisadi inkişafında xüsusi xidmətlər göstərən dənizçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
#AzərbaycanƏsgəri
#SHXÇDX
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramıdır! 🇦🇿
Bu münasibətlə ölkəmizin inkişafı, xalqımızın rifahı və dövlət idarəçiliyinin səmərəli təşkili naminə fədakarlıqla çalışan bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
#VətənMüharibəsiQəhrəmanıSalehHəsənov
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
21 iyun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması günüdür.
Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə təsis edilmiş Komitə ölkəmizdə dini etiqad azadlığının təmin olunması, bu sahədə vahid dövlət siyasətinin formalaşması və dövlət-din münasibətlərinin qorunmasında mühüm rol oynayır.
25 illik yubileyiniz münasibətilə qurumun bütün əməkdaşlarını təbrik edir, mənəvi dəyərlərimizin qorunması yolundakı fəaliyyətinizdə uğurlar arzulayırıq!
