1 704
订阅者
-324 小时
-17 天
+630 天
帖子存档
#AzərbaycanƏsgəri
#SHXÇDX
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramıdır! 🇦🇿
Bu münasibətlə ölkəmizin inkişafı, xalqımızın rifahı və dövlət idarəçiliyinin səmərəli təşkili naminə fədakarlıqla çalışan bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
#VətənMüharibəsiQəhrəmanıSalehHəsənov
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
21 iyun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması günüdür.
Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə təsis edilmiş Komitə ölkəmizdə dini etiqad azadlığının təmin olunması, bu sahədə vahid dövlət siyasətinin formalaşması və dövlət-din münasibətlərinin qorunmasında mühüm rol oynayır.
25 illik yubileyiniz münasibətilə qurumun bütün əməkdaşlarını təbrik edir, mənəvi dəyərlərimizin qorunması yolundakı fəaliyyətinizdə uğurlar arzulayırıq!
❓Talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirmi?
✔️Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilirlər.
❓Təlim və toplanışlara gəlməkdən boyun qaçıranları hansı məsuliyyət gözləyir?
Kapitan Əsgərli Zəfər bu videoda hərbi toplanışla bağlı əsas məlumatları və prosesin mühüm məqamlarını izah edir.
Ətraflı məlumat üçün videonu izləyin. ✔️
#TəlimToplanış #SHXÇDX #Azərbaycan
18 iyun - İnsan Hüquqları Günüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən bu əlamətdar gün cəmiyyətdə humanizm ideyalarının möhkəmləndirilməsi, eləcə də vətəndaş hüquq və azadlıqları barədə məlumatlılığın artırılmasına xidmət edir.
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür.
İnsan həyatının və sağlamlığının keşiyində duraraq peşə borcunu fədakarlıqla yerinə yetirən bütün səhiyyə işçilərini bu münasibətlə təbrik edir, şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!
+8
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlər arasında keçirilən "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib.
Ətraflı: https://seferberlik.gov.az/az/news/detail/1028
15 iyun - Milli Aviasiya Akademiyasının yaradılması günüdür.
Bu münasibətlə ölkəmizin strateji əhəmiyyətli aerokosmik sahəsini və mülki aviasiyasını yüksəkixtisaslı kadrlarla təmin edən ali təhsil müəssisəsinin bütün kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
15 iyun - Milli Qurtuluş Günüdür.🇦🇿
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz ağır sınaqlardan xilas olaraq sabitlik, tərəqqi yoluna qədəm qoyub. Həmin siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən modern bir dövlətə çevrilmişdir.
#MilliQəhrəmanNatiqƏhmədov
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
+9
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Gədəbəydə tədbir keçirilib.
Ətraflı: https://seferberlik.gov.az/az/news/detail/1027
12 iyun - Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması günüdür.
Müasir elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyəti ilə dövlətçiliyimizə sadiq, peşəkar sərhədçi zabitlərin yetişdirilməsində müstəsna rol oynayan Akademiyanın bütün kollektivini bu əlamətdar gün münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
+9
Hər il “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may – 18 iyun respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilir.
“İnsan Hüquqları Aylığı” çərçivəsində Dövlət Xidmətinin struktur qurumlarında bir sıra tədbirlər keçirilmişdir.
#İnsanHüquqlarıAylığı #HumanRightsMonth #Azərbaycan #SHXÇDX
+8
Dövlət Xidməti rəisinin müvafiq əmri ilə leytenant ilk zabit hərbi rütbəsi verilmiş 27 nəfər hərbi qulluqçuya rütbələrin təqdimetmə mərasimi keçirilib.
Əməkdaşlarımızı təbrik edir, şərəfli və məsuliyyətli xidmətlərində onlara uğurlar arzulayırıq.
#MüzəffərAliBaşKomandan
#PrezidentİlhamƏliyev
#SHXÇDX
Əsl güc görünüşdə deyil, əməldədir.
Vətənə xidmət etmək hər bir vətəndaşın məsuliyyəti və şərəf borcudur. Xarici görünüş gücü göstərə bilər, amma əsl güc öz vəzifəsini layiqincə yerinə yetirməkdən başlayır. Vətən qarşısında borcunu yerinə yetirənlər cəmiyyətin ən böyük dayağıdır.
#VətənMüharibəsiQəhrəmanıNailİbrahimli
#Qəhrəmanlarıunutmayaq
#Azərbaycan
#SHXÇDX
