en
Feedback
Çəpəki

Çəpəki

Open in Telegram

İqtisadçı Fərid Mehralızadənin telegram kanalı. İqtisadi siyasət və statistikalar, orijinal xəbərlər, inkişaf məsələləri, Bakı şəhəri və daha nələr-nələr. Əlaqə - @faridmehrali

Show more
1 835
Subscribers
No data24 hours
-77 days
-1530 days
Posts Archive
Repost from Əkinçi
Rəqabət Məcəlləsi iqtisadiyyata nə verəcək? Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Məcəllədə hansı məs
Rəqabət Məcəlləsi iqtisadiyyata nə verəcək? Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Məcəllədə hansı məsələlərin tənzimlənməsi nəzərdə tutulub? Rəqabət siyasətinin əsas prinsipləri hansılardır? Rəqabət Məcəlləsi iqtisadiyyata nə qazandıracaq? İqtisadçı Azər Mehtiyev izah edir. Videonu izlə. @akinchiproject

Tanınmış iqtisadçılar Fərid Mehralızadə ilə bağlı müraciət edib: Biz, bu müraciəti imzalayan iqtisadçılar, müvafiq dövlət qurumlarına müraciət edirik ki, gənc iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılması üçün mümkün olan bütün hüquqi vasitələr nəzərdən keçirilsin. Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının önündə gələlərindən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Belə düşünməyə onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə, fikrimizcə, töfhə kimi qiymətləndirilə bilər. Hətta bəzi nəticələri mübahisəli hesab olunsa belə. Fərid Mehralızadə 30 may tarixində saxlanılıb və 1 iyun tarixində “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub. Vəkilləri və ailəsi isə qeyd edir ki, bu ittihamlar əsassızdır. Bizim üçün də bunlara inanmaq çətindir. Qeyd edilənləri nəzərə alaraq, biz Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların obyektiv araşdırılmasını və istintaq müddətində onun haqqında həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məqsədəuyğun hesab edirik. İmza atanlar: 1. Sabit Bağırov, Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti 2. Rasim Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru 3. İnqilab Əhmədov, müstəqil iqtisadçı 4. Elçin Rəşid, müstəqil iqtisadçı 5. Azər Mehtiyev, müstəqil iqtisadçı 6. Samir Əliyev, müstəqil iqtisadçı 7. Rövşən Ağayev, müstəqil iqtisadçı 8. Toğrul Vəliyev, müstəqil iqtisadçı 9. Xatai Alıyev, müstəqil iqtisadçı 10. Rəşad Həsənov, müstəqil iqtisadçı

İqtisadçıların Fərid Mehralızadə Üçün Müraciəti Biz, bu müraciəti imzalayan iqtisadçılar, müvafiq dövlət qurumlarına müraciət edirik ki, gənc iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılması üçün mümkün olan bütün hüquqi vasitələr nəzərdən keçirilsin. Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının önündə gələlərindən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Belə düşünməyə onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə, fikrimizcə, töfhə kimi qiymətləndirilə bilər. Hətta bəzi nəticələri mübahisəli hesab olunsa belə. Fərid Mehralızadə 30 may tarixində saxlanılıb və 1 iyun tarixində “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub. Vəkilləri və ailəsi isə qeyd edir ki, bu ittihamlar əsassızdır. Bizim üçün də bunlara inanmaq çətindir. Qeyd edilənləri nəzərə alaraq, biz Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların obyektiv araşdırılmasını və istintaq müddətində onun haqqında həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məqsədəuyğun hesab edirik. İmza atanlar 1. Sabit Bağırov, Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti 2. Rasim Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru 3. İnqilab Əhmədov, müstəqil iqtisadçı 4. Elçin Rəşid, müstəqil iqtisadçı 5. Azər Mehtiyev, müstəqil iqtisadçı 6. Samir Əliyev, müstəqil iqtisadçı 7. Rövşən Ağayev, müstəqil iqtisadçı 8. Toğrul Vəliyev, müstəqil iqtisadçı 9. Xatai Alıyev, müstəqil iqtisadçı 10. Rəşad Həsənov, müstəqil iqtisadçı

Çəpəki Telegram kanalının yaradıcısı və idarəçisi Fərid Mehralızadə 30 mayda saxlanılıb və 1 iyunda əsassız olaraq həbs edilib. Azadlığına qovuşanadək bu kanalda Fərid haqqında məlumatlar paylaşılacaq. Aşağıda Meydan TV-nin hazırladığı "Fərid Mehralızadə kimdir?" videosunda onun fəaliyyəti və həbsi ilə əlaqədar daha ətraflı məlumatla tanış ola bilərsiniz.

Repost from Meydan TV
Apelyasiya Məhkəməsi iqtisadçını həbsdə saxladı Vəkil həbsin qanunsuz və əsassız olduğunu deyib İyunun 6-da Bakı … Davamı...
Apelyasiya Məhkəməsi iqtisadçını həbsdə saxladı Vəkil həbsin qanunsuz və əsassız olduğunu deyib İyunun 6-da Bakı … Davamı... https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-apelyasiya-mehkemesi-iqtisadcini-hebsde-saxladi.html

Repost from Meydan TV

Repost from Meydan TV
ABŞ Dövlət Departamenti Fərid Mehralızadənin həbsindən narahatlığını bildirib Metyu Miller Azərbaycan hökumətinə çağırış edib
ABŞ Dövlət Departamenti Fərid Mehralızadənin həbsindən narahatlığını bildirib Metyu Miller Azərbaycan hökumətinə çağırış edib ABŞ Dövlət Departamenti Azərbaycanda … Davamı... https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-abs-dovlet-departamenti-ferid-mehralizadenin-hebsinden-narahatligini-bildirib.html

Repost from Meydan TV
Fərid Mehralızadə haqqında həbs qərarı verilib Məhkəmə iqtisadçı barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri … Davamı... http
Fərid Mehralızadə haqqında həbs qərarı verilib Məhkəmə iqtisadçı barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri … Davamı... https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-ferid-mehralizade-haqqinda-hebs-qerari-verilib.html

Repost from Mashalli
Fəridlə (@cpkfm) birgə hazırladığımız "Axşambazarı" iqtisadi bülleteninin üçüncü sayı hazırdır! Təəssüflər olsun ki, bu dəfə mən tək bu bülleteni təqdim etməli oluram. Fəridin polis tərəfindən tutulduğu gün axşam elə görüşüb, bülletenin növbəti nömrəsinə dair son qeydləri müzakirə etmək niyyətində idik. Fərid də hazırladığı materialları paylaşmalı idi. Amma alınmadı.. və yalnız indi məlum oldu ki, onu Xətai Rayon Məhkəməsinə aparırlar. İşinə saat 14.00-da baxılacaq. Bülletenin davamlılığını təmin etmək üçün növbəti nömrəni onsuz hazırlamağa qərar verdim. Bu sayda nələr var? - Azərbaycanda ali təhsil müəssisələrinin gəlir və xərcləri (Xəzər Universiteti nümunəsində); - Çinin Azərbaycana ixracatının artması (istiqamətlər və səbəblər); - Yaşayış mənzillərin tikintisinə dair icmal (ay ərzində tikintisinə icazə verilmiş yaşayış mənzilləri). Bülletenlə tanış olmaq üçün Patreon platformasında hesab yaradaraq bizi izləyin! Daha ətraflı bu link üzrə: https://www.patreon.com/posts/axsambazari-n3-105356326

Başa çatan mövsümdə ev oyunlarına ən çox azarkeş gələn klub Turan Tovuzdur - hər oyuna ortalama 4106 nəfər. Turanın ev oyunla
Başa çatan mövsümdə ev oyunlarına ən çox azarkeş gələn klub Turan Tovuzdur - hər oyuna ortalama 4106 nəfər. Turanın ev oyunlarında Neftçi ilə müqayisədə 2.4 fəfə, Qarabağla müqayisədə 3.3 dəfə çox azarkeş gəlir.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 106 il ötür. Cumhuriyyət azadlıq, çağdaşlıq, demokratiya deməkdir. 100 il sonra
Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 106 il ötür. Cumhuriyyət azadlıq, çağdaşlıq, demokratiya deməkdir. 100 il sonra da ən çətin anlarda güc aldığımız və heç bir zaman sönməyəcək ideyadır. Bu Cumhuriyyəti atasından borc istəyən Baş Nazirlər, terrora qurban gedən nazirlər, dünyanın dörd bir yanına səpələnən, illərlə vətən həsrəti çəkən, yaxınları öldürülən, övladlarını görə bilməyən insanlar, Sibirdə acından ölən, soyuqdan donan aydınlar ortaya çıxardılar. Yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaradıb onu min müşgülatla ucaltdılar. O bayrağın daha aydın, demokratik və rifah dolu səmalarda dalğalanması diləyiylə, ən böyük bayramımız mübarək! Yaşasın Cumhuriyyət!

2023-cü ilin dövlət büdcəsi hazırlanarkən səhmlərində dövlətin payının olduğu müəssisələrdən büdcəyə 321 milyon manatın dividend şəklində daxil olması proqnozlaşdırılmışdı. Lakin, yekun göstəricilərdən aydın olur ki, ötən il dövlət müəssisələri büdcəyə dividend şəklində cəmi 151 milyon manat ödəyib. Yəni, proqnozla müqayisədə 170 milyon manat və ya 53 faiz daha az. Büdcəyə ödənilən dividentlərlə bağlı diqqət çəkən digər bir məqam da bu vəsaitlərin demək olar ki, hamısının sadəcə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilməsi ilə bağlıdır. ABB ötən İl ərzində büdcəyə 150.9 milyon manat vəsait ödəyib. Yəni, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinə səhmlərində dövlətin payı olan müəssisələr tərəfindən ödənilən vəsaitin 99.9 faizi Azərbaycan Beynəlxalq Bankının payına düşür. Büdcəyə dividend ödəməsi nəzərdə tutulsa da, ödəniş etməyən şirkətlər SOCAR, Azər-Türk Bank, Azərgold və Xəzər Dəniz Gəmiçiliyidir. Bir maraqlı məqam da odur ki, bu qurumların hamısı ili mənfəətlə bitirməsinə baxmayaraq dividend ödəməyib.

“Pew Research Center”in araşdırmasına görə, 2013-2023-cü illər dövründə internetdə yaradılan bütün kontentin təxminən dörddəb
“Pew Research Center”in araşdırmasına görə, 2013-2023-cü illər dövründə internetdə yaradılan bütün kontentin təxminən dörddəbiri, həmçinin 2013-cü ildə mövcud olan saytların 38 faizi artıq yoxdur. Vikipediyanın ingilisdilli səhifələrində “İstinadlar” bölməsində analitiklər tərəfindən aşkarlanıb ki, onların 82 faizində etibarsız olan ən azı bir xarici istinad olub. Bütövlükdə, 1 milyona yaxın keçidin 11 faizi əlçatmaz olub

Gürcüstanın qəbul etdiyi yeni qərar Azərbaycandan ora səyahət edənlərin xərcini, sığorta şirkətlərinin isə gəlirini artıracaq. İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq. Sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək. Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.

2023-cü ildə Azərbaycana gətirilən avtomobillərə görə 266.5 milyon manat idxal rüsumu ödənilib. Bu, hökumətin ötən illə bağlı proqnozundan 2.8 dəfə çoxdur. Yəni, hökumət avtomobil idxalından gözlədiyindən 171 milyon manat daha çox gəlir əldə edib.

Sosial şəbəkələr haqqında qanun olmasa da, qadağa tətbiq etməyə metodlar var. Yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib. Həmçinin qeyd edilir ki, müəllim təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.

Meta şirkətinin hesabatına görə, 27.07.2022 və 18.05.2024-cü il tarixləri arasında Azərbaycandan sosial və siyasi mövzularla bağlı ən çox reklam verən səhifə “Caliber.az”dır. Bu müddət ərzində səhifədəki 1519 ədəd məlumatın istifadəçiyə daha çox görünməsi üçün 21.715 ABŞ dolları vəsait xərclənib. Hesabata görə, ikinci yerdə “Qarabağ Dirçəliş Fondu”dur. Fond son iki il ərzində “Facebook” sosial şəbəkəsində 681 ədəd kontent reklamı üçün ümumilikdə 16.078 dollar vəsait xərcləyib. Hesabatda üçüncü yeri isə “Real TV” tutur. “Real TV” 119 ədəd kontentin reklam olunması üçün 11744 dollar vəsait xərcləyib.

Azərbaycanda indiyədək diplomlarının tanınmasından ən çox imtina edilən universitetlər (minimum 30 müraciət qeydə alınan universitetlər nəzərə alınıb) 1. Avropa Tədris Universiteti (Gürcüstan) – 100% 2. Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti (Ukrayna) – 99% 3. Gürcüstan Yeni Universiteti (Gürcüstan) – 98% 4. Avqustin Voloşin adına Karpat Universiteti (Ukrayna) – 93% 5. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu – 92% İndiyədək 54 fərqli universitetdə diplomların tanınması ilə bağlı müraciətlərin 30 faizindən çoxuna imtina verilib. Bu universitetlərin hamısı Gürcüstan, Ukrayna və Rusiyada yerləşir.

Dövlət Statistika Komitəsi açıqlayıb ki, ötən il Azərbaycanda 56 min 124 nəfərə anemiya dioqnozu qoyulub. 2022-ci ildə Azərbaycanda 46 min 770 nəfərə bu diaqnoz qoyulmuşdu. Yəni, ötən il anemiya diaqnozu qoyulanların sayı 2022-ci illə müqayisədə 10 min nəfərə yaxın və ya 21 faiz artıb. Anemiya diaqnozu qoyulması baxımından, 2023-cü ildə Azərbaycanda antirekord qeydə alınıb. İndiyədək bu xəstəliyə ən çox yoluxma 2016-cı ildə qeydə alınmışdı. Həmin il anemiya diaqnozu qoyulanların sayı 50 min 198 nəfər - ötən illə müqayisədə təxminən 12 faiz daha az olub.