en
Feedback
Bi'rul-muəttələ

Bi'rul-muəttələ

Open in Telegram

İmam Musa əl-Kazim: "Neçə-neçə tərk olunmuş (istifadəsiz) quyular və (bomboş qalmış) böyük saraylar (vardır)." (Həcc / 45) ayəsi barədə buyurmuşdur: "Tərk olunmuş quyuda məqsəd samit (danışmayan) imamdır. Böyük sarayda məqsəd isə natiq (danışan) imamdır."

Show more
885
Subscribers
-124 hours
-27 days
-530 days
Posts Archive
Həzrəti Rəsulallah (s.ə.a.) buyurur: “Mənim ümmətimin ən üstün işi, fərəcin intizarda olmaq və Allahdan onun baş verməsini is
Həzrəti Rəsulallah (s.ə.a.) buyurur: “Mənim ümmətimin ən üstün işi, fərəcin intizarda olmaq və Allahdan onun baş verməsini istəməkdir”. ( Biharul-ənvar, c. 52, səh 122, hədis 2) Biz, hər gün İmam Zamanın (ə.f.), bu gün zühur edəcəyinə inanmalı və bunu nəzərə alaraq intizarında olmalıyıq. Həqiqət budur ki, İmam Zaman (ə.f.) hər an zühur edə bilər. Əgər İmam Zaman (ə.f.) bu gün zühur edərsə-inşəallah etsin-bizim vəzifəmiz nə olar? Onun çağrışına cavab verərək,  görüşünə getmək üçün yola düşməyə hər cəhətdən hazır olmaq-həqiqi intizar budur.

İlahi, onu, zalimlərin törədə biləcəyi təhlükələrdən amanda saxla. Əhd duasından... Əllahummə əccil li vəliyyikəl fərac
İlahi, onu, zalimlərin törədə biləcəyi təhlükələrdən amanda saxla. Əhd duasından... Əllahummə əccil li vəliyyikəl fərac

Hüseyn ibn Əbu Ə'la İmam Sadiqin (ə) belə buyurduğunu eşitdi: “Yeni doğulmuş uşaqlarınızın damağına Hüseynin (ə) türbətindən
Hüseyn ibn Əbu Ə'la İmam Sadiqin (ə) belə buyurduğunu eşitdi: “Yeni doğulmuş uşaqlarınızın damağına Hüseynin (ə) türbətindən sürtün. Həqiqətən də o amandır (qoruyucudur).” 📚Kamiluz-Ziyarat, 92-ci bab hədis 2

Repost from Besiret.Az
#İmamSadiq #İmamƏli #qədirxum #imamət
#İmamSadiq #İmamƏli #qədirxum #imamət

İlahi, Peyğəmbərinin qardaşı, onun canişini, işlərinin nümayəndəsi, (xilafətə) seçdiyi, vəziri, elminin əmanətdarı, sirrinin
İlahi, Peyğəmbərinin qardaşı, onun canişini, işlərinin nümayəndəsi, (xilafətə) seçdiyi, vəziri, elminin əmanətdarı, sirrinin ocağı, hikmətinin qapısı, dəlil və bürhanı ilə danışan, şəriətinə dəvət edən, ümməti arasında xəlifəsi, çöhrəsindən qəm-qüssəni aradan qaldıran, kafirləri məhv və fasiqləri həlak edən və Harunun Musaya nisbəti kimi, Öz Peyğəmbərinin yerinə təyin etdiyin Əmirəlmöminin Əli ibn Əbu Talibə salam yetir! İlahi, onu sevəni sev və düşmən biləni Sən də düşmən bil, ona yardım edənə yardım et, xar edəni xar et və onunla düşmənçilik edən birinci və sonunculara lənət et! (İlahi,) peyğəmbərlərinin canişinlərindən birinə göndərdiyin salam və salavatdan ən üstününü ona göndər, ey aləmlərin Rəbbi! Bayramınız mübarək 🥰

Həzrət İmam Əli (ə) buyurub : Qədir-Xum günü bir-birinizlə qarşılaşdığınız zaman salam deyərək əl verib görüşün. Bu gündə bir
Həzrət İmam Əli (ə) buyurub : Qədir-Xum günü bir-birinizlə qarşılaşdığınız zaman salam deyərək əl verib görüşün. Bu gündə bir-birinizə Allahın verdiyi nemətlərdən hədiyyə edin. Bu xəbəri burada olan hər bir kəs burada olmayanlara, görənlər görməyənlərə çatdırsınlar. Gərək varlı yoxsula və qüvvətli zəifə kömək etsin ( Vəsailuş-şiə, cild 7, səh 327.)

Qədir-Xum bayramına 4-gün qaldı. Hər birimiz Qədir-Xumu təbliğ etməliyik. عن النبي (صلي الله عليه و آله) «إنّ حلقة باب الجنّة من ياقوتة حمراء علي صفائح الذهب فإذا دقّت الحلقة علي الصفحة طنّت و قالت: يا عليّ» Allah Rəsulu (s) buyurmuşdur: Cənnətin qapısının həlqəsi qırmızı yaqutdandır ki, qızıl lövhə üstündə qərar tutub. Elə ki (qapıçalan) həlqə qapıya vurular, SƏSLƏNƏR VƏ YA ƏLİ dəyər! Əmaliye Səduq, s.588.

Cabir: «Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər buyurdu: «Ey Əli! Yaxın gəl və əlinini
Cabir: «Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər buyurdu: «Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə mən bir ağacdan yaradılmışıq. Mən həmin ağacın kökü, sən onun gövdəsi, Həsənlə Hüseyn onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah onu Cənnətə daxil edər.» Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.129, hədis 179

. İmam Hüseyn (ə)- Ərəfə gününün duasında buyurur- «İlahi! Özün tərəfindən gəlbimə elə bir qorxu sal ki, sanki Səni görürəm.
. İmam Hüseyn (ə)- Ərəfə gününün duasında buyurur- «İlahi! Özün tərəfindən gəlbimə elə bir qorxu sal ki, sanki Səni görürəm. Təqva və Özündən qorxu vasitəsi ilə məni xoşbəxt et, günah və itaətsizliklə məni bədbəxt etmə.» Biharul-Ənvar, c.98, səh. 218 , hədis 19

Mərhum Ayətullah Behcətin sehr-cadu və tilsimdən xilas olmaq üçün göstərişi: 1.Azan vaxtı yaşadığınız yerdə sübh namazındakı
Mərhum Ayətullah Behcətin sehr-cadu və tilsimdən xilas olmaq üçün göstərişi: 1.Azan vaxtı yaşadığınız yerdə sübh namazındakı kimi uca səslə azan deyin; 2.Sübh namazından sonra sübh namazındakı kimi uca səslə Qurandan 50 ayə oxuyun; 3.Məuzəteyn (Fələq və Nas) surələrini çox oxuyun; 4.Yatmazdan qabaq “Çəhar (4) Qul” surələrini (Kafirun, İxlas, Nas, Fələq) oxuyun; 5.Özünüzlə cib üçün də olsa Quran gəzdirin; 6.Evdə (lövhədə, divarda) Ayətəl-kürsi olsun...

🌺İmam Sadiq (ə) buyurub: “Allah təala buyurubdur: “Kim Məni gizlində yada salarsa, Mən də onu aşkarda yada salaram.” 📙əl-Ka
🌺İmam Sadiq (ə) buyurub: “Allah təala buyurubdur: “Kim Məni gizlində yada salarsa, Mən də onu aşkarda yada salaram.” 📙əl-Kafi, c 2, hədis 1

Bir nəfər İmam Sadiqdən(ə): "Necə İmam Məhdiyə (ə) öz salamımı göndərim" soruşduqda İmam (ə) buyurdu: De: Salam olsun sənə ey Allahın qoruduğu (Əs-sələmu Ələykum Ya Bəqiyyətullah)! 📚Biharul-Ənvar, c. 52/səh. 373

Necə də əzəmətli aydır bu Zilhiccə ayı. Musa (ə) Tura, Fatimə (sə) Əli'nin (ə) evinə, İbrahim (ə) Ismaili (ə) ilə qurbangaha,
Necə də əzəmətli aydır bu Zilhiccə ayı. Musa (ə) Tura, Fatimə (sə) Əli'nin (ə) evinə, İbrahim (ə) Ismaili (ə) ilə qurbangaha, Muhəmməd (s) Əli (ə) ilə Qədir-Xuma, Hüseyn (ə) bütün varlığı ilə Kərbəlaya gedir.

*Zilqədə ayının əməlləri* Bu ay, Allahın Quranda buyurduğu haram aylardandır. Seyid ibn Tavus bir hədisdə nəql edir ki, zilqədə ayı çətinliklərdə duaların qəbul olan vaxtıdır. Bu ayın bazar günü üçün Peyğəmbər (s)-ən çox fəzilətli bir namaz nəql olunmuşdur. Qısası belədir ki, hər kəs qılsa tövbəsi qəbul olar, günahları bağışlanar. Qiyamət günü düşmənləri ondan razı olar, imanla ölər, dini əlindən alınmaz, qəbri geniş və nurani olar, valideynləri ondan razı olar, bu məğfirətdən valideylərinə və övladlarına da qismət olar, ruzisi çoxalar, Əzrail onun canını alan zaman onunla müdara edər və asanlıqla canını tapşırar. Namazın qılınma qaydası belədir: Bazar günü qüsül və dəstəmaz alıb, dörd rükət, hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas” surəsini, “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılırsan. Sonra yetmiş dəfə istiğfar edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə başa vurursan. Sonra deyirsən: *Ya əzizu ya ğəffaruğfir li zunubi, və zunubə cəmiil mu-mininə vəl muminat, fəinnəhu la yəğfiruz zunubə illa ənt* Müəllif deyir: “Mənim zənnimcə, bu istiğfar və ondan sonrakı dua namazdan sonra yerinə yetirilir. Bil ki, hər kim haram ayların birində üç gün bir-birinin ardınca dördüncü, beşinci və altıncı günlərdə oruc tutsa, doqquz yüz ilin ibadətinin savabı ona verilər. Əli ibn İbrahim Qummi belə buyurur ki, haram aylarda günahların əzabı iki bərabər olur, həmçinin, xeyir əməllərin də savabı artir. Məfatihul-cinan

Salam, ey Allah kitabını oxuyan və anladan! Yaşadığın hər gecə, hər gündüz sənə salam olsun! Salam, ey Allahın yer üzündə sax
Salam, ey Allah kitabını oxuyan və anladan! Yaşadığın hər gecə, hər gündüz sənə salam olsun! Salam, ey Allahın yer üzündə saxladığı imam! Salam, ey Allahın bağladığı və təsdiqlədiyi əhd! Salam, ey Allahın zamin olduğu vəd! Günün əvvəlində də, sonunda da sənə salam olsun; gecə düşəndə də, gün açılanda da sənə salam olsun! Salam, ey güvənilən imam! Salam, ey arzulanan sərvər! Bütün salamlar sənə olsun! Ali Yasin ziyarətnaməsindən...

*İmam Zaman (ə) - ın yolunda xərcləmək* Bəqərə surəsi, 245:" _Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır_" Bu gözəl borc hansıdır ki, Allah onu neçə qat artırır və əvəz verir? Müfəzzəl ibni Ömər İmam Sadiq (ə) - dan nəql edir: "Allah yanında heç bir şey İmam üçün pul xərcləməkdən sevimli deyildir və həqiqətən Allah onun üçün xərclədiyi dirhəmi Cənnətdə Uhud dağı boyda edər. Sonra dedi: Allahın Öz Kitabında; *Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın?*-ayəsi, Allaha and olsun ki, İmama (mal ilə) yardım etməyə məxsusdur." Kafi, cild 1, səh. 537. İmam Sadiq (ə) :" İmama verdiyin bir dirhəm başqa xeyir işlərdə xərclənən 2 000 000 dirhəmdən daha üstündür" Kafi, cild 1, səh. 538 Müfəzzəl ibni Ömər: "Bir gün İmam Sadiq (ə) - ın hüzuruna getdim və mənim yanımda bəzi şeylər var idi ki Onun qarşısında tutdum. İmam (ə) soruşdu: Bunlar nədir? Cavab verdim: Bunlar sizin sevənlərinizin və nökərlərinizin göndərdikləridir. İmam (ə) buyurdu:" Ey Mufəzzəl, mən bunları sizdən qəbul edirəm, ancaq ona görə yox ki, onlara ehtiyacım var, ona görə ki, sizləri pak edim. Atamdan eşitmişəm ki, buyurub: Hər kəs il ərzində öz malından az ya çox bizə yollamasa, Qiyamət günü Allah ona nəzər etməz, bəlkə bağışlayana kimi. Ey Mufəzzəl, bu bir fərzdir ki, Allah Quranda bizim şiələrimizə vacib edib: "Sevdiyiniz şeylərdən infaq etmədikcə yaxşılığa çatmazsınız" (Ali İmran, 92). Bil ki, ayədə deyilən "yaxşılıq" bizik!" Biharul-Ənvar, cild 93, səh. 216 (Yəni sevdiyiniz şeylərdən öz Zəmanə İmamınız üçün xərcləmədikcə İmamınızın xüsusi mərifət və razılığına çatmazsınız) "Hər kəs istəsə ki, Allah onun ən mühüm istəklərini yerinə yetirsin, Ali-Muhəmməd (ə) və şiələri üçün öz malından ən ehtiyaclı olduğu şeyi infaq etsin" Mustədrəkul-vəsail, cild 7, səh. 254. "Bəni-İsraildə bir neçə il dalbadal güclü qıtlıq oldu. Bir qadının bir loxma çörəyi var idi və ağzına aparırdı ki, yesin. Bu vaxt bir dilənçi gəldi və dedi :" Ey Allahın kənizi, aclıq!.. " Qadın dedi: Heç belə vaxtlarda da sədəqə verərlər? Öz loxmasını dilənçiyə verdi. Bu vaxt onun kiçik oğlu səhrada odun yığmaqla məşğul idi. Bir canavar ona hücum etdi və dişlədi. Ana fəryad elədi və canavara tərəd qaçdı. Allah uca məqamlı Cəbrayıl (ə) - ı göndərdi və o uşağı canavardan xilas etdi, anasının yanına apardı və dedi:"Ey Allahın kənizi! Razı qaldın? Loxma qarşılığında loxma!" Vəsailuş-şiə, cild 9, səh. 380. (Bir şəxs ən çox möhtac olduğu şeyi dilənçiyə verirsə Allah əvəzində Cəbrayıl (ə) - ı göndərib onu bəladan xilas edir, əgər o loxmanı İmam (ə) yolunda versəydi, milyon dəfə dilənçiyə verməkdən daha fəzilətli idi, Allah" loxmaya qarşılıq loxma"olaraq nə cür hesab aparmalı idi? O sədəqəyə görə uşağı canavardan qoruyan Allah, İmam (ə) yolunda verilən sədəqəyə görə övladlarımızı Axırzamanın fitnələrindən qorumağa qadir deyil?) "Hər kəs bizə yaxşılıq etməyə qadir olmasa, saleh şiələrimizə yaxşılıq (infaq) etsin ki, elə bizə yaxşılıq etməyin savabı yazılar." Vəsailuş-şiə, cild 9, səh. 476. "Atası ölənin yetimliyindən də ən şiddətli yetimlik odur ki, imamından uzaq düşə və ona əli çatmaya, dini məsələlərdə vəzifəsinin nə olduğunu bilməyə, bilin ki, bizim şiələrimizdən hər kəs bizim elmlərimizi bilsə və onun yanında bizim elmlərimizi bilməyən bir cahil olsa ki, yetimdir, çünki bizə tərəf aparan doğru bir yolu yoxdur, hər kəs onu hidayət etsə və bizə doğru olan yolu öyrətsə, bizimlə birlikdə, Rəfiqul-Əlada olacaqdır." Biharul-Ənvar, 2-ci cild, səh. 2. Bəli, insanın ən dəyərli xərcləyəcəyi şey ömrüdür. Xoş o kəslərin halına ki, bu ömrü ən mühüm şeylərə həsr edir. İmamından (ə) ayrı düşən, onu tanımayan kəs həqiqi yetimdir və insan öz malını, ömrünü bu şəxslərin hidayəti üçün sərf etsə, Allah bunun artıqlaması ilə əvəzini verər və ən yüksək məqamlara çatdırar. Başqaları ilə də paylaşın ki, bu işdən qazanacaqları savabdan bizə də yazılsın*

HƏZRƏTİ BƏQİYYƏTULLAH (Ə.C) ÜÇÜN EDİLƏN DUA 📿 İmam Sadiq(ə) buyurur:"Bizim öz şiələrimizin üzərində olan haqlarımızından bir
HƏZRƏTİ BƏQİYYƏTULLAH (Ə.C) ÜÇÜN EDİLƏN DUA 📿 İmam Sadiq(ə) buyurur:"Bizim öz şiələrimizin üzərində olan haqlarımızından  biri budur ki,hər vacib namazdan sonra əllərini çənələrinə qədər qaldırıb 3 dəfə belə desin: "YƏ RABBƏ MUHƏMMƏDİN ƏCCİL FƏRACƏ ALİ MUHƏMMƏD YA RABNƏ MUHƏMMƏDİN İHFİZ ĞAYBƏTİ MUHƏMMƏD YA RABBƏ MUHƏMMƏDİN İNTƏQİM Lİ İBNƏTİ MUHƏMMƏD" Mikyalul-Məkarim,2 ci cild,səh 7.

Əli ibn Muhəmməd ibn Əşyəm belə rəvayət edir: "Imam Rzaya (a) yeməyə olan iştahamın azlığından şikayət etdim, belə buyurdu: Y
Əli ibn Muhəmməd ibn Əşyəm belə rəvayət edir: "Imam Rzaya (a) yeməyə olan iştahamın azlığından şikayət etdim, belə buyurdu: Yumurtanın sarısını ye İmamın (ə) mənə tövsiyəsinə əməl etdim va ondan faydalandım". Məkarimul-Əxlaq, cild-1, səh 216

İmam Məhdi (ə.f) buyurur: "Mən vəsilərin yolunu xətm edənəm. Mənim vasitəmlə Allah-təala bəlaları əhli-beytimdən və şiələrimdən uzaqlaşdırır." "Qeybət" Şeyx Tusi/ s.246