es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Bi'rul-muəttələ

Bi'rul-muəttələ

Ir al canal en Telegram

İmam Musa əl-Kazim: "Neçə-neçə tərk olunmuş (istifadəsiz) quyular və (bomboş qalmış) böyük saraylar (vardır)." (Həcc / 45) ayəsi barədə buyurmuşdur: "Tərk olunmuş quyuda məqsəd samit (danışmayan) imamdır. Böyük sarayda məqsəd isə natiq (danışan) imamdır."

Mostrar más
563
Suscriptores
Sin datos24 horas
+27 días
+130 días
Archivo de publicaciones
photo content

photo content

Qur'an: "Beləliklə, ey bəsirət əhli, ibrət götürün." Həşr, ayə 2 Hədis: Həzrət Peyğəmbər (s): "İbrət götürün ki, sizdən əvvəlkilərdə ibrət dərsləri var." Kənzul-Fəvaid, c.2, hədis 31

مَتىٰ تَرانا وَ نَراكَ [Mətə təranə və nərak] "Nə vaxt olar ki, Sən bizi görəsən və biz də Səni?.." "Nüdbə" duasından

Allahın razılığının əlaməti: "Ey Musa! Əgər qəlbinə baxıb gördün ki, miskinləri (, yoxsul və məzlumları) sevirsən və zalimlərə nifrət edir və onları düşmən sayırsan, bu, Mənim səndən razılığımın əlamətidir". 📕Əllamə Məclisi, Biharul-Ənvar c.67, s.27.

photo content

"Onlar iman gətirən və Allahı zikr etməklə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar". (Rad surəsi, 28-ci ayə)

Həzrət Peyğəmbərin (s) duası : İlahi, özlərini yad gözlərdən qoruyan xanımlara öz rəhmət və əfvini şamil et! (Müstədrəkul-Vəsail, cild 3, səh 244.)

Muhəmməd Peyğəmbər (sallallahu əleyhi və alih) buyurub: "Həqiqətən, Quran Qiyamət günü onu oxuyan üçün ən gözəl şəfaətçidir". "Nəhcül-Bəlağə", səh.636

photo content

اللَّهُمَّ اكْشِفْ هٰذِهِ الْغُمَّةَ عَنْ هٰذِهِ الْأُمَّةِ بِحُضُورِهِ Allahım, onun (Məhdinin) hüzuru ilə bu ümmətdən bu qəm-qüssəni aradan qaldır وَعَجِّلْ لَنا ظُهُورَهُ Onun zühurunu bizim üçün tezləşdir إِنَّهُمْ يَرَوْنَهُ بَعِيداً وَنَرَاهُ قَرِيباً Onlar bunu uzaq görürlər, biz isə onu yaxın görürük بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ Mərhəmətinlə, ey mərhəmətlilərin ən mərhəmətlisi... Əhd duasından...

Hz Əli (ə) buyurur: "Xaliqə qarşı olan günah işlərdə məxluqa itaət etmək olmaz". “Nəhcul-bəlağə”, 165-ci hikmət.

Həzrət Əli (ə) buyurub: "Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun." əl-Xisal, səh. 616, hədis 10

İmam Sadiq (ə) buyurub: "Allahın yanında ən sevimli iş namazdır və o, peyğəmbərlərin insanlara son tövsiyəsidir." əl-Fəqih, c.1, səh. 210, hədis 638

Xanım Fatimeyi Zəhra (s.ə) buyurub : " Kim Allaha xalis ibadətini ucaltsa, izzət və cəlal sahibi ona məsləhətinin ən fəzilətlisini endirər ". 📖Biharul-ənvar cild-70, səh : 249.

Alimlərdən birinə deyirlər ki, "Kərbəlada olsaydım, ölüm ayırana qədər İmam Huseyn (ə) üçün döyüşərdim." Alim cavabında buyurur: "İmam sağdır və adı İmam Məhdidir (ə.f). Bu günə qədər onun üçün nə etdin?" Əssəlamu ələykə yə Əba Saleh (ə.f)...

“Həqiqətən, Allah yalnız təqvalılardan (yaxşı əməlləri) qəbul edir!” (Maidə surəsi 27)

"Allah Rəsulu (s) belə buyurmuşdur: "Həyatım sizin üçün xeyirlidir. Ölümüm də sizin üçün xeyirlidir. Həyatıma gəlincə, siz mənimlə söhbət edirsiniz, mən də sizinlə söhbət edirəm. Ölümümə gəlincə, həftənin hər bazar ertəsi və cümə axşamı günü sizin əməlləriniz mənə təqdim ediləcəkdir. Əgər həmin əməllər saleh olarsa, buna görə Allaha həmd edəcəyəm. Əgər pis əməl olarsa, buna görə sizin üçün Allahdan istiğfar diləyəcəyəm". 📖Məanil-əxbar,səh.497

Cümə gününün əməlləri🥰 Dırnaqları kəsmək Dırnaqları tutmaq və bığın ucunu vurmaq. Bu işin böyük fəziləti var. Ruzini çoxaldır, gələn cüməyə qədər insanı günahlardan pak edər, dəlilik, xora və pisi xəstəliklərindən amanda saxlayar Qüsl etmək Həzrət Rəsul Əkrəm (s), Həzrət Əli (ə)-a belə buyurdu: “Ya Əli, hər cümə qüsl al, hərçənd həmin günün ruzisini satıb su alıb qüsl etməli olsan belə, çünki bundan böyük sünnə yoxdur Xoş iyli ətirdən istifadə edib, təmiz paltar geyinmək Sədəqə vermək Rəvayətə görə, cümə axşamı və cümə günü verilən sədəqə sair günlərdə verilən sədəqədən min dəfə artıqdır Nar yemək Ac qarına nar yesin. Həzrət İmam Musa ibn Cəfər (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü səhər ac qarına bir dənə nar yesə, qəlbi qırx gün, iki dənə nar yesə, səksən gün, üç dənə nar yesə, yüz iyirmi gün nurani olar və şeytanın vəsvəsələrindən uzaq olar. Şeytanın vəsvəsəsindən uzaq olan şəxs, Allaha dərgahında günah etməz, məsiyyət (günah) etməyən şəxs isə cənnətə daxil olar. Ailəni sevindirmək Ailəsinin cümə gününün gəlməsi münasibətilə şad olmalarına görə, onlara təzə meyvə, ət və s. kimi şeylər alsın. Salavat Min dəfə salavat göndərsin. Həzrət İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuşdur; “Mənim yanımda, cümə günü Məhəmməd və onun pak Əhli-beytinə salavat göndərməkdən sevimli bir ibadət yoxdur.” Qəbr ziyarəti Dünyadan köçənlərin, həmçinin ata-ananın hər ikisini və ya onlardan birinin qəbirlərinin ziyarətinə getməyin çoxlu savabı vardır. Həzrət İmam Baqir (ə)-dan belə nəql olunmuşdur; “Dünyadan köçənləri cümə günü ziyarət edin, onlar, qəbirlərinin ziyarətinə gələn şəxsin kim olduğunu bilir və şad olurlar.” "Nüdbə” duasını oxumaq Həzrət peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)i və İmamları ziyarət etmək

İlahi! Öz qarşımda müqəssirəm, özümü xərcləmişəm. İndi də bağışlanmağa bir bəhanə gəzirəm.Peşman olmuşam, qəlbim sınıb, boynum bükülüb. Günahdan qurtulmaq yolu axtarıram, bağışlanmaq istiyirəm. Kumeyl duasından