Bəyyinə
Open in Telegram
Bəyyinə'nin Rəsmi Telegram Kanalı Digər sosial hesablarımız: ⚡️ youtube.com/@beyyinetv ⚡️ instagram.com/beyyinetv ⚡️ facebook.com/beyyinetv ⚡️ t.me/beyyinetv ⚡️ tiktok.com/@beyyinetv Email: salam@beyyine.az
Show more1 094
Subscribers
No data24 hours
-27 days
-1030 days
Posts Archive
1 094
Cümə günü (və ya gecəsi) Kəhf surəsini oxumaq sünnədir.
Peyğəmbərimiz ﷺ buyurur:
“Hər kim Cümə günü Kəhf surəsini oxuyarsa, o, iki Cümə arasında həmin adam üçün bir nur olar..”
I Beyhəki
1 094
İslama görə gözmuncuğu taxmaq, bu kimi şeyləri hər hansısa formada evdə, maşında və s. kimi yerlərdə istifadə etmək caiz deyil. Əgər bir kimsə bu kimi şeylərdən istifadə etsə və inansa ki, bunlar onu qoruya bilər, o zaman Allaha şərik qoşmuş olar. Bizi qoruya biləcək olan sadəcə Allahdır. Peyğəmbərimiz ﷺ nəzərdən qorunmaq üçün belə xurafatlardan istifadə etməyi qadağan etmiş, əvəzində isə İxlas, Fələq, Nas surələrini, habelə Ayətül Kürsini oxumağı tövsiyə etmişdir.
"Onlar isə Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilən şeylərə ibadət edirlər..."
| Furqan surəsi, 55
1 094
Peyğəmbərimiz ﷺ belə dua edərdi:
"Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!"
| İbn Macə
1 094
🎙️ "Bəyyinə" Podcastın 6-cı bölümündə İslamda yas necə olmalıdır, günümüzdəki yas mərasimlərindəki xurafatları, mollaları, ölüyə Quran oxumaq məsələsini və bu mövzu ilə əlaqəli digər məqamları müzakirə etdik.
YouTube linki: https://youtu.be/dTnE5aNdCq0
@beyyinetv
💰Bəyyinə-yə aylıq 3 AZN dəstək ol: https://patreon.com/beyyinetv
1 094
🎙️ Növbəti podkastımız sabah (7 may) YouTube kanalımızda yayımlanacaq, inşallah.
Mövzu: Yas mərasimləri, İslamda yas necə olmalıdır? Ölüyə Quran oxunmalıdırmı? Yaslarda edilən xurafatlar və s.
https://youtu.be/UFIwfmS-LNc
Kanala abunə olub, bildirişləri aktiv edin ki, sabahkı paylaşımdan xəbərdar olasınız.
İzləməyi unutmayın.
| Bəyyinə - @beyyinetv
1 094
"Onlar hələ də Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklərmi? Axı, Allah bağışlayandır, rəhmlidir."
| Maidə surəsi, 74
1 094
Peyğəmbərimiz ﷺ buyurmuşdur:
"Konstantinopol mütləq fəth ediləcəkdir. Onu fəth edən əmir nə gözəl əmirdir. Onu fəth edən ordu nə gözəl ordudur."
| Əhməd ibn Hənbəl, Müsnəd
Hədisdə bu şəkildə təriflənən Fateh Sultan Mehmed 3 may 1481-ci ildə dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin.
1 094
"Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinərsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə (cənnətə) daxil edərik."
| Nisa surəsi, 31
1 094
"Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz."
| Kəhf surəsi, 49
1 094
"Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de."
| Ta ha surəsi, 114
1 094
Peyğəmbərimiz ﷺ belə dua edərdi:
"Ey qəlbləri haldan hala dəyişən Allahım, qəlbimi dinin üzərə sabit et."
Ərəbcəsi:
يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْب۪ي عَلَى د۪ينِكَ
| Tirmizi
1 094
"Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur."
| Ğafir surəsi, 39
1 094
Şəvval orucu nədir? Fəziləti nədir?
Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi ﷺ demişdir:
“Kim Ramazanda oruc tutarsa, bundan sonra ona, Şəvvaldan altı günlük orucu əlavə edərsə, il boyu oruc tutmuş kimi sayılar (bir illik oruc savabı qazanar).” (Səhih əl-Muslim, 1164)
Bundan başqa Peyğəmbər ﷺ demişdir:
“Ramazan orucu – on aya bərabərdir (bir günə – on günlük savab) Şəvvalın altı gününün orucu isə, iki aya bərabərdir. Bu da bir il edir.” (Nəsai, 2873)
Şəvval orucunun bəzi faydaları:
Dahi alim İbn Rəcəb (Allah ona rəhmət etsin), Şəvval orucunun aşağıdakı bəzi faydalarını sadalamışdır:
1. Peyğəmbərin ﷺ sünnə’sini yerinə yetirmək;
2. Ramazandan sonra şəvvaldan altı gün oruc tutmaqla insan bir ilin savabını qazanmış olur;
3. Şəvval orucu, fərz namazından sonra qılınan sünnə namazı kimidir. Qiyamət günü qulun fərzlərində olan naqislik, onun qıldığı sünnət namazla doldurulacaq.
4. Ramazandan sonra şəvval orucunu tutmaq, Ramazan orucunun Allah tərəfindən qəbul olunmasının əlamətidir. Belə ki, Allah, bəndəsinin əməlini qəbul edərsə, onu başqa saleh əməllərə də müvəffəq edər. Belə demişlər: ‘yaxşı əməlin savabı ondan sonra başqa yaxşı əməl etməkdir.’
5. Ramazan orucunu tutanlar, əməllərinin bu dünyadakı mükafatını bayram sevinci ilə almış olurlar. Bayramdan sonra oruc tutmaları isə, bir növ – bu mükafat üçün şükür etmək kimidir.
(İbn Rəcəb, Lətaif Məarif, 390-394)
Qeydlər:
• Şəvval orucunun müddəti – bir aydır.
• Ramazandan sonrakı 30 gün ərzində tutulur.
• Şəvval orucunu tutmaq üçün, gecədən niyyət etmək lazımdır. Qəlblə niyyət kifayətdir, əlavə olaraq sözlə deməyə ehtiyac yoxdur.
• Ramazandan qəzası olan insan, ilk olaraq qəzalarını tutmalı, sonra Şəvval orucuna keçməlidir. Çünki, vaciblər, müstəhəblərdən öndədir.
Bu fürsəti qaçırmayın!
| Telegram: t.me/beyyinetv
| Instagram: instagram.com/beyyinetv
| YouTube: youtube.com/beyyinetv
#Ramazan #oruc #iftar #şəvval #savab #faydalar #bəyyinə #beyyine #bayram #müsəlman #fəzilət
1 094
İslam dinində ibadətlərdə müəyyən bir şəkli ilə kosmik bir məna vardır. Misal üçün, həccə baxdıqda insanların bir bezə bürünmüş halda Arafatda Allahın hüzuruna çıxması yenidən dirilişi xatırladır.
Namazda Allahla başbaşa qalıb onunla gizlində söhbət etməyimiz qiyamət günü Onun qarşısında durub insanlardan pərdələnməyi xatırladır.
Ramazan orucu da bizə dünya və Axirəti xatırladır. Ramazanda yeməyimiz, içməyimiz, şəhvətimiz məhdudlaşır, bayram günü isə bu səbrin mükafatı, sevinc və şadyanalıq olur. Şübhəsiz ki, bu dünyada əlinə keçirə biləcəyin istənilən neməti istehlak etsən, yenə də Cənnətdəki nemətlərlə müqayisə oluna bilməz.
Bu dünyada yalnız halallarla kifayətlənən kəsin misalı Axirətə nisbətdə oruc tutmuş bir kimsənin misalıdır. Əgər həyatını bu şəkildə iman və əməl üzərində başa vursan, Axirətdə həqiqi bayramı görəcəksən!
| Samir Firdovsioğlu
1 094
Bayram həm də xatırlamaqdır!
Uzaqda olan qohumlarınızı, yaxınlarınızı, sizin üçün dəyərli olan insanları videozəng ilə təbrik etməyi unutmayın.. 🙂
Bayramınız mübarək!
1 094
🥰Ramazan ayı boyunca hər gün sahur və iftar süfrələrini hazırlamaq üçün əziyyət çəkən bütün analarımıza, xanımlarımıza və bacılarımıza da xüsusi təşəkkürlər!
Uca Allah sizi xeyirlə və Cənnətilə mükafatlandırsın! Amin! 💐
#EidMubarak #Ramazan
1 094
Dəyərli müsəlman bacı və qardaşlarımız, Ramazan Bayramınız Mübarək! 🌙
1 ay boyunca bacardığımız qədər istifadə etməyə və Rəbbimizin razı qalacağı şəkildə bu aydan çıxmağa çalışdığımız on bir ayın sultanı Ramazan ayı artıq başa çatdı. Uca Allah bizdən də, sizdən də qəbul etsin. 🤲🎉🎊
#ramazan #bayram #bayramınızmübarək #eidmubarak
1 094
🇧🇦 Bosniya və Herzeqovinanın paytaxtı Sarayevodan maraqlı görüntü. İnsanların top atışı ilə iftar sevinci.. 🌙
