en
Feedback
Bəyyinə

Bəyyinə

Open in Telegram

Bəyyinə'nin Rəsmi Telegram Kanalı Digər sosial hesablarımız: ⚡️ youtube.com/@beyyinetv ⚡️ instagram.com/beyyinetv ⚡️ facebook.com/beyyinetv ⚡️ t.me/beyyinetv ⚡️ tiktok.com/@beyyinetv Email: salam@beyyine.az

Show more
1 094
Subscribers
No data24 hours
-27 days
-1030 days
Posts Archive
🌙Allah bizləri Ramazandan bağışlanaraq çıxan qullarından etsin. Bəlkə də son Ramazanımız, son fürsətimiz idi.. Sabah bayramd
🌙Allah bizləri Ramazandan bağışlanaraq çıxan qullarından etsin. Bəlkə də son Ramazanımız, son fürsətimiz idi.. Sabah bayramdır. Bayram namazına məscidlərə gedin, Namazdan sonra çoxlu dualar etmək lazımdır, bağışlanma diləyək, əməllərimizin qəbul olması üçün, ümmətimiz üçün, zülm görən, sıxıntı içində yaşayan müsəlman qardaş-bacılarımız üçün, Qüds üçün dualar edək. Bayramı Ramazana yaraşan şəkildə qeyd edək, ətrafınızdakılarla təbrikləşək, uşaqlara hədiyyələr alaq, qohumlarımızı ziyarət edək, insanları sevindirək.. 📌 Vacib bir qeyd. "Bayram namazına qədər oruc tutmaq lazımdırmı?" sualı çox verilir. Bayram günü oruc tutmaq haramdır. Oruc tutmaq olmaz. Bayram namazına qədər belə olsa, oruc tutmaq olmaz.

Dua 29: Əyyub aleyhissələmin duası.* (Ənbiya surəsi, 83) Ərəbcəsi: [ ىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ ا
Dua 29: Əyyub aleyhissələmin duası.* (Ənbiya surəsi, 83) Ərəbcəsi: [ ىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ ] Oxunuşu: [ Yə: rabbəhu ənni məssəniyəd durru və əntə ərhəmur ra:himi:n ] Tərcüməsi: [ “Mənə bəla üz verib. Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” ] ● instagram.com/beyyinetvt.me/beyyinetv * Təfsirçilərin qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən çıxmışdı. Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün dua etməkdən həya edirdi. Nəhayət, xanımının xahişi ilə yuxarıdakı ayədə qeyd edildiyi kimi Allaha dua etməklə kifayətlənmişdi. #Ramazan2023 #Ramazan #birdua

Artıq Ramazanın son gününü yaşayırıq 🙁 Əli radiyAllahu anh Ramazanın son günlərində insanlara belə deyərdi: "Ey əməli qəbul
Artıq Ramazanın son gününü yaşayırıq 🙁 Əli radiyAllahu anh Ramazanın son günlərində insanlara belə deyərdi: "Ey əməli qəbul olunan kimsələr, Sizləri təbrik edirəm. Ey savabdan məhrum olan kimsələr, Sizlərə baş sağlığı diləyirəm."

Son təravih.. Son sahur.. Son oruc.. İnsanı bir hüzün bürüyür.. 20 aprel Ramazanın son günüdür. 21 apreldə məscidlərdə bayram
Son təravih.. Son sahur.. Son oruc.. İnsanı bir hüzün bürüyür.. 20 aprel Ramazanın son günüdür. 21 apreldə məscidlərdə bayram namazı qılınacaq.

"Onların mal-dövlətində möhtac və yoxsullar üçün bir #haqq vardır." | Zəriyət, 19 Bayrama qədər fitrələrinizi* verməyi unutma
"Onların mal-dövlətində möhtac və yoxsullar üçün bir #haqq vardır." | Zəriyət, 19 Bayrama qədər fitrələrinizi* verməyi unutmayın. *Fitrə - Ramazan orucunu tutub bayrama çatan şəxslərin şükür əlaməti olaraq verdiyi, zəngin şəxslərin verməsi vacib olan sədəqədir. Bu il adambaşına düşən fitrə miqdarı 10 manatdır.

* - Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru! - Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən. - Onları pisliklərdən qoru! Şübhəsiz ki, o gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Böyük uğur məhz budur!” (Ğafir surəsi, 7-9) #Ramazan2023 #Ramazan #birdua

Dua 28: Mələklərin bizlər üçün etdiyi dua.* (Ğafir surəsi, 7) Ərəbcəsi: [ رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا ف
Dua 28: Mələklərin bizlər üçün etdiyi dua.* (Ğafir surəsi, 7) Ərəbcəsi: [ رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ ] Oxunuşu: [ Rabbənə: vəsiatə kullə şeyir rahmətəv və 'ilmən fəğfir lilləzinə tə:bu: vəttəbəu: səbi:ləkə və qıhim azə:bəl cəhi:m ] Tərcüməsi: [ “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!" ] ● instagram.com/beyyinetvt.me/beyyinetv

Dua 27: Həzrəti Asiyənin duası.* (Təhrim surəsi, 11) Ərəbcəsi: [ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي م
Dua 27: Həzrəti Asiyənin duası.* (Təhrim surəsi, 11) Ərəbcəsi: [ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ ] Oxunuşu: [ Rabbi ibni li: 'indəkə bəytən fil cənnəti və nəccini: minəl qavmiz za:limi:n ] Tərcüməsi: [ “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni zalım qövmdən xilas et!” ] ● instagram.com/beyyinetvt.me/beyyinetv * Firon yoldaşı həzrəti Asiyənin Musa aleyhissələmə iman etdiyini bildikdən sonra ona işgəncələr vermiş, əllərindən və ayaqlarından bağlayaraq qızmar günəşin altında saxlamışdı. Üzərinə böyük bir qaya qatılacağı sırada Asiyə anamız bu duanı etmişdi: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” (Təhrim surəsi, 11) Allah duasını qəbul etmiş və cənnətdəki məqamını ona göstərmişdi. Daha sonra isə Asiyə anamızın ruhu heç bir ağrısız alınmış, üzərinə atılan qaya isə onun cansız bədəninə düşmüşdü. #Ramazan2023 #Ramazan #birdua

🎥 Dəvətdə Musa Peyğəmbər Metodu (yeni) Ömər Mənsuroğlu Link: https://youtu.be/S9enWP0k-3A @beyyinetv

Dua 26: Peyğəmbər əshablarının duası.* (Ali İmran surəsi, 147) Ərəbcəsi: [ رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا ف
Dua 26: Peyğəmbər əshablarının duası.* (Ali İmran surəsi, 147) Ərəbcəsi: [ رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ ] Oxunuşu: [ Rabbənəğfirlənə: zunu:bənə: və isra:fənə: fi: əmrinə: və səbbit əqdə:mənə: vənsurnə: aləl qavmil kə:firi:n ] Tərcüməsi: [ “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı Sənin yolunda möhkəmləndir və kafirlər qövmünə qarşı bizə yardım et!” ] ● instagram.com/beyyinetvt.me/beyyinetv #Ramazan2023 #Ramazan #birdua

Dua 25: Əraf əhlinin duası.* (Əraf surəsi, 47) Ərəbcəsi: [ رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ ] Oxunuşu: [
Dua 25: Əraf əhlinin duası.* (Əraf surəsi, 47) Ərəbcəsi: [ رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ ] Oxunuşu: [ Rabbənə: lə: təcəalnə: məal qavmiz zalimi:n ] Tərcüməsi: [ “Ey Rəbbimiz, bizi zalım qövmlə bərabər etmə!” ] ● instagram.com/beyyinetvt.me/beyyinetv * Əraf əhli cəhənnəmdəkiləri gördükləri zaman bu duanı edərlər. #Ramazan2023 #Ramazan #BirDua

Dua 24: Həvarilərin duası.* (Ali İmran surəsi, 53) Ərəbcəsi: [ رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَا
Dua 24: Həvarilərin duası.* (Ali İmran surəsi, 53) Ərəbcəsi: [ رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ ] Oxunuşu: [ Rabbənə: əmənnə: bimə: ənzəltə vəttəbəanər rasu:lə fəktubnə: məaş şə:hidi:n ] Tərcüməsi: [ “Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Elə isə, bizləri Sənin birliyini və peyğəmbərini təsdiq edən şahidlərlə birlikdə yaz!” ] * İsa aleyhissələmin həvarilərinin etdiyi dua ● instagram.com/beyyinetvt.me/beyyinetv #Ramazan2023 #Ramazan #BirDua

🌙Artıq Ramazanın sonuna yaxınlaşırıq. Bu fürsətlər bir də ələ düşməyə bilər... Ona görə də, ey oruclu, iftar vaxtı dua et! Ç
🌙Artıq Ramazanın sonuna yaxınlaşırıq. Bu fürsətlər bir də ələ düşməyə bilər... Ona görə də, ey oruclu, iftar vaxtı dua et! Çünki Peyğəmbərimiz ﷺ demişdir: “Üç adamın duası rədd olunmaz; Ədalətli rəhbərin, oruc tutanın iftar vaxtı etdiyi dua və zülmə məruz qalanın duası. Allah o duanı buludların üzərinə yüksəldir, səma qapıları onun üçün açılır və Rəbb buyurur: «İzzətimə and olsun ki, bir müddət keçsə belə, Mən sənə mütləq kömək edəcəyəm”. | Tirmizi ✉️ Bəyyinə | @beyyine.az Səhifəmizdəki paylaşımları başqa səhifələrdə (hesablarda) hər hansısa əlavələr etmədən, loqomuzu silmədən, kəsmədən paylaşa bilərsiniz. Səhifəmizdə paylaşılan video və şəkilləri Telegram kanalımızdan telefonunuza endirə bilərsiniz. Bizi digər sosial şəbəkələrdən izləməyi unutmayın.

Dua 23: Muhəmməd sallallahu aleyhi və səlləmin duası. (Muminun surəsi, 118) Ərəbcəsi: [ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْ
Dua 23: Muhəmməd sallallahu aleyhi və səlləmin duası. (Muminun surəsi, 118) Ərəbcəsi: [ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ ] Oxunuşu: [ Rabbiğfir vərhəm və əntə xayrur ra:himi:n ] Tərcüməsi: [ “Ey Rəbbim, bizi bağışla və bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!” ] ● instagram.com/beyyinetvt.me/beyyinetv #Ramazan2023 #Ramazan #BirDua

Dua 22: Fironun sehrbazlarının iman etdikdən sonrakı duası.* (Əraf surəsi, 126) Ərəbcəsi: [ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْر
Dua 22: Fironun sehrbazlarının iman etdikdən sonrakı duası.* (Əraf surəsi, 126) Ərəbcəsi: [ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ ] Oxunuşu: [ Rabbənə: əfriğ aleynə: sabran və təvəffənə: muslimin ] Tərcüməsi: [ "Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!” ] ● instagram.com/beyyinetvt.me/beyyinetv * Musa aleyhissələmin möcüzəsi qarşısında iman edən sehrbazlar fironun qəzəbinə tuş gəldikdə bu duanı etmişdilər. #Ramazan2023 #Ramazan #BirDua

🌙Ramazanın son 10 günündəyik. 🤲🏻Hz. Aişə (Allah ondan razı olsun) anamız Peyğəmbərdən ﷺ "Qədr gecəsinin hansı gecə olduğun
🌙Ramazanın son 10 günündəyik. 🤲🏻Hz. Aişə (Allah ondan razı olsun) anamız Peyğəmbərdən ﷺ "Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, o gecə hansı duanı edim?" deyə soruşduğu zaman Peyğəmbər ﷺ ona bu duanı oxumağı tövsiyə etmişdir. Ərəbcəsi: [ اللهم إنّكَ عَفُوٌ، تُحِبُّ العَفْوَ، فاعْفُ عنّي ] Oxunuşu: [ Allahummə innəkə afuvvun tuhibbul afvə fafu annii ] Tərcüməsi: [ Allahım, Sən çox əfv edənsən, əfv etməyi sevənsən. Məni də əfv et. ] *Qeyd. Qədr gecəsinin tam olaraq vaxtı bilinmir. Ona görə də Ramazanın bütün gecələrini, ələxsus da son 10 günün gecələrini qədr gecəsi bilib ona uyğun davranmaq lazımdır.

Dua 21: Muhəmməd sallallahu aleyhi və səlləmin duası. (Muminun surəsi, 94) Ərəbcəsi: [ رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ
Dua 21: Muhəmməd sallallahu aleyhi və səlləmin duası. (Muminun surəsi, 94) Ərəbcəsi: [ رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ ] Oxunuşu: [ Rabbi fələ təcəalni: fil qavmiz za:limi:n ] Tərcüməsi: [ "Ey Rəbbim! Məni zalım qövmün içində buraxma.” ] ● instagram.com/beyyinetvt.me/beyyinetv #Ramazan2023 #Ramazan #BirDua

Dua 20: Muhəmməd sallallahu aleyhi və səlləmin duası. (Ta ha surəsi, 114) Ərəbcəsi: [ رَبِّ زِدْنِي عِلْمًا ] Oxunuşu: [ Rabb
Dua 20: Muhəmməd sallallahu aleyhi və səlləmin duası. (Ta ha surəsi, 114) Ərəbcəsi: [ رَبِّ زِدْنِي عِلْمًا ] Oxunuşu: [ Rabbi zidni 'ilmən ] Tərcüməsi: [ Ey Rəbbim, elmimi artır. ] ● instagram.com/beyyinetvt.me/beyyinetv #Ramazan2023 #Ramazan #BirDua

2023-cü il Qədr gecəsinə düşmə ehtimalı olan gecələr: Aprelin 11-dən 12-nə keçən gecə; (21 Ramazan) Aprelin 13-dən 14-nə keçə
2023-cü il Qədr gecəsinə düşmə ehtimalı olan gecələr: Aprelin 11-dən 12-nə keçən gecə; (21 Ramazan) Aprelin 13-dən 14-nə keçən gecə; (23 Ramazan) Aprelin 15-dən 16-na keçən gecə; (25 Ramazan) Aprelin 17-dən 18-nə keçən gecə; (27 Ramazan) Aprelin 19-dan 20-na keçən gecə; (29 Ramazan) QƏDR GECƏSİNDƏ EDİLƏN DUA Ərəbcəsi: [ اللهم إنّكَ عَفُوٌ، تُحِبُّ العَفْوَ، فاعْفُ عنّي ] Oxunuşu: [ Allahummə innəkə afuvvun tuhibbul afvə fafu annii ] Tərcüməsi: [ Allahım, Sən çox əfv edənsən, əfv etməyi sevənsən. Məni də əfv et. ] *Qeyd. Qədr gecəsinin tam olaraq vaxtı bilinmir. Ona görə də Ramazanın bütün gecələrini, ələxsus da son 10 günün gecələrini qədr gecəsi bilib ona uyğun davranmaq lazımdır. #qədrgecəsi #qedrgecesi #Ramazan

Dua 19: İbrahim aleyhissələmin duası. (Şuəra surəsi, 83-85) Ərəbcəsi: [ رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ
Dua 19: İbrahim aleyhissələmin duası. (Şuəra surəsi, 83-85) Ərəbcəsi: [ رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ وَاجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيمِ ] Oxunuşu: [ Rabbi həbli: hukməv və əl hiqni: bis salihin vəcəal li: lisə:nə sıdqi fil əxırin və cəalni miv və rasəti cənnətin nəi:m ] Tərcüməsi: [ Ey Rəbbim, mənə hökm (elm) ver və məni salehlərin arasına daxil et! Mənə, gələcək nəsillər tərəfindən xeyirlə yad edilməyi qismət et! Məni Nəim cənnətinin varislərindən et! ] ● instagram.com/beyyinetvt.me/beyyinetv #Ramazan2023 #Ramazan #BirDua