MU'MİNUN🖋️
前往频道在 Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
显示更多407
订阅者
无数据24 小时
+77 天
+730 天
帖子存档
407
Repost from دراسة برنامج "معونة المتعلم" (Azərbaycan)
السلام عليكم ورحمة الله وبركاته
مرحبا بطلاب العلم
📌 Hörmətli tələbələr, bildirmək istərik ki, kanalın məqsədi “Elm öyrənənə dəstək” proqramının dərslərinin əzbərlənməsinə və şərhlərinin mənimsənilməsinə yardım etməkdir. Proqram hər il şeyx Sāliḥ ibn ʿAbdullāh əl-ʿUsayminin — Allah onu qorusun — təşəbbüsü ilə Məscid-i-Nəbəvidə keçirilməkdədir.
🔘 Kanalda tədris prosesinin qısa izahı belədir:
🔹 Hər mətnin əvvəlində əzbər üçün həmin mətni tam şəkildə səsli və PDF formatında təqdim edəcəyik. Hissələr ilə keçilən həmin mətnin həftəlik əzbər və şərhindən olan hissə isə, tərcümə ilə birlikdə həm yazılı, həm də səsli formada hər şənbə paylaşılacaq.
🔹 Hər bazar günü əzbər üçün olan xüsusi kanalda həftəlik əzbər təhvil alınacaq və dərsə dair suallar üçün imkan yaradılacaq.
🔹 Həftəlik əzbər miqdarı mətnə görə planlaşdırılaraq mərhələ-mərhələ göndəriləcək.
🔹 Şərhdən çıxan əsas məqamları tam başa düşməyə، orada gələn terminləri, qaydaları və təqsimatları qeyd edərək dəftərdə ixtisar edib yadda saxlamağa çalışın.
🔹 Mətn başa çatdıqdan sonra onlayn test təşkil olunacaq.
🔹 Mətn və şərh olaraq etimad edilən nüsxə yalnız rəsmi proqramın müəllifi şeyx Sāliḥ ibn ʿAbdullāh əl-ʿUsaymi — Allah onu müvəffəq etsin — tərəfindən təyin edilmiş nüsxədir.
🔖 Tövsiyyələr:
🔸 Proqramdan tam faydalanmaq və məqsədə çatmaq üçün tələbənin davamlılığını təmin edəcək saleh yoldaşın seçiməsi gərəklidir; yoldaşlar bir-birini əməl yolunda təşviq etsin, faydanı tam əldə etməyə yardımçı olsun və dərsi daha yaxşı anlamağa sövq etsinlər.
🔸 Həftəlik proqram qısa, əlçatan parçalardan ibarətdir — onları əzbərləyin, şərhini dərk edin və tərəddüd və tənbəllikdən çəkinin! tərəddüd faydadan uzaqlaşdırar.
🔸 Hər gün üçün müəyyən vaxt ayırın: bir hissəni əzbərləməyə, digər vaxtı isə şərhi dinləyib qeyd olunan faydaları yazmaq üçün təyin edin.
Allah Rəsulu (səlləllahu əleyhi və səlləm) buyurur:
“Əməllərin Allaha ən sevimlisi, az olsa belə davamlı olanıdır.”
Və buyurur:
“Sənə fayda verən şeyə həris ol, Allahdan yardım dilə və aciz qalma!.”
🔗 Əzbər təhvili və dərslə bağlı suallar üçün əlaqə linkləri:
🧑🏻🏫 Kişi tələbələr üçün: https://t.me/Abo_AbdurRaman
🧕 Qadın tələbələr üçün: https://t.me/Ummu_abdurrahmaaan
407
Repost from دراسة برنامج "معونة المتعلم" (Azərbaycan)
✨ Elm tələbələrinə müjdə ✨
Allaha həmd olsun — “Elm öyrənənə dəstək” adlı dərs proqramı kanalı açıldı.
Proqram əzbər və şərhlə birlikdə dörd mərhələdən ibarətdir:
📚 Birinci mərhələ;
1. ثلاثة الأصول وأدلتها.
2. المفتاح في الفقه.
3. معاني الفاتحة وقِصار المفصل.
4. الأربعين النووية.
5. الزيادة الرجبية.
6. الآداب العشرة.
7. الخلاصة الحسناء.
8. الباقيات الصالحات.
—------------------—
📚 İkinci mərhələ;
9. بهجة الطلب في آداب الطلب.
10. فضل الإسلام.
11. المقدمة الفقهية الصُغرى.
12. خلاصة تعظيم العلم.
13. العقيدة الواسطية.
—------------------—
📚 Üçüncü mərhələ;
14. كتاب التوحيد.
15. القواعد الأربع.
16. كشف الشبهات.
—------------------—
📚 Dördüncü mərhələ;
17. منظومة القواعد الفقهية.
18. المقدمة الآجرامية.
19. خلاصة مقدمة في أصول التفسير.
20. نُخبة الفِكر.
21. الورقات في أصول الفقه.
💎 Proqramın xüsusiyyətləri:
🟡 Qulun Rəbbinə ibadətdə bəsirət üzərində olması.
🟡 Elmdə möhkəm bünövrə yaratmaq üçün üsul elmlərini və onların qaydalarını mənimsəmək.
🟡 Mətn və şərhləri müxtəsər və qaydalı olduğu üçün qısa vaxtda geniş fayda əldə etmək.
🟡 Elm yolunda rəqabət və elmi müzakirə aparmaq üçün elmi yoldaşlıq mühiti.
🟡 Dərslə bağlı yaranan suallara asanlıqla cavab tapmaq.
🟡 Təyin edilmiş vaxtdan daha tez irəliləmək istəyən çalışqan tələbələrə ayrıca diqqət.
🟡 Mətn və şərhin yekun imtahanında yüksək nəticə göstərən tələbələr üçün hədiyyələr.
💡 Qeydlər:
1️⃣ Proqram ərəb dilini öyrənən yeni və orta səviyyəli tələbələr üçün nəzərdə tutulub.
2️⃣ Kanal kişi və qadın olmaqla faydalanmaq istəyənlər üçün ümumidir.
3⃣ İmtahanda yüksək nəticələr göstərən tələbələrə hədiyyələr ilə yanaşı rəsmi proqramın idarə heyəti tərəfindən şəhadətnamə verilmə ehtimalı da var.
4⃣ Proqramın icrası barədə ətraflı məlumatı kanaldan əldə edə bilərsiniz.
🔷 Başlanğıc tarixi: 4 oktyabr 2025-ci il, şənbə günü.
Allahdan bizi bu işdə müvəffəq etməsini diləyirik!
📝 Mədinə İslam universitetinin tələbəsi: Ramil Məmmədov Abu AbdirRahman
════ ¤❁✿❁¤ ════
🔗 Kanalın linki: https://t.me/Abo_AbdurRrahman
407
Səcdə 32:15
إِنَّمَا یُؤۡمِنُ بِـَٔایَـٰتِنَا ٱلَّذِینَ إِذَا ذُكِّرُوا۟ بِهَا خَرُّوا۟ سُجَّدࣰا وَسَبَّحُوا۟ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا یَسۡتَكۡبِرُونَ ۩
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
407
Səcdə 32:13-14
Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcəkdir.
Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (əzabı)! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı! ⤵️
407
Peyğəmbər ﷺ demişdir:
“Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”
407
⛰ TaHa surəsi, 105-110
🎙 Yasser əd-Dosari
Qeyd: Bu videonu YouTube-da paylaşa bilmədim. Səbəbi isə videoda müəllif hüquqları ilə qorunan kontent var. Yəni, video hazırda heç kim tərəfindən görülə bilməz.
407
Repost from İSLAM VƏ SUNNA
📌 Əssələmu aleykum əziz müsəlmanlar! Bir şad xəbəri sizinlə bölüşmək istədim: Doktorantura tələbələrimiz olan Sahib Əsədov və Fərhad Adayev Mədinə Beynəlxalq İslam Universitetinə dərs tədris etmək üçün Universitetə Şeyx Müəllimlər kimi qəbul olunublar. Emin Hacıyev və Fərman İsayevdən sonra bu tələbələrimizin adını eşitmək çox qürurverici və fəxr edici bir xəbərdir. İnşallah yaxın gələcəkdə bu xəbəri magistr tələbəmiz olan Nail Paşayevdən də gözləyirik. Əlhəmdulilləh ki, vaxtilə bizim 6 il təhsil aldığımız universitetdə bizim öz həmvətənlərimizin müəllim Şeyx qismində dərs demələri çox sevindirici haldır. Allah təala sizi daimən ucaltsın. Sizi şərbazların, fitnəkarların, bidət əhlinin, paxılların, həsəd edənlərin şərrindən və fitnəsindən qorusun. Biz sizin qədrinizi bilməliyik. Sizə bu yolda Allahdan yalnız və yalnız müfəvvəqiyyət istəyirik.
407
Repost from Favaidulquran
Dəyərli və əziz qardaşımın qiraəti 🌹
Allah səni həqiqi Quran əhlindən etsin.
بارك الله فيك 🌹
407
Repost from SƏLƏFİN ƏXLAQI
O qorxur ki, Rəşad ona cavab verəndə "uşaq", "tərbiyəsiz" deyib susdurmağa çalışanda ona inanan, ondan elmi cavab gözləməyən şəxslər, bu dəfə onun pislədiyi şəxslərin özündən daha savadlı olduğunu görüb ona inanmayacaqlar. Ona görə axırıncı yola əl atır. Allah onu islah etsin!
Yazdı: Sahib Əsədov
407
Repost from SƏLƏFİN ƏXLAQI
Fərman İsayevə cavab vermək yerinə üç tələbəni açıq məktubla DTX-ya şikayət edən Əlixan Musayev.
Əssələmu aleykum. Əziz müsəlmanlar! Hər biriniz bilirsiniz ki, mən qalmaqallardan uzaq biriyəm. Lakin təəssüflər olsun ki, Əlixan Musayev mənim haqqımda artıq iki gizli təxribat yazısını yazdıqdan sonra, mən ona şans verib ona pis əməlinə son qoyması üçün fürsət vermişdim. Onun yaşına-başına baxıb bu yaşında yeni fitnələrə düşməməsi üçün nəsihət etmişdim. Amma bu adam artıq mənim adımı üçüncü təxribat yazısında çəkir, hansı ki, öz yazdığı məqaləni başqa adam yazıbmış kimi gizli qrup və şəxslərin arasında yaymağa çalışırdı. O, bu dəfə Facebook səhifəsində yazdığı üçüncü yazısında iki tələbə (Fərman İsayev, Emin Hacıyev) və məni dtx-ya açıqdan şikayət edir. El arasında buna nə deyirlər, siz yaxşı bilirsiniz. Əlixan Musayevin bu üçüncü yazısı əslində doktorantura tələbəsi Fərman İsayev qardaşımızın son çıxışına elmi cavab vermək olmalı idi. Lakin o köhnə adətini pozmayıb, elmi cavab vermək yerinə, təxribata əl atmaqdan utanmadı, yaşına-başına sığışdırmadan elmi mövzulardan qaçdı, təhqir və böhtanlar yağdırdı, söhbəti başqa səmtə yönəltdi. O, gah fətrət əhli mövzusu ilə Azərbaycan xalqını kafir çıxardan nəticəyə gəlir, gah Qamət Süleymanovun zındıq dediyi şah İsmayılı, Azərbaycanda sünnülərə qarşı qətliam törətmiş "qəhrəmanı" elə onun acığına müdafiə edir, tarixi şəxsiyyət, "toxunulmaz" elan edir, tərəfdarlarının nifrətini qazanmaq bahasına olsa belə onu müdafiə edir, gah da Azərbaycan prezidenti İlham Əliyev cənablarının təriqətçilik haqqında çıxışını təhrif edir.
Əlixan Musayev əleyhimizə yeni bir böhtan da atır, guya mən, Emin Hacıyev və Fərman İsayev insanları haqsız yerə cərh edirik, əslində isə bu iddiasını artıq iki anonim yazıda, sonuncunu isə öz Facebook səhifəsində yazıb, yəni bir yerdə dayanmaq bilmir. Əslində isə bu arqument onun təkfirçiləri müdafiə və himayə etməsinə bir dəlildir və öz əleyhinədir. Madam ki, o bu söhbətləri açır, biz bu dəfə onun təkfirçiləri müdafiə və himayə etməsini bəyan edəcəyik. Əlixan Musayev mən və Emin Hacıyevin iki il öncə rayonlardan birində ağsaqqallar tərəfindən dəvət aldığımız, aralarına girib özünü "elm tələbəsi" kimi təqdim edən şəxslə söhbət etməyimizi qəsd edir. Söhbətə kifayət qədər şahidlər də var. Söhbət zamanı həmin şəxsin təkfir mövzularında xətalarının olduğu aşkarlanmışdı. Qeyd edim ki, bu mövzunun açılmasını Əlixan Musayevin özü istədi, amma mövzunun açılması, Əlixan Musayevin həmin şəxsləri təzkiyə etməsi, müdafiə etməsi onun öz əleyhinə dəlildir ki, bu adam doğrudan da Azərbaycanda təkfirçilərin lideridir, onları himayə edir və müdafiə edir, harda özünü məzlum göstərən, Azərbaycan xalqını kafir hesab edən varsa, gedib onun başına bir tumar çəkir. Sonra isə utanmadan dövlətimizi aldatmağa çalışır ki, guya o pis işlərlə məşğul deyil.
Əlixan Musayevdən illər öncə 30 tələbə çəkindirib. Lakin görünür, tarix unudulduğundan dolayı o öz təxribatlarına yenidən başlayıb. Bir daha deyim ki, bu yazının səbəbkarı da birbaşa Əlixan Musayevin özüdür! Onun öz yaxın adamları vasitəsilə haqqımda yaydığı iki təxribat yazısı və üçüncü aşkar yazısından sonra mən onun adını çəkməyə vadar oldum. Bəlkə bunda da bir xeyir var. Biz fitnə olsun istəmirdik, lakin belə bir təxribatçını insanların tanıması üçün özü səbəbkar oldu. Allahdan istəyirəm ki, bu yazımı ixlaslı etsin, Əlixan Musayevə isə cəsarət və təmkin versin ki, doktorantura tələbəsi Fərman İsayevin iradlarını kişi kimi axıra kimi dinləyib, səbir edib ya elmi cavab versin, ya tövbə etsin, ya da heç olmasa mövzudan yayınıb tələbələri DTX-ya şikayət etməsin. Unutmasın ki, DTX onu yaxşı tanıyır. Bir də bilsin ki, həll yolu elmi cavabdır, DTX deyil. Biz də bilirik ki, DTX onu yaxşı tanıyır, sadəcə əminamanlıq xatirinə ona toxunmur. Arifə bir işarə yetər. Bunu bilə-bilə tələbələri DTX-ya şikayət edən Əlixan Musayevə bu yaşında etdiyi bu hərəkətləri yaraşdırmadım. Hər kəs öz yerini, həddini bilməlidir. Əlixan Musayev sevinməli idi ki, onun ölkəsindən doktorantura tələbələri var. Ancaq o çox pis bir yol tutdu.
407
Əl-İsra surəsi 45-ci ayənin təfsirindən faydaHafiz Əbu Yalə əl-Məusili Əbu Bəkrin qızı Əsmadan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!..” ayəsi (“əl-Məsəd” surəsi) nazil olduqda Ərva Ummu Cəmil (Əbu Ləhəbin zövcəsinin adıdır. “əl-Məsəd” surəsində onun barəsində də ayə nazil olmuşdur. Uca Allah buyurur: “O, alovlanan oda atılacaq. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaq” (“əl-Məsəd”, 3-5).) əlində daş gəlib uca səslə qışqırmağa başladı: “Pisləmək üçün gəldik (və ya pislədiyimiz üçün imtina etdik), dinini tərk etdik, əmrinə asi olduq”. Peyğəmbər ﷺ oturmuşdu. Əbu Bəkr də yanında idi. Əbu Bəkr dedi: “(Ey Allahın Elçisi!) Bu qadın bizə tərəf gəlir, qorxuram səni görər”. Peyğəmbər ﷺ: “O məni görməz” – dedi və Qurandan bir ayə oxuyaraq ondan qorundu. Oxuduğu ayə bu idi: “Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkərik”. Əbu Ləhəbin arvadı gəlib Əbu Bəkrin yanında dayandı, lakin Peyğəmbəri ﷺ görmədi və dedi: “Ey Əbu Bəkr! Eşitdim dostun (şeirlə) məni rüsvay etmişdir”. Əbu Bəkr: “Xeyr, bu Evin (Kəbənin) Rəbbinə and olsun ki, o, səni rüsvay etməmişdir” – deyə cavab verdi”. Əsma dedi: “Qadın: “Qureyşlilər mənim şərəfli insanların qızı olduğumu bilirlər” – deyərək uzaqlaşıb getdi”.
Əbu Yalə “əl-Musnəd” əsəri (53). İbn Həcər “Fəthul-Bari” (7/169) əsərində bu rəvayətin “həsən” olduğunu bildirmişdir.
407
🌿 Əl-İsra surəsi, 78-90
🎙 Ali AbdusSalam al-Yusuf
Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/KXEciyl0zSc?si=ofh0mpMEcPfVkb1_
