fa
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

رفتن به کانال در Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

نمایش بیشتر
399
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-130 روز
آرشیو پست ها
Elan hələ də aktivdir

Repost from SƏLƏFİN ƏXLAQI
O qorxur ki, Rəşad ona cavab verəndə "uşaq", "tərbiyəsiz" deyib susdurmağa çalışanda ona inanan, ondan elmi cavab gözləməyən şəxslər, bu dəfə onun pislədiyi şəxslərin özündən daha savadlı olduğunu görüb ona inanmayacaqlar. Ona görə axırıncı yola əl atır. Allah onu islah etsin! Yazdı: Sahib Əsədov

Repost from SƏLƏFİN ƏXLAQI
Fərman İsayevə cavab vermək yerinə üç tələbəni açıq məktubla DTX-ya şikayət edən Əlixan Musayev. Əssələmu aleykum. Əziz müsəlmanlar! Hər biriniz bilirsiniz ki, mən qalmaqallardan uzaq biriyəm. Lakin təəssüflər olsun ki, Əlixan Musayev mənim haqqımda artıq iki gizli təxribat yazısını yazdıqdan sonra, mən ona şans verib ona pis əməlinə son qoyması üçün fürsət vermişdim. Onun yaşına-başına baxıb bu yaşında yeni fitnələrə düşməməsi üçün nəsihət etmişdim. Amma bu adam artıq mənim adımı üçüncü təxribat yazısında çəkir, hansı ki, öz yazdığı məqaləni başqa adam yazıbmış kimi gizli qrup və şəxslərin arasında yaymağa çalışırdı. O, bu dəfə Facebook səhifəsində yazdığı üçüncü yazısında iki tələbə (Fərman İsayev, Emin Hacıyev) və məni dtx-ya açıqdan şikayət edir. El arasında buna nə deyirlər, siz yaxşı bilirsiniz. Əlixan Musayevin bu üçüncü yazısı əslində doktorantura tələbəsi Fərman İsayev qardaşımızın son çıxışına elmi cavab vermək olmalı idi. Lakin o köhnə adətini pozmayıb, elmi cavab vermək yerinə, təxribata əl atmaqdan utanmadı, yaşına-başına sığışdırmadan elmi mövzulardan qaçdı, təhqir və böhtanlar yağdırdı, söhbəti başqa səmtə yönəltdi. O, gah fətrət əhli mövzusu ilə Azərbaycan xalqını kafir çıxardan nəticəyə gəlir, gah Qamət Süleymanovun zındıq dediyi şah İsmayılı, Azərbaycanda sünnülərə qarşı qətliam törətmiş "qəhrəmanı" elə onun acığına müdafiə edir, tarixi şəxsiyyət, "toxunulmaz" elan edir, tərəfdarlarının nifrətini qazanmaq bahasına olsa belə onu müdafiə edir, gah da Azərbaycan prezidenti İlham Əliyev cənablarının təriqətçilik haqqında çıxışını təhrif edir. Əlixan Musayev əleyhimizə yeni bir böhtan da atır, guya mən, Emin Hacıyev və Fərman İsayev insanları haqsız yerə cərh edirik, əslində isə bu iddiasını artıq iki anonim yazıda, sonuncunu isə öz Facebook səhifəsində yazıb, yəni bir yerdə dayanmaq bilmir. Əslində isə bu arqument onun təkfirçiləri müdafiə və himayə etməsinə bir dəlildir və öz əleyhinədir. Madam ki, o bu söhbətləri açır, biz bu dəfə onun təkfirçiləri müdafiə və himayə etməsini bəyan edəcəyik. Əlixan Musayev mən və Emin Hacıyevin iki il öncə rayonlardan birində ağsaqqallar tərəfindən dəvət aldığımız, aralarına girib özünü "elm tələbəsi" kimi təqdim edən şəxslə söhbət etməyimizi qəsd edir. Söhbətə kifayət qədər şahidlər də var. Söhbət zamanı həmin şəxsin təkfir mövzularında xətalarının olduğu aşkarlanmışdı. Qeyd edim ki, bu mövzunun açılmasını Əlixan Musayevin özü istədi, amma mövzunun açılması, Əlixan Musayevin həmin şəxsləri təzkiyə etməsi, müdafiə etməsi onun öz əleyhinə dəlildir ki, bu adam doğrudan da Azərbaycanda təkfirçilərin lideridir, onları himayə edir və müdafiə edir, harda özünü məzlum göstərən, Azərbaycan xalqını kafir hesab edən varsa, gedib onun başına bir tumar çəkir. Sonra isə utanmadan dövlətimizi aldatmağa çalışır ki, guya o pis işlərlə məşğul deyil. Əlixan Musayevdən illər öncə 30 tələbə çəkindirib. Lakin görünür, tarix unudulduğundan dolayı o öz təxribatlarına yenidən başlayıb. Bir daha deyim ki, bu yazının səbəbkarı da birbaşa Əlixan Musayevin özüdür! Onun öz yaxın adamları vasitəsilə haqqımda yaydığı iki təxribat yazısı və üçüncü aşkar yazısından sonra mən onun adını çəkməyə vadar oldum. Bəlkə bunda da bir xeyir var. Biz fitnə olsun istəmirdik, lakin belə bir təxribatçını insanların tanıması üçün özü səbəbkar oldu. Allahdan istəyirəm ki, bu yazımı ixlaslı etsin, Əlixan Musayevə isə cəsarət və təmkin versin ki, doktorantura tələbəsi Fərman İsayevin iradlarını kişi kimi axıra kimi dinləyib, səbir edib ya elmi cavab versin, ya tövbə etsin, ya da heç olmasa mövzudan yayınıb tələbələri DTX-ya şikayət etməsin. Unutmasın ki, DTX onu yaxşı tanıyır. Bir də bilsin ki, həll yolu elmi cavabdır, DTX deyil. Biz də bilirik ki, DTX onu yaxşı tanıyır, sadəcə əminamanlıq xatirinə ona toxunmur. Arifə bir işarə yetər. Bunu bilə-bilə tələbələri DTX-ya şikayət edən Əlixan Musayevə bu yaşında etdiyi bu hərəkətləri yaraşdırmadım. Hər kəs öz yerini, həddini bilməlidir. Əlixan Musayev sevinməli idi ki, onun ölkəsindən doktorantura tələbələri var. Ancaq o çox pis bir yol tutdu.

Əl-İsra surəsi 45-ci ayənin təfsirindən fayda
Hafiz Əbu Yalə əl-Məusili Əbu Bəkrin qızı Əsmadan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!..” ayəsi (“əl-Məsəd” surəsi) nazil olduqda Ərva Ummu Cəmil (Əbu Ləhəbin zövcəsinin adıdır. “əl-Məsəd” surəsində onun barəsində də ayə nazil olmuşdur. Uca Allah buyurur: “O, alovlanan oda atılacaq. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaq” (“əl-Məsəd”, 3-5).) əlində daş gəlib uca səslə qışqırmağa başladı: “Pisləmək üçün gəldik (və ya pislədiyimiz üçün imtina etdik), dinini tərk etdik, əmrinə asi olduq”. Peyğəmbər ﷺ oturmuşdu. Əbu Bəkr də yanında idi. Əbu Bəkr dedi: “(Ey Allahın Elçisi!) Bu qadın bizə tərəf gəlir, qorxuram səni görər”. Peyğəmbər ﷺ: “O məni görməz” – dedi və Qurandan bir ayə oxuyaraq ondan qorundu. Oxuduğu ayə bu idi: “Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkərik”. Əbu Ləhəbin arvadı gəlib Əbu Bəkrin yanında dayandı, lakin Peyğəmbəri ﷺ görmədi və dedi: “Ey Əbu Bəkr! Eşitdim dostun (şeirlə) məni rüsvay etmişdir”. Əbu Bəkr: “Xeyr, bu Evin (Kəbənin) Rəbbinə and olsun ki, o, səni rüsvay etməmişdir” – deyə cavab verdi”. Əsma dedi: “Qadın: “Qureyşlilər mənim şərəfli insanların qızı olduğumu bilirlər” – deyərək uzaqlaşıb getdi”.
Əbu Yalə “əl-Musnəd” əsəri (53). İbn Həcər “Fəthul-Bari” (7/169) əsərində bu rəvayətin “həsən” olduğunu bildirmişdir.

🌿 Əl-İsra surəsi, 78-90 🎙 Ali AbdusSalam al-Yusuf Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/KXEciyl0zSc?si=ofh0mpMEcPfVkb1_

💡Allaha ən sevimli əməl hansıdır ?
Anonymous voting

Şura surəsi; ... وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَـٰنَ كَفُورٌ [٤٢:٤٨] 48) ...Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.

Repost from N/a
Ərəb dili öyrənmək istəyənlərin nəzərinə 🔊 السلام عليكم ورحمة الله وبركاته! ✍️Mədinə 1 və 2 qruplarına tələbə qəbulu Şərtlər ⤵️ 1. Məsuliyyətli və davamlı olmaq 2. Yaş həddi 13+ 3. Quranı üzündən sürətli oxuya bilmək Qrup haqqında ⤵️ 1. Dərslər həftədə 2 dəfə, 1 saat olmaqla keçiriləcək 2. Qrupdakı tələbələrin sayı çox olmayacaq (dərsin keyfiyyəti üçün) ✍️Dərslər ödənişlidir - 25 azn. ✍️Həmçinin fərdi dərslər üçün müraciət edə bilərsiniz. Əlaqə üçün - @luxy40

“Müsəlmanlar və müşriklər” Nəcm surəsində o qədər təsirli, o qədər dərin mənalı, o qədər əzəmətli ayələr var idi ki, səcdə ayəsinə çatanda müşriklər belə ayənin əzəməti qarşısında dayana bilməyib hamısı səcdəyə qapandılar. Hətta söz yayıldı ki, guya müşriklər də müsəlman olublar. Amma xeyr, onlar müsəlman olmamışdılar, sadəcə ayənin əzəməti qarşısında dözə bilməyib Allaha səcdəyə qapanmışdılar.

Nəcm surəsi; أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ [٥٣:٥٩] 59) Siz bu Sözə təəccüblənirsiniz, وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ [٥٣:٦٠] 60) gülürsünüz, heç ağlamırsınız, وَأَنتُمْ سَـٰمِدُونَ [٥٣:٦١] 61) və oynayıb əylənirsiniz? ۩ فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ [٥٣:٦٢] 62) Siz Allaha səcdə qılın və Ona ibadət edin!

“Müsəlmanlar və müşriklər” Nəcm surəsində o qədər təsirli, o qədər dərin mənalı, o qədər əzəmətli ayələr var idi ki, səcdə ayəsinə çatanda müşriklər belə ayənin əzəməti qarşısında dayana bilməyib hamısı səcdəyə qapandılar. Hətta söz yayıldı ki, guya müşriklər də müsəlman olublar. Amma xeyr, onlar müsəlman olmamışdılar, sadəcə ayənin əzəməti qarşısında dözə bilməyib Allaha səcdəyə qapanmışdılar.

📌İbn Abbas رضي الله عنه demişdir; 💎"Peyğəmbərﷺ Nəcm surəsində səcdə etdi və onunla bərabər müsəlmanlar, müşriklər, cinlər v
📌İbn Abbas رضي الله عنه demişdir; 💎"Peyğəmbərﷺ Nəcm surəsində səcdə etdi və onunla bərabər müsəlmanlar, müşriklər, cinlər və insanlar da səcdə etdi". 📚Buxari rəvayət etmişdir.

Ətraflı məlumat üçün əlaqə saxlayın: @erebdili_medine1_bot

📚 Bacılar üçün 'Mədinə 1' qrupuna tələbə qəbulu: ▫️Tələbə sayı: 5 ▫️Yaş həddi: 15 yaş və üstü. ▫️Şərtlər: Məsuliyyət və davamiyyət. Ərəbcə səlis şəkildə Quran oxumağı bacaran və həqiqətən də vaxt ayıracaq olan bacılar qoşulsun.
📌 Qrup hal hazırda yeddinci dərsdədir, lakin yeni gələn tələbələrə beşinci dərsə qədər olan materiallar təqdim olunacaq.

‏السلام عليكم ورحمة الله وبركاته. Sevindirici bir xəbəri sizlərlə bölüşmək istəyirəm. Həmd olsun aləmlərin rəbbi olan uca Allaha, uzun müddət sonra Azərbaycandan olan mən və digər yoldaşların Mədinə İslam Universtetinə qəbulu tamamlandı. İlk öncə özümə sonra isə digər tələbə yoldaşlarıma Allahdan yardım, faydalı elm, səbir və ixlas diləyirəm. Sizlərdən istəyimiz, bizə və bu yolda olan bütün elm tələb edənlər üçün dua edəsiniz. Elm yolu çətin yoldur, Rəbbim bizi və bu yolda olan bütün tələbələri, elm əhlini sabit və ixlaslı etsin! Əmin! ✍🏻 Admin

Repost from N/a
Ətrafınızda maraqlananlar varsa paylaşsanız çox sevinərəm🌷 Əlaqə üçün: @firdevsx
Ətrafınızda maraqlananlar varsa paylaşsanız çox sevinərəm🌷 Əlaqə üçün: @firdevsx

🌒 Bu axşam yəni 07.09.2025 təxminən saat 19:30 dan başlayaraq gecə boyu 08.09.2025 00:55 kimi böyük ay tutulması baş verəcək
+1
🌒 Bu axşam yəni 07.09.2025 təxminən saat 19:30 dan başlayaraq gecə boyu 08.09.2025 00:55 kimi böyük ay tutulması baş verəcək. Bu hadisəyə Xusuf deyilir. Bu baş verdiyi zaman peyğəmbər ﷺ ümmətini namaz qılmağa və dua etməyə yönəldib. Bu hadisəyə şahid olan müsəlmanlar iki rükət namaz qılırlar (hər rükətədə 2 rükü və 2 səcdə olur). 📌 Kusufla (günəş tutulması) və Xusufla (ay tutulması) bağlı namazlar mötəbər sünnələrdir və hətta gecə namazından daha güclü təkid edilir. İmam Şafi demişdir: "Bu namazı tərk etmək caiz deyil." Peyğəmbər ﷺ buyurmuşdur: "Günəşin tutulmasını görsəniz, Allaha dua edin, təkbir deyin, sədəqə verin və namaz qılın." 📌 Qılınma qaydası: Kəsufla və Xəsufla bağlı namazlar hər rükətdə iki rüku və iki səcdədən ibarət olan iki rükətli namazdır. Hər rükudan əvvəl Fatihə və uzun bir surə oxunur. Bu namaz üçün azan deyilmir. 📌Küsuf namazından sonra xütbə vermək müstəhəbdir

Nisə (Qadınlar) 4:142 إِنَّ ٱلۡمُنَـٰفِقِینَ یُخَـٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَـٰدِعُهُمۡ وَإِذَا قَامُوۤا۟ إِلَى ٱلصَّلَوٰةِ قَامُوا۟ كُسَالَىٰ یُرَاۤءُونَ ٱلنَّاسَ وَلَا یَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِیلࣰا Münafiqlər Allahı aldatmağa çalışırlar. Əslində isə Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.

Nisə surəsi 48-ci ayənin təfsirindən fayda:
🌿// İmam Əhməd Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah qatında əməl dəftərləri üç növdür: birincisi Allahın içində yazılanlara əhəmiyyət vermədiyi dəftər; ikincisi Allahın içində yazılanlardan heç bir şeyi ötürmədiyi dəftər; üçüncüsü isə Allahın içində yazılanları əsla bağışlamayacağı dəftər. Allahın əsla bağışlamayacağı əməl dəftəri Allaha şərik qoşmaqdır, çünki Uca Allah buyurur: “Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər” (“əl-Maidə”, 72). Allahın əhəmiyyət vermədiyi əməl dəftəri qulun özü ilə Rəbbi arasında olan, bir gün orucu və ya bir namazı tərk etməsi kimi nəfsinə zülm etdiyi əməllərdir. Allah istəsə, bu günahları bağışlayar və əfv edər (istəsə də, cəzalandırar). Allahın içində yazılanlardan heç bir şeyi ötürməyəcəyi əməl dəftərinə gəlincə, bu, qulların bir-birlərinə etdikləri haqsızlıqlardır. Bu əməllərə görə (haqsız tərəfdən) mütləq qisas alınacaqdır”.
Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir./* “əl-Musnəd” (6/240 Hələbi nəşri). İsnadı səhihdir.