MU'MİNUN🖋️
前往频道在 Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
显示更多399
订阅者
无数据24 小时
-47 天
-130 天
帖子存档
399
Nisə surəsi 48-ci ayənin təfsirindən fayda:🌿// İmam Əhməd Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah qatında əməl dəftərləri üç növdür: birincisi Allahın içində yazılanlara əhəmiyyət vermədiyi dəftər; ikincisi Allahın içində yazılanlardan heç bir şeyi ötürmədiyi dəftər; üçüncüsü isə Allahın içində yazılanları əsla bağışlamayacağı dəftər. Allahın əsla bağışlamayacağı əməl dəftəri Allaha şərik qoşmaqdır, çünki Uca Allah buyurur: “Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər” (“əl-Maidə”, 72). Allahın əhəmiyyət vermədiyi əməl dəftəri qulun özü ilə Rəbbi arasında olan, bir gün orucu və ya bir namazı tərk etməsi kimi nəfsinə zülm etdiyi əməllərdir. Allah istəsə, bu günahları bağışlayar və əfv edər (istəsə də, cəzalandırar). Allahın içində yazılanlardan heç bir şeyi ötürməyəcəyi əməl dəftərinə gəlincə, bu, qulların bir-birlərinə etdikləri haqsızlıqlardır. Bu əməllərə görə (haqsız tərəfdən) mütləq qisas alınacaqdır”.
Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir./* “əl-Musnəd” (6/240 Hələbi nəşri). İsnadı səhihdir.
399
Repost from 🌴Allahın zikri ilə...🌴
🆘 təcili elan:
Əməliyyat İbrahimin kritik səhhəti ilə əlaqədar təxirə salınmışdı. Çox ağır əməliyyat olacaq. Keçən səfər yığılan məbləğ kifayət eləmədi.
399
Repost from N/a
Mədinədə Nuayman adında, "avara" hərəkətləri ilə tanınan biri var idi.
Deyilir ki, o Mədinə bazarına gələn fərqli yeyəcəklərdən alıb hər dəfə Allah Rasuluna ﷺ gətirərmiş. Satıcı pulunu tələb edəndə də yenə Allah Rasulunun ﷺ yanına gəlib "Ey Allahın Rasulu, bu kişinin pulunu ödə" deyərdi. Allah Rasulu ﷺ "Ey Nuayman, bəs sən onu mənə hədiyyə gətirmədinmi?" - deyincə, O - "Ey Allahın Rasulu! Vallah onu ödəyəcək pulum yoxdur. Ancaq istəyirəm ki, sən də onlardan yeyəsən" - deyərdi. Onun bu hərəkətləri Rasulullahın ﷺ gülməyinə səbəb olar, sonda satıcının pulunu ödəyib yola salarlardı.
Fəthu'l-Bəri 12/77t.me/nasiihatun
399
Repost from Towards Akhirah
📖Qur'ani-Kərimi əzbərləmək üçün
🤍🤍Qızıl qaydalar🤍🤍
1⃣.
https://t.me/towardsakhirah/2081
2⃣.
https://t.me/towardsakhirah/2082
3⃣.
https://t.me/towardsakhirah/2084
4⃣.
https://t.me/towardsakhirah/2085
5⃣.
https://t.me/towardsakhirah/2087
6⃣.
https://t.me/towardsakhirah/2089
7⃣.
https://t.me/towardsakhirah/2090
8⃣.
https://t.me/towardsakhirah/2091
9⃣.
https://t.me/towardsakhirah/2092
1⃣0⃣.
https://t.me/towardsakhirah/2095
1⃣1⃣.
https://t.me/towardsakhirah/2096
399
Ümumi hökm ilə xüsusi hökmün fərqi...\ Şeyx Adil
https://youtube.com/watch?v=2DjnUcKcii0&si=_XL0Fbyg80n97r_N
399
Muhəmməd 47:15
مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِی وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِیهَاۤ أَنۡهَـٰرࣱ مِّن مَّاۤءٍ غَیۡرِ ءَاسِنࣲ وَأَنۡهَـٰرࣱ مِّن لَّبَنࣲ لَّمۡ یَتَغَیَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَـٰرࣱ مِّنۡ خَمۡرࣲ لَّذَّةࣲ لِّلشَّـٰرِبِینَ وَأَنۡهَـٰرࣱ مِّنۡ عَسَلࣲ مُّصَفࣰّىۖ وَلَهُمۡ فِیهَا مِن كُلِّ ٱلثَّمَرَ ٰتِ وَمَغۡفِرَةࣱ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَـٰلِدࣱ فِی ٱلنَّارِ وَسُقُوا۟ مَاۤءً حَمِیمࣰا فَقَطَّعَ أَمۡعَاۤءَهُمۡ
🌷// Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?
399
Yəhya ibn Muaz رحمه الله dedi:
Dünya axirətin körpüsüdür. Onu keçin, lakin onu abadlaşdırmayın. Körpülərin üzərində saraylar tikmək ağıl işi deyil.
حلية الأولياء [١٠/٥٣]
399
Repost from N/a
3️⃣Peyğəmbər 🤍 demişdir:
🌸İnsan vəfat edən zaman onun üç əməlindən başqa digər bütün əməllərinin savabı dayanır.
1)Axar sədəqə.
2)Faydalı elm.
3)Onun üçün dua edən əməlisaleh övlad.🌸
📚Muslim
#Zikrlərvəədəblər
